Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-112/2025 17.01.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı X16 və onun vəkili Nümayəndə iştirakı ilə, İddiaçı X16 cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh6 Cəmaləddin oğluna qarşı cinayət əməlinin törədilməsi nəticəsində vurulmuş 15715.72 manat məbləğində maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiasına dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı X32 cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh6 Cəmaləddin oğluna qarşı cinayət əməlinin törədilməsi nəticəsində vurulmuş 15715.72 manat məbləğində maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən ona vurulmuş maddi zərərə görə yekun olaraq 15715.72 (on beş min yeddi yüz on beş) manat məbləğində maddi zərərin cavabdehlərdən alınaraq ona ödənilməsinə, məhkəmə xərclərinin cavabdehlərdən tutulmasına, cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh6 tərəfindən ona vurulmuş mənəvi zərərin kompensasiyası kimi 10.000 (on min) manat məbləğində pulun cavabdehlərdən alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağlar massivində yerləşən fərdi yaşayış evlərinin birində fəaliyyət göstərən “New Life” adlı qondarma reabilitasiya mərkəzində narkomaniya xəstəliyi ilə əlaqədar reabilitasiya keçən oğlu X17 04 sentyabr 2021-ci il tarixdə mərkəzdən qaçmaq istədiyi üçün həmin gün saat 15 radələrində mərkəzin əməkdaşları tərəfindən işgəncələrə məruz qalması və əl-qolu bağlanılmaqla qanunsuz olaraq azadlıqdan məhrum olunması, nəticədə isə 05 sentyabr 2021ci il tarixdə saat 11 radələrində ölməsi, habelə “New Life” adlı qondarma reabilitasiya mərkəzinin dövlət qeydiyyatına alınmadan qanunsuz fəaliyyət göstərməsi faktlarına görə Baş Prokurorluğun İstintaq İdarəsində Azərbaycan Respublikası CM-nin 192.1, 133.2.1, 133.2.3, 133.2.4,133.2.6 və 145.3-cü maddələri ilə ********* saylı cinayət işinin istintaqı aparılmışdır. Qeyd olunan cinayət işi üzrə o, Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsinin 11 sentyabr 2021-ci il tarixli qərarı ilə zərərçəkmiş şəxsin hüquqi varisi kimi tanınmışdır. Aparılmış ibtidai istintaq zamanı “New Life” qondarma reabilitasiya mərkəzinin faktiki rəhbərliyini həyata keçirmiş Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, eləcə də mərkəzin işçiləri Cavabdeh1, Cavabdeh5 və Cavabdeh6 Camalladdin oğlunun 04 sentyabr 2021-ci il tarixdə qabaqcadan əlbir olan bir qrup şəxs qismində Hüseyn Məmmədov, Fuad Həsənov, Kamran Əliyev və Cahangir Əliyevə qarşı Azərbaycan Respublikası CM-nin 192.1., 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6 və 145.3-cü maddələrində nəzərdə tutulmuş qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma, əzab vermə və qanunsuz azadlıqdan məhrum etmə cinayət əməllərini törətmələri çox saylı şahid ifadələri ilə, məhkəmə-tibb və digər ekspertiza rəyləri, istintaqa daxil olmuş cavab məktubları ilə, habelə digər zəruri istintaq materialları ilə tam sübuta yetirilmişdir. İbtidai istintaq zamanı Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 Azərbaycan Respublikası CM-nin 192.1, 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6 və 145.3-cü maddələri ilə, Cavabdeh1 və Cavabdeh5 isə Azərbaycan Respublikası CM-nin 133.2.1, 133.2.3,133.2.4,133.2.6 və 145.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair ********* saylı cinayət işi 06 iyun 2022-ci il tarixdə ittiham aktı ilə birlikdə baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Həmin cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə baxılmış və iş üzrə məhkəmə tərəfindən 08 avqust 2023-cü il tarixli ittiham hökmü çıxarılmışdır. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 avqust 2023-cü il tarixli hökmü ilə Cavabdeh4 Azərbaycan Respublikası CM-nin 192.1, 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6 və 145.3-cü maddələri ilə təqsirli bilinməklə qəti olaraq 8 il müddətinə, Cavabdeh3 və Cavabdeh2 Azərbaycan Respublikası CM-nin 192.1, 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6 və 145.3-cü maddələri ilə təqsirli bilinməklə hər biri ayrı-ayrılıqda qəti olaraq 7 il müddətinə, Cavabdeh1 və Cavabdeh5 isə Azərbaycan Respublikası CM-nin 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6 və 145.3-cü maddələri ilə təqsirli bilinməklə Cavabdeh1 qəti olaraq 6 il 6 ay müddətinə, Cavabdeh5 isə qəti olaraq 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Tərəfindən Bakı Ağır Cinayətlər: Məhkəməsinin 08 avqust 2023-cü il tarixli hökmündən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 dekabr 2023-cü il tarixli, 1(103)-947/2023 saylı qərarı ilə təqsirləndirilən şəxslər, onların müdafiəçiləri və tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 avqust 2023-cü il tarixli hökmü təqsirləndirilən şəxslər - Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 münasibətdə dəyişdirilmiş, təqsirləndirilən şəxslər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən, onlara Cinayət Məcəlləsinin 192.1-ci maddəsi ilə cəza təyin edilməməsi və məhkəmənin hökmünün qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Eyni zamanda onu da bildirir ki, aparılmış ibtidai istintaq zamanı qeyd olunan cinayətin əsas iştirakçılarından biri olan Cavabdeh6 əməlində də Azərbaycan Respublikası CM-in 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6 və 145.3-cü maddələrinin tərkib əlamətlərinin olması tam sübuta yetirilsə də, sonuncunun 26 aprel 2022-ci il tarixdən “Respublika psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin 19 saylı Şöbəsinə opioidlərin qəbulu nəticəsində davranış pozuntuları diaqnozu ilə stasionar müalicəyə qəbul olunması və müalicəsinin davam etməsi müəyyən edilmişdir. Bu səbəbdən Cavabdeh6 cinayət məsuliyyətinə cəlb edilməsi mümkün olmamışdır.Ona görə də həmin cinayət işinin istintaqı zamanı törətdiyi cinayət əməllərinə görə Cavabdeh6 barəsində olan xüsusatlar Azərbaycan Respublikası CM-in 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6 və 145.3-cü maddələri ilə cinayət işi materiallarından ayrıca icraata iş ayrılmışdır. İbtidai istintaq zamanı Cavabdeh6 Azərbaycan Respublikası CM-nin 133.2.1., 133.2.3., 133.2.4., 133.2.6 və 145.3- cü maddələri ilə ittiham elan edilmişdir. Qeyd olunan cinayət işi üzrə də o, zərərçəkmiş şəxsin hüquqi varisi kimi tanınmışdır. Həmin cinayət işinin də istintaqı tamamlanmış və cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsində işə hakim Faiq Qəniyevin sədrliyi ilə baxılmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli, l(101)-555/2023 saylı hökmü ilə təqsirləndirilən şəxs Cavabdeh6 Azərbaycan Respublikası CM-nin 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6 və 145.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə qəti olaraq 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli hökmündən təqsirləndirilən şəxs Cavabdeh6 müdafiəçisi və tərəfimizdən apellyasiya şikayətləri verilmişdir. Təqsirləndirilən şəxsin müdafiəçisi və tərəfindən verilmiş həmin apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasında baxılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 yanvar 2024-cü il tarixli, l(103)-142/2024 saylı qərarı ilə verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli hökmü təqsirləndirilən şəxs Cavabdeh6 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 avqust 2023-cü il tarixli hökmündən göründüyü kimi, məhkum Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 qabaqcadan əlbir olan bir qrup şəxs qismində xeyli miqdarda gəlir əldə etməklə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq (lisenziya) almadan qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşlar. İbtidai istintaq və məhkəmə baxışı zamanı həmçinin müəyyən olunmuşdur ki, məhkumlar Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh6 qabaqcadan əlbir olan bir qrup şəxs qismində təqsirkardan asılı vəziyyətdə olmaqla aşkar surətdə köməksiz vəziyyətdə olan iki və daha çox şəxsə qarşı Azərbaycan Respublikası CM-in 126-cı maddəsində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və psixi iztirablar yetirib işgəncə ilə müşayiət olunan əzab vermiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində təqsirkardan asılı vəziyyətdə olmaqla aşkar surətdə köməksiz vəziyyətdə olan iki və daha çox şəxsə qarşı silah qismində istifadə olunan əşya tətbiq etməklə zərərçəkmiş şəxslərin həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq edib adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmiş, qeyd olunan əməllər nəticəsində X17 ölümünə, habelə sonuncunun ölümü ilə səbəbli əlaqəsi olmayan az ağır, yüngül dərəcəli və dərəcəsi təyin edilməyən, X33 yüngül dərəcəli, X12 və X34 yüngül dərəcəli və dərəcəsi təyin edilməyən xəsarətlər almaları ilə ağır nəticələrə səbəb olmuşdur. Belə ki, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 Azərbaycan Respulikası Vergi Məcəlləsinin 13.2.4 və 16.1.2ci maddələrinə əsasən, həmin Məcəlləyə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergi ödəməli olan şəxs, yəni vergi ödəyicisi qismində vergi orqanlarından vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) almalı, “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 6 və 7ci maddələrinə əsasən sahibkarlıq fəaliyyətindən əldə edilən mənfəətdən (gəlirdən) vergilərdən və digər icbari ödənişlərdən sonra onun qalan hissəsindən sərbəst istifadə etməli, qanunvericilikdə müəyyən edilmiş vergiləri ödəməli, qüvvədə olan qanunvericiliyə müvafiq surətdə lisenziyalaşdırılmalı olan sahələrdə fəaliyyət üçün xüsusi razılıq (lisenziya) almalı, öz fəaliyyəti haqqında dövlət, statistika və maliyyə orqanlarına müəyyən edilmiş formada hesabatlar verməli, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 4.3-cü bəndinə və həmin Qanunun lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısına dair 1 nömrəli əlavəsinə əsasən özəl tibb fəaliyyəti sahəsində fəaliyyət göstərmək üçün lisenziya tələb olunduğu halda, habelə “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun 14.1 və 14.2-ci maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkoloji xəstəliklərin müalicəsi, cəzaçəkmə müəssisələri və istintaq təcridxanaları istisna olmaqla, yalnız narkoloji tibb müəssisələrində həyata keçirildiyi, hüquqi şəxs yaratmadan narkoloji xəstəliklərin müalicəsinə yol verilmədiyi, dövlət narkoloji tibb müəssisələri istisna olmaqla, narkoloji yardım sahəsində fəaliyyət göstərən hər hansı hüquqi şəxsin bu fəaliyyəti yalnız Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş xüsusi razılıq əsasında həyata keçirə bildiyi, bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 13 avqust tarixli 276 nömrəli qərarı ilə təsdiq edilmiş “Narkomanlığa düçar olmuş şəxslərin müalicəsi, reabilitasiyası və resosializasiyası üzrə Proqram”m 4.4-cü bəndinin tələblərinə zidd olaraq narkoloji xəstələrin müalicə üsulları narkoloji xəstənin səhhətinin vəziyyəti və onu əhatə edən mühit nəzərə alınmaqla, narkoloji müəssisədə (stasionar və ya ambulator şəraitdə) və ya xəstənin evində (ambulator şəraitdə) həkim-narkoloq tərəfindən aparılmalı, ev şəraitində müalicə olunan narkoloji xəstələr haqqında tətbiq edilən bütün müalicə tədbirləri narkoloji xəstələrin müşahidəsi üçün nəzərdə tutulan ambulator kartalara daxil edilməli olduğu halda qanunvericiliyin həmin tələblərini tamah niyyətilə qəsdən pozmaqla narkotik, alkoqolizm asılılığından əziyyət çəkən şəxslərə müəyyən ödəniş müqabilində narkoloji və psixoloji yardım göstərməyə yönəlmiş fəaliyyətlə məşğul olmaq məqsədilə tanışları qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib “New Life” adlandırdıqları qondarma reabilitasiya mərkəzi yaradaraq 07 may 2021-ci il tarixdən ünvan 1 ünvanda yerləşən, X18 məxsus, eyni zamanda 13 iyun 2021-ci il tarixdən ünvan 2 ünvanda yerləşən, X38 məxsus, 3 mərtəbə və zirzəmidən ibarət, yaşamaq üçün yataq dəstləri, mətbəx, məşğələ otaqları, məişət ləvazimatları və ərzaqla təchiz olunmuş fərdi yaşayış evlərində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla narkotik və alkoqolizm asılılığından əziyyət çəkən şəxslərə müxtəlif proqramlar tədris edən əsas şəxs kimi, mərkəzin maliyyə məsələlərinə nəzarət edən Cavabdeh2 və mərkəzin ərzaq məmulatları və məişət ləvazimatları ilə təchiz olunmasına nəzarət edən Cavabdeh4 ilə birlikdə faktiki rəhbərliyi həyata keçirib, 07 may 2021-ci il tarixdən 05 sentyabr 2021-ci il tarixədək olan dövr ərzində mərkəzə müalicə almaq məqsədilə müraciət etmiş X17 müalicə haqqı olaraq 10 iyul 2021-ci il tarixdən 05 sentyabr 2021-ci il tarixədək, cəmi 4070,00 (dörd min yetmiş) manat, eyni zamanda göstərilən 07 may 2021-ci il tarixdən 05 sentyabr 2021-ci il tarixədək daha 38 nəfər şəxs də daxil olmaqla cəmi 39 nəfər şəxsdən ümumilikdə 146.470,00 (yüz qırx altı min dörd yüz yetmiş) manat pul vəsaitlərini əldə edib, ödənilmiş əmək haqqı, icarə haqları və digər xərclər çıxılmaqla, eyni zamanda Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının 29 dekabr 2020-ci il tarixli qanununun 1-ci maddəsinin tələblərinə əsasən 2021-ci il üçün müəyyən edilmiş yaşayış minimumu məbləği fərdi şəxslərə münasibətdə 207 manat hesablanmaqla 07 may 2021ci il tarixdən 05 sentyabr 2021-ci il tarixədək olan müddətdə Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib xeyli miqdar təşkil edən ümumilikdə 81.021.00 (səksən bir min iyirmi bir) manat məbləğində qanunsuz gəlir əldə edib şəxsi məsrəflərinə sərf etməklə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq (lisenziya) almadan qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşlar. Bundan başqa, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh6 07 may 2021-ci il tarixdən 05 sentyabr 2021-ci il tarixədək ünvan 1 ünvanda yerləşən X18 məxsus 3 mərtəbə və zirzəmidən ibarət, yaşamaq üçün yataq dəstləri, mətbəx, məşğələ otaqları, məişət ləvazimatları və ərzaqla təchiz olunmuş fərdi yaşayış evində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan qanunsuz sahibkarlıq fəaliyyətlərini davam etdirərkən “New Life” adı altında fəaliyyət göstərən mərkəzdə Cavabdeh3 ilə bərabər faktiki rəhbərliyi həyata keçirən Cavabdeh2 və Cavabdeh4, mərkəzdə müalicə müddəti bitdiyindən könüllü, lakin ödənişsiz (bəzən isə xırda məbləğlərdə maddi dəstək olmaqla) əsaslarla məsləhətçi qismində işləməklə mərkəzə və müalicə olunanlara nəzarət edən Cavabdeh1, Cavabdeh6 və təqsirləndirilən şəxs qismində tanınanadək ölmüş və barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş X13, habelə mərkəzdə müddəti bitməsə də son mərhələ olduğu üçün mərkəzdə daha rahat hərəkət etmək üstünlüyü əldə etmiş, rəhbərin göstərişlərini müalicə olunanlara çatdırıb arada vasitəçi olmaqla staj or qismində digər müalicə olunanlara nəzarət edən Cavabdeh5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib 26 iyun 2021-ci il tarixdə mərkəzə könüllü müraciət etsə də, artıq mərkəzdə qalmaq istəməyən, müalicəsini yarımçıq saxlayıb evinə geri qayıtmaq istəyən X27 28 iyun 2021-ci il tarixdə, 20 may 2021-ci il tarixdə mərkəzə könüllü müraciət etsə də, artıq mərkəzdə qalmaq istəməyən, müalicəsini yarımçıq saxlayıb evinə geri qayıtmaq istəyən X51 10 avqust 2021-ci il tarixdə mərkəzdən qaçarkən, Cahangir Əliyevi xx.xx.2021-ci il tarixdən, Fuad Həsənovu isə xx.xx.2021-ci il tarixdən etibarən qrup üzvləri ilə birlikdə geri qaytararaq adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum edib sərbəst hərəkət etmək, özlərinə yaşayış yeri seçmək imkanlarını məhdudlaşdırıb mərkəzdə məcburi qaydada arzu etmədikləri yerdə, ünvan 3 ünvanda həyətyanı sahəsi mişar daşla hasara alınmış, növbədə olan şəxslər tərəfindən mühafizə olunan qapalı evdə və həmin evin həyətyanı sahəsində vahid niyyətlə 04 sentyabr 2021-ci il tarixədək qanunsuz saxlamış, öz aralarında razılaşdırmaqla təsdiq edilmiş qrafıkə uyğun olaraq Cavabdeh3 həmin gün növbəni növbə rəisi Cavabdeh4 tapşırıb qabaqcadan əlbir olduğu qrupun üzvlərindən Cavabdeh1 və Cavabdeh3 ilə birlikdə mərkəzdən ayrıldıqdan qısa müddət sonra, yəni 04 sentyabr 2021-ci il tarixdə saat 14:23-də Cavabdeh4 istifadəsində olan “***-***-**-**” saylı mobil telefon nömrəsi vasitəsi ilə Cavabdeh3 istifadəsində olan “***-***-**-**” saylı mobil telefon nömrəsinə zəng edib qrupun digər üzvləri Cavabdeh6, X39 və təqsirləndirilən şəxs qismində tanınanadək ölmüş və barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş X13 ilə birlikdə növbədə olarkən könüllü müraciət etməklə mərkəzdə narkotik asılılığından müalicə olunmaları məqsədilə saxlanılan X35, X52 və mərkəzdə azadlığı məhdudlaşdırmaqla xx.xx.2021-ci il tarixdən məcburi saxlanılan X27 və xx.xx.2021-ci il tarixdən məcburi saxlanılan X34 04 sentyabr 2021-ci il il tarixdə mərkəzdən qaçmaq məqsədilə hazırladıqları plan barədə məlumat əldə etdiklərini bildirmiş, Cavabdeh3 telefonla Cavabdeh4lə danışarkən Cavabdeh1 və onunla birlikdə dərhal mərkəzə qayıdacaqlarını bildirib, onlar qayıdanadək Hüseyn Məmmədov, Fuad Həsənov, Kamran Əliyev və Cahangir Əliyevin mərkəzdən qaçmalarının qarşısının alınması, habelə bu üsulla mərkəzdə saxlanılan digər şəxslərdə də qorxu hissinin formalaşması məqsədilə müxtəlif zorakı üsullarla cəzalandırılması, zirzəmiyə salınıb əl- qollarının bağlanılması, fiziki zor tətbiq edilməsi ilə bağlı tapşırıqlar vermiş, ümumi cinayətkar niyyətə və məqsədə uyğun olaraq cinayətkar qrupun üzvləri Cavabdeh4, Cavabdeh6, Cavabdeh5 və təqsirləndirilən şəxs qismində tanınanadək ölmüş və barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş İsrafil Hüseynovla birlikdə aldıqları tapşırığa uyğun olaraq mərkəzdə daxili intizam qaydalarını pozduqları üçün Hüseyn Məmmədov, Fuad Həsənov və Kamran Əliyevi olduqları mənzilin 2-ci mərtəbədə yerləşən otağından zirzəmidə yerləşən ərzaq və məişət ləvazimatlarının saxlanıldığı, eyni zamanda avtomobil qarajı kimi istifadə olunan otağa aparıb qrupun digər üzvlərinin niyyəti ilə əhatə olunmaqla əvvəlcə Hüseyn Məmmədov, Fuad Həsənov və Kamran Əliyevin əl-qollarını dəmir qandal və skoç-yapışdırıcı lentlərlə arxadan, həmçinin də ayaqlarını skoç-yapışdırıcı lentlərlə əllərinə bağlayıb təqsirkarlardan aşkar şəkildə asılı vəziyyətdə olmaqla köməksiz vəziyyətə salındıqdan sonra, orada heç kimin onlara kömək etmək imkanının olmamasını dərk edərək bu vəziyyətdən şüurlu şəkildə istifadə etməklə öz əməllərinin ictimai təhlükəliliyini artıran üsullardan, yəni silah qismində istifadə olunan boru, eləcə də əl-ayaq zərbələri ilə döşəmə üzərində fərqli formalarda uzanıqlı vəziyyətdə olan X35, X51 və X40, habelə həmin vaxt sonuncularla mərkəzdən qaçmaq istəyən şəxslərdən biri kimi qəbul edilib zirzəmiyə çağırılmış X19 da eyni üsulla döyüb çoxsaylı zərbələr endirən zaman,Cavabdeh3 və qrupun digər üzvləri Cavabdeh1 və Cavabdeh2 ilə birlikdə mərkəzin yerləşdiyi ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə gəlib zirzəmiyə enərək Cavabdeh4, Cavabdeh6, Cavabdeh5 və təqsirləndirilən şəxs qismində tanınanadək ölmüş və barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş İsrafil Hüseynovla birlikdə orada əl-ayaqları bağlı, döşəmə üzərində uzanıqlı vəziyyətdə qalan ikidən çox şəxsi, o cümlədən Hüseyn Məmmədov, Fuad Həsənov, Kamran Əliyev və Cahangir Əliyevi təxminən 04 sentyabr 2021 -ci il tarixdə saat 14:30-dan həmin gün saat 16:00-a qədər olan müddət ərzində qabaqcadan əlbir olan bir qrup şəxs qismində təqsirkardan asılı vəziyyətdə olmaqla aşkar surətdə köməksiz vəziyyətdə olan və Azərbaycan Respublikası CM-in 126-cı maddəsində göstərilən nəticələrə səbəb olmayan mütəmadi və fasilələrlə döyməklə, habelə intensiv şəkildə tək-tək təkrarlanmaqla sair zorakı hərəkətlərlə, yəni silah qismində istifadə olunan plastik boru, həmçinin əl-ayaq zərbələri ilə döyüb güclü fiziki ağrı yetirməklə, soyuq otaqda saatlarla ac-susuz saxlamaqla, habelə təbii ehtiyaclarını görmələrinə şərait yaratmamaqla və bunların fonunda ümumilikdə işgəncə ilə müşayiət olunan psixi iztirablar yetirməklə əzab verib Hüseyn Məmmədova sağ və sol ənsə- təpə nahiyələrinin dərialtı qansızmaları, sağ budun, sol budun, döş qəfəsinin sağ və sol yarısının arxa səthinin, qarının ön səthinin qançırlı hematomaları ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli, eləcə də üst və alt dodağın selikli qişalarına qansızmalar, boyunun ön səthinin, sağ və sol qulaq seyvanlarının, sağ və alt göz qapağı və gözaltı nahiyələrin, sağ və sol bazu nahiyələrinin, sol saidin, sağ qasıq və sağ baldır nahiyələrinin qançırları, sol əlin arxa səthinin, sol mil-bilək oynağının və boyun nahiyəsinin sıyrıqları ilə müşayiət olunan, ümumilikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olduqları üçün dərəcələri təyin olunmayan, X9 bazu oynağında qançır və sıyrıqlar ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli, eləcə də sol əlin arxa səthində çoxsaylı qançır və sıyrıqlar ilə müşayiət olunan, sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olduqları üçün dərəcələri təyin olunmayan, X41 təpə nahiyəsinin hematoması ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli, eləcə də sağ bilək nahiyəsinin və döş qəfəsi nahiyəsinin qançırları, sağ baldır nahiyəsinin qançırlı sıyrıqları, alm və sol sağrı nahiyələrinin qançırları ilə müşayiət olunan, ümumilikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olduqları üçün dərəcələri təyin olunmayan, X42 başın alın-təpə nahiyəsində əzilmiş yara izi, yəni çapıq ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli xəsarətlər yetirdikdən sonra, əl-ayaqları bağlı olduğundan özlərinə hər hansı yardım edə bilməyən Hüseyn Məmmədov, Fuad Həsənov, Kamran Əliyev və Cahangir Əliyevi həmin zirzəmidə müxtəlif nahiyələri göyərməklə şişkin vəziyyətdə soyuq otaqda acsusuz olaraq fasiləsiz 6 saat müddətində, yəni təxminən saat 14:30-dan saat 22 radələrinədək qapı bağlı vəziyyətdə ikidən artıq olan zərərçəkmiş şəxslərin həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməkdə müşahidə olunan, yəni ümumilikdə Hüseyn Məmmədova, Cahangir Əliyevə və Fuad Həsənova yüngül dərəcəli və dərəcəsi təyin edilməyən, Kamran Əliyevə yüngül dərəcəli müxtəlif bədən xəsarətləri yetirib adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmiş, Cahangir Əliyevi yataq otağına qayıtmasına icazə versələr də, Kamran Əliyev və Fuad Həsənovu zirzəmidə saxlayıb, qaçış planının hazırlanmasında daha fəal iştirak edən, habelə yüngül və dərəcəsi təyin edilməyən çoxsaylı xəsarətlər almış, huşu özündə olmayan, özünə gəldikdə isə yalvararaq yemək-su istəyən Hüseyn Məmmədovu mərkəzdə saxlanılan və gizli olaraq plan qurub qaçmağa çalışan digər şəxslərə örnək olması üçün evin zirzəmisindən birinci mərtəbəsinə qalxan pilləkənin taxta dirəyindən özünü pis hiss etdiyi üçün su verilməsi və qandalı açaraq sərbəst buraxması ilə bağlı yalvarışlarına məhəl qoymadan 05 sentyabr 2021-ci il tarixdə təxminən saat 11 radələrinə qədər təqribən 18 saat ərzində hər iki qollarının bilək nahiyəsindən dəmir qandalla asılı vəziyyətdə saxlamış, bu zaman qrup üzvlərinin vahid niyyətləri ilə əhatə olunmaqla qəsdən azadlığı məhdudlaşdırılaraq biləyindən uzun müddət ərzində asıldığı üçün sol əlin İİİ barmağının daraq sümüyü başının qəlpə şəkilli qopması ilə zərərçəkmiş Hüseyn Məmmədovun həyatı və sağlamlığı üçün təhlükəli olan zor, yəni sağlamlığına az ağır dərəcəli bədən xəsarəti yetirilmiş, bundan sonra o, Cavabdeh1 və Cavabdeh3la birlikdə “New Life” adlı mərkəzdən getsələr də, Cavabdeh3 tərəfindən qrupun digər üzvləri Cavabdeh4, Cavabdeh6, Cavabdeh5 və təqsirləndirilən şəxs qismində tanınanadək ölmüş və barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş X46 Məmmədovun bir gün müddətində açılmadan asılı vəziyyətdə saxlanılması tapşırılmış, nəzarət altında saxlanılmalarına baxmayaraq, istintaqla müəyyən edilməyən mənbədən və şəraitdə əldə edilməklə tiryək qrupuna aid olan morfin adlı alkoloidin sintetik analoqu olan heroin və metadon ilə kəskin zəhərlənmiş Hüseyn Məmmədovun həm kəskin zəhərlənmə, həm güclü fiziki ağrı və psixi iztirablar yetirilərək işgəncə ilə müşayiət olunan əzab verilməsinə, eləcə də özünü pis hiss etdiyindən “limana çatdım, gedirəm limana kəfənim ordadı, ağ mələfə görüb sevindim, imana gəlin” kimi yalvarışlarına məhəl qoymamaqla əməllərini davam etdirib qabaqcadan əlbir olan bir qrup şəxs qismində təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan ikidən çox şəxsə qarşı Azərbaycan Respublikası CM-in 126-cı maddəsində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və psixi iztirablar yetirib işgəncə ilə müşayiət olunan əzab vermiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində təqsirkardan asılı vəziyyətdə olmaqla aşkar surətdə köməksiz vəziyyətdə olan ikidən çox şəxsə qarşı silah qismində istifadə olunan əşya tətbiq etməklə zərərçəkmiş şəxslərin həyatı və sağlamlığı üçün təhlükəli olan az ağır, yüngül və dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə müşayiət olunan zor tətbiq edib adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmiş, nəticədə öz əməllərinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduqları və görə biləcəkləri halda, yəni qrupun digər üzvləri Cavabdeh5, Cavabdeh4, Cavabdeh6 və təqsirləndirilən şəxs qismində tanınanadək ölmüş və barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş İsrafil Hüseynovun həmin mənzərəni kənardan izləməklə cinayətkarcasına etinasızlıq göstərib 5 sentyabr 2021-ci il tarixdə saat 11 radələrində X17 ehtiyatsızlıqdan tiryək qrupuna aid olan morfin adlı alkoloidin sintetik analoqu olan heroin və metadon ilə kəskin zəhərlənməsi nəticəsində ölümünə, habelə özü, eləcə də Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, Cavabdeh5 və təqsirləndirilən şəxs qismində tanınanadək ölmüş və barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş İsrafil Hüseynovla birlikdə Hüseyn Məmmədovun ölümü ilə səbəbli əlaqəsi olmayan sonuncunun sağlamlığına az ağır dərəcəli, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli və sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olduqları üçün dərəcələri təyin olunmayan, Cahangir Əliyev və Fuad Həsənovun sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli və sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olduqları üçün dərəcələri təyin olunmayan və Kamran Əliyevin sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid xəsarətlər yetirməklə ümumilikdə ağır nəticələrə səbəb olmuşdur. Həmin hərəkətləri ilə Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 Azərbaycan Respublikası CM-nin 192.1, 133.2.1., 133.2.3., 133.2.4.,133.2.6 və 145.3-cü maddələri ilə, Cavabdeh1 , Cavabdeh5 və Cavabdeh6 Camalladdin oğlu isə Azərbaycan Respublikası CM-nin 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6 və 145.3- cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişlər. Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh6 tərəfindən oğlu Hüseyn Məmmədova qarşı törədilmiş göstərilən cinayət əməlləri nəticəsində zərərçəkmiş şəxsin hüquqi varisi kimi ona vurulmuş maddi zərərlə bağlı bildirir ki, oğlu Hüseyn 09 iyul 1992-ci ildə Qazaxıstan Respublikasının Uralsk şəhərində anadan olmuşdur. Oğlu Hüseyn əvvəllər bir müddət onunla Qazaxıstanda yaşamışdır. Sonra isə Azərbaycanda yaşamışdır. Oğlu Hüseyn 2017-ci ildən ömrünün sonuna kimi Azərbaycanda yaşamışdır. Oğlu Hüseyn evli idi. Bir oğlu var. Oğlu Hüseyn ali təhsilli idi. Təxminən 2020-ci ilin əvvəllərində eşitdi ki, oğlu Hüseyn narkotik təbiətli dərman qəbul edir. Lakin o, bunları tam dəqiqləşdirmək istəsə də dəqiqləşdirə bilməmişdir. O, Hüseynin narkotika aludəçisi olduğunu eşitdikdən sonra ona qarşı diqqətini daha da artırmağa başladı. Hər dəfə ona telefonla zəng edəndə ondan bu barədə soruşurdu. Hüseyn isə ona and içib deyirdi ki, “belə şey yoxdur.” O, 2021-ci ilin iyun ayının təxminən 20-də oğlum Hüseynə zəng edəndə Hüseyn özü ona etiraf edib dedi ki, “bəli, mən narkotika istifadəçisiyəm. İndi müalicə alıram.” O, Hüseynə dedi ki, “onda mən təcili Bakıya gəlirəm”. Hüseyn dedi ki, “ehtiyac yoxdur. Gəlmə.”O, onun dediyinə baxmayaraq, 23 ya da 24 iyun 2021-ci ildə təyyarə ilə Bakıya gəldi. O, Bakıya gələndə oğlu Hüseyn artıq müalicə olunurdu. Onun müalicə həkimi Asif Kəngərli idi. O, gəldiyi günün səhəri oğlu Hüseynlə birlikdə gedib həkim Asif Kəngərli ilə görüşdü. O, həkim X3 soruşdu. X71 bildirdi ki, müalicə bitib, əlavə müalicəyə ehtiyac yoxdur. Hüseyni olduğu yerlərdən uzaqlaşdırmaq lazımdır, iradəsi zəifdir, narkotikanı görsə yenidən istəyəcək. Ona görə Hüseyni reabilitasiya mərkəzinə göndərmək lazımdır. O, bundan sonra Asif həkimdən soruşdu ki, reabilitasiya mərkəzlərindən hansı yaxşıdır. Asif həkim ona Oruc adlı şəxsin rəhbər olduğu mərkəzi məsləhət gördü və Orucun telefon nömrəsini ona verdi. O, bundan təxminən 2-3 gün sonra Oruc adlı şəxsə telefon etdi və dedi ki, oğlu narkotikadan müalicə olunmuşdur. İndi onu reabilitasiya Mərkəzinə yerləşdirmək lazımdır. Bundan sonra o,Yasamal rayonunda “DAVİNÇİ” hospitalının yanında Oruc və Vüsal ilə görüşdü. Sonra 10 iyul 2021-ci ildə oğlu X35 narkotikadan müalicə olunmaq üçün Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 tərəfindən onların rəhbəri olduğu və işlətdikləri Bakı şəhəri Novxanı qəsəbəsində yerləşən müalicə müəssisəsinə aparılıb orada yerləşdirilmişdir. 10 iyul 2021-ci ildə axşam saat 21-22 radələrində o oğlu Hüseynə telefon etdi. Telefonu Famil götürdü. O dedi ki, “Hüseyn artıq bizdədir. Onu mərkəzə yerləşdirmişik. Pulun dalınca Bakıxanov qəsəbəsinə gəlirik”. Sabunçu rayonu Bakıxanov qəsəbəsində “Nərmin” Marketin qabağında Famil və 3 nəfər şəxslə görüşdü. Onlar qara rəngli minik maşını ilə gəlmişdilər. O, avtomaşının içində Familə Hüseyni aparmaları üçün 600 manat, bir aylıq müalicə xərci üçün 1500 manat və Hüseynin özü üçün siqaret, diş pastası, sabun, şampun almaq adı ilə 100 manat-toplam olaraq 2200 (iki min iki yüz) manat pul verdi. Səhəri günü ona Vüsal və ya Oruc onlardan hansısa biri zəng edib bildirdi ki, gəlib Hüseynin üst paltarlarını aparıb, ona şortik və idman paltarları gətirmək lazımdır. O, qaynı Etibar və bibisi oğlu Adil ilə birlikdə Hüseynə orada geyinmək üçün şortik, çəkələk, alt paltarı, diş fırçası və sair şəxsi məişət əşyaları götürüb Bakı şəhəri Novxanı bağları deyilən yerə getdilər. Getdiyi yer üç mərtəbəli bağ evi idi. Onları orada Vüsal və Oruc qarşıladı. Onlar gətirdiyi əşyaları onlara verdilər. Onlar da Hüseynin əynində olan paltarları onlara verdilər. Bibi oğlu Adil onlardan soruşdu ki, “Siz nə əsasında fəaliyyət göstərirsiniz. Sizin müalicə aparmaq üçün hər hansı bir sənədiniz, razılığınız varmı”. Adilin bu dediklərinə Orucun acığı tutdu və dedi ki,”Siz uşağınızın sağalmağmımı istəyirsiniz, yoxsa yoxlama aparırsınız”. Bununla da söhbətləri qurtardı. Eyni zamanda göstərir ki, 02 avqust 2021-ci ildə o, Qazaxıstanda olanda Vüsal (sonradan öyrəndi ki, onun əsil adı Elvüsaldır) ona telefonla zəng etmişdir. O, ona bildirdi ki, Hüseynə siqaret almaq üçün pul göndərmək lazımdır. O, Qazaxıstandan Vüsalın ünvanına 100 ABŞ dolları (170 manat) göndərdi. Bundan başqa, onların tələbi ilə Hüseynin aylıq müalicə xərci olaraq 11 avqust 2021-ci ildə Qazaxıstandan Elvüsalın şəxsiyyət vəsiqəsində göstərilən ünvana poçt vasitəsi ilə “ZOLOTOYA KORONA” üsulu ilə 1000 ABŞ dolları (1700 manat) göndərdi. Beləliklə, onlara mən Hüseynin aparılması, Hüseynə siqaret və sair məişət əşyaları almaq və iki aylıq müalicəsi adı ilə ümümilikdə 4070 (dörd min yetmiş manat) pul vermişdir. O, həmin pulu tələb edir. Bundan başqa bildirir ki, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh6 tərəfindən oğlu Hüseyn Məmmədova qarşı törədilmiş cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı ilə bağlı zərərçəkmişin hüquqi varisi kimi həmin proseslərdə iştirak etmək üçün o, 05 sentyabr 2021-ci il tarixdən 15 yanvar 2024-cü il tarixə kimi 13 dəfə Qazaxıstan Respublikasından Azərbaycan Respublikasına gəlmişdir. Təyyarə ilə Qazaxıstan Respublikasından Azərbaycan Respublikasına Bakı şəhərinə bir dəfə gəlib geri qayıtmağın qiyməti müxtəlif qiymətlərə olmaqla 13 dəfə Bakı şəhərinə gəlib qayıtmağı təyyarə biletinin qiyməti ümumilikdə Qazaxıstan təngəsi ilə cəmi 2.436.360.00 (iki milyon dörd yüz otuz altı min üç yüz altmış) Azərbaycan manatı ilə isə 8770.89 (səkkiz min yeddi yüz yetmiş) manat olmuşdur. Belə ki, o, Bakı şəhərinə gəlib geri qayıtmaq üçün təyyarə biletlərini Qazaxıstan Respublikasında onlayn qaydada almışdir. Həmin təyyarə biletlərinin qiymətləri Qazaxıstan Təngəsi ilə aşağıdakı qiymətə olmuşdur :
1. 07 sentyabr 2021-ci il tarixdə 78.365.00 Qazaxıstan təngəsi,
2. 19 oktyabr 2021-ci il tarixdə 64.580.00 Qazaxıstan təngəsi,
3. 25 dekabr 2021-ci il tarixdə 72.580.00 Qazaxıstan təngəsi,
4. 19 yanvar 2022-ci il tarixdə 45.120.00 Qazaxıstan təngəsi
5. 01 mart 2022-ci il tarixdə 85.620.00 Qazaxıstan təngəsi
6. 11 mart 2022-ci il tarixdə 57.360.00 Qazaxıstan təngəsi
7. 22 may 2022-ci il tarixdə 86.552.00 Qazaxıstan təngəsi
8. 09 iyun 2022-ci il tarixdə 40.714.00 Qazaxıstan təngəsi
9. 07 iyul 2022-ci il tarixdə 82.307.00 Qazaxıstan təngəsi
10. 28 iyul 2022-ci il tarixdə 125.583.00 Qazaxıstan təngəsi
11. 28 avqust 2022-ci il tarixdə 72.570.00 Qazaxıstan təngəsi
12. 11 oktyabr 2022-ci il tarixdə 44.935.00 Qazaxıstan təngəsi
13. 21 oktyabr 2022-ci il tarixdə 160.730.00 Qazaxıstan təngəsi
14. mart 2023-cü il tarixdə 54.320 Qazaxıstan təngəsi
15. 16 aprel 2023-cü il tarixdə 34.660.00 Qazaxıstan təngəsi
16. 26 aprel 2023-cü il tarixdə 79.585.00 Qazaxıstan təngəsi
17. 28 may 2023-cü il tarixdə 63.795.00 Qazaxıstan təngəsi
18. 09 iyun 2023-cü il tarixdə 90.809.00 Qazaxıstan təngəsi
19. 16 iyul 2023-cü il tarixdə 100.171.00 Qazaxıstan təngəsi
20. 19 iyul 2023-cü il tarixdə 87.550.00 Qazaxıstan təngəsi
21. 03 sentyabr 2023-cü il tarixdə 69.467.00 Qazaxıstan təngəsi
22. 08 sentyabr 2023-cü il tarixdə 78.899.00 Qazaxıstan təngəsi
23. 09 dekabr 2023-cü il tarixdə 143.185.00 Qazaxıstan təngəsi
24. 15 dekabr 2023-cü il tarixdə 205.100.00 Qazaxıstan təngəsi
25. 08 yanvar 2024-cü il tarixdə 196.350.00 Qazaxıstan təngəsi 26.12 yanvar 2024-cü il tarixdə 215.453.00 - Cəmi 2.436.360.00 (iki milyon dörd yüz otuz altı min üç yüz altmış). Qazaxıstan təngəsi ödənilmişdir. Azərbaycan manatının məzənnəsi ilə 8770.89 manat olmuşdur. Qeyd: Təyyarə biletlərinin satış tarixi təyyarənin uçuş vaxtına yaxın və ya uzaq müddət təşkil etməsindən asılı olaraq təyyarə biletlərinin qiyməti müxtəlif olmuşdur. Eyni zamanda bildirir ki,tərəfindən qeyd olunan günlər üzrə həmin təyyarə uçuş biletlərininin qiymətlərinə dair Qazaxıstan Respublikasında internet vasitəsi ilə məlumat əldə olunmuşdur. Eyni zamanda bildirir ki, iddiaçı X21 xx.xx.2021-ci il tarixdən xx.xx.2024- cü il tarixə kimi Azərbaycan Respublikasına hansı tarixlərdə gəlməsi və hansı tarixlərdə getməsi və uçuş biletlərinin qiymətlərinin müəyyən edilməsi üçün "xxxx" QSC-nə 24 yanvar 2024-cü il tarixli vəkil sorğusu göndərilmişdir.Həmin sorğuya verilmiş 27 fevral 2024-cü il tarixli, 13-2/2- 12/1292/2024 saylı cavab məktubunda göstərilir ki, “ bildiririk ki, Rafik Mamedovun Azərbaycan Respublikasına və Azərbaycan Respublikasından uçuşları yoxlanılarkən onun xx.xx.2021 - ci il tarixdən xx.xx.2024-cü il tarixədək iki uçuşu müəyyən edilmişdir. Rafik Mamedovun xx.xx.2023-cü il tarixində Aktau-Bakı istiqamətində 771-********** saylı aviabilet uçuşdan istifadə edilmişdir. Aviabilet xx.xx.2023-cü il tarixdə 31847 Qazaxıstan təngəsinə əldə edilmişdir. Sözügedən şəxs həmçinin xx.xx.2024-cü il tarixində Bakı-Aktau istiqamətində 771-********** saylı aviabilet ilə uçuşdan istifadə etmişdir. Aviabilet xx.xx.2024-cü il tarixdə 59393 Qazaxıstan təngəsinə əldə edilmişdir. Eyni zamanda bildirir ki, bununla bağlı X22 05 sentyabr 2021-ci il tarixdən 15 yanvar 2024-cü il tarixə kimi Qazaxıstan Respublikasından Azərbaycan Respublikasına neçə dəfə gəlib-getməsinin aydınlaşdırılması məqsədi ilə 24 yanvar 2024cü il tarixli vəkil sorğusu ilə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə müraciət olunmuşdur. Həmin vəkil sorğusuna Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti Şöbəsi tərəfindən verilmiş 16 fevral 2024-cü il tarixli 3-38-2/33-527/24 saylı məktubda göstərilir ki, xx.xx.1959-cu il təvəllüdlü Qazaxıstan vətəndaşı X22 xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında aşağıdakı məlumatlar qeydə alınmışdır: Belə ki, X22 Azərbaycan Respublikasına: 07 sentyabr 2021-ci il tarixdə girişi, 19 oktyabr 2021-ci il tarixdə çıxışı (ölkədə qalma müddəti 42 gün), 25 dekabr 2021-ci il tarixdə girişi, 19 yanvar 2022-ci il tarixdə çıxışı (ölkədə qalma müddəti 25 gün), 01 mart 2022-ci il tarixdə girişi, 11 mart 2022-ci il tarixdə çıxışı (ölkədə qalma müddəti 10 gün), 22 may 2022-ci il tarixdə girişi, 09 iyun 2022-ci il tarixdə çıxışı (ölkədə qalma müddəti 18 gün), 07 iyul 2022-ci il tarixdə girişi, 28 iyul 2022-ci il tarixdə çıxışı (ölkədə qalma müddəti 21 gün), 28 avqust 2022-ci il tarixdə girişi, 11 oktyabr 2022-ci il tarixdə çıxışı (ölkədə qalma müddəti 44 gün), 21 oktyabr 2022-ci il tarixdə girişi, 15 mart 2023-cü il tarixdə çıxışı (ölkədə qalma müddəti 145 gün), 16 aprel 2023-cü il tarixdə girişi, 26 aprel 2023-cü il tarixdə çıxışı (ölkədə qalma müddəti 10 gün), 28 may 2023-cü il tarixdə girişi, 09 iyun 2023-cü il tarixdə çıxışı (ölkədə qalma müddəti 12 gün), 16 iyul 2023-cü il tarixdə girişi, 19 iyul 2023-cü il tarixdə çıxışı (ölkədə qalma müddəti 3 gün), 03 sentyabr 2023cü il tarixdə girişi, 08 sentyabr 2023-cü il tarixdə çıxışı (ölkədə qalma müddəti 5 gün), 09 dekabr 2023-cü il tarixdə girişi, 15 dekabr 2023-cü il tarixdə çıxışı (ölkədə qalma müddəti 6 gün), 08 yanvar 2024-cü il tarixdə girişi, 12 yanvar 2024-cü il tarixdə çıxışı (ölkədə qalma müddəti 4 gün), Ümumilikdə 05 sentyabr 2021-ci il tarixdən 15 yanvar 2024-cü il tarixə kimi X22 Azərbaycan Respublikasına 13 dəfə girişi-çıxışı qeydə alınmışdır. (Ölkədə qalma müddəti 345 gün). Eyni zamanda bildirir ki, Qazaxıstan Respublikası vətəndaşı Rafik Mamedovun adma olan N09326098 saylı ümumvətəndaş pasportunda (xarici pasportda) da “VİZALAR” olan hissədə də onun 05 sentyabr 2021-ci il tarixdən 15 yanvar 2024-cü il tarixə kimi X22 Azərbaycan Respublikasına 13 dəfə girişi-çıxışına dair qeydlər vardır. Onu da bildirir ki, o, Qazaxıstan Respublikasında böyük bir tikinti şirkətinin sahibi və rəhbəridir. Qeyd olunan şəxslər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh6 tərəfindən oğlu Hüseyn Məmmədova qarşı törədilmiş cinayət əməlləri nəticəsində Qazaxıstan Respublikasında bütün işləri alt-üst olmuş, şirkətin normal iş fəaliyyəti pozulmuş, boşdayanmalar olmuş və nəticədə zərərçəkmiş şəxsin hüquqi varisi kimi ona maddi və mənəvi zərər dəymişdir. Bildirir ki,yuxarıda qeyd edildiyi kimi mərhum oğlu Hüseyn Məmmədovu narkomaniyadan müalicə etmək adı ilə reabilitasiya mərkəzinin rəhbərləri Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 tərəfindən müalicə olunmaq üçün aylıq müalicə və sair xərclər adı ilə 4070 (dörd min yetmiş) manat verilmişdir. Bundan başqa cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı zamanı ərizə və şikayətlərin göndərilməsi ilə bağlı poçt xidməti göstərilməsi üçün 35.83 manat, vəkil xidməti ilə bağlı 2671 manat xərclənmişdir. Eyni zamanda iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq 168 manat ödənilmişdir. Bu barədə olan poçt ödəniş qəbzlərinin,vəkil orderlərinin,ödəniş qəbzlərinin və rüsum ödənilməsinə dair olan qəbzin surətləri əlavə olunur. Bildirir ki, beləliklə cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh6 tərəfindən ona 4070 manat (Reabilitasiya müəssisəsində saxlamaq və sair ödənişlər) +8770.89 manat (təyyarə biletlərinin qiyməti) + 2671 manat (vəkil xidmətləri üçün olan ödəniş) + 35.83 manat (poçt ödənişləri) + 168 manat (dövlət rüsumu) ümumilikdə yekun olaraq = 15715.72 (on beş min yeddi yüz on beş ) manat məbləğində maddi zərər vurulmuşdur. Eyni zamanda bildirir ki, cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh6 tərəfindən ona 15715.72 (on beş min yeddi yüz on beş ) manat məbləğində maddi zərərlə 10000 (on min) manat məbləğində mənəvi zərər də vurulmuşdur. Bildirir ki, cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh6 yuxarıda qeyd etdiyi şəxslərin qanunsuz hərəkətləri nəticəsində oğlu Hüseyn artıq həyatda yoxdur. Qeyd olunan şəxslərin insanlığa sığmayan və qanuna zidd hərəkətləri nəticəsində oğlum Hüseyn cavan ikən 29 yaşında ölmüşdür. Nəticədə o və həyat yoldaşı cavan oğlunu, Hüseynin həyat yoldaşı cavan ərini, azyaşlı oğlu Sultanəli isə cavan atasını itirmişdir. Oğlu Hüseynin narkomaniyadan müalicə olunmaq adı ilə oğurlanaraq aparılması, ona müalicə olunmaq adı ilə mütəmadi olaraq fiziki zor tətbiq edilməklə işgəncələr verilməklə döyülməsi, əlləri və ayaqlarından qandallanması, qollarından asılaraq ona işgəncələr verilməsi, krovata bağlanaraq döyülüb işgəncələr verilməsi və döyülərək öldürülməsi ona çox pis təsir etməklə onun mənəvi sarsıntı və iztirab keçirməyinə səbəb olmuşdur və o hal-hazırda da mənəvi sarsıntı və iztirab keçirir. Cavabdehlər Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2, Cavabdeh1, Cavabdeh5, Cavabdeh6 tərəfindən ona vurulmuş mənəvi zərəri 10000 (on min) manat məbləğində qiymətləndirir. Həmin pul da cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, Cavabdeh5, Cavabdeh6 alınaraq ona ödənilməlidir. İddiaya etiraz: Cavabdeh6 Cəmaləddin oğlu tərəfindən Azərbaycan Respublikası MPM-nin 47 və 154-cü maddələrinə əsasən təqdim edilmiş etirazında o tələbin iddiasının tam əsassız və qanunsuz olmasını göstərərək iddianın rədd edilməli olmasını göstərmişdir. Belə ki, işin halları aşağıdakı kimi olmuşdur: Guya o, ünvan 6 ünvanda yerləşən X18 məxsus 3 mərtəbəli və zirzəmidən ibarət evdə olan və narkomaniyadan əziyyət çəkən şəxslərin müalicəsi və reabilitasiyasını həyata keçirən “New Life” adlı Reabilitasiya Mərkəzində məsləhətçi kimi işləyərkən həmin mərkəzdə proqram tədris edən, eləcə də mərkəzin rəhbəri Cavabdeh3, mərkəzin maliyyə məsələlərinə nəzarət edən X36, mərkəzin ərzaq təhcizatçısı Cavabdeh4, mərkəzin tibb məsləhətçisi Cavabdeh1, həmin mərkəzdə işəmiş və ölmüş X13 və müalicə alan lakin sərbəst çəkildə hərəkət edən vasitəçi stajor Cavabdeh5 ilə cinayət əlaqəsinə girərərk qabaqcadan əlbir olan bir qrup şəxs qismində ondan asılı vəziyyətdə olmaqla aşkar surətdə köməksiz vəziyyətdə olan iki və daha çox şəxsə qarşı 10 avqust 2021-ci il tarixdən 05 sentyabr 2021-ci il tarixə kimi Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində göstərilən nəticəyə səbəb olmayan mütəmadi olaraq döyməklə və sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və psixi iztirablar yetirib işgəncə ilə müşayiət olunan əzab vermiş, qabaqcadan həmin şəxslərlə əlbir olub bir qrup şəxs qismində iki və daha çox şəxsə qarşı silah qismində istifadə olunan əşya tətbiq etməklə zərərçəkmiş şəxsin həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq edib adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmiş, qeyd olunan əməlləri nəticəsində müalicə alan X17 ölümünə, habelə sonuncunun ölümü ilə əlaqəsi olmayan sağlamlığa az ağır, yüngül dərəcəli və dərəcəsi təyin edilməyən, X4 yüngül dərəcəli, X12 və X34 sağlamlıqlarına yüngül dərəcəli və dərəcəsi təyin edilməyən xəsarətlər almasına səbəb olan cinayət əməlini törətmişdir. O, özü narkomaniyadan əziyyət çəkən şəxs kimi həmin müəssisədə rüablitasiya keçən şəxs olmuş, müəssisənin açımasında, idarə edilməsində reablitasiyə pullarının yığılmasında şəxslərin reablitasiyası üçün xərclərin çəkilməsində iştirak etməmiş və bütün reablitasiya keçən şəxslər kimi valideyinləri tərəfindən ayda 1400 manat verilməklə reablitasiyə kursu keçmişdir. Sadalanan cinayətlərin törədilməsində heç bir günahı olmamasına baxmayaraq əməlinə düzgün hüquqi qiymət verilməyərək əsassız olaraq Azərbaycan Respublikası CM-nin 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6 və 145.3 maddələri ilə ilə təqsirli bilinərək barəsində əsassız ittiham hökmü çxarılmışdır. Məhkəmə istintaqı zamanı da açıq-aydın göründü ki, Cavabdeh3, və qeyriləri ilə qabaqcadan cinayət əlaqəsinə girməmişdir. Həmin mərkəzdə reablitasiya keçən şəxslərin, o cümlədən iş üzrə zərərçəkmiş şəxs kimi tanınmış şəxslərin heç biri, heç bir vaxt və heç bir halda ondan asılı vəziyyətdə olmamışdır. Həmçinin məhkəmə istintaqı zamanı tam sübut olundu ki, aşkar surətdə köməksiz vəziyyətdə olan iki və daha çox şəxsə qarşı Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində göstərilən nəticəyə səbəb olmayan mütəmadi olaraq döymə və sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və psixi iztirablar yetirib işgəncə ilə müşayiət olunan əzab verməmiş, qabaqcadan Cavabdeh3 və qeyriləri ilə əlbir olub bir qrup şəxs qismində iki və daha çox şəxsə qarşı silah qismində istifadə olunan əşya tətbiq etməklə zərzrçəkmiş şəxsin həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq edib adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etməmişdir. Məhkəmə istintaqından açıq-aydın göründü ki, o, həmin mərkəzdə malicə alan şəxs olmaqla heç bir məsul vəzifəsi olmamış, hər hansı vəzifəyə təyin edilməsi üçün kiminləsə yazılı və ya ya şifahi müqaviləsi olmamışdır. Özü müalicədən sonra reablitasiya keçərkən müalicə alan şəxslərlə “12 addım” müalicə proqramını özü necə keçdiyini başa salmaqda, həmin proqramı necə keçməyi öyrətməkdə mərkəzin rəhbərliyinə, yəni 3 gündən bir müəssisədə olarkən həmin gün növbə rəhbərindən asılı olmaqla müstəqili surətdə hər hansı bir qərar vermək və ya müstəqil hərəkət etmək iqtidarında və səlahiyyətində olmamış, fəaliyyəti yalnız müalicə kursu keçənlərə yardım etməkdən ibarət olmuşdur. O, əvvəlcədən Cavabdeh4, Cavabdeh3 və digərləri ilə razılaşaraq cinayət əlaqəsinə girməyi, belə cinayətin kimin təklifi ilə nə vaxt və harada yarandığı, cinayətin təşkilatçısının, icraçısının, köməkçisinin kim olduğu, rolların necə bölüşdürülməsini və həmin şəxslərin, o cümlədən onun konkret əməlinin nədən ibarət olmasıni müəyyən edən razılaşmanın nədən ibarət olmasını, belə bir razılaşmanın və cinayət əlaqəsinin olmasını təsdiq edən heç bir ifadə və ya bunu təsdiq edən sübut növü yoxdur. Həmçinin məhkəmədə onun vəzifəsiin nədən ibarət olması, kimi və neçə dəfə hansı nahiyyəsindən vurmağı, zərərçəkmiş şəxslərə zor tətbiq etməyi, döyüb xəsarət yetirməyi barədə heç bir subut olmadığı halda məhkəmə ümumi sözlərlə kifayətlənərək, əməlimi sübuta yetirilmədən barəsində CM-nin 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6 və 145.3- cü maddələri ilə təsassız ittiham hökmü çıxarmışdır. Məhkəmə istintaqı zamanı iş üzrə zərərçəkmiş şəxs kimi tanınmış və dindirilmiş X52 xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 23 saylı, X51 xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 43 saylı və X27 xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 43 saylı dövlət notariat kontoru vasitəsi ilə istinaq orqanına ərizə verərək bildirmişlər ki, o onlarla birlikdə 2021-ci ilin avqust-sentyabr aylarında Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivi, 946 “a” ünvanda yerləşən X18 məxsus 3 mərtəbəli binada müalicə alarkən onlara qarşı heç bir qanunazidd hərəkətlərə yol verməmiş, həmin şəxslərin ona qarşı heç bir şikayət və tələbləri yoxdur. Məhkəmədə dindirilmiş zərərçəkmiş X52 ifadəsində göstərmişdir ki, “New Life”adlı Reablitasiya Mərkəzində onunla birlikdə təqribən 27-34 nəfər “12 addım” proqramı əsasında malicə almışdır. Mərkəzə Orucəli, Famil, Elsuvarvə Qənbər rəhbərlik etmişlər. xx.xx.2021-ci il tarixdə saat 14-dən sonra yat komandası verilmiş və onun otağına gələn Famil onu zirzəmiyə aparmış, Famil onuun qollarını skoçla bağlayaraq döymüşdür. Bundan sonra oraya gələn Orucəli, Qənbər və Elvüsal onu və oraya çağırılmış Fuadı, Hüseyni də döymüşlər. Kamran Əliyev məhkəmədə bildirmişdir ki, onun onunla münasibəti yaxşı olmuş, ondan heç bir asılılığı olmamış, heç vaxt onu döyüb incitməmiş, ona xəsarət yetirməmiş, onun qollarını və ayaqlarını skoçla və ya başqa əşya ilə bağlayıb zor tətbiq etməmiş və onun azadlığını heç vaxt məhdudlaşdırmamış, əksinə reablitasiya keşməkdə ona yaxından kömək etmişdir. X8 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdən hadisə olan reabiluitasiya mərkəzinə gələrək müalicə almağa başlamışdır. Mərkəzə Orucəli, Famil, Qənbər, Elvüsal rəhbərlik etmişlər. Müalicə “12 addım” müalicə kursundan ibarət olmuşdur. xx.xx.2021-ci il tarixda saat 15.30 radələrinə yat komandası verildikdən sonra həmin gün növbədə rəhbər olan Famil onu zirzəmiyə çağıraraq qaçmaq istədiyini bildirərək onunun əlilərini və ayaqlarının skoçla bağlayaraq yerə yıxıb şlankla döydüymüşdür. Famil ondan başqa Kamranın, Hüseynin Muradın, qollarının va ayaqlarının skoçla bağlamışdır. Bir azdan həmin yerə Orucəli, Qənbər və Elvüsal gələrək onları döymüşlər. Xüsusilə Hüseyni çox döymüşlər. O, onu heç vaxt döyməmiş və heç vaxt ona qarşı heç bir zor tətbiq edərək azadlığını məhdudlaşdırmamışdır. Onun vəzifəsi sadəcə müalicə alan şəxslərə narkotikdən asalılığın aradan qaldırılması məqsədilə rəhbərlik tətəfindən verilmiş “12 addım” tapşırığı zamanı icra ediləcək yazıların yazılmasında və sair tapşırıqların icra edilməsində onlara köməklik etməkdən ibarət olmuşdur. İstintaq zamanı zərərçəkmiş kimi tanınaraq dindirilmiş X27 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə müalicə mərkəzində saat 15.30 radələrində Cavabdeh4 onu binanın zirzəmisinə, yəni siqaret çəkilən və ərzaq yığılan otağına aparmışdır. Həmin vaxt orada Cavabdeh4 başqa Cavabdeh1, Elsuval Hüseynov və Cavabdeh3 olmuşlar. Oraya çatdıqda əlləri və qolları skoçla bağlanmış vəziyətdə gördüyü Kamranın, Fuadın, Muradın və Hüseynin döyüldüyünü görmüşdür. O, həmin vaxt orada olmamış və onu döymənmişdir. Məhkəmə istintaqı zamanı digər cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Cavabdeh5 ifadəsində göstərdi ki, onunla reablitasiya kursu keçən onunda qabaqcadan əlbir olan bir qrup şəxs qismində cinayət əlaqəsinə girməmiş, ondan asılı vəziyyətdə olmaqla aşkar surətdə köməksiz vəziyyətdə olan iki və daha çox şəxsə qarşı mütəmadi olaraq döyməklə və sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və psixi iztirablar yetirib işgəncə ilə müşayiət olunan əzab verməmiş, qabaqcadan həmin şəxslərlə əlbir olub bir qrup şəxs qismində iki və daha çox şəsxə qarşı silah qismində istifadə olunan əşya tətbiq etməklə zərərçəkmiş şəxsin həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq edib adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etməmişdir. Əksinə hadisə olan gün növbə rəhbəri Cavabdeh4 göstərişi ilə onunla birlikdə binanın ikinci mərtəbəsində olmuşdur. Bu xususatlar digər təqsirləndirilən şəxs olub iş üzrə şahid kimi dindirilən Cavabdeh1 ifadəsi ilə bir daha təsdiq olunmuşdur. Cavabdeh1 da məhkəmədə israrla bildirdi ki, o, onunla və qeyriləri ilə qabaqcadan razılaşaraq cinayər əlaqəsinə girməmiş, ondan asılı vəziyyətdə olmaqla aşkar surətdə köməksiz vəziyyətdə olan iki və daha çox şəxsə qarşı mütəmadi olaraq döyməklə və sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və psixi iztirablar yetirib işgəncə ilə müşayiət olunan əzab verməmiş, qabaqcadan həmin şəxslərlə əlbir olub bir qrup şəxs qismində iki və daha çox şəxsə qarşı silah qismində istifadə olunan əşya tətbiq etməklə zərərçəkmiş şəxsin həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq edib adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etməmişdir. İş üzrə məhkəmədə dindirilən şahidlər X28, X14, X48, X23h, X15 heç birinin ifadələrində ittiham tərəfinin göstərdiyi kimi onun Cavabdeh3 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində ondan asılı vəziyyətdə olmaqla aşkar surətdə köməksiz vəziyyətdə olan iki və daha çox şəxsə qarşı mütəmadi olaraq döyməklə və sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və psixi iztirablar yetirib işgəncə ilə müşayiət olunan əzab verməsi, qabaqcadan həmin şəxslərlə əlbir olub bir qrup şəxs qismində iki və daha çox şəxsə qarşı silah qismində istifadə olunan əşya tətbiq etməklə zərərçəkmiş şəxsin həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq edib adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etməsi nəticədə müalicə alan X17 ölümünə, habelə sonuncunun ölümü ilə əlaqəsi olmayan sağlamlığa az ağır, yüngül dərəcəli və dərəcəsi təyin edilməyən, xəsarətlərin almasına səbəb olan cinayət əməlini törətməsini göstərən heç bil dəlilsübut olmadı. X59 və digərləri məhkəmədə narkomaniyadan əziyyətdən yaxa qurtarmaq üçün müalicə keçməkdə onlara kömək etdiyinə görə ona minnətdarlıqlarını bildirmişlər İddiaçı iddiada göstərmişdir ki, cinayət işləri ilə əlaqədar olaraq məhkəmələrdə iştirak etmək üçün Kazaxstan Respublikasından Bakıya gələrək yol xərci və sair xərclər çəkmişdir. Həmçinin iddiasında 07 sentyabr 2022-ci il tarixdən 12 yanvar 2024-cü il tarixə kimi məhkəmələrdə iştirak edərək Azərbaycan manatının məzənnəsi ilə 8770.89 manat xərc çəkmişdir. Bundan başqa iddiada göstərilmişdir ki, cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı zamanı şikayətlərin göndərilməsinə 35.83 manat və poçt xidmətlərinə 168 manat və vəkil xidməti ilə bağlı 2671 manat xərcləmişdir. İddiaçı həmçinin ona aidiyyəti olmayan və oğlunun reablitasiya mərkəzində müalicə edilməsi üçün həmin müəssisənin rəhbərlərinə verdiyi 4070 manatı, həmin müəssisədə saxlanılması xərcləri və sair ödənişlər olmaqla 8770.89 manatı, başqa təqsirləndirilən şəxsilərin məhkəmə baxışında iştirak etməsi üçün Bakı şəhərinə gəlmasi barədə mənəvi ziyanla birlikdə ümumu olaraq 15715.72 manat məbləğıində maddi və mənəvi zərər vurduğunu iddia edir və həmin təbləğı də müştərək olaraq ondan da tələb edir ki, həmin xərclərin ona heç bir aidiyyatı yoxdur. Bildirmək istyir ki, barəsində olan 1(101)-555\2023 saylı cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində (hakim Faiq Qəniyev) xx.xx.2022-ci ildən xx.xx.2023-cü il tarixə kimi baxılmışdır. Həmin müddətdə iddiaçı paralel olaraq başqa şəxslər barəsində olan digər işə baxılarkən Bakı şəhərinə gəlməsinə, bilavasitə onun barəsində olan işə baxılarkən cəmi 2-3 dəfə məhkəməyə gəlməsinə baxmayaraq əsassız olaraq ona qarşı maddi və mənəvi ziyana görə ümumi iddia qaldırmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-ə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, işdə iştirak edən iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-149/2023 nömrəli, 08 avqust 2023-cü il tarixli hökmündən görünür ki, Cavabdeh3 Azərbaycan Respublikası CM-nin 192.1, 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6 və 145.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə, Azərbaycan Respublikası CM-nin 192.1-ci maddəsi ilə 02 (iki) ay müddətə, CM-nin 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6-cı maddələri ilə 03 (üç) il müddətə, CM-nin 145.3-cü maddəsi ilə 06 (altı) il müddətə, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq Cavabdeh3 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cavabdeh2 Azərbaycan Respublikası CM-nin 192.1, 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6 və 145.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə, Azərbaycan Respublikası CM-nin 192.1-ci maddəsi ilə 02 (iki) ay müddətə, CM-nin 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6-cı maddələri ilə 03 (üç) ilmüddətə, CM-nin 145.3-cü maddəsi ilə 06 (altı) il müddətə, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq Cavabdeh2 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cavabdeh4 Azərbaycan Respublikası CM-nin 192.1, 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6 və 145.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə, Azərbaycan Respublikası CM-nin 192.1-ci maddəsi ilə 02 (iki) ay müddətə, CM-nin 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6-cı maddələri ilə 04 (dörd) il müddətə, CM-nin 145.3-cü maddəsi ilə 07 (yeddi) il müddətə, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq Cavabdeh4 08 (səkkil) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cavabdeh1 Azərbaycan Respublikası CM-nin 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6 və 145.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə, Azərbaycan Respublikası CM-nin 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6-cı maddələri ilə 03 (üç) il müddətə, CM-nin 145.3-cü maddəsi ilə 05 (beş) il müddətə, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq Cavabdeh1 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cavabdeh5 Azərbaycan Respublikası CM-nin 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6 və 145.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə, Azərbaycan Respublikası CM-nin 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6-cı maddələri ilə 02 (iki) il müddətə, CM-nin 145.3-cü maddəsi ilə 05 (beş) il müddətə, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq Cavabdeh5 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. - Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-555/2023 nömrəli, 12 oktyabr 2023-cü il tarixli hökmündən görünür ki, Cavabdeh6 Camalladdin oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6 və 145.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 133.2.1-ci, 133.2.3-cü, 133.2.4-cü, 133.2.6-ci maddələri ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasının, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 145.3-cü maddəsi ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasının, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Cavabdeh6 cinayətlərin məcmusu üzrə qəti olaraq 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməklə Cavabdeh6 cəzaçəkmə müddətinin başlanğıcının 28 oktyabr 2022-ci il tarixdən hesablanması, Cavabdeh6 barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, Cavabdeh6 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Cavabdeh6 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməsi, iş üzrə ekspertiza xərcinin Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 avqust 2023-cü il tarixli 1(101)-149/2023 saylı hökmü ilə həll olunmasının nəzərə alınması, Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsinin maddi sübutlar otağında saxlanılan, iş üzrə maddi sübutlar siyahısında göstərilən əşyaların və predmetlərin Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsinin 28 aprel 2022-ci il tarixli qərarı ilə ayrılmış cinayət işinin materiallarına əlavə edilməsinin nəzərə alınması hökm edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 dekabr 2023-cü il tarixli, 1(103)- 947/2023 saylı qərarından görünür ki, təqsirləndirilən şəxs Cavabdeh2 müdafiəçisi X49, təqsirləndirilən Cavabdeh5 və müdafiəçisi X53, təqsirləndirilən Cavabdeh1 və müdafiəçiləri-X43 və X54 tərəfindən birlikdə, təqsirləndirilən Cavabdeh3 müdafiəçisi X29, təqsirləndirilən Cavabdeh4 müdafiəçisi X50; zərərçəkmiş şəxsin hüquqi varisi X44 və nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 avqust 2023-cü il tarixli hökmü təqsrləndirilən şəxslər- Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 münasibətdə dəyişdirilmiş, təqsrləndirilən şəxs Cavabdeh3 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən, ona Cinayət Məcəlləsinin 192.1-ci maddəsi ilə cəza təyin edilməsin. təqsrləndirilən şəxs Cavabdeh2 təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 192.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən, ona Cinayət Məcəlləsinin 192.1-ci maddəsi ilə cəza təyin edilməviş, təqsrləndirilən şəxs Cavabdeh4 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən, ona Cinayət Məcəlləsinin 192.1-ci maddəsi ilə cəza təyin edilməmiş, təqsrləndirilən Cavabdeh3 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6 və 145.3-cü maddələri ilə Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, cinayətlərin məcmusu üzrə ona təyin olunmuş 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti endirilməklə, onun üzərində qəti olaraq 06 (altı) il 11 (on bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, təqsrləndirilən şəxs Cavabdeh2 təqsirli bilindiyi Cinayət Məcəlləsinin 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6 və 145.3-cü maddələri ilə Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, cinayətlərin məcmusu üzrə təyin olunmuş 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti endirilməklə, üzərində qəti olaraq 06 (altı) il 11 (on bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, təqsrləndirilən şəxs Cavabdeh4 təqsirli bilindiy Cinayət Məcəlləsinin 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6 və 145.3-cü maddələri ilə Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, cinayətlərin məcmusu üzrə təyin olunmuş 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti endirilməklə, onun üzərində qəti olaraq 07 (yeddi) il 11 (on bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış,məhkəmənin hökmü qalan hissədə dəyişdirilmədən saxlanılvışdır. - Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-142/2024 nömrəli, 11 yanvar 2024cü il tarixli qərarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-555/2023 nömrəli, 12 oktyabr 2023-cü il tarixli hökmündən məhkum olunmuş şəxsin müdafiəçisi X45 tərəfindən apellyasiya şikayəti verilərək hökmünün ləğv edilərək Cavabdeh6 Cəmaləddin oğlu barəsində bərəat hökmü çıxarılmasını xahiş etmiş, həm də zərərçəkmiş şəxsin hüquqi varisi X44 və nümayəndəsi Nümayəndə Əhrəman oğlu da birgə apellyasiya şikayəti verib, Cavabdeh6 daha ağır cinayət üzrə ittihamın irəli sürülməsi üçün hökmün ləğv olunması və cinayət işinin birinci instansiya məhkəməsinə qaytarılması barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişlər. Lakin onların apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-555/2023 nömrəli, 12 oktyabr 2023-cü il tarixli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2024-cü il tarixli 1(102)- 1234\2024 saylı qərarı ilə zərərçəkmiş şəxsin hüquqi varisi X44 və onun nümayəndəsi Nümayəndə tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-142/2024 nömrəli, 11 yanvar 2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikasının Milli Aviadaşıyıcısı "xxxx" QSC-nin xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, Qazaxıstan Respublikası vətəndaşı, xx.xx.1959-cu il təvəllüdlü Rafik Mamedovun 09.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixə kimi Azərbaycan Respublikasına hansı illərdə gəlməsi və Azərbaycan Respublikasından hansı tarixlərdə getməsi, uçuş biletlərinin əti barədə məlumat verilməsinə dair xx.xx.2024-cü il tarixli 18 nömrəli sorğunuza aidiyyəti baxılmış və bildirilmişdir ki, Rafik Mamedovun Azərbaycan Respublikasına və Azərbaycan spublikasından uçuşları yoxlanılarkən onun xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il xədək iki uçuşu müəyyən edilmişdir. Rafik Mamedov xx.xx.2023-cü il tarixində Aktau-Bakı istiqamətində 771-********** ylı aviabilet ilə uçuşdan istifadə etmişdir. Aviabilet xx.xx.2023-cü il tarixdə 31847 Qazaxıstan gəsinə əldə edilmişdir. Sözügedən şəxs həmçinin xx.xx.2024-cü il tarixində Bakı-Aktau qamətində 771-********** saylı aviabilet ilə uçuşdan istifadə etmişdir. Aviabilet .01.2024-cü il tarixdə 59393 Qazaxıstan təngəsinə əldə edilmişdir. - E-manat ödəniş terminalının qəbzlərindən və 17 saylı Vəkil Bürosunun orderlərindən görünür ki, xx.xx.2021-ci il tarixli order üzrə ödənilmiş vəsait-101 manat, xx.xx.2022-ci il tarixli order üzrə ödənilmiş vəsait- 202 manat, xx.xx.2022-il tarixli order üzrə ödənilmiş vəsait-111 manat, xx.xx.2022 –ci il tarixli order üzrə ödənilmiş vəsait-111 manat, xx.xx.2022- ci il tarixli order üzrə ödənilmiş vəsait-211 manat, xx.xx.2023-cü il tarixli order üzrə ödənilmiş vəsait-421 manat, xx.xx.2023-cü il tarixli order üzrə ödənilmiş vəsait- 421 manat, xx.xx.2024 –cü il tarixli order üzrə ödənilmiş vəsait-351 manat, xx.xx.2024-cü il tarixli order üzrə ödənilmiş vəsait - 421 manat, xx.xx.2024-cü il tarixli order üzrə ödənilmiş vəsait-321 manat, ümumtlikdə 2671 manat təşkil edir. - Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti Şöbəsi tərəfindən verilmiş 16 fevral 2024-cü il tarixli 3-38-2/33-527/24 saylı məktubdan görünür ki, xx.xx.1959-cu il təvəllüdlü Qazaxıstan vətəndaşı X22 xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında aşağıdakı məlumatlar qeydə alınmışdır: 07 sentyabr 2021-ci il tarixdə girişi, 19 oktyabr 2021-ci il tarixdə çıxışı, 25 dekabr 2021-ci il tarixdə girişi, 19 yanvar 2022-ci il tarixdə çıxışı, 01 mart 2022-ci il tarixdə girişi, 11 mart 2022-ci il tarixdə çıxışı, 22 may 2022-ci il tarixdə girişi, 09 iyun 2022-ci il tarixdə çıxışı, 07 iyul 2022-ci il tarixdə girişi, 28 iyul 2022-ci il tarixdə çıxışı,28 avqust 2022-ci il tarixdə girişi, 11 oktyabr 2022-ci il tarixdə çıxışı, 21 oktyabr 2022-ci il tarixdə girişi, 15 mart 2023-cü il tarixdə çıxışı, 16 aprel 2023-cü il tarixdə girişi, 26 aprel 2023-cü il tarixdə çıxışı, 28 may 2023cü il tarixdə girişi, 09 iyun 2023-cü il tarixdə çıxışı, 16 iyul 2023-cü il tarixdə girişi, 19 iyul 2023-cü il tarixdə çıxışı, 03 sentyabr 2023-cü il tarixdə girişi, 08 sentyabr 2023-cü il tarixdə çıxışı, 09 dekabr 2023cü il tarixdə girişi, 15 dekabr 2023-cü il tarixdə çıxışı, 08 yanvar 2024-cü il tarixdə girişi, 12 yanvar 2024cü il tarixdə çıxışı.
Əsaslandırıcı hissə:
İşin araşdırılmış hallandan görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-149/2023 nömrəli, 08 avqust 2023-cü il tarixli hökmü ilə müəyyən edilmişdir ki, Cavabdeh3 qabaqcadan əlbir olan bir qrup şəxs qismində xeyli miqdarda gəlir əldə etməklə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq (lisenziya) almadan qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində təqsirkardan asılı vəziyyətdə olmaqla aşkar surətdə köməksiz vəziyyətdə olan iki və daha çox şəxsə qarşı Azərbaycan Respublikası CM-in 126-cı maddəsində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və psixi iztirablar yetirib işgəncə ilə müşayiət olunan əzab vermiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində təqsirkardan asılı vəziyyətdə olmaqla aşkar surətdə köməksiz vəziyyətdə olan iki və daha çox şəxsə qarşı silah qismində istifadə olunan əşya tətbiq etməklə zərərçəkmiş şəxslərin həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq edib adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmiş, qeyd olunan əməllər nəticəsində X17 ölümü ilə səbəbli əlaqəsi olmayan az ağır, yüngül dərəcəli və dərəcəsi təyin edilməyən, X33 yüngül dərəcəli, X12 və X34 yüngül dərəcəli və dərəcəsi təyin edilməyən xəsarətlər almaları ilə ağır nəticələrə səbəb olmuşdur. Belə ki, o, 07 may 2021-ci il tarixdən 05 sentyabr 2021-ci il tarixədək ünvan 1 ünvanda yerləşən X18 məxsus 3 mərtəbə və zirzəmidən ibarət, yaşamaq üçün yataq dəstləri, mətbəx, məşğələ otaqları, məişət ləvazimatları və ərzaqla təchiz olunmuş fərdi yaşayış evində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan qanunsuz sahibkarlıq fəaliyyətlərini davam etdirərkən “New Life” adı altında fəaliyyət göstərən mərkəzdə özü ilə bərabər faktiki rəhbərliyi həyata keçirən Cavabdeh2 və Cavabdeh4, mərkəzdə müalicə müddəti bitdiyindən könüllü, lakin ödənişsiz (bəzən isə xırda məbləğlərdə maddi dəstək olmaqla) əsaslarla məsləhətçi qismində işləməklə mərkəzə və müalicə olunanlara nəzarət edən Cavabdeh1, Cavabdeh6 və təqsirləndirilən şəxs qismində tanınanadək ölmüş və barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş X13, habelə mərkəzdə müalicə müddəti bitməsə də son mərhələ olduğu üçün mərkəzdə daha rahat hərəkət etmək üstünlüyü əldə etmiş, rəhbərlərin göstərişlərini müalicə olunanlara çatdırıb arada vasitəçi olmaqla stajor qismində digər müalicə olunanlara nəzarət edən Cavabdeh5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib 26 iyun 2021-ci il tarixdə mərkəzə könüllü müraciət etsə də, artıq mərkəzdə qalmaq istəməyən, müalicəsini yarımçıq saxlayıb evinə geri qayıtmaq istəyən X27 28 iyun 2021-ci il tarixdə, 20 may 2021-ci il tarixdə mərkəzə könüllü müraciət etsə də, artıq mərkəzdə qalmaq istəməyən, müalicəsini yarımçıq saxlayıb evinə geri qayıtmaq istəyən X51 10 avqust 2021-ci il tarixdə mərkəzdən qaçarkən, Cahangir Əliyevi xx.xx.2021-ci il tarixdən, Fuad Həsənovu isə xx.xx.2021-ci il tarixdən etibarən qrup üzvləri ilə birlikdə geri qaytararaq adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum edib sərbəst hərəkət etmək, özlərinə yaşayış yeri seçmək imkanlarını məhdudlaşdırıb mərkəzdə məcburi qaydada arzu etmədikləri yerdə, Binəqədi rayonu, Novxanı bağ massivi, 946a saylı ünvanda həyətyanı sahəsi mişar daşla hasara alınmış, növbədə olan şəxslər tərəfindən mühafizə olunan qapalı evdə və həmin evin həyətyanı sahəsində vahid niyyətlə 04 sentyabr 2021-ci il tarixədək qanunsuz saxlamış, öz aralarında razılaşdırmaqla təsdiq edilmiş qrafikə uyğun olaraq həmin gün növbəni növbə rəisi Cavabdeh4 tapşırıb qabaqcadan əlbir olduğu qrupun üzvlərindən Cavabdeh1 və Cavabdeh2 ilə birlikdə mərkəzdən ayrıldıqdan qısa müddət sonra, yəni 04 sentyabr 2021-ci il tarixdə saat 14:23-də Cavabdeh4 istifadəsində olan “***-***-**-**” saylı mobil telefon nömrəsi vasitəsi ilə onun istifadəsində olan “***-***-**- **” saylı mobil telefon nömrəsinə zəng edib qrupun digər üzvləri Cavabdeh6, Cavabdeh5 və təqsirləndirilən şəxs qismində tanınanadək ölmüş və barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş X13 ilə birlikdə növbədə olarkən könüllü müraciət etməklə mərkəzdə narkotik asılılığından müalicə olunmaları məqsədilə saxlanılan X35, X52 və mərkəzdə azadlığı məhdudlaşdırılmaqla xx.xx.2021-ci il tarixdən məcburi saxlanılan X27 və xx.xx.2021-ci il tarixdən məcburi saxlanılan X34 04 sentyabr 2021-ci il tarixdə mərkəzdən qaçmaq məqsədilə hazırladıqları plan barədə məlumat əldə etdiklərini bildirmiş, o, Cavabdeh1 və Cavabdeh2la birlikdə dərhal mərkəzə qayıdacaqlarını Cavabdeh4, Cavabdeh6, Cavabdeh5 və təqsirləndirilən şəxs qismində tanınanadək ölmüş və barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş İsrafil Hüseynova bildirib, onlar qayıdanadək Hüseyn Məmmədov, Fuad Həsənov, Kamran Əliyev və Cahangir Əliyevin mərkəzdən qaçmalarının qarşısının alınması, habelə bu üsulla mərkəzdə saxlanılan digər şəxslərdə də qorxu hissinin formalaşması məqsədilə müxtəlif zorakı üsullarla cəzalandırılması, zirzəmiyə salınıb əlqollarının bağlanılması, fiziki zor tətbiq edilməsi ilə bağlı tapşırıqlar vermiş, ümumi cinayətkar niyyətə və məqsədə uyğun olaraq cinayətkar qrupun üzvləri Cavabdeh4, Cavabdeh6, Cavabdeh5 və təqsirləndirilən şəxs qismində tanınanadək ölmüş və barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş İsrafil Hüseynovla birlikdə aldıqları tapşırığa uyğun olaraq mərkəzdə daxili intizam qaydalarını pozduqları üçün Hüseyn Məmmədov, Fuad Həsənov və Kamran Əliyevi olduqları mənzilin 2-ci mərtəbədə yerləşən otağından zirzəmidə yerləşən ərzaq və məişət ləvazimatlarının saxlanıldığı, eyni zamanda avtomobil qarajı kimi istifadə olunan otağa aparıb qrupun digər üzvlərinin niyyəti ilə əhatə olunmaqla əvvəlcə Hüseyn Məmmədov, Fuad Həsənov və Kamran Əliyevin əl-qollarını dəmir qandal və skoç-yapışdırıcı lentlərlə arxadan, həmçinin də ayaqlarını skoçyapışdırıcı lentlərlə əllərinə bağlayıb təqsirkarlardan aşkar şəkildə asılı vəziyyətdə olmaqla köməksiz vəziyyətə salındıqdan sonra, orada heç kimin onlara kömək etmək imkanının olmamasını dərk edərək bu vəziyyətdən şüurlu şəkildə istifadə etməklə öz əməllərinin ictimai təhlükəliliyini artıran üsullardan, yəni silah qismində istifadə olunan boru, eləcə də əl ayaq zərbələri ilə döşəmə üzərində fərqli formalarda uzanıqlı vəziyyətdə olan X35, X51 və X40, habelə həmin vaxt sonuncularla mərkəzdən qaçmaq istəyən şəxslərdən biri kimi qəbul edilib zirzəmiyə çağırılmış X19 da eyni üsulla döyüb çoxsaylı zərbələr endirən zaman, o və qrupun digər üzvləri Cavabdeh1 və Cavabdeh2 ilə birlikdə mərkəzin yerləşdiyi ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə gəlib zirzəmiyə enərək Cavabdeh4, Cavabdeh6, Cavabdeh5 və təqsirləndirilən şəxs qismində tanınanadək ölmüş və barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş İsrafil Hüseynovla birlikdə orada əl-ayaqları bağlı, döşəmə üzərində uzanıqlı vəziyyətdə qalan ikidən çox şəxsi, o cümlədən Hüseyn Məmmədov, Fuad Həsənov, Kamran Əliyev və Cahangir Əliyevi təxminən 04 sentyabr 2021-ci il tarixdə saat 14:30-dan həmin gün saat 16:00-a qədər olan müddət ərzində qabaqcadan əlbir olan bir qrup şəxs qismində təqsirkardan asılı vəziyyətdə olmaqla aşkar surətdə köməksiz vəziyyətdə olan və Azərbaycan Respublikası CM-in 126-cı maddəsində göstərilən nəticələrə səbəb olmayan mütəmadi və fasilələrlə döyməklə, habelə intensiv şəkildə tək-tək təkrarlanmaqla sair zorakı hərəkətlərlə, yəni silah qismində istifadə olunan plastik boru, həmçinin əl-ayaq zərbələri ilə döyüb güclü fiziki ağrı yetirməklə, soyuq otaqda saatlarla ac-susuz saxlamaqla, habelə təbii ehtiyaclarını görmələrinə şərait yaratmamaqla və bunların fonunda ümumilikdə işgəncə ilə müşayiət olunan psixi iztirablar yetirməklə əzab verib Hüseyn Məmmədova sağ və sol ənsə-təpə nahiyələrinin dərialtı qansızmaları, sağ budun, sol budun, döş qəfəsinin sağ və sol yarısının arxa səthinin, qarının ön səthinin qançırlı hematomaları ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli, eləcə də üst və alt dodağın selikli qişalarına qansızmalar, boyunun ön səthinin, sağ və sol qulaq seyvanlarının, sağ və alt göz qapağı və gözaltı nahiyələrin, sağ və sol bazu nahiyələrinin, sol saidin, sağ qasıq və sağ baldır nahiyələrinin qançırları, sol əlin arxa səthinin, sol milbilək oynağının və boyun nahiyəsinin sıyrıqları ilə müşayiət olunan, ümumilikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olduqları üçün dərəcələri təyin olunmayan, X9 bazu oynağında qançır və sıyrıqlar ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli, eləcə də sol əlin arxa səthində çoxsaylı qançır və sıyrıqlar ilə müşayiət olunan, sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olduqları üçün dərəcələri təyin olunmayan, X41 təpə nahiyəsinin hematoması ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli, eləcə də sağ bilək nahiyəsinin və döş qəfəsi nahiyəsinin qançırları, sağ baldır nahiyəsinin qançırlı sıyrıqları, alın və sol sağrı nahiyələrinin qançırları ilə müşayiət olunan, ümumilikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olduqları üçün dərəcələri təyin olunmayan, X42 başın alın-təpə nahiyəsində əzilmiş yara izi, yəni çapıq ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli xəsarətlər yetirdikdən sonra, əl-ayaqları bağlı olduğundan özlərinə hər hansı yardım edə bilməyən Hüseyn Məmmədov, Fuad Həsənov, Kamran Əliyev və Cahangir Əliyevi həmin zirzəmidə müxtəlif nahiyələri göyərməklə şişkin vəziyyətdə soyuq otaqda ac-susuz olaraq fasiləsiz 6 saat müddətində, yəni təxminən saat 14:30-dan saat 22 radələrinədək qapı bağlı vəziyyətdə ikidən artıq olan zərərçəkmiş şəxslərin həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməkdə müşahidə olunan, yəni ümumilikdə Hüseyn Məmmədova, Cahangir Əliyevə və Fuad Həsənova yüngül dərəcəli və dərəcəsi təyin edilməyən, Kamran Əliyevə yüngül dərəcəli müxtəlif bədən xəsarətləri yetirib adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmiş, Cahangir Əliyevi yataq otağına qayıtmasına izacə versələr də, Kamran Əliyev və Fuad Həsənovu zirzəmidə saxlayıb, qaçış planının hazırlanmasında daha fəal iştirak edən, habelə yüngül və dərəcəsi təyin edilməyən çoxsaylı xəsarətlər almış, huşu özündə olmayan, özünə gəldikdə isə yalvararaq yemək-su istəyən Hüseyn Məmmədovu mərkəzdə saxlanılan və gizli olaraq plan qurub qaçmağa çalışan digər şəxslərə örnək olması üçün evin zirzəmisindən birinci mərtəbəsinə qalxan pilləkənin taxta dirəyindən özünü pis hiss etdiyi üçün su verilməsi və qandalı açaraq sərbəst buraxması ilə bağlı yalvarışlarına məhəl qoymadan 05 sentyabr 2021-ci il tarixdə təxminən saat 11 radələrinə qədər təqribən 18 saat ərzində hər iki qollarının bilək nahiyəsindən dəmir qandalla asılı vəziyyətdə saxlamış, bu zaman qrup üzvlərinin vahid niyyətləri ilə əhatə olunmaqla qəsdən azadlığı məhdudlaşdırılaraq biləyindən uzun müddət ərzində asıldığı üçün sol əlin İİİ barmağının daraq sümüyü başının qəlpə şəkilli qopması ilə zərərçəkmiş Hüseyn Məmmədovun həyatı və sağlamlığı üçün təhlükəli olan zor, yəni sağlamlığına az ağır dərəcəli bədən xəsarəti yetirilmiş, bundan sonra o, Cavabdeh1 və Cavabdeh2la birlikdə “New Life” adlı mərkəzdən getsələr də, qrupun digər üzvləri Cavabdeh4, Cavabdeh6, Cavabdeh5 və təqsirləndirilən şəxs qismində tanınanadək ölmüş və barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş X46 Məmmədovun bir gün müddətində açılmadan asılı vəziyyətdə saxlanılmasını tapşırmış, nəzarət altında saxlanılmalarına baxmayaraq istintaqla müəyyən edilməyən mənbədən və şəraitdə əldə edilməklə tiryək qrupuna aid olan morfin adlı alkoloidin sintetik analoqu olan heroin və metadon ilə kəskin zəhərlənmiş Hüseyn Məmmədovun həm kəskin zəhərlənmə, həm güclü fiziki ağrı və psixi iztirablar yetirilərək işgəncə ilə müşayiət olunan əzab verilməsinə, eləcə də özünü pis hiss etdiyindən “limana çatdım, gedirəm limana kəfənim ordadı, ağ mələfə görüb sevindim, imana gəlin” kimi yalvarışlarına məhəl qoymamaqla əməllərini davam etdirib qabaqcadan əlbir olan bir qrup şəxs qismində təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan ikidən çox şəxsə qarşı Azərbaycan Respublikası CM-in 126-cı maddəsində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və psixi iztirablar yetirib işgəncə ilə müşayiət olunan əzab vermiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində təqsirkardan asılı vəziyyətdə olmaqla aşkar surətdə köməksiz vəziyyətdə olan ikidən çox şəxsə qarşı silah qismində istifadə olunan əşya tətbiq etməklə zərərçəkmiş şəxslərin həyatı və sağlamlığı üçün təhlükəli olan az ağır, yüngül və dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə müşayiət olunan zor tətbiq edib adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmiş, nəticədə öz əməllərinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduqları və görə biləcəkləri halda, yəni qrupun digər üzvləri Cavabdeh5, Cavabdeh4, Cavabdeh6 və təqsirləndirilən şəxs qismində tanınanadək ölmüş və barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş İsrafil Hüseynovun həmin mənzərəni kənardan izləməklə cinayətkarcasına etinasızlıq göstərib 5 sentyabr 2021-ci il tarixdə saat 11 radələrində X17 ehtiyatsızlıqdan tiryək qrupuna aid olan morfin adlı alkoloidin sintetik analoqu olan heroin və metadon ilə kəskin zəhərlənməsi nəticəsində ölümünə, habelə özü, eləcə də Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh6, Cavabdeh5 və təqsirləndirilən şəxs qismində tanınanadək ölmüş və barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş İsrafil Hüseynovla birlikdə Hüseyn Məmmədovun ölümü ilə səbəbli əlaqəsi olmayan sonuncunun sağlamlığına az ağır dərəcəli, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli və sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olduqları üçün dərəcələri təyin olunmayan, Cahangir Əliyev və Fuad Həsənovun sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli və sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olduqları üçün dərəcələri təyin olunmayan və Kamran Əliyevin sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid xəsarətlər yetirməklə ümumilikdə ağır nəticələrə səbəb olmuşdur. Həmin hökmə əsasən, 04 sentyabr 2021-ci il tarixdə “New Life” qondarma reabilitasiya mərkəzi qanunsuz olaraq fəaliyyət göstərdiyi ünvan 1 ünvanda müalicə alan şəxslər X35, X51, X52, X12 mərkəzdən qaçmaq planını qurmaları ilə bağlı məlumat əldə edən mərkəzin faktiki rəhbərləri Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2, eləcə də mərkəzin işçiləri Cavabdeh1, Cavabdeh5, Cavabdeh6 və X13 qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib Hüseyn Məmmədovu, Fuad Həsənovu, Kamran Əliyevi və Cahangir Əliyevi sıra ilə evin ikinci mərtəbəsindən zirzəmisinə gətirib ilk öncə əlqolları dəmir qandal və skoç-yapışdırıcı lentlərlə bağlanılaraq köməksiz vəziyyətə salmaqla döyüb güclü fiziki ağrı yetirməklə, soyuq otaqda bağlı şəkildə uzun müddət ac-susuz saxlamaqla, habelə təbii ehtiyaclarını görmələrinə şərait yaratmamaqla və bunların fonunda ümumilikdə işgəncə ilə müşayiət olunan psixi iztirablar yetirməklə əzab vermişlər. Həmçinin təqsirləndirilən şəxslər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4, habelə mərkəzin stajoru olmuş Cavabdeh5 tərəfindən əzab vermə cinayət əməli törədilməklə mərhum X1 uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır dərəcəli, həmçinin sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli, eləcə də dərəcələri təyin olunmayan, X2 yüngül dərəcəli, eləcə də dərəcələri təyin olunmayan, X5 yüngül dərəcəli, eləcə də dərəcələri təyin olunmayan, X6 yüngül dərəcəli xəsarətlər yetirilmişdir. Beləliklə, 04 sentyabr 2021-ci il tarixdə Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4, habelə mərkəzin işçiləri olmuş Cavabdeh5 və qeyriləri tərəfindən mərhum Hüseyn Məmmədov, Cahangir Əliyev, Fuad Həsənov və Kamran Əliyevə silah qismində istifadə olunan boru, eləcə də əl-ayaq zərbələri ilə müxtəlif dərəcəli bədən xəsarətləri yetirməklə onları qanunsuz azadlıqdan məhrum edilmişlər. Qeyd edilən hökmə əsasən məhkəmə baxış zamanı müəyyən edilmişdir ki, X17 ölümü sonuncunun ehtiyatsızlıqdan tiryək qrupuna aid olan morfin adlı alkoloidin sintetik analoqu olan heroin və metadon ilə kəskin zəhərlənməsi nəticəsində baş vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 dekabr 2023-cü il tarixli, 1(103)- 947/2023 saylı qərarı ilə Bakı Ağır Cinayətlər: Məhkəməsinin 08 avqust 2023-cü il tarixli hökmündən apellyasiya şikayət vermiş təqsirləndirilən şəxslər, onların müdafiəçiləri və zərəçəkən tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 avqust 2023-cü il tarixli hökmü təqsirləndirilən şəxslər - Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 münasibətdə dəyişdirilmiş, təqsirləndirilən şəxslər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən, onlara Cinayət Məcəlləsinin 192.1-ci maddəsi ilə cəza təyin edilməməsi və məhkəmənin hökmünün qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-555/2023 nömrəli, 12 oktyabr 2023-cü il tarixli hökmü ilə müəyyən olunmuşdur ki, Cavabdeh6 qabaqcadan əlbir olan bir qrup şəxs qismində təqsirkardan asılı vəziyyətdə olmaqla aşkar surətdə köməksiz vəziyyətdə olan iki və daha çox şəxsə qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126-cı maddəsində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və psixi iztirablar yetirib işgəncə ilə müşayiət olunan əzab vermiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində təqsirkardan asılı vəziyyətdə olmaqla aşkar surətdə köməksiz vəziyyətdə olan iki və daha çox şəxsə qarşı silah qismində istifadə olunan əşya tətbiq etməklə zərərçəkmiş şəxslərin həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq edib adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmiş, qeyd olunan əməllər nəticəsində X17 ölümünə, habelə sonuncunun ölümü ilə səbəbli əlaqəsi olmayan az ağır, yüngül dərəcəli və dərəcəsi təyin edilməyən, X33 yüngül dərəcəli, X12 və X34 yüngül dərəcəli və dərəcəsi təyin edilməyən xəsarətlər almaları ilə ağır nəticələrə səbəb olmuşdur. Belə ki, o, “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun 14.1 və 14.2-ci maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkoloji xəstəliklərin müalicəsi, cəzaçəkmə müəssisələri və istintaq təcridxanalan istisna olmaqla, yalnız narkoloji tibb müəssisələrində həyata keçirildiyi, hüquqi şəxs yaratmadan narkoloji xəstəliklərin müalicəsinə yol verilmədiyi, dövlət narkoloji tibb müəssisələri istisna olmaqla narkoloji yardım sahəsində fəaliyyət göstərən hər hansı hüquqi şəxsin bu fəaliyyəti yalnız Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş xüsusi razılıq əsasında həyata keçirə bildiyi, bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 13 avqust tarixli 276 nömrəli qərarı ilə təsdiq edilmiş "Narkomanlığa düçar olmuş şəxslərin müalicəsi, reabilitasiyası və resosializasiyası üzrə Proqram”ın 4.4-cü bəndinin tələblərinə zidd olaraq narkoloji xəstələrin müalicə üsulları narkoloji xəstənin səhhətinin vəziyyəti və onu əhatə edən mühit nəzərə alınmaqla, narkoloji müəssisədə (stasionar və ya ambulator şəraitdə) və ya xəstənin evində (ambulator şəraitdə) həkimnarkoloq tərəfindən aparılmalı, ev şəraitində müalicə olunan narkoloji xəstələr haqqında tətbiq edilən bütün müalicə tədbirləri narkoloji xəstələrin müşahidəsi üçün nəzərdə tutulan ambulator kartalara daxil edilməli olduğu halda qanunvericiliyin həmin tələbləri pozulmaqla 07 may 2021-ci il tarixdən 05 sentyabr 2021-ci il tarixədək ünvan 1 ünvanda yerləşən X18 məxsus 3 mərtəbə və zirzəmidən ibarət, yaşamaq üçün yataq dəstləri, mətbəx, məşğələ otaqları, məişət ləvazimatları və ərzaqla təchiz olunmuş fərdi yaşayış evində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan narkotik və alkoqolizm asılılığından əziyyət çəkən şəxslərə müəyyən ödəniş müqabilində narkoloji və psixoloji yardım göstərməyə yönəlmiş “New Life” adı altında qanunsuz olaraq fəaliyyət göstərən mərkəzdə ödənişsiz (bəzən isə xırda məbləğlərdə maddi dəstək olunmaqla) əsaslarla məsləhətçi qismində işləyən şəxs kimi mərkəzə faktiki rəhbərliyi həyata keçirən şəxslər, yəni mərkəzdə narkotik və alkoqolizm asılılığından əziyyət çəkən şəxslərə müxtəlif proqramlar tədris edən Cavabdeh3, mərkəzin maliyyə məsələlərinə nəzarət edən Cavabdeh2 və mərkəzin ərzaq məmulatları və məişət ləvazimatları ilə təchiz olunmasına nəzarət edən Cavabdeh4, mərkəzdə müalicə müddəti bitdiyindən könüllü, lakin ödənişsiz (bəzən isə xırda məbləğlərdə maddi dəstək olmaqla) əsaslarla məsləhətçi qismində işləməklə mərkəzə və müalicə olunanlara nəzarət edən Cavabdeh1 və təqsirləndirilən şəxs qismində tanınanadək ölmüş və barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş X13, habelə mərkəzdə müalicə müddəti bitməsə də son mərhələ olduğu üçün mərkəzdə daha rahat hərəkət etmək üstünlüyü əldə etmiş, rəhbərlərin göstərişlərini müalicə olunanlara çatdırıb arada vasitəçi olmaqla stajor qismində digər müalicə olunanlara nəzarət edən Cavabdeh5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib 26 iyun 2021-ci il tarixdə mərkəzə könüllü müraciət etsə də, artıq mərkəzdə qalmaq istəməyən, müalicəsini yarımçıq saxlayıb evinə geri qayıtmaq istəyən X27 28 iyun 2021-ci il tarixdə, 20 may 2021-ci il tarixdə mərkəzə könüllü müraciət etsə də, artıq mərkəzdə qalmaq istəməyən, müalicəsini yarımçıq saxlayıb evinə geri qayıtmaq istəyən X51 10 avqust 2021-ci il tarixdə mərkəzdən qaçarkən, Cahangir Əliyevi xx.xx.2021 -ci il tarixdən, Fuad Həsənovu isə xx.xx.2021-ci il tarixdən etibarən qrup üzvləri ilə birlikdə geri qaytararaq adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum edib sərbəst hərəkət etmək, özlərinə yaşayış yeri seçmək imkanlarını məhdudlaşdırıb mərkəzdə məcburi qaydada arzu etmədikləri yerdə, Binəqədi rayonu, Novxanı bağ massivi, 946a saylı ünvanda həyətyanı sahəsi mişar daşla hasara alınmış, növbədə olan şəxslər tərəfindən mühafizə olunan qapalı evdə və həmin evin həyətyanı sahəsində vahid niyyətlə 04 sentyabr 2021-ci il tarixədək qanunsuz saxlamış, mərkəzə rəhbərlik edən şəxslər tərəfindən razılaşdırılmaqla təsdiq edilmiş qrafikə uyğun olaraq həmin gün növbəni növbədə müalicə olunanlara nəzarət edən şəxs kimi qrupun üzvləri Cavabdeh4, Cavabdeh5 və şəxs qismində tanınanadək ölmüş və barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş X13 ilə birlikdə Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 təhvil aldıqdan qısa müddət sonra, yəni 04 sentyabr 2021-ci il tarixdə saat 14 radələrində qrupun digər üzvləri Cavabdeh4, Cavabdeh5 və təqsirləndirilən şəxs qismində tanınanadək ölmüş və barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş X13 ilə birlikdə növbədə olarkən könüllü müraciət etməklə mərkəzdə narkotik asılılığından müalicə olunmaları məqsədilə saxlanılan X35, X52 və mərkəzdə azadlığı məhdudlaşdırılmaqla xx.xx.2021-ci il tarixdən məcburi saxlanılan X27 və xx.xx.2021-ci il tarixdən məcburi saxlanılan X34 04 sentyabr 2021-ci il tarixdə mərkəzdən qaçmaq məqsədilə hazırladıqları plan barədə məlumat əldə edib bu barədə həmin gün saat 14:23-də Cavabdeh4 istifadəsində olan “***-***-**-**” saylı mobil telefon nömrəsi vasitəsi ilə X7 istifadəsində olan “***-***-**-**” saylı mobil telefon nömrəsinə zəng edib xəbər vermiş, X31 Həsənov və Cavabdeh2la birlikdə dərhal mərkəzə qayıdacaqlarını ona, Cavabdeh4, Cavabdeh5 və təqsirləndirilən şəxs qismində tanınanadək ölmüş və barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş İsrafil Hüseynova bildirməklə onlar qayıdanadək Hüseyn Məmmədov, Fuad Həsənov, Kamran Əliyev və Cahangir Əliyevin mərkəzdən qaçmalarının qarşısının alınması, habelə bu üsulla mərkəzdə saxlanılan digər şəxslərdə də qorxu hissinin formalaşması məqsədilə müxtəlif zorakı üsullarla cəzalandırılması, zirzəmiyə salınıb əlqollarının bağlanılması, fiziki zor tətbiq edilməsi ilə bağlı tapşırıqlar vermiş, o, ümumi cinayətkar niyyətə və məqsədə uyğun olaraq cinayətkar qrupun üzvləri Cavabdeh4, Cavabdeh5 və təqsirləndirilən şəxs qismində tanınanadək ölmüş və barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş İsrafil Hüseynovla birlikdə Cavabdeh3 aldıqları tapşırığa uyğun olaraq mərkəzdə daxili intizam qaydalarını pozduqları üçün Hüseyn Məmmədov, Fuad Həsənov və Kamran Əliyevi olduqları mənzilin 2ci mərtəbədə yerləşən otağından zirzəmidə yerləşən ərzaq və məişət ləvazimatlarının saxlanıldığı, eyni zamanda avtomobil qarajı kimi istifadə olunan otağa aparıb qrupun digər üzvlərinin niyyəti ilə əhatə olunmaqla əvvəlcə Hüseyn Məmmədov, Fuad Həsənov və Kamran Əliyevin əl-qollarını dəmir qandal və skoçyapışdırıcı lentlərlə arxadan, həmçinin də ayaqlarını skoç-yapışdırıcı lentlərlə əllərinə bağlayıb təqsirkarlardan aşkar şəkildə asılı vəziyyətdə olmaqla köməksiz vəziyyətə salındıqdan sonra, orada heç kimin onlara kömək etmək imkanının olmamasını dərk edərək bu vəziyyətdən şüurlu şəkildə istifadə etməklə öz əməllərinin ictimai təhlükəliliyini artıran üsullardan, yəni silah qismində istifadə olunan boru, eləcə də əl-ayaq zərbələri ilə döşəmə üzərində fərqli formalarda uzanıqlı vəziyyətdə olan X35, X51 və X40, habelə həmin vaxt sonuncularla mərkəzdən qaçmaq istəyən şəxslərdən biri kimi qəbul edilib zirzəmiyə çağırılmış X19 da eyni üsulla döyüb çoxsaylı zərbələr endirən zaman, qrupun digər üzvləri X10, Cavabdeh1 və Cavabdeh2 birlikdə mərkəzin yerləşdiyi ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə gəlib zirzəmiyə endikdən sonra Orucəli Əiiheydərov, Cavabdeh1 və Cavabdeh2la birlikdə orada əlayaqları bağlı, döşəmə üzərində uzanıqlı vəziyyətdə qalan ikidən çox şəxsi, o cümlədən Hüseyn Məmmədov, Fuad Həsənov, Kamran Əliyev və Cahangir Əliyevi təxminən 04 sentyabr 2021-ci il tarixdə saat 14:30 dan həmin gün saat 16:00-a qədər olan müddət ərzində qabaqcadan əlbir olan bir qrup şəxs qismində təqsirkardan asılı vəziyyətdə olmaqla aşkar surətdə köməksiz vəziyyətdə olan və Azərbaycan Respublikası CM-in 126-cı maddəsində göstərilən nəticələrə səbəb olmayan mütəmadi və fasilələrlə döyməklə, habelə intensiv şəkildə tək-tək təkrarlanmaqla sair zorakı hərəkətlərlə, yəni silah qismində istifadə olunan plastik boru, həmçinin əl-ayaq zərbələri ilə döyüb güclü fiziki ağrı yetirməklə, soyuq otaqda saatlarla ac-susuz saxlamaqla, habelə təbii ehtiyaclarını görmələrinə şərait yaratmamaqla və bunların fonunda ümumilikdə işgəncə ilə müşayiət olunan psixi iztirablar yetirməklə əzab verib Hüseyn Məmmədova sağ və sol ənsə-təpə nahiyələrinin dərialtı qansızmaları, sağ budun, sol budun, döş qəfəsinin sağ və sol yarısının arxa səthinin, qarının ön səthinin qançırlı hematomaları ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli, eləcə də üst və alt dodağın selikli qişalarına qansızmalar, boyunun ön səthinin, sağ və sol qulaq seyvanlarının, sağ və alt göz qapağı və gözaltı nahiyələrin, sağ və sol bazu nahiyələrinin, sol saidin, sağ qasıq və sağ baldır nahiyələrinin qançırları, sol əlin arxa səthinin, sol milbilək oynağının və boyun nahiyəsinin sıyrıqları ilə müşayiət olunan, ümumilikdə və ayrıayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olduqları üçün dərəcələri təyin olunmayan, X9 bazu oynağında qançır və sıyrıqlar ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli, eləcə də sol əlin arxa səthində çoxsaylı qançır və sıyrıqlar ilə müşayiət olunan, sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olduqları üçün dərəcələri təyin olunmayan, X41 təpə nahiyəsinin hematoması ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli, eləcə də sağ bilək nahiyəsinin və döş qəfəsi nahiyəsinin qançırları, sağ baldır nahiyəsinin qançırlı sıyrıqları, alın və sol sağrı nahiyələrinin qançırları ilə müşayiət olunan, ümumilikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olduqları üçün dərəcələri təyin olunmayan, X42 başın alın-təpə nahiyəsində əzilmiş yara izi, yəni çapıq ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli xəsarətlər yetirdikdən sonra, əl-ayaqları bağlı olduğundan özlərinə hər hansı yardım edə bilməyən Hüseyn Məmmədov, Fuad Həsənov, Kamran Əliyev və Cahangir Əliyevi həmin zirzəmidə müxtəlif nahiyələri göyərməklə şişkin vəziyyətdə soyuq otaqda acsusuz olaraq fasiləsiz 6 saat müddətində, yəni təxminən saat 14:30-dan saat 22 radələrinədək qapı bağlı vəziyyətdə ikidən artıq olan zərərçəkmiş şəxslərin həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməkdə müşahidə olunan, yəni ümumilikdə Hüseyn Məmmədova, Cahangir Əliyevə və Fuad Həsənova yüngül dərəcəli və dərəcəsi təyin edilməyən, Kamran Əliyevə yüngül dərəcəli müxtəlif bədən xəsarətləri yetirib adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmiş, Cahangir Əliyevin yataq otağına qayıtmasına izacə versələr də, Kamran Əliyev və Fuad Həsənovun zirzəmidə saxlanılmasını davam etdirib, qaçış planının hazırlanmasında daha fəal iştirak edən, habelə yüngül və dərəcəsi təyin edilməyən çoxsaylı xəsarətlər almış, huşu özündə olmayan, özünə gəldikdə isə yalvararaq yemək-su istəyən Hüseyn Məmmədovu mərkəzdə saxlanılan və gizli olaraq plan qurub qaçmağa çalışan digər şəxslərə örnək olması üçün evin zirzəmisindən birinci mərtəbəsinə qalxan pilləkənin taxta dirəyindən özünü pis hiss etdiyi üçün su verilməsi və qandalı açaraq sərbəst buraxması ilə bağlı yalvarışlarına məhəl qoymadan 05 sentyabr 2021-ci il tarixdə təxminən saat 11 radələrinə qədər təqribən 18 saat ərzində hər iki qollarının bilək nahiyəsindən dəmir qandalla asılı vəziyyətdə saxlamış, bu zaman qrup üzvlərinin vahid niyyətləri ilə əhatə olunmaqla qəsdən azadlığı məhdudlaşdırılaraq biləyindən uzun müddət ərzində asıldığı üçün sol əlin İİİ barmağının daraq sümüyü başının qəlpə şəkilli qopması ilə zərərçəkmiş Hüseyn Məmmədovun həyatı və sağlamlığı üçün təhlükəli olan zor, yəni sağlamlığına az ağır dərəcəli bədən xəsarəti yetirilmiş, bundan sonra Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2la birlikdə “New Life” adlı mərkəzdən gedən zaman Hüseyn Məmmədovun bir gün müddətində açılmadan asılı vəziyyətdə saxlanılması göstərişini verdikdən sonra o, qrupun digər üzvləri Cavabdeh4, Cavabdeh5 və təqsirləndirilən şəxs qismində tanınanadək ölmüş və barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş İsrafil Hüseynov ilə birlikdə nəzarət altında saxlanılmalarına baxmayaraq istintaqla müəyyən edilməyən mənbədən və şəraitdə əldə edilməklə tiryək qrupuna aid olan morfin adlı alkoloidin sintetik analoqu olan heroin və metadon ilə kəskin zəhərlənmiş Hüseyn Məmmədovun həm kəskin zəhərlənmə, həm güclü fiziki ağrı və psixi iztirablar yetirilərək işgəncə ilə müşayiət olunan əzab verilməsinə, eləcə də özünü pis hiss etdiyindən “limana çatdım, gedirəm limana kəfənim ordadı, ağ mələfə görüb sevindim, imana gəlin” kimi yalvarışlarına məhəl qoymamaqla əməllərini davam etdirib qabaqcadan əlbir olan bir qrup şəxs qismində təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan ikidən çox şəxsə qarşı Azərbaycan Respublikası CM-in 126-cı maddəsində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və psixi iztirablar yetirib işgəncə ilə müşayiət olunan əzab vermiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində təqsirkardan asılı vəziyyətdə olmaqla aşkar surətdə köməksiz vəziyyətdə olan ikidən çox şəxsə qarşı silah qismində istifadə olunan əşya tətbiq etməklə zərərçəkmiş şəxslərin həyatı və sağlamlığı üçün təhlükəli olan az ağır, yüngül və dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə müşayiət olunan zor tətbiq edib adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmiş, nəticədə öz əməllərinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduqları və görə biləcəkləri halda, yəni o, qrupun digər üzvləri Cavabdeh5, Cavabdeh4 və təqsirləndirilən şəxs qismində tanınanadək ölmüş və barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş İsrafil Hüseynov ilə birlikdə həmin mənzərəni kənardan izləməklə cinayətkarcasına etinasızlıq göstərib 5 sentyabr 2021-ci il tarixdə saat 11 radələrində X17 ehtiyatsızlıqdan tiryək qrupuna aid olan morfin adlı alkoloidin sintetik analoqu olan heroin və metadon ilə kəskin zəhərlənməsi nəticəsində ölümünə, habelə özü, eləcə də Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və təqsirləndirilən şəxs qismində tanınanadək ölmüş və barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş İsrafil Hüseynovla birlikdə Hüseyn Məmmədovun ölümü ilə səbəbli əlaqəsi olmayan sonuncunun sağlamlığına az ağır dərəcəli, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli və sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olduqları üçün dərəcələri təyin olunmayan, Cahangir Əliyev və Fuad Həsənovun sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli və sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olduqları üçün dərəcələri təyin olunmayan və Kamran Əliyevin sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid xəsarətlər yetirməklə ümumilikdə ağır nəticələrə səbəb olmuşdur. Həmin hökmə əsasən, təqsirləndirilən şəxs Cavabdeh6 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 133.2.1-ci, 133.2.3-cü, 133.2.4-cü, 133.2.6-cı və 145.3-cü maddələri ilə təqsirli bilinib, CMnin 66.3-cü maddəsinə əsasən qəti olaraq 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1. zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür . Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi: Maddə 58.2. Fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir; Maddə 65.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, inzibati və ya iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İddianın təmin edilməsi hüququnu təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün bu hissədə məcburidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun C.İsmayılzadənin şikayətinə dair xx.xx.2007-ci il tarixli Qərarı: Qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 10 iyun 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2021-ci il tarixli Qərarı: “Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə müvafiq olaraq, məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarın mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün preyudisiallığı işdə iştirak edən şəxslərin dairəsi ilə məhdudlaşır və yalnız hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Yəni, məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarın preyudisial əhəmiyyəti prosessual qanunvericiliklə müəyyən edilmiş subyektiv və obyektiv hədlərdə mümkündür. Preyudisiallığın subyektiv həddi şəxslərin dairəsi ilə, obyektiv həddi isə hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsi ilə müəyyən edilir.” “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli Qərarı: İşə baxan bütün məhkəmələr tərəfindən hər hansı bir iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı və ya hökmü ilə müəyyən edilmiş hallar yoxlanılmadan sübut kimi qəbul olunmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarı: “Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li xx.xx.2008-ci il tarixli Qərarı: “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya”-nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin prsedentlərinə əsasən mənəvi zərər şəxsə qeyriəmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Hüquqları Məhkəməsinin prsedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir; Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir; Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkmişin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztibarlara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenum Qərarı: “Mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir.Beləliklə, mənəvi zərərin vurulmasının sübut edilməsinin kifayət qədər mürəkkəb olması mübahisəsizdir. Bu növ iddialarda şəxs maddi deyil, mənəvi aləmində, şüurunda baş vermiş mənfi halları, sarsıntını, yaşamaq eşqinin azalmasını və s. məhkəmə qarşısında sübut etməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, məhkəmədə mənəvi zərərlə bağlı işə baxılarkən zərərçəkmiş şəxsin mənəvi və fiziki iztirablar keçirməsi ilə əlaqədar zərərin hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, zərər vuranın təqsirinin dərəcəsi və mübahisənin həlli üçün əhəmiyyət kəsb edən digər hallar ətraflı araşdırılaraq müəyyən edilməlidir. ”Şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur... . Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır... . Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsi şəxsin hüquqa zidd hərəkətlər nəticəsində öldüyü və ya sağlamlığına zərər vurulduğu halda onun yaxınlarının, o cümlədən ailə üzvlərinin keçirdikləri mənəvi sarsıntı və iztiraba görə təzminat almaq hüququnu ehtiva edir. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınları, o cümlədən ailə üzvləri keçirdikləri mənəvi sarsıntı və iztirabın dərəcəsinə, zərərçəkmiş şəxsə yaxınlıq dərəcəsinə və s. amillərə müvafiq olaraq birgə və ya ayrı-ayrılıqda təzminat almaq hüququna malikdirlər. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınlarından, o cümlədən ailə üzvlərindən birinin mənəvi zərərə görə təzminat almış olduğu halda, digərlərinin təzminat tələbi bu Qərarın təsviriəsaslandırıcı hissəsində göstərilən mütənasiblik və ədalətlilik meyarlarına uyğun olaraq işə baxan məhkəmə tərəfindən həll edilməlidir. Məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqa zidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə xx.xx.2006-cı il tarixli, Pelipenko Rusiyaya qarşı iş üzrə xx.xx.2014-cü il tarixli, Şiborş və Kuzmina Rusiyaya qarşı iş üzrə xx.xx.2014-cü il tarixli qərarlarında mənəvi zərəri “nigarançılıq, ruhi sarsıntı və iztirab”, “həyəcan, acizlik və sarsıntı”, “məyusluq, ədalətsizlik hissi və uzunmüddətli qeyri-müəyyənlik” kimi səciyyələndirmişdir.
Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
Məhkəmənin mövqeyi:
İddia tələblərinə əsasən cavabdehlərin iddiaçının oğluna münasibətdə qanunsuz və cinayət əməllərinin nəticəsində iddiaçıya mənəvi sarsıntı, ömürlük əzab və iztirab yaşadan mənəvi zərər, eləcə də təyyarə biletləri, hüquqi yardım, poçt xidmətləri xərcləri, mərhum oğlunun sağlığında müalicə olunmaq üçün aylıq müalicə və sair xərclər və hazırki iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumu ilə bağlı maddi zərər vurulmuşdur. Məhkəmə hesab edir ki, hazırki iş üzrə preyudisial əhəmiyyət kəsb edən Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmləri ilə müəyyən edilmiş hallara əsasən, iddiaçıya vurulmuş maddi və mənəvi zərərlə bağlı irəli sürdüyü halların cavabdehlərin təqsirli hərəkətləri nəticəsində baş verməsi qənaətinə gəlmək mümkündür və iddiaçının tələbi üzrə irəli sürdüyü hallar maddi ziyanın qismən, mənəvi ziyanın isə tam ödənilməsi tələbinin qanuni əsasının dispozitiv şərtləri ilə uzlaşmaqdadır. Belə ki, şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Məhkəmə hesab edir ki, iddiaçıya mənəvi zərər vurulması, yəni onun hüquqlarının cavabdehlər tərəfindən pozulması faktı qanuni qüvvəyə minmiş, hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissədə hazırkı mübahisəyə münasibətdə preyudisial əhəmiyyətə (məcburi qüvvəyə) malik məhkəmə aktları ilə müəyyən edilmişdir. Bu da özlüyündə artıq iddiaçının pozulmuş hüquqlarının səmərəli bərpasını tələb edir. Qanunvericiliyə görə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi onu həmin əmələ görə mülki məsuliyyətdən azad etmir. Məhkəmə daha sonra qeyd edir ki, yuxarıda göstərildiyi kimi mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilir ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə mənəvi zərərin ödənilməsi tələbi cavabdehlər tərəfindən törədilmiş qanunsuz cinayət əməlləri nəticəsində baş vermiş - iddiaçının oğluna zərər yetirilməsi və nəticə etibarilə də ölüm faktının özü-özlüyündə iddiaçının psixoloji iztirab və sarsıntı keçirməsi, buna müvafiq onlara mənəvi zərər dəyməsi qənaətinə gəlmək üçün kifayət edir və bu faktın əlavə sübuta ehtiyacı olmur. Qeyd edilən hal ilə bağlı iddiaçının keçirdiyi hissər heç şübhəsiz ki, onun mənəvi sarsıntı keçirməsinə, cavabdehlər tərəfindən oğluna münasibətdə törədilən qanunsuz hərəkətlər onun şüurunda mənfi psixi reaksiyalara səbəb olmuşdur. İddiaçının cavan yaşında oğlu vəfat etmişdir. Bütün bu hadisələrin fonunda iddiaçı oğlunun ölümündən sonra dərin pxisi sarsıntı, stress və həyəcan keçirmiş və nəticədə ona mənəvi ziyan vurulmuşdur. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsi, bunun nəticəsində isə fiziki əzab çəkməsi birmənalı olduğundan tələb olunan məbləğin də ona vurulmuş mənəvi zərəri aradan qaldıracağı inandırıcı və ağlabatan deyildir. Çünki, maddi vəsait məbləğindən asılı olmayaraq heç də həmişə vurulmuş mənəvi zərəri kompensasiya edə bilmir. Lakin iddiaçı tələbində qoyduğu məbləği vurulmuş mənəvi zərərə uyğunluğunu əsaslandırdığından məhkəmə hesab edir ki, cavabdehlər təqsirli olduqları cinayət işi üzrə zərərçəkənə vurduqları ziyanı ödəməlidirlər. Məhkəmə, iddiaçının oğlunun faciəvi ölümü, onun əziyyət çəkməsinin gözünün önündən getməməsi, ata olaraq keçirdiyi stres, narahatlıq, məyusluq, mənəvi sarsıntı, mənəvi iztirab və s. kimi halları nəzərə alınmaqla cavabdehlərdən iddiaçının xeyrinə tələb edilən 10.000 manat mənəvi ziyanın əvəzini tam və müştərək qaydada tutulmasını ağlabatan və ədalətli hesab edir. Məhkəmə iddianın “vurulmuş maddi zərərin ödənilməsi” hissəsi ilə əlaqədar qeyd edir ki, zərərin ödənilməsi ilə bağlı istənilən tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. Borclu yalnız səbəb olduğu, yaranmasına görə cavabdehlik daşıdığı zərərin əvəzinin ödənilməsinə cəlb edilə bilər. Beləliklə zərərin mövcud olması bunun cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqənin olması və zərər vuranşəxsin təqsiri məsələləri məhkəmə tərəfindən müəyyən edilməli olan hallardır. Təqdim edilmiş vəkil orderlərindən və ödəniş qəbzlərindən görünür ki, Nümayəndə X30 Baş Prokurorluq, Bakı Ağır Cinayətlər Məhkəməsi, Bakı Apellyasiya Məhkəməsi və Azərbaycan Respublikasının Ali Məhkəməsində olan işlər üzrə hüquqi yardımı ilə əlaqədar ödənişlər üzrə ümumilikdə çəkilmiş xərc - 2671 manat təşkil edir. Həmçinin işin materiallarından görünür ki, cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı zamanı ərizə və şikayətlərin göndərilməsi ilə bağlı poçt xidməti üçün iddiaçı ümumilikdə 35.83 manat ödəmişdir. Məhkəmə hesab edir ki, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə hüquqi yardımı ilə əlaqədar ödənilmiş 2671 manat, cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı zamanı ərizə və şikayətlərin göndərilməsi ilə bağlı ödədiyi 35.83 manat poçt ödənişləri tutulmalıdır. Məhkəmə maddi ziyanın digər hissələrinin qismən əsaslı olması qənaətinə gəlir. Belə ki, iddiaçı 4070 manat məbləğində maddi ziyanın bütün cavabdehlərdən tutulmasını tələb etsə də, iş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 avqust 2023-cü il tarixli hökmündən görünür ki, mərkəzin maliyyə məsələlərinə nəzarət edən şəxs kimi narkotik və alkoqolizm asılılığından əziyyət çəkən şəxslərə müxtəlif proqramlar tədris edən Cavabdeh3, mərkəzin maliyyə məsələlərinə nəzarət edən Cavabdeh2 və mərkəzin ərzaq məmulatları və məişət ləvazimatları ilə təchiz olunmasına nəzarət edən Cavabdeh4 ilə birlikdə faktiki rəhbərliyi həyata keçirib, 07 may 2021-ci il tarixdən 05 sentyabr 2021-ci il tarixədək olan dövr ərzində mərkəzə müalicə almaq məqsədilə müraciət etmiş həmçinin X17 müalicə haqqı olaraq 10 iyul 2021-ci il tarixdən 05 sentyabr 2021-ci il tarixədək, cəmi 4070,00 (dörd min yetmiş) manat məbləğin vəsaiti qanunsuz gəlir əldə edib şəxsi məsrəflərinə sərf etmişlər. Hökmdə əksini tapmış məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X22 ifadəsindən görünür ki, Bakıxanov qəsəbəsi, Fətəliyev 35 ünvanında, Nərmin marketin qarşısında «New Life» (Yeni Həyat) Reabilitasiya Mərkəzinin işçisi kimi özünü təqdim edən Cavabdeh4lə görüşmüş, ona müalicə pulu olaraq 1500 manat, şəxsi ehtiyacları ilə bağlı 100 manat, Hüseynin gətirilməsi ilə bağlı 600 manat, ümumilikdə 2200 manat pul vermişdir. Famil də həmçinin ona Hüseynin şəxsi əşyalarını təqdim etmişdir. Eyni zamanda, Famil ona Hüseyn üçün pal-paltar lazım olduğunu demişdir. O, növbəti gün səhər Hüseyn üçün paltar götürərək Novxanı qəsəbəsinə gedib mərkəzin olduğu yeri güclə olsa tapıb Orucəli və Elvüsala vermişdir. Elvüsal 01 avqust 2021-ci il tarixdə “Whatsapp” proqramı vasitəsi ilə onunla əlaqə saxlayaraq Hüseynin şəxsi ehtiyacları üçün əlavə olaraq 100 manat pula ehtiyaclarının olduğunu bildirmişdir. O, da 02 avqust 2021-ci il tarixdə Hüseynin şəxsi ehtiyacları üçün, yəni siqaret, diş məcunu və s. üçün Qazaxıstan Respublikasına məxsus “ATF” Bankından "Zolotaya Korona" pul köçürmələri sistemi vasitəsilə Cavabdeh2 adına 100 ABŞ dolları məbləğində pul köçürmüşdür. Daha sonra isə 11 avqust 2021-ci il tarixdə Hüseynin müalicə alması üçün aylıq ödəniş olaraq, eləcə də şəxsi ehtiyacları üçün “ATF” Bankından "Zolotaya Korona" pul köçürmələri sistemi vasitəsilə Cavabdeh2 adına 1000 ABŞ dolları məbləğində pul göndərmişdir. Beləliklə də müəyyən edilmişdir ki, X17 müalicə haqqı olaraq 10 iyul 2021-ci il tarixdən 05 sentyabr 2021-ci il tarixədək, cəmi 4070,00 (dörd min yetmiş) manat məbləğin vəsaiti qanunsuz olaraq almış şəxslərin hökmlə Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 olması müəyyən olunduğundan həmin məbləğ də yalnız sözügedən cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, iddianın təyyarə biletlərinin qiyməti kimi 8770.89 manat məğləğin tutulması hissəsi də qismən təmin edilməlidir. Belə ki, iddiaçı 05 sentyabr 2021-ci il tarixdən 15 yanvar 2024-cü il tarixə kimi Azərbaycan Respublikasına 13 dəfə girişi-çıxışı Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti Şöbəsi tərəfindən verilmiş 16 fevral 2024-cü il tarixli 3-38-2/33-527/24 saylı məktubla təsdiq edilsə də, iddiaçı bununla bağlı 8770.89 manat məğləğini təyyarə biletləri üçün sərf etməsinə dair sübutlar təqdim etməmişdir. Yalnız "xxxx" QSC-ni 27 fevral 2024-cü il tarixli, 13-2/2-12/1292/2024 saylı cavab məktubunda iddiaçının xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək iki uçuşu və bununla bağlı biletlərin 31847 və 59393 Qazaxıstan təngəsinə əldə edilməsi göstərilmişdir. Məhkəmə 31847 və 59393 Qazaxıstan təngəsinin qətnamə çıxan günə manatın məzənnəsinə uyğun müvafiq olaraq 102,13 və 190,47 manat təşkil etməsini nəzərə alaraq hesab edir ki, cavabdehlərdən təyyarə biletlərinə görə ödənilmiş 91.240 Qazaxıstan təngəsinin manatın məzənnəsinə uyğun cəmi 292,61 manat cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməli, digər məbləğlərə dair sübutlar təqdim edilmədiyi üçün təmin edilməməlidir. Məhkəmə vurğulayır ki, iş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Məhkəmə, Cavabdeh6 Cəmaləddin oğlu tərəfindən Azərbaycan Respublikası MPM-nin 47 və 154cü maddələrinə əsasən təqdim edilmiş etirazında göstərilənlərin onun və digər cavabdehlərin barələrində olan qanuni qüvvəsini almış məhkəmə aktlarının məzmununda göstərilənlərlə qismən təkzib edildiyindən qismən əsaslı sayır. Belə ki, qeyd edildiyi kimi, X17 müalicə haqqı olaraq 10 iyul 2021-ci il tarixdən 05 sentyabr 2021-ci il tarixədək, cəmi 4070 (dörd min yetmiş) manat məbləğin vəsaitin alınmasında iştirak etməmişdir. Lakin qalan iddia tələbləri ilə bağlı etirazın dəlilləri əsassızdır. Beləliklə, mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, Maddi ziyanın əvəzi olaraq 4070 (dörd min yetmiş) manat pul məbləği müştərək qaydada cavabdehlər Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 tutularaq iddiaçı X25 ödənilməli, cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh6 Cəmaləddin oğlundan mənəvi zərərin əvəzi olaraq 10.000 (on min) manat, hüquqi yardım ilə əlaqədar ödənilmiş 2671 (iki min altı yüz yetmiş bir) manat, poçt xidməti ilə bağlı ödənilmiş 35,83 (otuz beş manat səksən üç qəpik) manat, təyyarə biletlərin üçün ödənilmiş 292,61 (iki yüz doxsan iki manat altmış bir qəpik) manat, cəmi 2999,44 (iki min doqquz yüz doxsan doqquz manat qırx dörd qəpik) manat məbləğində pul maddi zərərin əvəzi olaraq müştərək qaydada tutularaq iddiaçı X25 ödənilməli, ödənilmiş dövlət rüsumunun 141 (bir yüz qırx bir) manat hissəsi təmin edilmiş hissəyə mütənasib olaraq cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməli, dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməli, iddia qalan hissələrdə təmin edilməməlidir.
Nəticə:
Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216- 220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Maddi ziyanın əvəzi olaraq 4070 (dörd min yetmiş) manat pul məbləği müştərək qaydada cavabdehlər Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 tutularaq iddiaçı X25 ödənilsin. Cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh6 Cəmaləddin oğlundan mənəvi zərərin əvəzi olaraq 10.000 (on min) manat, hüquqi yardım ilə əlaqədar ödənilmiş 2671 (iki min altı yüz yetmiş bir) manat, poçt xidməti ilə bağlı ödənilmiş 35,83 (otuz beş manat səksən üç qəpik) manat, təyyarə biletlərin üçün ödənilmiş 292,61 (iki yüz doxsan iki manat altmış bir qəpik) manat, cəmi 2999,44 (iki min doqquz yüz doxsan doqquz manat qırx dörd qəpik) manat məbləğində pul maddi zərərin əvəzi olaraq müştərək qaydada tutularaq iddiaçı X25 ödənilsin. Ödənilmiş dövlət rüsumunun 141 (bir yüz qırx bir) manat hissəsi cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh6 Cəmaləddin oğlundan müştərək qaydada tutularaq iddiaçı X25 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Rəna Qafarova