Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1125/2020 20.11.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim İlkin Şahin oğlu Rüstəmlinin sədrliyi, Deputat Süleyman oğlu Tomayevin katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “intizam tənbehlərinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı - cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “intizam tənbehlərinin ləğv edilməsi” tələbinə dair ərizəsi məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin X8 rəisinin xx.xx.2020-ci il tarixli, 35 saylı, xx.xx.2020-ci il tarixli, 74 saylı əmrlərin ləğv edilməsi, əmək haqqından pul mükafatı kəsilmiş hər bir ay üçün 95 AZN, əmək qabiliyyətinin olmadığı dövr üçün ona az ödənilmiş 11 AZN və dövlət rüsumuna görə 20 AZN məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1990-cı il tarixindən bu günə kimi iş yerini dəyişmədən Müdafiə Nazirliyinin Mərkəzi X7 bölməsində avtomobil sürücü-ekspeditor vəzifəsində işləmişdir. Qarabağda qızğın döyüşlər gedən dövrlərdə ən qaynar nöqtələrdə ezamiyyətlərdə olmuşdur və həmişə ona göstərilən etimadı doğrultmuşdur. Əvvəllər heç bir ayrı-seçkilik qoyulmadan, bütün sürücülər üçün eyni əmək şəraiti yaradılmışdı. Lakin təxminən 1997-1998-ci illərdən sonra tədricən hər şey mənfiyə doğru dəyişilməyə başladı. Xüsusən də 2014-cü ilin yanvar ayından X8 daşıma bölməsinin rəisi vəzifəsini tutan m-r Əliyev İntiqam sırf öz şəxsi maraqları üzündən sürücülər arasında ayrı-seçkilik qoyaraq vəzifə borcu olaraq görməli olduğu hər bir iş üçün (avtomobilin texniki baxışdan keçirilməsi, ehtiyat hissələri, təkər, akkumlyator alınması və sair) sürücülərdən pul toplanmasına, bölgələrə reysə (ezamiyyətə) göndərilmək üçün sürücülərdən rüşvət olaraq pul tələb etməsinə, hərbi əmlakın talan edilməsi nəticəsində dövlətə zərər vurulmasına etiraz etdiyinə, rüşvətxorluq və digər korrupsiya əməlləri barədə əlaqədar orqanlara şikayə etdiyinə görə bir neçə ildir İddiaçı ilə düşmənçilik aparılır. 2018-ci ilin may ayında “intizam tənbehlərinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Binəqədi Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qərardadı ilə əsl olmayan cavabdeh AR MN-nin X8 əsl cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə əvəz edilərək mülki iş baxılması üçün ərazi aidiyyatı üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. 2018-ci ilin iyun ayında Səbail Rayon Məhkəməsində İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “intizam tənbehlərinin ləğv edilməsi” tələbi barədə 2(009)-2457/2018 nömrəli mülki işin icraatına başlanılmışdır. Lakin bundan sonra da iş yerində ona qarşı törədilən qərəzli hərəkətlər daha da kəskin şəkildə davam etdirildiyindən və bunların nəticəsində ona maddi və mənəvi zərər vurulduğundan iddia ərizəsinə əlavə təqdim edərək iddia tələbinin həcmini artırmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(009)-175/2019 saylı qətnaməsi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “intizam tənbehlərinin ləğv edilməsi, pulun ödənilməsi və s.” tələbinə dair iddiası qismən təmin edilmiş, İddiaçı məzuniyyət hüququnun pozulduğu iş illəri üçün istifadə edilməmiş əmək məzuniyyətlərinə görə müəyyən edilmiş qaydada hesablanmış məbləğdə kompensasiya verilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Göstərilənlərə əsasən iddianın təmin olunması xahiş olunur. İddiaçı sonradan iddia ərizəsinə əlavə barədə ərizə verərək X8 rəisinin xx.xx.2020-ci il tarixli 35 saylı, xx.xx.2020-ci il tarixli 74 saylı, xx.xx.2020-ci il tarixli 132 saylı, xx.xx.2020-ci il tarixli 135 saylı əmrlərin ləğv edilməsi, işə bərpa edilməyini, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi, əmək haqqından pul mükafatı kəsilmiş hər bir ay üçün 114,75 AZN, əmək qabiliyyətinin olmadığı dövr üçün ona az ödənilmiş 11 AZN və dövlət rüsumuna görə ödənilmiş pulun cavabdehdən alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək, iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, iddiaçı ona təhkim olunmuş avtomobillərə vaxtlıvaxtında qulluq göstərmədiyinə görə avtomobillər hərbiyə yararsız vəziyyətə düşmüşdür. Bundan başqa iddiaçı dəfələrlə iş yerindən tapılmadığından onun barəsində hər dəfəsində inzibati tənbeh növləri seçilməsinə baxmayaraq, iddiaçı bu tədbirlərin heç birinə məhəl qoymamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X1 ifadə verərək bildirmişdir ki, iddiaçı komandirin yanına girib çıxdıqdan sonra komandir ondan su istəmişdir. Komandirin iddiaçıya əsəbi olub-olmadığına dair heç bir fikri yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadə verərək bildirmişdir ki, saat 5-də keçirilən iclas sinif otağında keçirilmişdir. Həmin iclasda iddiaçı iştirak etməmişdir. İddiaçının həmin iclasda iştirak etmədiyini təsdiq edən akta heç bir təsir olmadan imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadə verərək bildirmişdir ki, saat 5-də keçirilən iclas sinif otağında keçirilmişdir. Həmin iclasda iddiaçı iştirak etməmişdir. İddiaçının inzibati tənbeh aldığını və işdən azad olunmasını sonradan öyrənmişdir. İddiaçının işdən azad olunmasının səbəblərinə dair onda heç bir məlumat yoxdur. Məhkəmə tərəflərin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: Əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixdə daşıma bölməsinə avtomobil sürücüsü ekspeditoru vəzifəsinə işə qəbul edilmişdir. X8 Rəisinin xx.xx.2019-cu il tarixli 162 nömrəli əmrində qeyd edilmişdir ki, İddiaçı idarə etdiyi Maz 544005 markalı p 340 QQ nömrə nişanlı avtomobil YQHP qarnizonun HAM müfəttişi tərəfindən saxlanılmış və 576 nömrəli protokola əsasən avtomobildə 560 litr yanacağın artıqolması və qoşquda süni yolla düzəldilmiş çəndə isə 250 litrlik yanacaq aşkar edilmiş və sürücü İddiaçı xəbərdarlıq elan edilmişdir. X8 Rəisinin xx.xx.2020-ci il tarixli 74 nömrəli əmrində qeyd edilmişdir ki, şəxsi heyətin işə davamiyyətinin yoxlanılması məqsədi ilə mülki işçilərə toplantı verilmiş, lakin daşıma bölməsinin sürücüsü İddiaçı üzrlü səbəb olmadan xidmət yerində olmaması aşkar edilmişdir. Bununla əlaqədar İddiaçı töhmət elan edilmişdir. X8 Rəisinin xx.xx.2020-ci il tarixli 132 nömrəli əmrində qeyd edilmişdir ki, İddiaçı qanuni verilmiş əmri yerinə yetirməkdəm imtina etmiş və bununla əlaqədar olaraq ona şiddətli elan edilmişdir. X8 Rəisinin xx.xx.2020-ci il tarixli 135 nömrəli əmrindən çıxarışdan görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. xx.xx.2020-ci il tarixli 944 nömrəli aktda İddiaçı təhkim olunmuş avtomobillərə baxış keçirildiyi və baxış zamanı həmin avtomobillərdə lazımsız avadanlıqlar və əşyalar aşkar edilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla və verilən izahatlarla müəyyən olunmuşdur ki, iddiaçı daşıma bölməsinə avtomobil sürücüsü ekspeditoru vəzifəsinə işə qəbul edilmişdir. Sonra Azərbaycan Respublikası X8 Rəisinin xx.xx.2020-ci il tarixli 135 nömrəli əmri ilə iddiaçının əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi səbəbindən xitam verilmişdir. İddiaçı da işdən çıxarılmasına dair əmrin əsassız olduğunu və işdən əsassız olaraq çıxarıldığını iddia etməklə müvafiq tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Məhkəmə iş materiallarında olan sənədləri qanunvericiliyin tələbləri ilə yanaşı yoxlayaraq qeyd edir ki, cavabdeh təşkilat tərəfindən iddiaçıya “xəbərdarlıq”, “töhmət” və “şiddətli töhmət” elan edilmiş, yalnız bütün bu tənbeh növləri nəticə vermədikdən sonra iddiaçı ilə bağlanmış əmək müqaviləsinə işdə yol verdiyi nöqsanlara görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. İşəgötürən işçini iş vaxtı yol verdiyi nöqsanlara görə qanunvericiliyin tələbinə uyğun olaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad etmişdir. Beləliklə, işəgötürən tərəfindən işçinin işdən azad olunmasında hər hansı bir qanun pozuntusuna yol verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216‑220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi-yə qarşı “işə bərpa və dəymiş zərərin ödənilməsi” barədə iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №2(009)-1125/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1125/2020
20.11.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver