Məhkəmə qərarları › İş №2(009)-1146/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1146/2023

07.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1146/2023 07.09.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əzizova Nurlanə Əli qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Nümayəndə3 nümayəndəsi Nümayəndə3 iştirakları ilə, İddiaçı BOKT-un mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx" ASC, Bakı şəhəri Suraxanı rayon İcra şöbəsi və Cavabdeh4 cəlb edilməklə cavabdeh "xxxx" MMC-yə qarşı “protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx" ASC, Bakı şəhəri Suraxanı rayon İcra şöbəsi və Cavabdeh4 cəlb edilməklə cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-548/2009 nömrəli, xx.xx.2009-cu il tarixli qətnaməsinə əsasən tutmanın yönəldiyi Cavabdeh4 tərəfindən ipoteka qoyulmuş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin hazırki ipoteka saxlayan "xxxx" QSC tərəfindən əldə olunması barədə protokolun cavabdeh "xxxx" MMC tərəfindən qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi və ödənilmiş 100,0 manat məbləğində dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-548/2009 nömrəli, xx.xx.2009-cu il tarixli qətnaməsinə əsasən 07 avqust 2008-ci il tarixli 99 saylı kredit müqaviləsinə əsasən 10790 ABŞ dolları məbləğində vaxtı keçmiş, 50710 ABŞ dolları vaxtı keçməmiş, cəmi 61500 ABŞ dolları məbləğində əsas kredit borcu, xx.xx.2009-cu il tarixə hesablanmış 6092 ABŞ dolları faiz borcu, 3230 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 70822 ABŞ dolları borc və ödənilmiş 20 manat dövlət rüsumunun Cavabdeh4 tutularaq "xxxx" ASC-nə ödənilməsi, tələbin ipoteka ilə yüklü edilmiş Cavabdeh4 məxsus olan ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə yönəldilməsi, ünvan 1 ünvanında yerləşən 2 saylı fərdi yaşayış evinin boşaldılaraq açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına 70822 ABŞ dolları məbləğində borc, ödənilmiş 20 manat dövlət rüsumu, evin satılması və borcun qaytarılması üçün aparılan əməliyyatlarla bağlı digər bütün xərclərin tutularaq "xxxx" ASCnin xeyrinə ödənilməsi, X2, X8, X3, X4 Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, dalan 1 ünvanında yerləşən 2 saylı fərdi yaşayış evinə yaşayış hüququna xitam verilməsi qət edilmişdir. Həmin qətnamədən iş üzrə cavabdeh olmuş X5 tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4476/2009 nömrəli, xx.xx.2009-cu il il tarixli qətnaməsi ilə təmin edilməmiş və Suraxanı Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4476/2009 nömrəli, xx.xx.2009-cu il tarixli qətnaməsindən cavabdeh X5 tərəfindən verilmiş kassasiya şikayəti isə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1339/2010 nömrəli, xx.xx.2010-cu il tarixli qərarı ilə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2009-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış və qərar qəbul edildiyi andan qüvvəyə minmişdir. Bundan sonra, Suraxanı Rayon Məhkəməsinin 2(010)-548/2009 saylı, xx.xx.2009-cu il tarixli qətnaməsinin icrası ilə əlaqədar xx.xx.2016-cı il və xx.xx.2017-ci il tarixlərində hərrac keçirilmiş, lakin ipoteka predmeti hərracda satılmamışdır. Bundan sonra "xxxx" ASC "xxxx" MMC-nin xx.xx.2017-ci il tarixli, 305 nömrəli ipoteka predmetinin alqı-satqısı üçün müqavilə bağlanması barədə təklif məktubuna xx.xx.2017-ci il tarixli, 13/428 saylı məktubla müsbət cavab verərək ipoteka predmetinin təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz aşağı olan qiymətlə əldə edilməsi üçün müvafiq alqı satqı müqaviləsinin imzalanmasının tarixinin müəyyənləşdirilib, bu barədə rəsmi məlumat verilməsini cavabdehə bildirmişdir. Lakin nə cavabdeh "xxxx" MMC, nə də ki, üçüncü şəxs olan Suraxanı rayon İcra Şöbəsi tərəfindən hərrac protokolunun imzalanaraq başa çatdırılması və mülki iş üzrə icra sənədinin başa çatdırılması ilə bağlı heç bir tədbirlər görülməmişdir. Beləliklə də, Cavabdeh4 dair kredit borcunun tələb hüququ ötürülən zaman Suraxanı rayon məhkəməsinin 2(010)-548/2009-sayh, xx.xx.2009-cu il tarixli qətnaməsinin icrası başa çatdırılmamışdır. “X13 Edilməsi Agentliyi” MMC tərəfindən Suraxanı rayon məhkəməsinin 2(010)-548/2009 saylı, xx.xx-2009-cu il tarixli qətnaməsinin icrasını başa çatdırmaq məqsədi ilə Cavabdeh4 məxsus olan ünvan 1 ünvanında yerləşən 2 saylı fərdi yaşayış evinin yenidən hərraca çıxarılması barədə Suraxanı İcra Şöbəsinə müraciət edilmişdir. Suraxanı rayon İcra Şöbəsi tərəfindən yenidən verilmiş xx.xx.2019-cu il tarixli sifariş məktubuna əsasən xx.xx.2020-ci il tarixində hərrac keçirilmiş və hərracda ipoteka predmeti 20000 manat qiymətinə X1. Bundan sonra iddiaçı Cavabdeh4 cavabdehlər "xxxx" MMC-yə, ’’Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC-yə, "xxxx" ASC-yə, müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Suraxanı rayon İcra və Probasiya şöbəsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hərracın nəticələri barədə protokolun və s. etibarsız hesab edilməsi” tələbinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmiş və Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)- 2776/2020 saylı qətnaməsi ilə Cavabdeh4 iddia tələbinin təmin edilməsi, cavabdeh "xxxx" tərəfindən xx.xx.2020-ci il tarixdə keçirilən hərracın və onun nəticələri haqqında Y-01 nömrəli protokol və hərracın yekunları üzrə xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi və onun doğurduğu bütün hüquqi nəticələrin etibarsız hesab edilməsi, cavabdeh "xxxx" ASC ilə Cavabdeh4 arasmda bağlanmış xx.xx.2008-ci il tarixli ipoteka müqaviləsinə əsasən yüklü edilmiş fərdi yaşayış evi üzrə ipotekaya xitam verilməsi və ipoteka predmetinin ipoteka yüklülüyündən azad edilməsi, bu barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər 1 saylı Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeyd aparılması qət edilmişdir. Həmin qətnamədən iddiaçı tərəfindən və digər cavabdeh X9 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-5368/2021 saylı qətnaməsi ilə cavabdeh İddiaçı QSC BOKT tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Müşkinaz Məmmədovanın isə şikayəti qismən təmin edilərək, Nəsimi rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-2776/2020 saylı qətnaməsi dəyişdirilərək, İddiaçı QSC BOKT-a ödənilmiş 20000 manatın alınaraq Müşkinaz Məmmmədovaya ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5368/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən 3-cü şəxslər İddiaçı QSC BOKT və X9 tərəfindən ayrı-ayrılıqda kassasiya şikayəti verilsə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)-1960/2022 saylı qərarı ilə İddiaçı QSC-nin kassasiya şikayətləri təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(103)- 5368/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Eyni zamanda, qeyd edilməlidir ki, həmin dövrdə "xxxx" ASC-yə məxsus bir sıra problemli borclar (akltivlər) üzrə tələb hüquqlarının İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına ötürülməsi işləri həyata keçirilirdi. Belə ki, "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq, digər problemli aktivlərlə yanaşı Cavabdeh4 da "xxxx" ASC-yə olan problemli borcu üzrə tələb hüququ 16 fevral 2018-ci il tarixli, S-FK-1269 saylı təhvil-təslim aktı əsasında İddiaçı QSC-yə keçmişdir. Akta əsasən Cavabdeh4 təhvil-təslim olunan tarixə "xxxx" ASC-yə 61500 ABŞ dolları əsas borc, 9322 ABŞ dolları faiz borcu, cəmi 70822 ABŞ dolları məbləğində borcu olmuşdur. Sözügedən Fərmanın 2.3.1, 2.3.2 və 2.3.3-cü yarımbəndlərinə əsasən İddiaçı QSC "xxxx" ASC-dən alınmış aktivləri idarə edərkən həmin aktivlər üzrə əsas borclar (kreditlər) və faizlər, borcun təminatı olan girov (ipoteka), zaminlik üzrə tələb hüquqlarını qanunvericiliyə əsasən əldə etmək və həyata keçirmək, ödəmə vaxtı keçmiş kredit borclarının (faizlərin) qaytarılması və borcalanlar tərəfindən müqavilə öhdəliklərinin yerinə yetirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər (məhkəmədə iddia qaldırmaq, tələbi girova yönəltmək və s.) görmək, tələb girova (ipotekaya) yönəldildiyi halda, girov (ipoteka) qoyulmuş əmlakın idarə edilməsini həyata keçirmək, həmin əmlakm dövlət əmlakına aid edilməsi barədə təkliflər vermək və ya ixtisaslaşmış təşkilatlar tərəfindən açıq hərraclarda satışını təşkil etmək, əldə olunan vəsaitin borc öhdəliklərindən irəli gələn tələblərin ödənilməsinə yönəldilməsini təmin etmək vəzifələrini yerinə yetirir. Göründüyü kimi, Cavabdeh4 "xxxx" ASC-yə olan problemli borcu üzrə tələb hüququ "xxxx" ASC-dən İddiaçı QSC-yə ötürüldüyü andan həmin borcun təminatı olan ipoteka üzrə tələb hüququ da "xxxx" ASC-dən İddiaçı QSC-yə ötürülmüş hesab olunur. Yəni Cavabdeh4 borcunun təminatı olaraq ipotekaya qoyulmuş və məhkəmə qərarı ilə tutmanın yönəldiyi Cavabdeh4 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 2 saylı fərdi yaşayİş evi ilə bağlı tələb hüququ artıq İddiaçı QSC-yə məxsusdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.7-ci maddəsinə əsasən onlardan biri müqavilə bağlamaqdan boyun qaçırdıqda, digər tərəf müqaviləni bağlamağa məcbur etmək, habelə onu bağlamaqdan boyun qaçırılması nəticəsində vurulan zərərin əvəzini ödəmək tələbi ilə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə 04/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadının “qərara aldı” hissəsinin 4-cü bəndinə əsasən hərrac təşkilatının protokolu imzalamaqdan imtina etməsi və yaxud yayınması zamanı ipoteka saxlayan ipoteka predmetinin hərracdan əldə edilməsinə dair protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi və (və ya) zərərin əvəzinin ödənilməsi barədə iddia qaldıra bilər. Təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 təqvim günü ərzində ipoteka predmetinin əldə edilməməsi ipotekaya xitam verilməsinin qanuni əsası kimi çıxış etdiyindən, hərrac təşkilatının protokolu imzalamaqdan əsassız imtina etməsi və yaxud yayınması zamanı da ipoteka saxlayana onun pozulmuş hüququnun real bərpası imkanı tanınmalıdır. Məhkəmə tərkibi hesab edir ki, belə hallarda ipoteka saxlayan ipoteka predmetinin hərracdan əldə edilməsinə dair “Protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi və (və ya) zərərin əvəzinin ödənilməsi haqqında” iddia qaldıra bilər. Protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi tələbinə dair iddialara baxılarkən məhkəmələr ipoteka saxlayanın ipoteka predmetinin əldə edilməsi üçün qanunla nəzərdə tutulmuş müddət ərzində bütün zəruri tədbirləri gördüyünü və protokolu qanunla müəyyən edilmiş şərtlərlə imzalamağa razılığını ifadə etdiyini, lakin yekun protokolun ondan asılı olmayan səbəblərdən imzalanmadığını müəyyən edərlərsə hərrac təşkilatçısının hərəkətini (hərəkətsizliyini) qanunsuz hesab etməklə, iddianı təmin edə bilərlər. “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinə əsasən ipotekaya xitam verilməsi tələbinə baxılarkən başqa məhkəmənin icraatında hərrac protokolunun imzalanmış hesab edilməsinə dair mülki işin olması Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsinə əsasən icraatın dayandırılması, həmin iddianın təmin edilməsinə dair qanuni qüvvəsini almış məhkəmə aktının olması isə iddianın rədd edilməsi üçün əsas olacaqdır.” Bütün qeyd olunanlar bir daha onu göstərir ki, cəmiy xx.xx-2017-ci il tarixli 305 nömrəli ipoteka predmetinin alqı-satqısı üçün müqavilə bağlanması barədə bildirişə qanunvercilikdə nəzərdə tutulmuş müddətdə münasibət bildirilməyərək hərəkətsiz qalmasıdır. Bunun nəticəsində ipoteka saxlayan (tələbkar) “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsində müəyyən edilmiş subyektiv hüququnu həyata keçirə bilməmişdir. Yəni "xxxx"ASC “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.8-ci maddəsinə uyğun olaraq ipoteka premetinin əldə olunması ilə əlaqədar öz iradə ifadəsini aydın şəkildə ifadə etdiyi halda, hərrac təşkilatı və icra məmurunun hərəkətsizliyi nəticəsində bunun baş verməməsi ipotekasaxlayanm ziyanına təfsir edilərək ipotekaya xitam verilə bilməz. Göründüyü kimi "xxxx"Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 nömrəli Fərmanına əsasən Cavabdeh4 "xxxx"ASC-yə olan problemli borcu üzrə tələb hüququ "xxxx"ASC-dən İddiaçı QSC-yə ötürüldüyü andan həmin borcun təminatı olan ipoteka üzrə tələb hüququ da "xxxx"ASC-dən İddiaçı QSC-yə ötürülmüşdür. Yəni, Cavabdeh4 borcunun təminatı olaraq ipotekaya qoyulmuş və Suraxanı Rayon Məhkəməsinin 2(010)-548/2009 nömrəli, xx.xx.2009-cu il tarixli qətnaməsi ilə tutmanın yönəldiyi Cavabdeh4 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ilə bağlı tələb hüququ artıq İddiaçı QSC-yə məxsusdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, onun təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Nümayəndə3 nümayəndəsi Nümayəndə3 iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və bildirmişdir ki, iddiaçı iddiasını onunla əsaslandırmışdır ki, xx.xx.2016 və xx.xx.2017-ci il tariində keçirilən hərrac zamanı imopteka predmeti hərracdan satılmadıqdan sonra X7 tərəfindən guya əldə edilməsi barədə “Əmlak ixtisaslaşmış Hərrac Mərkəzi MMC-yə məktubla müraciət etmiş lakin hərrac mərkəzi tərəfindən iş üzrə icra sənədinin başa çatdılıması ilə bağlı, hərrac təşkilatı tərəfindən Bankın müraciətinə cavab verilmişdir. Hesab edir ki, iddia tamamilə qanunsuz və əsasızdır, müyyən məqsədlər üçün əlbir olaraq hərracı təşkil edən “Əmlak ixtisaslaşmış Hərrac Mərkəzi MMC ilə birgə işi yenidən məhkəmə instansiyasında aylarla mübahisələndirməklə müəyyən şəxslərin xeyrinə vaxt qazanmaq xarakteri daşıyır. Hər iki tərəf iddianın əsassız və qanunsuz olduğunu yaxşı bilir. Məqsəd hansı yolla olursa olsun pozulmuş oyunlarından daha az zərərlə çıxmağa nail olmaq, yol tampaqdır. Belə ki, eyni predmet və mübahisəli məsələlər üzrə (keçirilmiş hərracların nəticələri barədə protokolun, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbi üzrə) tərəflərindən cavabdehlər İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan kredit təşkilatı, Beynəlxalq Bank və digərlərinə qarşı 2020-ci ildə iddia qaldırılmış və işə baxan Nəsimi rayon Məhkəməsi, Bakı Apellyasiya Məhkəməsi və sonuncusu Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası xx.xx.2022-ci il tarixli, 2(102)-1960/2022 nömrəli Qərarı ilə qeyd edilən mübahisəli məsələlərə (keçirilən hərraclar və onaların nəticələrinə) onlardan doğan hüquqi nəticələrə tam hüquqi qiymət verilmiş və qərar öz qüvvəsin almışdır. Qərar əsasında icraya başlayaraq evi boşaldmaq istiqamətində Ədliyyə nazirliyinin İcra şöbəsi tərəfindən icra tədbirlərinə başlandıqdan sonra oyunu pozulmuş tərəflər belə bir əsassız iddianı tərtib edib məhkəməyə təqdim etmiş, evdən çıxarılmalı olan şəxslərə təskinlik verərək qismən də olsa sakitləşdirməyə nail olmuşlar. Belə ki, sonuncusu Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyası xx.xx.2022-ci il tarixli, 2(102)-1960/2022 nömrəli yekun məhkəmə qərarı qəbul edilmişdir. Qeyd edilən iş üzrə cavabdeh və hazırki iş üzrə iddiaçı qismində çıxış edərr İddiaçı QSC Bank olmayan kredit təşkilatı məhkəmə tərəfindən araşdırılan və yekun qərarla tam hüquqi qiymət verilən məsələ üzrə yeni uydurma iddia ilə məhkəməyə müraciət etmiş, müəyyən edilərək hüquqi qiymət verilmiş məslələri təkrar mübahisələndirməyə çalışmaqla əsasız manevrlər etməyə çalışır. Belə ki, iddiaçının cavabdeh olduğu iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyası xx.xx.2022-ci il tarixli, 2(102)-1960/2022 nömrəli qərarı üzrə kasasiya instansiyası məhkəməsinin mövqeyində də vurğulayır ki, İddiaçı QSC BOKT-un kasasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, kassator kasasiya şikayətində iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etsə də, özü də etiraf etmişdir ki, hərrac qanunvericiliyin tələbləri pozulmaqla 4 dəfə keçirilmişdir. Bununla belə o, sonuncu hərracların etibarsız hesab edilməli olduğunu, 2017-ci ildə keçirilmiş hərracın isə etibarlı olduğunu bildirmiş, buna əsas kimi də hərrac təşkilatı tərəfindən 2017-ci ildə ikinci dəfə hərrac keçirildikdən sonra əmlakın alıcısı olmadığı üçün Beynəlxalq Banka ünvanlanmış təklifə Bank tərəfindən hərrac təşkilatına cavab verilərək alqı-satqı vaxtının müəyyən edilməsini xahiş etməsini, hərrac təşkilatı tərəfindən Bankın müraciətinə cavab verilməsini göstərmiş, Beynəlxalq Bank tərəfindən hərrac təşkilatına ünvanlanmış məktubun surətini və poçt qəbzlərini kasasiya şikayətinə əlavə etmişdir. Bu xüsusatla bağlı qeyd edilməlidir ki, kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, işə birinci instansiya məhkəməsində baxılarkən İddiaçı QSC BOKT-un səlahiyyətli nümayəndəsi iştirak etmiş və o, izahatında (İ cild, səh 135) iddiaçıya məxsus mənzillə bağlı hərracın qanun pozuntusuna yol verilmədən keçirilməsini bildirmiş, hazırda kasasiya şikayətinə əlavə etdiyi Beynəlxalq Bank tərəfindən hərrac təşkilatına ünvanlanmış məktubu sübut qismində birinci instansiya məhkəməsinə təqdim etməmiş, nə bu barədə izahatında, nə də tərtib etdiyi apelyasiya şikayətində məlumat verməmişdir. Hətta apelyasiya şikayətində də özü göstərmişdir ki, kredit borcunun ödənilməsini təmin etmək üçün onlar əmlakın hərracda satılması ilə bağlı İcra şöbəsinə müraciət etmişlər. Göründüyü kimi, kassator hazırki kasasiya şikayətinə əlavə etdiyi məktubla bağlı məlumat verməməklə yanaşı, son hərracların keçirilməsini də özü İcra şöbəsindən xahiş etmiş, onun xahişi əsasında əmlak yenidən qiymətləndirilmiş və yenidən hərraca çıxarılaraq qanunvericiliyin tələbləri pozulmaqla 4-cü-dəfə keçirilmiş hərracdan sonra satılmışdır. Kassatorun hazırda istinad etdiyi məktub iş materiallarında olsa idi belə, yenə də bu hal hazırki iddianın təmin edilməməsinə əsas verə bilməzdi. Belə ki, iş materiallarından da göründüyü kimi, hərrac təşkilatı 2017-ci ilin yanvar ayında Beynəlxalq Banka təklif ünvanlamış, Beynəlxalq Bank Cavabdeh4 borcu üzrə tələb hüququnu 2018-ci ildə kassatora, hazırki iddiaçıya təhvil vermiş, həmin zamanadək isə əmlakın əldə edilməsi ilə bağlı hər hansı hərəkətlilik nümayiş etdirməmişdir. Əgər istinad edilən saxta məktubda göstərildiyi kimi, Beynləxalq Bank hərrac təşkilatına alqı-satqı müqaviləsinin bağlanma vaxtının və yerinin müəyyən edilib ona verilməsini xahiş etmiş idisə, o zaman o, ən azından hərrac təşkilatından bir cavab əldə edə bilmədiyini görüb yenidən müraciət ünvanlamalı və ya digər tədbirlər görməli idi ki, o bunu etməmişdir. X15 ipoteka saxlayan olaraq qanunvericiliyin ona verdiyi hüquqdan istifadə etməklə əmlakı əldə edib nəfinə ödənilməli olan borcu tam və ya qismən qarşılamaq imkanında idi ki, bu da onun maraq dairəsindən kənarda qala bilməzdi. Ali Məhkəmənin qərarındandada sadalanan hallar tamamilə düzgün və aydındır. Azərbaycan Respublikasını Mülki Prossesula Məcəlləsinin 82.3-cü maddəsindədə qeyd edilmişdir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Hesab edir ki, iddiaçının iddiası əsassızdır, o təmin edilə bilməz və eyni məsələlərə sonuncusu Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyası xx.xx.2022-ci il tarixli, 2(102)-1960/2022 nömrəli qərarı tam hüquqi qiymət verildiyi üçün iddia rədd edilməli iş üzrə icrata xitam verilməlidir. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi, 3-cü şəxslər "xxxx" ASC-nin və Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin nümayəndələri məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin və 3-cü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işə baxıb, iddiaçının nümayəndəsinin və üçüncü şəxsin nümayəndəsinin izahatlarını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən iddia tələbinin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakılara görə iddia əsassız olduğuna görə təmin edilməməlidir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli, 13/428 nömrəli "xxxx" MMC-nə ünvanlanmış məktubdan görünür ki, "xxxx" MMC-nin "xxxx" ASC-nə ünvanladığı xx.xx.2017-ci il tarixli 305 saylı bildirişində Cavabdeh4 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, T.Bayram küçəsi, dalan 1-də yerləşən 2 saylı fərdi yaşayış evinin alınması üçün müqavilə bağlanması banka təklif olunmuşdur. Bunu nəzərə alaraq, Bank tərəfindən ipoteka predmetini qeyd olunmuş qiymətlə, yəni təkrar hərracdakı ilkin satış qiymətindən 25% aşağı olan qiymətlə əldə edilməsi üçün müvafiq alqı-satqı müqaviləsinin imzalanması tarixini müəyyənləşdirib rəsmi məlumat verilməsi xahiş olunmuşdur. İş materiallarında olan "xxxx" MMC-nin "xxxx" ASC-nə ünvanladığı ipoteka predmetinin alqı-satqı üçün müqavilə bağlanılması barədə xx.xx.2017-ci il tarixli, 305 nömrəli bildirişindən görünür ki, Banka kredit borcu olan Cavabdeh4 məxsus əmlak keçirilən hərraclar zamanı satılmamışdır. AR Mülki Məcəlləsinin və “İpoteka haqqında” AR qanununun 43.7, 43.8 maddələrinə uyğun olaraq həmin əmlakı almaq üçün müqavilə bağlanılması Banka təklif olunur. “İpoteka haqqında” AR qanununun 43.8 maddəsinə əsasən “ipotekasaxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verili.” Bank xx.xx.2017-ci il tarixədək əmlakı almadığı halda iş sifarişçi icra şöbəsinə geri qaytarılacaqdır. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-548/2009 nömrəli, xx.xx.2009-cu il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilərək, 07 avqust 2008-ci il tarixli, 99 saylı kredit müqaviləsinə əsasən 10790 ABŞ dolları məbləğində vaxtı keçmiş, 50710 ABŞ dolları vaxtı keçməmiş, cəmi 61500 ABŞ dolları məbləğində əsas kredit borcu, xx.xx.2009-cu il tarixə hesablanmış 6092 ABŞ dolları məbləğində faiz borcu, 3230 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 70822 ABŞ dolları məbləğində borc və ödənilmiş 20 manat dövlət rüsumunun Cavabdeh4 tutularaq "xxxx" ASC-nə ödənilməsi, tələbin ipoteka ilə yüklü edilmiş Cavabdeh4 məxsus olan ünvan 1 ünvanında yerləşən 2 saylı fərdi yaşayış sahəsinə yönəldilməsi, ünvan 1 ünvanında yerləşən 2 saylı fərdi yaşayış evinin boşaldılaraq açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına 70822 ABŞ dolları məbləğində borcun, ödənilmiş 20 manat dövlət rüsumunun, evin satılması və borcun qaytarılması üçün aparılan əməliyyatlarla bağlı digər bütün xərclərin tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi, X2, X8, X3, X4 Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, dalan 1 ünvanında yerləşən 2 saylı fərdi yaşayış evinə yaşayış hüququna xitam verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanından görünür ki, "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli Müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı QSC-nin Nizamnaməsinə edilmiş 12 oktyabr 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5 maddəyə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X13 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir. Qeyd edilmiş dəyişikliyə əsasən "xxxx" ASC-nin problemli aktivləri üzrə tələb hüququnun idarə edilməsini “X13 Edilməsi Agentliyi” MMC həyata keçirir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2776/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh4 cavabdehlər "xxxx" MMC-yə, ’’Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC-yə, "xxxx" ASC-yə, müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Suraxanı rayon İcra və Probasiya şöbəsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hərracın nəticələri barədə protokolun və s. etibarsız hesab edilməsi” tələbinə dair iddiasının təmin edilməsi, cavabdeh ’’Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” tərəfindən xx.xx.2020-ci il tarixdə keçirilən hərracın və onun nəticələri haqqında Y-01 nömrəli protokol və hərracın yekunları üzrə xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi və onun doğurduğu bütün hüquqi nəticələrin etibarsız hesab edilməsi, cavabdeh "xxxx" ASC ilə Cavabdeh4 arasında bağlanmış 07 avqust 2008-ci il tarixli ipoteka müqaviləsinə əsasən yüklü edilmiş fərdi yaşayış evi üzrə ipotekaya xitam verilməsi və ipoteka predmetinin ipoteka yüklülüyündən azad edilməsi, bu barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər 1 saylı Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydin aparılması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-1960/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5368/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə 3-cü şəxslər İddiaçı QSC BOKT və X9 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2776/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin dəyişdirilməsi, cavabdeh İddiaçı QSC BOKT-a ödənilmiş 20000 manatın ondan alınaraq digər cavabdeh X6 ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Qətnamədən 3-cü şəxslər İddiaçı QSC BOKT və X9 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5368/2021 saylı, xx.xx.2021-ci iltarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarından göründüyü kimi, "xxxx"ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx"ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015ci il tarixli müqaviləyə görə "xxxx"ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSCyə keçmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 101S Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən Azərbaycan Beynəlxalq Bankı”ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh4 dair sənədlər S-FK-1269 saylı xx.xx.2018-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. Akta əsasən Cavabdeh4 təhvil-təslim olunan tarixə "xxxx"ASC-yə cəmi 70822 ABŞ dolları (əsas borc 61500 ABŞ dolları, faiz borcu 9322 ABŞ dolları) məbləğində borcu olmuşdur. Məhkəmə iclasında müyyən edilmişdir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-548/2009 nömrəli, xx.xx.2009-cu il tarixli qətnaməsi ilə xx.xx.2008-ci il tarixli, 99 saylı kredit müqaviləsinə əsasən 10790 ABŞ dolları məbləğində vaxtı keçmiş, 50710 ABŞ dolları vaxtı keçməmiş, cəmi 61500 ABŞ dolları məbləğində əsas kredit borcu, xx.xx.2009cu il tarixə hesablanmış 6092 ABŞ dolları məbləğində faiz borcu, 3230 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 70822 ABŞ dolları məbləğində borc və ödənilmiş 20 manat dövlət rüsumunun Cavabdeh4 tutularaq "xxxx"ASC-nə ödənilməsi, tələbin ipoteka ilə yüklü edilmiş Cavabdeh4 məxsus olan ünvan 1 ünvanında yerləşən 2 saylı fərdi yaşayış sahəsinə yönəldilməsi, ünvan 1 ünvanında yerləşən 2 saylı fərdi yaşayış evinin boşaldılaraq açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına 70822 ABŞ dolları məbləğində borcun, ödənilmiş 20 manat dövlət rüsumunun, evin satılması və borcun qaytarılması üçün aparılan əməliyyatlarla bağlı digər bütün xərclərin tutularaq "xxxx"ASC-nin xeyrinə ödənilməsi, X2, X8, X3, X4 Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, dalan 1 ünvanında yerləşən 2 saylı fərdi yaşayış evinə yaşayış hüququna xitam verilməsi qət edilmişdir. Həmin qətnamədən verilən apellyasiya və kassasiya şikayətləri təmin edilməmiş və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-548/2009 nömrəli, xx.xx.2009-cu il tarixli qətnaməsi xx.xx.2010-cu il tarixdə qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmişdir. Bundan sonra, Suraxanı Rayon Məhkəməsinin 2(010)-548/2009 saylı, xx.xx.2009-cu il tarixli qətnaməsinin icrası ilə əlaqədar ipoteka predmeti olan əmlakın hərracdan satılması “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi" MMC-yə sifariş olunmuş, keçirilmiş hərraclar zamanı ipoteka predmeti olan əmlak satılmadığı üçün “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi" MMC tərəfindən ipoteka predmetinin alqı-satqı üçün müqavilə bağlanılması barədə xx.xx.2017-ci il tarixli, 305 nömrəli bildirişlə ipoteka predmeti “İpoteka haqqında" Qanunun 43.7-ci, 43.8-ci maddələrinə əsasən təkrar hərracdakı ilkin satış qiymətindən 25% az olmayan qiymətlə ipoteka saxlayan "xxxx"ASCyə təklif olunmuşdur. "xxxx"ASC tərəfindən "xxxx" MMC-yə ünvanlanlanmış xx.xx.2017-ci il tarixli, 13/428 nömrəli məktubla ipoteka predmetin təkrar hərracdakı ilkin satış qiymətindən 25% aşağı olan qiymətlə əldə edilməsi üçün müvafiq alqı-satqı müqaviləsinin imzalanması tarixinin müəyyənləşdirib rəsmi məlumat verilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, İddiaçı QSC-nin adından çıxış edən “X13 Edilməsi Agentliyi" MMC tərəfindən qətnamənin icrası ilə bağlı xx.xx.2019-cu il tarixli 1571 saylı məktubla Bakı şəhəri Suraxanı rayon İcra və probasiya şöbəsinə müraciət olunmuş və sonuncu ipoteka əmlakının yenidən hərracdan satışı ilə bağlı Hərrac Mərkəzinə sifariş vermiş və ipoteka predmeti ilə əlaqədar əlavə olaraq 2 dəfə, yəni 18.12.ı2019-cu il və xx.xx.2020-ci il tarixlərdə hərrac keçirilmiş və “Hərracın yekunları barədə” xx.xx.2020-ci il tarixli, Y-01 saylı protokola və “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” müqaviləyə əsasən ipoteka predmeti olan Cavabdeh4 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, T.Bayram küçəsi, dalan 1-də yerləşən 2 saylı fərdi yaşayış evi alıcı X6 20000 manata satılmışdır. Məhkəmə iclasında eləcə də müəyyən edilmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2776/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh4 iddiası təmin edilərək, cavabdeh ’’Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” tərəfindən xx.xx.2020-ci il tarixdə keçirilən hərracın və onun nəticələri haqqında Y-01 nömrəli protokol və hərracın yekunları üzrə xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi və onun doğurduğu bütün hüquqi nəticələrin etibarsız hesab edilməsi, cavabdeh "xxxx"ASC ilə Cavabdeh4 arasında bağlanmış 07 avqust 2008-ci il tarixli ipoteka müqaviləsinə əsasən yüklü edilmiş fərdi yaşayış evi üzrə ipotekaya xitam verilməsi və ipoteka predmetinin ipoteka yüklülüyündən azad edilməsi, bu barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər 1 saylı Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydin aparılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5368/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə 3-cü şəxslər İddiaçı QSC BOKT və X9 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2776/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin dəyişdirilməsi, cavabdeh İddiaçı QSC BOKT-a ödənilmiş 20000 manatın ondan alınaraq digər cavabdeh X6 ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-1960/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə 3cü şəxslər İddiaçı QSC BOKT və X9 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5368/2021 saylı, xx.xx.2021-ci iltarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, Suraxanı Rayon Məhkəməsinin 2(010)-548/2009 saylı, xx.xx.2009-cu il tarixli qətnaməsinin icrası ilə əlaqədar xx.xx.2016cı il və xx.xx.2017-ci il tarixlərində hərrac keçirilmiş, lakin ipoteka predmeti hərracda satılmamışdır. Bundan sonra "xxxx"ASC "xxxx" MMC-nin xx.xx.2017-ci il tarixli, 305 nömrəli ipoteka predmetinin alqı-satqısı üçün müqavilə bağlanması barədə təklif məktubuna xx.xx.2017-ci il tarixli, 13/428 saylı məktubla müsbət cavab verərək ipoteka predmetinin təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz aşağı olan qiymətlə əldə edilməsi üçün müvafiq alqı satqı müqaviləsinin imzalanmasının tarixinin müəyyənləşdirilib, bu barədə rəsmi məlumat verilməsini cavabdehə bildirmişdir. Lakin nə cavabdeh "xxxx" MMC, nə də ki, üçüncü şəxs olan Suraxanı rayon İcra Şöbəsi tərəfindən hərrac protokolunun imzalanaraq başa çatdırılması və mülki iş üzrə icra sənədinin başa çatdırılması ilə bağlı heç bir tədbirlər görülməmişdir. Bunun nəticəsində ipoteka saxlayan (tələbkar) “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsində müəyyən edilmiş subyektiv hüququnu həyata keçirə bilməmişdir. Bu səbəbdən iddiaçı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-548/2009 nömrəli, xx.xx.2009-cu il tarixli qətnaməsinə əsasən tutmanın yönəldiyi Cavabdeh4 tərəfindən ipoteka qoyulmuş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin hazırki ipoteka saxlayan "xxxx" QSC tərəfindən əldə olunması barədə protokolun cavabdeh "xxxx" MMC tərəfindən qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. AR Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq həyata keçirilir (maddə 317.2). Həmin Məcəllənin 415.5-ci maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Mülki Məcəlləsinin 415.7-ci maddəsinə əsasən onlardan biri müqavilə bağlamaqdan boyun qaçırdıqda, digər tərəf müqaviləni bağlamağa məcbur etmək, habelə onu bağlamaqdan boyun qaçırılması nəticəsində vurulan zərərin əvəzini ödəmək tələbi ilə məhkəməyə müraciət edə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Qeyd edilən Qanunun 43.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. Qeyd edilən Qanunun 43.7-1-ci maddəsinə əsasən təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar, bu protokol müqavilə qüvvəsinə malikdir. Həmin Qanunun 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə 04/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadında qeyd olunmuşdur ki, məhkəmə təcrübəsində ipoteka saxlayanın əmlakın əldə edilməsi ilə bağlı ipoteka haqqında qanunvericilikdə müəyyən edilmiş 30 təqvim günü ərzində onun iradəsindən asılı olmayan səbəblərdən (hərrac təşkilatının protokolu imzalamaqdan yayınması və ya imtina etməsi) hərrac protokolunun imzalanmaması hallarına rast gəlinir. Hərrac təşkilatçısının hərrac protokolunu imzalamaqdan imtinasının hüquqi nəticələri və hərracın qalibi elan olunmuş tərəfin hüquqi müdafiə vasitələri Mülki Məcəllənin 415.5 və 415.7-ci maddələrində nəzərdə tutulsa da, “İpoteka haqqında” Qanunda hərrac təşkilatçısının ipoteka saxlayanın təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməsinə dair protokolu imzalanmasından imtinasının və ya yayınmasının hüquqi nəticələri ilə bağlı xüsusi qayda müəyyən edilməmişdir. Bu baxımdan qeyd olunmalıdır ki, təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 təqvim günü ərzində ipoteka predmetinin əldə edilməməsi ipotekaya xitam verilməsinin qanuni əsası kimi çıxış etdiyindən, hərrac təşkilatının protokolu imzalamaqdan əsassız imtina etməsi və yaxud yayınması zamanı da ipoteka saxlayana onun pozulmuş hüququnun real bərpası imkanı tanınmalıdır. Məhkəmə tərkibi hesab edir ki, belə hallarda ipoteka saxlayan ipoteka predmetinin hərracdan əldə edilməsinə dair “Protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi və (və ya) zərərin əvəzinin ödənilməsi haqqında” iddia qaldıra bilər. Protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi tələbinə dair iddialara baxılarkən məhkəmələr ipoteka saxlayanın ipoteka predmetinin əldə edilməsi üçün qanunla nəzərdə tutulmuş müddət ərzində bütün zəruri tədbirləri gördüyünü və protokolu qanunla müəyyən edilmiş şərtlərlə imzalamağa razılığını ifadə etdiyini, lakin yekun protokolun ondan asılı olmayan səbəblərdən imzalanmadığını müəyyən edərlərsə hərrac təşkilatçısının hərəkətini (hərəkətsizliyini) qanunsuz hesab etməklə, iddianı təmin edə bilərlər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası iddiaçı Cavabdeh4 hərracın yekunları haqqında xx.xx.2020-ci il tarixli, Y-01 nömrəli protokol və hərracın yekunları üzrə xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi və onun doğurduğu bütün hüquqi nəticələrin etibarsız hesab edilməsi, fərdi yaşayış evi üzrə ipotekaya xitam verilməsi və ipoteka predmetinin ipoteka yüklülüyündən azad edilməsi tələbinə dair mülki iş üzrə xx.xx.2022-ci il tarixli, 2(102)- 1960/2022 saylı qərarında İddiaçı QSC BOKT-un kasasiya şikayətinin dəlillərinə (2017-ci ildə ikinci dəfə hərrac keçirildikdən sonra əmlakın alıcısı olmadığı üçün hərrac təşkilatının Beynəlxalq Banka ünvanlanmış ipoteka əmlakın alınması üçün müqavilə bağlanması barədə xx.xx.2017-ci il tarixli, 305 saylı təklifinə, Bank tərəfindən hərrac təşkilatına ünvanlanmış alqı-satqı vaxtının müəyyən edilməsi barədə xx.xx.2017-ci il tarixli, 13/428 saylı cavab məktubuna, hərrac təşkilatı tərəfindən Bankın müraciətinə cavab verilməməsinə) münasibət bildirərək göstərmişdir ki, işə birinci instansiya məhkəməsində baxılarkən İddiaçı QSC BOKT-un səlahiyyətli nümayəndəsi iştirak etmiş və o, izahatında iddiaçıya məxsus mənzillə bağlı hərracın qanun pozuntusuna yol verilmədən keçirilməsini bildirmiş, hazırda kassasiya şikayətinə əlavə etdiyi Beynəlxalq Bank tərəfindən hərrac təşkilatına ünvanlanmış məktubu sübut qismində birinci instansiya məhkəməsinə təqdim etməmiş, nə bu barədə izahatında, nə də tərtib etdiyi apelyasiya şikayətində məlumat verməmişdir. Hətta apelyasiya şikayətində də özü göstərmişdir ki, kredit borcunun ödənilməsini təmin etmək üçün onlar əmlakın hərracda satılması ilə bağlı İcra şöbəsinə müraciət etmişlər. Göründüyü kimi, kassator hazırki kasasiya şikayətinə əlavə etdiyi məktubla bağlı məlumat verməməklə yanaşı, son hərracların keçirilməsini də özü İcra şöbəsindən xahiş etmiş, onun xahişi əsasında əmlak yenidən qiymətləndirilmiş və yenidən hərraca çıxarılaraq qanunvericiliyin tələbləri pozulmaqla 4-cü dəfə keçirilmiş hərracdan sonra satılmışdır. Kassatorun hazırda istinad etdiyi məktub iş materiallarında olsa idi belə, yenə də bu hal hazırki iddianın təmin edilməməsinə əsas verə bilməzdi. Belə ki, iş materiallarından da göründüyü kimi, hərrac təşkilatı 2017-ci ilin yanvar ayında Beynəlxalq Banka təklif ünvanlamış, Beynəlxalq Bank Cavabdeh4 borcu üzrə tələb hüququnu 2018-ci ildə kassatora təhvil vermiş, həmin zamanadək isə əmlakın əldə edilməsi ilə bağlı hər hansı hərəkətlilik nümayiş etdirməmişdir. Əgər istinad edilən məktubda göstərildiyi kimi, Beynləxalq Bank hərrac təşkilatına alqı-satqı müqaviləsinin bağlanma vaxtının və yerinin müəyyən edilib ona verilməsini xahiş etmiş idisə, o zaman o, ən azından hərrac təşkilatından bir cavab əldə edə bilmədiyini görüb yenidən müraciət ünvanlamalı və ya digər tədbirlər görməli idi ki, o, bunu etməmişdir. X15 ipoteka saxlayan olaraq qanunvericiliyin ona verdiyi hüquqdan istifadə etməklə əmlakı əldə edib nəfinə ödənilməli olan borcu tam və ya qismən qarşılamaq imkanında idi ki, bu da onun maraq dairəsindən kənarda qala bilməzdi. Odur ki, kassatorun kassasiya şikayətinə əlavə etdiyi istinad etdiyi məktub da hazırki mübahisənin obyektiv həllinə təsir edə biləcək amil kimi nəzərə alına bilməz. Azərbaycan Respublikası MPM-nin 82.3-cü bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Qanunun qeyd olunan normasını rəhbər tutaraq məhkəmə hesab edir ki, yuxarıda göstərilən məhkəmə aktları ilə müəyyən olunan hallar hazırki iş üzrə preyudisial əhəmiyyət daşıdığından həmin halların yenidən sübut edilməsinə ehtiyac yoxdur. Ona görə də, iddia tələbi əsassızdır və təmin edilməməlidir. İddia müddətinin tətbiqi barədə üçüncü şəxs tərəfindən verilmiş ərizə ilə əlaqədar məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Mülki qanunvericiliyə müvafiq olaraq ümumi iddia müddəti on il, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti altı il, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il təşkil edir (Mülki Məcəllənin 373.1-373.3-cü mad.). Eyni zamanda, tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətlərinin təyin edilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur (Mülki Məcəllənin 373.4-ci maddəsi). Məhkəmə qeyd edir ki, hazırkı tələb hərracın nəticələrinə dair yekun protokolun imzalanmış hesab edilməsi ilə bağlı olduğundan, bu münasibətə ümumi iddia müddətinin (10 il) tətbiq edilməli olması nəzərə alınmaqla qiymət verilməlidir. Yəni iddiaçı hazırki tələblə mübahisələndirilən hərracın keçirilməsindən 6 ildən sonra məhkəməyə müraciət etdiyindən, o, məhkəməyə müraciət etmək üçün nəzərdə tutulmuş 10 illik müddəti ötürməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırki mübahisəyə iddia müddətinin tətbiq edilməsi barədə 3-cü şəxsin ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı Aqrarkredit” BOKT-un (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx" ASC, Bakı şəhəri Suraxanı rayon İcra şöbəsi və Cavabdeh4 cəlb edilməklə) cavabdeh "xxxx" MMC-yə qarşı “protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı BOKT-un (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx" ASC, Bakı şəhəri Suraxanı rayon İcra şöbəsi və Cavabdeh4 cəlb edilməklə) cavabdeh "xxxx" MMC-yə qarşı “protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim:Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar