Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1146/2025 24.04.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsinin mümkünlüyü məsələsinə baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı pul tələbinə barədə iddia ərizə ilə məhkəməyə müraciət etmişdir. Hakim iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi aşağıdakı əsaslara görə geri qaytarılmalıdır. Hakim qeyd edir ki, iddia ərizəsi ərazi aidiyyəti üzrə düzgün olmayaraq Səbail rayon Məhkəməsinə verilmişdir. Belə ki, cavabdeh həm fiziki həm hüququ şəxsə qarşı tələb irəli sürmüş, iddia ərizəsini cavabdehlərdən birinin ünvanı üzrə yerləşən Səbail rayon Məhkəməsinə təqdim etmişdir. Yəni iddiaçı cavabdehlərə qarşı qaldırdığı iddia tələbi üzrə seçim hüququndan istifadə etmişdir. AR MPM-nin 36.2-ci maddəsinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. İddiaçı Cavabdeh1 qeydiyyat ünvanı kimi ünvan 2 də, Məhkəmə Elektron Sistemindən əldə edilmiş məlumata əsasən həmin cavabdehin qeydiyyat ünvanı Bakı şəhəri, Nərimanov rayonu, X1 küçəsi 132 kimi müəyyən olunmuşdur. AR MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Digər tərəfdən hakim qeyd edir ki, iddiaçı hüququ şəxs Cavabdeh2 MMC-nin hüquqi ünvanının konkret göstərməmişdir. Belə ki, AR MPM-nin 149.2.2-ci maddəsinə əsasən iddia ərizəsində iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Hakim qeyd edir ki, hər iki cavabdehin qeydiyyat və hüquqi ünvanının aid olduğu yer Səbail rayonu olmadığından iddia ərizəsi ərazi aidiyyəti üzrə düzgün olmayaraq Səbail rayon Məhkəməsinə verilmişdir. Hakim hesab edir ki, iddia ərizəsi aidiyyət qaydalarına riayət edilmədən məhkəməyə təqdim edilmişdir. AR MPM-nin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə hakim hesab edir ki, iddiaçı tərəfindən verilən iddia ərizəsi üzrə mülki iş ərazi aidiyyəti üzrə Səbail rayon Məhkəməsində baxılmalı olmadığından hazırki iddia ərizənin məhkəmə icraatı qeyri-mümkündür və bu səbəbdən iddia ərizəsi geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və AR MPM-nin 35.1, 40.1 və 152.1.3-cü maddələrini rəhbər tutaraq hakim… QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ərazi aidiyyəti üzrə Səbail rayon Məhkəməsində baxılmalı olmadığından sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Qeyd: Şikayət elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-1146/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1146/2025
24.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver