Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1187/2025 11.12.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi X4, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 25000 manat borc vəsaitinin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: O, Cavabdeh 2021-ci ildən tanıyır, qadın salonunda lazer ustası işləyirdi, onun xidmətindən istifadə edirdi. Onun xidməti ilə əlaqədar tanışlığı yarandı. 2022-2023-cü illərdə dəfələrlə ondan borc pul götürürdü və vaxtında qaytarırdı. Borcu vaxtında qaytardığına görə etibarını qazanmışdı. 2023-cü ilin dekabr ayında o, görüşündə bildirdi ki, lombard işi ilə məşğul olmaq istəyir, ona görə 35.000 (otuz beş min) manata ehtiyacı var, bu pulu bir il müddətinə qaytarmaq vədəsi ilə borc istəyir. Ona etibar etdiyindən bildirdi ki, birdəfəlik belə bir vəsait verməyə imkanı yoxdur, amma hissə-hissə 25.000 (iyirmi beş min) manatı borc verməyə çalışar. 2024-cü il ərzində özünün 416973 kart hesabından Cavabdeh 409858 kart hesabına 15.000 (on beş min) manat pul köçürdü və 10.000 (on min) manat vəsait də onun xahişi və öhdəçiliyi ilə X3 onun bank kartından köçürdü. Beləliklə, bir il ərzində 1 yanvar 2024-cü il tarixə qədər özünün bank kartından ona məxsus olan bank kartına 15.000 (on beş min) manat pul köçürdü. 2023-cü ilin may ayında isə tanışı X3 onun xahişi ilə cavabdehə 10.000 (on min) manat pul ödəyib. O, 2025-ci ilin yanvar ayında vəd etdiyinə görə 25.000 (iyirmi beş min) manat borcu qaytarmalıydı. Lakin o, borcu qaytarmaqdan imtina etdi və ondan polisə şikayət verməyə başladı. Hazırki vaxta qədər borcu qaytarmır. Məhkəmə baxışı dövründə iddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 32950 manat borc pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin dəlilləri: Bank sorğularına cavablardan məlum olur ki, iddiaçı 2023-2024-cü illər ərzində cavabdehə 3141 sonluqlu kart hesabı vasitəsilə 12470, 3425 sonluqlu kart hesab vasitəsilə 1710 manat, 4715 sonluqlu kart hesabı vasitəsilə 5500 manat, 9748 sonluqla kart hesabı vasitəsilə 3000 manat olmaqla cəmi kart hesabları vasitəsilə 22950 manat köçürmə etmişdir. Bundan başqa X3 vasitəsilə nəğd olaraq 10000 manat pulu cavabdeh işə sərmayə qoymaq adı ilə borc olaraq iddiaçıdan almışdır. Məhkəmə baxışı dövründə iddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 38450 manat borc pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin dəlilləri: Kapital bank ASC-dən daxil olan kart hesablarına əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdehə məxsus 409858....1012 saylı kart hesabına mübahisəli 2023-2024-cü il ərzində pul köçürmələri etmişdir, lakin cavabdeh bu günədək ona köçürülən pul vəsaitlərini qaytarmamış, bununla da əsassız varlanmışdır. Hətta 28-ci Polis Bölməsində alınan izahatlardan müəyyən olunur ki, cavabdeh iddiaçıdan 10 faizdən pul aldığını da etiraf edərək əsassız varlandığını təsdiq etmişdir. Bankdan alınan cavablardan təsdiq olunur ki: 416973....3141 saylı kartdan cavabdehə məxsus 409858....1012 saylı karta 2023-cü ilin sonu 2024-cü ilədək ümumilikdə 12740 manat pul köçürülmüşdür. 523915....3425 saylı kartdan cavabdehə məxsus 409858....1012 saylı karta 2024-cü ildə ümumilikdə 1710 manat pul köçürülmüşdür. Kapital Bank ASC-dən alınan sorğuya cavaba əsasən sonu 4715 saylı kartdan 409858....1012 saylı karta: xx.xx.2024 - 800 manat, xx.xx.2024 - 900 manat, xx.xx.2024 - 250 manat, xx.xx.2024 - 250 manat, xx.xx.2024 - 100 manat, xx.xx.2024 - 200 manat, xx.xx.2024 - 150 manat, xx.xx.2024 - 500 manat, xx.xx.2024 - 800 manat, xx.xx.2024 - 700 manat, xx.xx.2024 - 300 manat cəmi 4950 manat vəsait köçürülmüşdür. Əlavə olaraq işə əlavə edilən qəbzlərdən görünür ki, iddiaçıya məxsus Kapital Bank ASC-yə məxsus sonu 9748 saylı kartlardan da cavabdehin 409858....1012 saylı kartına 9050 manat köçürmələr olmuşdur. Lakin qeyd edilən kartın müddəti bitdiyindən bağlanmış kart köçürmələrinə dair çıxarış tam əldə edilməsi mümkün olmamışdır. Mövcud kartlardan əldə qalan bank köçürmələrindən və bank tərəfindən təqdim edilən çıxarışlardan görünür ki mübahisəli dövr ərzində cavabdehə 4 kart üzrə cəmi 28450 manat, nəğd olaraq isə 10000 manat, cəmi 38450 manat pul köçürməsi olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 və iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini 6050 manat hissəsindən başqa qalan hissədə müdafiə edərək iddianın təmin edilməsini xahiş etmiş və bunu onunla əsaslandırmışlar ki, tələbin həcmini artırarkən iş materiallarında olan bəzi qəbzlərin bank çıxarışları üst-üstə düşməsinə diqqət yetirməmişlər. 29 iyul 2025-ci il tarixli məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qəbul etməyərək onun deyil, iddiaçının ona borcu olmasını, bununla bağlı onun barəsində hüquq mühafizə orqanında araşdırma aparılmasını, onun hesabına göndərilən pulların isə iddiaçının ona olan borcun qaytarılması üçün göndərilməsini bildirmişdir. İddia tələbinin həcminin azaldılması barədə ərizə verilməsə də, iddiaçı tərəf sonuncu iddianın həcminin artırılması barədə ərizəni 6050 manat hissəsində müdafiə etmədikləri üçün məhkəmə iddiaya 32400 manat həcmində əsaslı olub-olmamasına qiymət verilməli olmasını qeyd edir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh məhkəmə baxış iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X3 ifadəsində göstərmişdir ki, iddiaçı ilə ailəvi tanışdır, cavabdehi tanımır. Özü üçün kreditə pul götürəcəkdi, 2023-cü ilin dekabr ayında kreditə 20000 manat götürdü, 2024-cü ilin yanvar ayında 10000 manatı Reyhan xanımın sözü ilə Aynurə xanıma verdi, lakin Reyhan pulun nə üçün cavabdehə verildiyini ona deməmişdi. Reyhan xanım müəyyən ödənişləri ödədi, amma hazırda həmin borcu özü ödəyir, ailəvi tanış olduğundan iddiaçıdan pulu tələb etmir. Tərəflər arasında hər hansı pul haqq-hesab barədə tam ətraflı məlumatı olmayıb, amma pul mübahisələri barədə sonradan bildi. Pulu hansı səbəbdən Aynurə xanıma verilməsi barədə məlumatı olmamışdır. Sübutlar: - İddiaçının təqdim etdiyi 2024-cü il ərzində 416973….3141 saylı kart hesabından cavabdehin 409858….1012 saylı hesabına pul köçürmələrinə dair siyahıdan görünür ki, 2024-cü ilin yanvar ayında 900, 2000, 150, 1400, fevral ayında 100, 200, maar ayında 300, 250, 1000, 200, 150, 400 manat, arel ayında 300, 500, may ayında 500, iyul ayında 300, 500, 800, 800, 100, avqust 250, 100, 900, 200, 650, 250, sentyabr ayında 400, 1100, oktaybr ayında 200, 100, cəmi 15000 AZN köçürmüşdür. - Kapital Bank ASC-nin təqdim etdiyi 416973….4715 saylı plastik kart hesabından çıxarışdan görünür ki, kartın sahibi İddiaçıdır. - Kapital Bank ASC-nin təqdim etdiyi4 16973….3141 saylı plastik kart hesabından çıxarışdan görünür ki, kartın sahibi İddiaçıdır. Ona məxsus 416973….9527 saylı plastik kart hesabından - Kapital Bank ASC-nin təqdim etdiyi 416973….4715 saylı plastik kart hesabından 409859….1012 saylı plastik kart hesabına köçürmə aşkar olunmamışdır. - Yasamal rayon Polis İdarəsinin İŞ-nin xx.xx.2025-ci il tarixli «təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında» qərarından görünür ki, İddiaçı təkrarən özgənin əmlakını ələ keçirmə məqsədiilə tanışı Cavabdeh balıq yemi alıb bizneslə məşğul olaraq külli miqdarda gəlir əldə edəcəklərini vəd edib aldatmaqla 2024-cü ilin ortalarında Yasamal rayon ərazisində yerləşən qadın salonunda Cavabdeh 25000 manat pulu ələ keçirib sonuncuya xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, bununla da Azərbaycan Respublikasının CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. - Yasamal rayon Polis İdarəsinin 28-ci PŞ-nin sahə rəisi S.Rüstəmovun xx.xx.2024-cü il tarixli arayışında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Mətbuat pr. 58 m. 19-da yaşayan Cavabdeh, təqribən bir il əvvəl müxtəlif vaxtlarda Reyhan adlı şəxsə ümumilikdə 25000 AZN borc verməsi, lakin həmin şəxsdən pulunu geri istədikdə sonuncunun həyat yoldaşı tərəfindən telefonda hədələnməsi barədə 102 xidmətinə zəng edərək 28-ci PŞ-nə ərizə ilə müraciət etmişdir. xx.xx.2024-cü il tarixdə tarixdə Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küç. 113 m.19-da yaşayan İddiaçı 2021-ci ildə iş qurmaq üçün Cavabdeh birjə iş qurmaq məqsədi idə 7000 AZN borc alması, sonradan iş qurmaq məsələsi baş tutmadığı üçün həmin məbləği faizlə hesablayaraq ona 25000 AZN borcunun olduğunu bildirməsi, təxminən 3 il ərzində Aynurəyə hissəhissə olaraq 70000 AZN-ə yaxın qaytarması, lakin həmin şəxsin hələ də ondan pul tələb etməsi və nalayiq ifadələrlə təhqir etməsi barədə ərizə ilə müraciət etmişdir. - İddiaçı xx.xx.2024-cü il tarixdə Yasamal rayon Polis İdarəsinin 28-ci PŞ-nə verdiyi izahatından görünür ki, 2021-ci ildən gözəllik salonunda lazer ustası kimi işləyən Aynurə ilə yaxından münasibət saxlamış, bir yerdə iş görmək üçün ondan 7000 manat borc pul almış, Aynurənin işlədiyi gözəllik salonun içərisində balaca bir butik icarəyə götürdülər, orada paltar və aksessuar satmağa başladılar, bir müddət satdıqdan sonra işləri alınmadı və Aynurə o boyun aldığı üçün 7000 AZN-ni faizlə götürdüyünü bildirdi və o da bu işi ailəsindən gizlin gördüyünə grə qorxdu və pulu faizlə ödəyəcəyini bildirdi. Aynurə əlində heç bir sübutu və əsası olmadan ona tanışı İlyas adlı şəxsdən ayı 20%lə gtürdüyünü bildirdi. O da qorxduğundan təxminən 3 ilə yaxın aydı 1400 manat ailəsində gizlin Aynurəyə pul ödədi. Aynurənin ona 25000 manat faizlə borc verməsi yalandır. O ondan heç vaxt 25000 pul borc və ya faizə götürməişdir. Bəzi aylar 1400 azn pulu ödəyə bilmədiyi halda Aynurə əlavə olaraq pulun üzərinə faizi artıraraq hesablamışdır. Aynurənin onun barəsində yazdığı ərizə yalandır. Götürdüyü 7000 azn artıqlaması ilə 70000 azn-ə yaxın pul ödəmişdir. Odur ki, onan lna heç bir borcu qalmamışdır. Hətta bununla bağlı onun barədə yalan məlumatlar vermiş və onun barəsində şəxsi ilə bağlı böhtanlar atmışdır. - X2 xx.xx.2024-cü il tarixdə Yasamal rayon Polis İdarəsinin 28-ci PŞ-nə verdiyi izahatından görünür ki, İddiaçıı təxminən 5 ilə yaxındır ki, tanıyır, çox yaxın münasibətdə olmuşlar. Aralarında 2021-ci ilə qədər dəfələrlə borc alıb verməsi olub, vaxtında qaytarmışdır. Ondan iş görmək adı ilə 7000 manat borc almış və öz işini batırdıqdan sonra onun 7000 manat pulunu qaytarmışdır. Daha sonra 6000, 3000, 15000 azn pul almış və vaxtında qaytarmışdır. Sonra 2024-cü ilin əvvəl Reyhan ondan 14500 azn borca pul götürmüş, o ona görə bu pulu lombarddan maşınını qoyud vermişdir. Özünün istəyi ilə 10 faizlə ayda onun adına olan pulu ödəyib. 6 ay 1400 ödədikdən sonra 6000, 4500 azn ondan borca pul alıb, hələ də qaytarmamışdır. Ümümilikdə 2500 azn onun ona borcu qalıb. - X2 xx.xx.2024-cü il tarixdə verdiyi iltizamdan görünür ki, ona borclu olan İddiaçı qarşı pul iddiasını qanuni çərçivəsində həll edəcək, onun şəxsi həyatı ilə bağlı heç bir müdaxilə etməyəcək. Mülki işə tətbiq edilən hüquq - 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. - 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. - 1092.1-ci maddəsəyə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: - 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya - 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. - 1092.2-ci maddəyə əsasən, əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Əsaslandırıcı hissə: Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa, (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa, əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə işdə iştirak edən iddiaçı tərəfin izahatlarını, şahid ifadəsini dinləyərək mülki işin materialları ilə birlikdə tədqiq edərək bu nəticəyə gəlir ki, iddia qismən əsaslıdır və həmin hissədə təmin edilməlidir. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, tərəflər bir-birini xeyli müddətdir ki, tanımaqla 2022-2023-cü illərdə dəfələrlə aralarında borc pul ilə bağlı münasibətləri olmuş və alınmış pullar qaytarılmışdır. Hazırda iddiaçı 2023-cü ilin dekabr ayında cavabdehə lombard işi ilə məşğul olmaq üçün 35.000 (otuz beş min) manat borcla bağlı ona bir il ərzində 1 yanvar 2024-cü il tarixə qədər özünün 416973 kart hesabından Cavabdeh 409858 kart hesabına 15.000 (on beş min) manat pul köçürməsini, 10.000 (on min) manat vəsaitin də onun xahişi ilə və öhdəçiliyi ilə X1 2023-cü ilin may ayında cavabdehə verməsini bildirərək əvvəl 25000 manat, bank sorğularına alınan cavablardan sonra isə əvvəl 32950 manat, daha sonra isə 38450 manat borc pulun tutulmalı olmasını iddia edir. Cavabdeh iddianı qəbul etməyərək onun iddiaçıya deyil, iddiaçının ona borcu olmasını, bununla bağlı onun barəsində prokurorluqda istintaq getməsini bildirmiş hətta polis şöbəsində olan izahatında bu məbləğin 25000 manat olmaqla pul tələbi ilə bağlı qanun çərçivəsində tədbirlər görüləcəyini göstərməsinə dair iltizam da vermişdir. Lakin, işin materiallarından cavabdehin iddiaçıya qarşı hər hansı pul tələbi ilə bağlı iddia qaldırması görünmür. Yasamal rayon Polis İdarəsinin İŞ-nin xx.xx.2025-ci il tarixli «təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında» qərarında göstərilən İddiaçı tanışı Cavabdeh 25000 manat pulu ələ keçirib sonuncuya xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməsi ilə bağlı məhkəmə həmin qərarda göstərilənlərə qiymət verməsə də hazırki işin araşdırılmış halları baxımından qeyd etməyi zəruri sayır ki, cavabdehin istər polis şöbəsində verdiyi, istərsə də məhkəmədə iştirakı zamanı bildirdiyi məbləğin sözügedən qərarda əksini tapmış məbləğə hər hansı aidiyyətinin olmasına və ya bağlılığına dair sübutlar təqdim edilməmişdir. Məhkəmə, cavabdehin polis şöbəsində verdiyi izahatında iddiaçı ilə aralarında faizlə bağlı münasibətlər olmasını etiraf etməklə 2024-cü ilin əvvəlində iddiaçının ondan 14500 azn borca götürdüyü pula görə 10 faizlə 6 ay 1400 manatdan ödəniş aparmasını, daha sonra 6000, 4500 azn ondan borca pul alıb, hələ də qaytarmayaraq ümümilikdə 25000 azn ona borcu qalmasını göstərməsinə də qiymət verərək iddiaçının faizlə pul qaytarmasına dair izahatı təsdiq etməsi ilə bağlı qeyd edir ki, bu hal iddiaçının özünün izahatı ilə təsdiqləndiyindən məhkəmə bunu sübut kimi qəbul edir. Lakin, iddiaya etirazın əsası kimi istinad edilən, faizlə pul ödədikdən sonra 6000, 4500 azn borc pul almaqla qaytarmayaraq ümümilikdə 25000 azn cavabdehə borcu qalmasına dair sübutlar təqdim edilmədiyindən bunu sübut növü kimi qiymətləndirmir və hesab edir ki, cavabdeh iddiaçının onun kartına ödədiyi pulları ona olan borcu kimi qiymətləndirdiyi halda özünün də ona borc verməsini təsdiq edən sübutlar təqdim etməli idi. Belə bir sübutlar olmadığı üçün məhkəmə iddiaçının irəli sürdüyü dəlilləri işin araşdırılmış halları ilə uzlaşdığı üçün daha inandırıcı sayır və təqdim etdiyi sübutlar əsasında qeyd edir ki, hazırda baxılan iş üzrə əsassız varlanma faktı kimi hüquqi əməl çıxış edir. Belə ki, əsassız varlanmaya dair münasibətləri tənzimləyən normaların təhlilindən də bəlli olur ki, bu əsasa söykənən (irəli sürülmüş) idda tələbinin keçərliliyi üçün qanunda nəzərdə tutulmuş aşağıdakı dispozitiv şərtlərin, həm də eyni vaxtda olması tələb olunur: - birincisi, əsassız varlanmaya haqq qazandıran qanuni və ya müqavilə əsası olmur, eləcə də bu cür varlanma həyata keçməmiş əsasa və ya sonradan aradan qalxmış əsasa söykənir; - ikincisi, iddiaçı əmlakdan məhrum olur; - üçüncüsü, cavabdeh iddiaçının hesabına əmlak əldə etmiş olur. Başqa sözlə, qanunvericiliyə əsasən əsassız varlanma nəticəsində öhdəlik o halda yaranır ki, şəxs əmlak əldə etsin, həmin əldə etmə başqa şəxsin hesabına olsun və əldə etmənin hər hansı bir qanuni və ya müqavilə əsası olmasın. Belə ki, əsassız varlanma öhdəlikləri bütün hüquqi faktlardan, yəni hərəkət və hadisələrdən, hüquqauyğun və hüquqazidd hərəkətlərdən, hüquqi aktlardan və hüquqi əməllərdən yarana bilər. Hüquqi faktlardan yalnız müqavilələr əsassız varlanma faktı kimi çıxış edə bilmir. Məhkəmə qeyd edir ki əsassız varlanma hüquqauyğun hərəkətlərdən də yarana bildiyi üçün hüquq pozuntusunun tərkib elementi olan təqsir bu halda məhz mülkiyyətçi tərəfindən əmlakın tələb edilib lakin qaytarılmadığı zamandan yaranır. Hazırkı mülki işin məhkəmə araşdırması zamanı yuxarıda göstərilən hər üç şərtin cavabdehə münasibətdə mövcud olduğu müəyyən edilmişdir. Qeyd edilən maddi hüquq normaları tələbin hüquqi əsası kimi çıxış etməklə mübahisə üzrə tətbiqi belə qənaətə gəlməyə əsas verir ki, cavabdeh hüquqi əsas olmadan iddiaçının qeyd edilən pulunu əldə etməklə əsassız varlanmış, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmamışdır. Cavabdeh iddiaçının hesabına əsassız varlandığı üçün məhrum olanın tələbi ilə əldə etdiklərini qaytarmalıdır. Bununla yanaşı məhkəmə, iddianın iddiaçı tərəfin iddia tələbini həcmini azaltmamsına baxmayaraq tələbinin 6050 manat hissəsini müdafiə etmədiyini, eləcə də iddianın (şahid ifadəsində göstərilən) 10000 manat məbləği hissəsinin mötəbər sübutla təsdiq edilmədiyini nəzərə alaraq hesab edir ki, iddiaçı cavabdehin ona olan borcunun 22400 (iyirmi iki min dörd yüz) manat məbləğində pul vəsaiti hissəsi üzrə sübut təqdim etdiyindən iddia qismən əsaslıdır. Belə ki, şahidin ifadəsində göstərdiyi kimi 2023-cü ilin dekabr ayında 20000 manat bankdan kredit götürərək 2024-cü ilin yanvar ayında iddiaçının xahişi ilə 10000 manatını cavabdehə verməsi yalnız iddiaçı tərəfindən təsdiq edilməklə digər sübut növləri ilə təsdiqlənmədiyi üçün məhkəmə bu verilən ifadəni iddiaçının maraq və mənafeyi naminə verilmiş ifadə kimi qiymətləndirir və mötəbər sübut kimi qəbul etmir. Bəliklə də məhkəmə hesab edir ki, iddiaçının cavabdehin ona məhz 32400 manat borcu olmasına dair izahatı özü-özlüyündə iddianın tam əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdeh iddiaçının 22400 (iyirmi iki min dörd yüz) manat pulunu əldə edib, pulu iddiaçının tələbi ilə qaytarmamaqla onun hesabına hüquqi əsas olmadan əsassız varlandığı üçün cavabdehdən həmin pulu tələb etməkdə haqlı olduğundan iddia qismən təmin edilməli, Cavabdeh sözügedən məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Cavabdeh 157 (bir yüz əlli yeddi) manat dövlət rüsumunun əvəzi də tutularaq İddiaçı ödənilməli, dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 22400 (iyirmi iki min dörd yüz) manat məbləğində pul vəsaiti və 157 (bir yüz əlli yeddi) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-1187/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1187/2025
11.12.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver