Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1190/2023 01.08.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əzizli Əziz Seyfulla oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil Səmiddin oğlunun iştirakları ilə İddiaçı X2 Cavabdehna (üçüncü şəxs "xxxx" MMC) qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair mülki işə Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı X4 (üçüncü şəxs "xxxx" MMC) Cavabdehna qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Bakı şəhəri 1 saylı Notariat ofisinin xüsusi notariusu X6 tərəfindən verilmiş 14 fevral 2023-cü il tarixli qeydə əsasən X2 hesabından "xxxx" MMC-nin xeyrinə müqaviləyə əsasən vaxtında ödənilməmiş 1186 manat 74 qəpik məbləğin tutulması üçün İcra qeydi verilib. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin şifahi bildirişi əsasında X2 nümayəndəsi Notariusun İcra qeydinin 10 may 2023-cü il tarixində icra şöbəsindən əldə edib. İcra qeydi qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə izahatında həmin nömrələrin partiyaya heç bir aidiyyatının olmadığını bildirərək Bakı şəhəri 1 saylı Notariat ofisinin 14 fevral 2023-cü il tarixli icra qeydinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil Səmiddin oğlu izahatında tərəflər arasında qeyd edilən tarixdə müqavilə bağlanıldığını və həmin nömrələrin partiyaya məxsus olduğunu, iddiaçının istinad etdiyi halların yalnız şifahi formada olduğunu, rəsmi qaydada heç bir bildiriş olmadığını, iş materiallarında pretenziya məktubunun da olduğunu bildirərək iddia tələbinin rədd edilməsini, icra qeydinin qüvvədə qalmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdeh Bakı şəhəri 1 saylı notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iş üzrə iddiaçının və üçüncü şəxsin nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan X4 ilə "xxxx" MMC arasında Mobil rabitə xidmətlərinin göstərilməsinə dair 02 sentyabr 2014-cü il tarixli, 2142 nömrəli müqavilə bağlanmışdır. İş üzrə Bakı şəhəri 1 saylı notariat ofisinin 8İ-1732 reyestrli, xx.xx.2023-cü il tarixli icra qeydinə əsasən X1 müqaviləyə əsasən ödənilməmiş 1161.74 manat tutulmalı, tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 1186.74 manat pul tutulmalıdır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı ilə "xxxx" MMC arasında Mobil rabitə xidmətlərinin göstərilməsinə dair 02 sentyabr 2014-cü il tarixdə kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən 1161.74 manat ödənilməmişdir. İddiaçı müqavilə ilə üzərinə düşən öhdəliyi pozmuşdur. Bakı şəhəri 1 saylı notarial ofisinin xx.xx.2019-cu il tarixli icra qeydinə əsasən X3 X5 xeyrinə müddət üçün vaxtında ödənilməmiş 9500 manat məbləğində pul tutulmasını göstərilmiş və həmin icra qeydi icraya yönəldilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Bakı şəhəri 1 saylı notariat ofisinin 8İ-1732 reyestrli, xx.xx.2023-cü il tarixli icra qeydinə əsasən X1 müqaviləyə əsasən ödənilməmiş 1161.74 manat tutulmalı, tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 1186.74 manat pul tutulmasını göstərilmiş və həmin icra qeydi icraya yönəldilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, icra qeydinin ləğv edilməsini xahiş etmişdir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 76-cı maddəsinin 1-ci bəndinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin 2-ci hissəsinə əsasən icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. «İcra qeydi» aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Həmin Qanunun 76-cı maddəsinin 9-cu hissəsinə əsasən borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimatın 161-ci maddəsinin tələbinə görə borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq üçün «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 iş günü müddətində icra qeydi aparır və icra olunması üçün «Elektron notariat» informasiya sistemi vasitəsilə «Elektron icra» informasiya sisteminə göndərir. Həmin Təlimatın 162-ci maddəsinin 1-ci bəndinə əsasən əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə, notarius tərəfindən icra qeydi verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 156 saylı qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısı”nda qeyd olunur ki, pulun ödənilməsini, əmlakın qaytarılmasını və ya verilməsini tələb edən notariat qaydasında təsdiq olunmuş əqdlər üzrə icra qeydinin aparılması üçün notariat qaydasında təsdiq edilmiş əqdin əsli; ödəniş müddətinin keçirilməsi (əmlakın qaytarılması və ya verilməsi) haqqında notarius vasitəsi ilə kreditorun borcluya göndərdiyi yazılı bildiriş təqdim olunur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 6.1.4-cü maddəsinə əsasən notariat orqanlarının icra qeydləri icra sənədi sayılır. Qanunvericiliyin tələbinə əsasən notariat orqanı kredit müqaviləsi üzrə borclu tərəfindən öhdəliklər yerinə yetirilmədikdə və tələb olunan borc mübahisəsiz olduqda, tələbkarın ərizəsinə əsasən borcun tutulması barədə icra qeydi vermək səlahiyyətinə malikdir. Həmin icra qeydi icra sənədinə bərabərdir. Qanunun yuxarıda göstərilən tələblərinə əsasən notarius icra qeydini mübahisəsiz olduğu, borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq etdiyi, həmçinin notarius vasitəsi ilə kreditorun ödəniş müddətinin keçirilməsi haqqında yazılı bildiriş borcluya göndərildiyi halda aparır. Beləliklə məhkəmə hesab edir ki, notarius tərəfindən verilmiş icra qeydi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılmadığından, eyni zamanda borclu tərəfindən məbləğ mübahisələndirildiyindən, icra qeydi ləğv edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri 1 saylı notariat ofisi tərəfindən verilmiş 8İ-1732 nömrəli, 14 fevral 2023cü il tarixli icra qeydi ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №2(009)-1190/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1190/2023
01.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver