Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1197/2022 28.06.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh, Tərcüməçi G.G.Abbasovanın iştirakları ilə İddiaçı cavabdeh X3 qarşı payın dəyəri ödənilməsi, bu mümkün olmadıqda mənzilin açıq hərracdan satılması və paylarına mütənasib surətdə bölüşdürülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X3 qarşı paylı mülkiyyətdə olan əmlakın açıq hərracda satılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Bakı şəhəri, Səbail rayonu, T.Əliyarbəyov küçəsindəki 20 və 20b saylı mənzillər vərəsəlik qaydasında cavabdehlə onun paylı mülkiyyətinə keçmişdir. Ümumi paylı mülkiyyətdə cavabdeh Tamilla Rzabəyovanın payının cüzi olmasını (1/6; 1/12) nəzərə alıb, onun paylarının dəyəri kimi 25.000 manat kompensasiya ödəməklə mülkiyyət hüququna xitam verilməsi haqqında iddia ərizəsi ilə Səbail rayon Məhkəməsinə müraciət etmişdir. Öz növbəsində cavabdeh də ona qarşı “Səbail rayonu, T.Əliyarbəyov küçəsindəki, 20 və 20b saylı mənzillərdən istifadəyə ilk iddiaçının yaratdığı maneələrin qanunsuz hesab edilməsi və qeyd edilən mənzillərə köçürməklə oradan maneəsiz istifadə və paylı mülkiyyətdə olan 20b saylı mənzilinin onun tərəfindən icarəyə verilməsinə görə kompensasiya məbləğinin müəyyən edərək, payına uyğun ona verilməsi və mənzillərin açarlarının surətinin ona da verilməsi haqqında” qarşılıqlı iddia ərizəsi vermişdir. Səbail rayon Məhkəməsinin 2(009)-29/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə onun cavabdeh X3 qarşı “Səbail rayonu, T.Əliyarbəyov küçəsindəki 20 və 20b saylı mənzillərdə cavabdeh Tamilla Rzabəyovanın payının cüzi olmasını nəzərə alıb paylarının dəyəri kimi 25.000 manat kompensasiya ödəməklə mülkiyyət hüququna xitam verilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Cavabdehin ona qarşı verdiyi qarşılıqlı iddia qismən – onun Səbail rayonu, T.Əliyarbəyov küçəsindəki, 20 və 20b saylı mənzillərə köçürülməsi, mənzillərdən istifadəyə yaradılmış maneələrin qanunsuz hesab edilməsi və mənzillərin açarlarının surətinin Tamilla Rzabəyovaya təqdim edilməsi hissədə təmin edilmiş, qalan hissədə qarşılıqlı iddia ərizəsi təmin edilməmişdir. Səbail rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya və kassasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Lakin tərəflər olaraq aralarında uzun illərdən davam edən həmin mənzillərdəki payların bölünməsi ilə bağlı əmlak mübahisəsi bununla başa çatmamışdır. Paylı mülkiyyətin əhəmiyyətli hissəsinin mülkiyyətçisi olaraq o, öz payının ayrılmasını tələb etməkdə israrlıdır. O, cavabdehlə ümumi paylı mülkiyyətdə əmlak sahibi olmaq istəmir. Payının ayrılmasını məhkəmə qaydasında tələb edir. Qanunverici bunun üçün sonuncu qayda kimi paylı mülkiyyətin açıq hərracda satılması və əldə olunan pul vəsaitinin paylı mülkiyyətin mülkiyyətçiləri arasında paylara mütənasib olaraq bölünməsini nəzərdə tutmuşdur. AR Mülki Məcəlləsinin 220.3-220.5-ci maddələrində nəzərdə tutulmuş digər qaydalar məhkəmə qaydasında mübahisə edilmiş və əmlakın bölünməsi, yaxud kompensasiya ilə bağlı razılığa gəlmək mümkün olmamışdır. Cavabdeh bilərəkdən ona payının dəyərindən daha artıq təklif edilən kompensasiya məbləği ilə razılaşmayaraq, əmlakın hərracda satılmasına qədər mübahisəni davam etdirmişdir. Onun Səbail rayon Məhkəməsində eyni cavabdehə qarşı “həmin mənzillərin tərəflər arasında naturada bölünməsi, bölünmüş payların ayrı-ayrılıqda qiymətləndirilməsi və həmin əmlakların satışa çıxarılması” tələbi olmuş və Səbail rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(009)-721/2018 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin iş üzrə əldə edilmiş xx.xx.2018-ci il tarixli 8135 saylı ekspert rəyindən görünür ki, mənzillərin tərəflər arasında naturada bölünməsi texniki cəhətdən mümkün deyil. Məhz bu səbəbdən məhkəmə mənzillərin naturada bölünməsi tələbini təmin etməmiş və iddia tələbinin sonrakı hissəsi, yəni “bölünmüş payların satışa çıxarılması” hissəsini də təmin etməmişdir. Mənzillərin tərəflər arasında naturada bölünməsinin mümkün olmaması məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. AR Mülki Məcəlləsinin 220.3-cü maddəsində nəzərdə tutulduğu qaydada, yəni payın naturada ayrılmasının mümkün olmadıqda payın ayrılmasının digər qaydası – payın dəyərinin ödənilməsi tətbiq edilir. Əmlakların tərəflər arasında paylara bölməyin mümkün olmaması mühəndis-texniki ekspertizasının rəyi ilə təsdiq edilir. İndiki halda qeyd etdiyi kimi bu barədə xx.xx.2018-ci il tarixli, 8135 saylı ekspert rəyi mövcuddur. AR Mülki Məcəlləsinin 220.4-cü maddəsinə görə “...mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsi qoya bilər. İndiki halda qeyd etdiyi kimi bu da Səbail rayon Məhkəməsinin 2(009)-29/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə mümkün sayılmamış və qanuni qüvvəsini almışdır. Tərəflər arasında mübahisə predmeti olan T.Əliyarbəyov küçəsindəki ümumi sahəsi 42,5 kv.m. olan 20b saylı mənzildə cavabdehin payı 1/12 hissədir ki, bu da cəmi 3,5 kv.m. təşkil edir. Eləcə də T.Əliyarbəyov küçəsindəki ümumi sahəsi 21,3 kv.m. olan 20 saylı mənzildə cavabdehin payı 1/6 hissədir, bu da cəmi 3,55 kv.m. təşkil edir. Bu hesablamadan cavabdehin ümumi əmlakda payının həcmi aşkar görünür. Lakin cavabdehin payı inkar edilməsə də, 3,5 kv.m. sahədən mənzil kimi istifadə etmək, yaşamaq mümkün deyil. Adambaşına düşən mənzil sahəsi normasından dəfələrlə azdır. Hər bir halda o, paylı mülkiyyətində olan iki mənzilin bölünməsinin mümkün qaydalarını və imkanını cavabdehlə məhkəmə qaydasında həm mübahisə etmişdir, eyni zamanda müzakirə etmişlər, ümumi razılıq mümkün olmamışdır. O, yenə də aralarındakı mübahisəni qarşılıqlı razılıqla həll edilməsi naminə, həmçinin hər ikisinin qanuni mənafeyi baxımından cavabdehə əvvəlki icraat zamanı təklif etdiyi kompensasiya məbləğini hazırki icraat zamanı da müzakirə etməyə hazırdır. Lakin razılığa nail olmaq mümkün olmadıqda aralarında mübahisə predmeti olan əmlaklar hərracda satılaraq, əldə olunan pul vəsaiti aralarında paylarına uyğun bölünməlidir. Göstərilənləri nəzərə alaraq iddiaçı ümumi paylı mülkiyyətdə olan Bakı şəhəri, Səbail rayonu, Əliyarbəyov küçəsindəki, ümumi sahəsi 21,3 kv.m. olan 20 saylı mənzilin (1/6 hissə) və ümumi sahəsi 42,5 kv.m. olan 20b saylı mənzilin (1/12 hissə) açıq hərracda satılması və əldə edilən pul vəsaitinin paylarına mütənasib aralarında bölünməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, iş materiallarında olan məhkəmə aktlarından görünür ki, əmlakın paylara müvafiq naturada bölünməsi iddiası və payın cüzi olması əsası ilə kompensasiya verilməsi iddiası ayrı-ayrılıqda məhkəməyə verilmiş, lakin təmin edilməmişdir. Onun Səbail rayon Məhkəməsində eyni cavabdehə qarşı “həmin mənzillərin tərəflər arasında naturada bölünməsi, bölünmüş payların ayrı-ayrılıqda qiymətləndirilməsi” tələbi olmuş və məhkəmənin xx.xx.2018-ci il tarixli, 2(009)-721/2018 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin iş üzrə əldə edilmiş xx.xx.2018-ci il tarixli, 3185 saylı ekspert rəyindən görünür ki, mənzillərin tərəflər arasında naturada bölünməsi texniki cəhətdən mümkün deyil. Məhz bu səbəbdən məhkəmə mənzillərin naturada bölünməsi tələbini təmin etməmişdir. Hazırki tələb paylı mülkiyyətdə olan əmlakın açıq hərracda satılması tələbinə dairdir. Buna baxmayaraq bu məhkəmə icraatı zamanı da cavabdehlə mübahisənin qarşılıqlı razılığa həll edilməsi imkanı araşdırılmalıdır. Tərəflər arasındakı əvvəlki mübahisələr üzrə dəfələrlə mənzillərin ekspertiza yolu ilə qiymətləndirilməsi təmin edilmişdir və müxtəlif ekspert rəyləri əldə edilmişdir. O, əmlakının cavabdehlə paylı mülkiyyətdə qalmasını arzu etmir və payının ayrılmasını tələb edir. Mənzillərin hərracda satılmasını cavabdeh arzu etmirsə, o halda ona mənzillərdəki paylarının dəyərini ödəməlidir. Əgər cavabdehin iddiaçıya aid payların dəyərini ödəmək imkanı yoxdursa, bundan imtina edirsə, yaxud iddiaçının cavabdehə payının dəyəri kimi təklif etdiyi məbləğlə razılaşmırsa, o zaman mənzillərin hərracda satılmasından başqa mübahisənin həllinin hüquqi yolu qalmır. Tərəflər arasındakı əvvəlki mübahisələr üzrə əldə edilmiş ekspert rəylərinə müvafiq hesab edir ki, T.Əliyarbəyov küçəsindəki 20b saylı mənzildə 11/12 hissədə payının dəyəri 133.000 manat, T.Əliyarbəyov küçəsindəki digər 20 saylı mənzildə 5/6 hissədə payının dəyərini 134.000 manat qiymətləndirir və 267.000 manat pulun ümumi mənzillərdə payının dəyəri kimi ona ödənilməsini cavabdehdən tələb edir. Ona görə də hesab edir ki, hazırkı iddia tələbinin dəqiqləşdirilməsinə zərurət vardır. Göstərilənləri nəzərə alaraq iddiaçı Bakı şəhəri, Səbail rayonu, T.Əliyarbəyov küçəsindəki, 20 və 20b saylı mənzillərdə iddiaçının payının dəyəri kimi 267.000 manat pulun cavabdeh X4 tərəfindən İddiaçı ödənilməsi, bu mümkün olmadıqda ümumi paylı mülkiyyətdə olan Bakı şəhəri, Səbail rayonu,T.Əliyarbəyov küçəsindəki ümumi sahəsi 21,3 kv.m. olan 20 saylı mənzilin (1/6 hissə) və ümumi sahəsi 42,5 kv.m. olan 20b saylı mənzilin (1/12 hissə) açıq hərracda satılması və əldə edilən pul vəsaitinin paylarına mütənasib aralarında bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış cavabdeh X4 iddia tələbini qəbul etməyərək və iddiaya yazılı etiraz məhkəməyə təqdim edərək öz izahatında göstərmişdir ki, iddiaçı onun ögey anasıdır. O, görmə qabiliyyəti məhdud olmaqla 2-ci qrup fəaliyyət qabiliyyəti olmayan əlildir. İddiaçı ilə paylı mülkiyyətindəki mənzillərdə yaşaya bilmir. Müvəqqəti qardaşıgildə yaşayır. Mənzilin otaqlı biribirindən ayrı, iç-içə olmayan, biri digəri ilə əlaqəsi olmayan və iki giriş qapısından ibarətdir. Hərraca çıxarılaraq satılması tələb olunan “mənzillərdən” iddiaçının özünün və ya ailə üzvlərinin istifadə etməsinə onun heç bir etirazı yoxdur və heç vaxt olmamışdır. Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsi, 10 saylı evin 20 və 20B saylı mənzillərin hərracdan satılaraq əldə olunmuş vəsaitlərin paylara mütənasib bölünməsi ilə qətiyyən razı deyil. İddiaçı öz hissəsini sata bilər. Onun başqa yaşayış yeri yoxdur, imkanı da yoxdur ki, iddiaçının payına münasib təklif etdiyi pulu ödəyə bilsin. Paylı mülkiyyətdə olan əmlaklara payının cüzi olması və ya əmlakdan istifadə edilməsində guya iddiaçının mühüm mənafelərinin olması digər mülkiyyətçinin qanunla qorunan mülkiyyət hüquqlarından məhrum edilməsinə məcbur edilə bilməz. Göstərilənləri nəzərə alaraq cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbləri qismən təmin edilməlidir. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2017-ci il tarixli, RX seriyalı ******* nömrəli çıxarışın surətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən 10 saylı evin, ümumi sahəsi 21,3 kv.m. olan 20 saylı mənzili (Yeni qaydalarla: AZ1005, Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsi, 20,M1, m3) paylı mülkiyyət hüququ üzrə 1/6 hissədə X2 və 5/6 hissədə İddiaçı mülkiyyətindədir. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2017-ci il tarixli, RX seriyalı ******* nömrəli çıxarışın surətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən 10 saylı evin, ümumi sahəsi 42,5 kv.m. olan 20b saylı mənzil paylı mülkiyyət hüququ üzrə 1/12 hissədə X2 və 11/12 hissədə İddiaçı mülkiyyətindədir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-721/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdeh X3 qarşı ”daşınmaz əmlakların tərəflər arasında natura qaydasında bölünməsi, bölünmüş hissələrin ayrı-ayrılıqda qiymətləndirilməsi və həmin əmlakın satışa çıxarılması” tələbinə dair iddiası təmin edilməmiş, ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul vəsaitinin cavabdeh İddiaçı alınaraq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. İş üzrə Səbail rayon MKTB-nin 7 saylı MKİS tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışın surətindən görünür ki, X4 T.Əliyarbəyov küçəsi, 10 saylı evin 20 No-li mənzilində xx.xx.2006-cı ildən pasport qeydiyyatındadır. 20 No-li mənzil xx.xx.2001-ci il tarixdən 30/28 No-li qeydiyyat vəsiqəsinə əsasən aşağıda göstərilən qaydada bölünmüşdür: İddiaçı – 4/6 hissə, X4 -1/6 hissə, X5 – 1/6 hissə. 20b saylı mənzil 30/29 saylı, xx.xx.2001-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən aşağıdakı göstərilən qaydada bölünmüşdür: İddiaçı – 10/12 hissə, X5 – 1/12, X4 – 1/12 hissə. İddiaçı adına olan xx.xx.2017-ci il tarixli ********** No-li çıxarışa əsasən 20 No-li mənzildə İddiaçı – 5/6 hissə, X4 – 1/6 hissə mənzildə paydadırlar. İddiaçı adına olan xx.xx.2017-ci il tarixli ********** No-li çıxarışa əsasən 20b No-li mənzildə İddiaçı – 11/12 hissə, X4 – 1/12 hissə mənzildə paydadırlar. İddiaçı – xx.xx.1986-cı ildən, X5 – 1984-cü ildən T.Əliyarbəyov küçəsi, 10 saylı evin 20b No-li mənzilində pasport qeydiyyatındadırlar. İş üzrə "xxxx" MMC tərəfindən Səbail rayon Məhkəməsinə (hakim R.Qafarova) ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubun surətindən görünür ki, İddiaçı məxsus ünvan 2 ünvanında 4 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən 1 otaqlı 20 nömrəli mənzilin xx.xx.2021-ci il tarixə olan bazar qiyməti 88.000 manat, likvid dəyəri 83.000 manat təşkil etmişdir. İş üzrə "xxxx" MMC tərəfindən Səbail rayon Məhkəməsinə (hakim R.Qafarova) ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubun surətindən görünür ki, İddiaçı məxsus ünvan 2 ünvanında 4 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən 2 otaqlı 20ç nömrəli mənzilin xx.xx.2021-ci il tarixə olan bazar qiyməti 115.000 manat, likvid dəyəri 109.000 manat təşkil etmişdir. İş üzrə Səbail rayon Məhkəməsinin 2(009)-29/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdeh X3 qarşı “kompensasiya ödənilməklə mülkiyyət hüququna xitam verilməsi” tələbinə ilkin iddiasının rədd edilməsi, qarşılıqlı iddia üzrə iddiaçı X2 qarşılıqlı iddiasının qismən təmin edilməsi, X2 Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsi, 10 saylı evin 20 və 20b saylı mənzillərinə köçürülməsi və İddiaçı tərəfindən həmin mənzillərdən X2 istifadəsinə yaradılmış maneələrin qanunsuz hesab edilməsi, Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsi, 10 saylı evin 20 və 20b saylı mənzillərinin açarlarının (surəti) İddiaçı tərəfindən X3 təqdim edilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi, "xxxx" MMC tərəfindən aparılmış əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 500 manatın 350 manat hissəsi iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı, 150 manat hissəsi cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) X1 tutularaq "xxxx" MMC-nin hesabına köçürülməsi qət edilmişdir. İş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1100/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8311/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qərarı ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin (hakim R.Qafarova) xx.xx.2021-ci il tarixli, 2(009)-29/2021 saylə qətnaməsi ilə ilk iddia rədd, qarşılıqlı iddia isə qismən təmin edilərək, X2 Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsi, 10 saylı evin 20 və 20b saylı mənzillərinə köçürülməsi və İddiaçı tərəfindən həmin mənzillərdən onun istifadəsinə yaradılmış maneələrin qanunsuz hesab edilməsi, mənzillərin açarlarının (surəti) İddiaçı tərəfinlən X3 təqdim edilməsi, iş üzrə aparılmış əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 500 manatın 350 manat hissəsinin İddiaçı, 150 manat hissəsinin X1 tutularaq "xxxx" MMC-nin hesabına köçürülməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-8311/2021 saylı qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən 10 saylı evin 20 və 20B saylı mənzillərin üzərinə qanun üzrə vərəsəlik qaydasında iddiaçı (5/6 və 11/12) və cavabdehin (1/6 və 1/12) paylarla mülkiyyət hüququ müəyyən edilmiş və bu hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, tərəflərin paylı mülkiyyətində olan 20 saylı mənzil 21,3 kv.m-dən, 20b saylı mənzil 42,5 kv.m.-dən ibarətdir. İddiaçı tərəfindən irəli sürülmüş tələblərdən görünür ki, mübahisə predmeti olan 20b saylı (ümumi sahəsi 42,5 kv.m.) mənzildə cavabdehin payı 1/12 hissəsi, yəni cəmi 3,5 kv.m., 20 saylı (ümumi sahəsi 21,3 kv.m.) mənzildə cavabdehin payı 1/6 hissə, yəni cəmi 3,55 kv.m. təşkil edir. Bu hesablamadan cavabdehin ümumi əmlakda payının həcmi aşkar görünür. Lakin cavabdehin payı inkar edilməsə də, 3,5 kv.m. sahədən mənzil kimi istifadə etmək, yaşamaq mümkün deyil. Adambaşına düşən mənzil sahəsi normasından dəfələrlə azdır. Hər bir halda o, paylı mülkiyyətində olan iki mənzilin bölünməsinin mümkün qaydalarını və imkanını cavabdehlə məhkəmə qaydasında həm mübahisə etmişdir, eyni zamanda müzakirə etmişlər, ümumi razılıq mümkün olmamışdır. Əmlakın paylara müvafiq naturada bölünməsi iddiası və payın cüzi olması əsası ilə kompensasiya verilməsi iddiası ayrı-ayrılıqda məhkəməyə verilmiş, lakin təmin edilməmişdir. İddiaçının Səbail rayon Məhkəməsində cavabdehə qarşı “həmin mənzillərin tərəflər arasında naturada bölünməsi, bölünmüş payların ayrı-ayrılıqda qiymətləndirilməsi” tələbi olmuş və məhkəmənin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin iş üzrə əldə edilmiş ekspert rəyinə əsasən mənzillərin tərəflər arasında naturada bölünməsi texniki cəhətdən mümkün deyil. Məhz bu səbəbdən məhkəmə mənzillərin naturada bölünməsi tələbini təmin etməmişdir. İddiaçı əvvəlki mübahisələr üzrə əldə edilmiş ekspert rəylərinə müvafiq hesab edir ki, T.Əliyarbəyov küçəsindəki 20b saylı mənzildə 11/12 hissədə payının dəyəri 133.000 manat, T.Əliyarbəyov küçəsindəki digər 20 saylı mənzildə 5/6 hissədə payının dəyərini 134.000 manat qiymətləndirir və 267.000 manat pulun ümumi mənzillərdə payının dəyəri kimi ona ödənilməsini cavabdehdən tələb edir. Bu səbəbdən iddiaçı Bakı şəhəri, Səbail rayonu, T.Əliyarbəyov küçəsindəki, 20 və 20b saylı mənzillərdə iddiaçının payının dəyəri kimi 267.000 manat pulun cavabdeh tərəfindən iddiaçıya ödənilməsi, bu mümkün olmadıqda ümumi paylı mülkiyyətdə olan Bakı şəhəri, Səbail rayonu,T.Əliyarbəyov küçəsindəki ümumi sahəsi 21,3 kv.m. olan 20 saylı mənzilin (1/6 hissə) və ümumi sahəsi 42,5 kv.m. olan 20b saylı mənzilin (1/12 hissə) açıq hərracda satılması və əldə edilən pul vəsaitinin paylarına mütənasib aralarında bölünməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı və cavabdehin paylı mülkiyyətində olan mənzillərin naturada ayrılmasının texniki cəhətdən mümkün olmaması qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunduğundan, həmin hal preyudisial əhəmiyyətə malikdir. AR MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli qərarında göstərilmişdir ki, qanunverici məhkəmənin icraatında olan mülki iş üzrə yalnız qanuni qüvvəyə minmiş məhkəmə hökmünün, qərarının, qətnaməsinin, qərardadının preyudisial əhəmiyyəti olduğunu göstərmişdir. «Sahibkarlıq fəaliyyəti ilə əlaqədar işlərə baxılarkən məhkəmələr tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli Qərarının 7-ci bəndinə əsasən məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 82.2, 82.3-cü maddələrində nəzərdə tutulmuş məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş hal dedikdə, qətnamənin təsviri hissəsində göstərilmiş işdə iştirak edən şəxslərin, şahidlərin göstərdikləri və ya digər sənədlərdə əks olunan hallar deyil, toplanmış sübutlara əsasən məhkəmənin müəyyən etdiyi hallar nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının preyudisiallığı işdə iştirak edən şəxslərin dairəsi ilə məhdudlaşdırılır və MPM-nin 82.3-cü maddəsinin məzmununa əsasən, yalnız aşağıdakı şərtlər daxilində mövcud olur: - konkret fakt işdə iştirak edən şəxsin iştirak etdiyi başqa bir mülki iş üzrə çıxarılmış və qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş olmalıdır; - bu fakt həmin işdə iştirak edən şəxsin iştirak etdiyi başqa bir iş üzrə də sübutetmə predmetinə aid olmalıdır. Yəni qətnamə ilə müəyyən edilən faktın preyudisiallığı yalnız qətnamənin çıxarıldığı iş üzrə iştirak etmiş şəxslərə aiddir və sonrakı məhkəmə proseslərində həmin şəxslər tərəfindən mübahisələndirilə bilməz. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Səbail rayon Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş faktın yenidən sübut edilməsi yolverilməzdir. Məhkəmə iddia tələbinin mənzillərdə iddiaçının payının dəyəri kimi 267.000 manat pulun cavabdeh tərəfindən iddiaçıya ödənilməsi hissəsi üzrə qeyd edir ki, iddiaçı tərəfindən cavabdehə payına uyğun olaraq pul kompensasiyasının ödənilməsi təklif olunsa da, cavabdeh kompensasiya ödənilməsi barədə iddiaçının təklifindən imtina etmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin hissədə tələbin təmin edilməsi mümkün deyil. Məhkəmə iddia tələbinin mənzillərdə iddiaçının payının dəyərinin ödənilməməsi halında onların açıq hərracdan satılması hissəsinə hüquqi qiymət verərək aşağıdakıları qeyd edir. AR Mülki Məcəlləsinin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıqaşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən görünür ki, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Göründüyü kimi qanunvericiliyin tələblərinə əsasən paylı mülkiyyətçi ümumi mülkiyyətdə olan əmlakın açıq hərracdan satılmasını o halda tələb edə bilər ki, onun paylı mülkiyyətdə olan payının naturada ayrılması mümkün olmasın. Digər tərəfdən məhkəmə qeyd edir ki, fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər. Belə ki, ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər:
1. ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması;
2. pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Beləliklə əmlakın bölünməsi və ya ondan payın naturada ayrılması mümkün olmadıqda, əmlakın bölünməsinin və ya payın ayrılmasının yeganə ağlabatan üsulu pul kompensasiyasının ödənilməsidir. Payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı tərəfindən cavabdehə payına uyğun olaraq pul kompensasiyasının ödənilməsi təklif olunsa da, cavabdeh kompensasiya ödənilməsi barədə iddiaçının təklifindən imtina etmiş və imtinanın əsası kimi maddi imkanının olmamasını göstərmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, ümumi paylı mülkiyyətdə olan əmlakın açıq hərracdan satılması mümkün hesab edilməlidir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz.
2. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarında göstərilmişdir ki, «Mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. Beləliklə məhkəmə hesab edir ki, mübahisəli mənzilləri tərəflərin paylarına uyğun olaraq naturada bölünməsi texniki cəhətdən mümkün olmadığından, bununla da ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadığından, cavabdeh iddiaçının payına uyğun tələb olunan kompensasiyanı verməkdən imtina etdiyindən, iddia tələbi mənzillərin açıq hərracdan satılması hissəsində təmin edilməli və mübahisəli mənzillər açıq hərracdan satılaraq, satış pulu tərəflər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməlidir. Məhkəmə cavabdehin iddianın rədd edilmə əsası kimi gətirdiyi dəlillərə - mülkiyyət hüququnun məhdudlaşdırıla bilinməməsinə dair dəlilləri üzrə qeyd edir ki, həmin dəlillər iddianın rədd edilməsinə səbəb ola bilməz. Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması əsasları Konstitusiyada və beynəlxalq aktlarda təsbit edilmiş və bu hüququ əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər. Bununla əlaqədar nəzərə alınmalıdır ki, Konstitusiya mülkiyyət hüququnu təsbit etməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hüdudlarını müəyyən etmişdir. Konstitusiyanın 13-cü maddəsində mülkiyyət hüququnun məhdudlaşdırılması ilə bağlı əsaslar müəyyən olunmuşdur. Məhkəmə qeyd edir ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verilməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə tətbiq edilməli, mütənasib olmalı və bu Konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Yuxarıda qeyd edilən qanunvericilik normasının tələbləri baxımından və qeyd edilən prinsiplərə riayət edilməklə mülkiyyət hüququnun məhdudlaşdırılmasına yol verilir və şəxsin əmlak üzərində mövcud mülkiyyət hüquqları onun iradəsinə uyğun olmadan da qeyd edilən prosedur qaydalara əməl edilməsi yolu ilə hərrac vasitəsi ilə özgəninkiləşdirilə bilər. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə…
QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri, Səbail rayonu, T.Əliyarbəyov küçəsi, 10 saylı binada yerləşən ümumi sahəsi 21,3 kv.m. olan 20 saylı və ümumi sahəsi 42,5 kv.m. olan 20b saylı mənzilləri açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılsın və satış pulu ümumi paylı mülkiyyətin mülkiyyətçiləri olan İddiaçı və X4 arasında onların paylarına (İddiaçı 20 və 20b saylı mənzillərdəki payı müvafiq olaraq 5/6 hissə və 11/12 hissə, Cavabdeh 20 və 20b saylı mənzillərdəki payı müvafiq olaraq 1/6 hissə və 1/12 hissə) münasib olaraq bölüşdürülsün. İddia tələbləri qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır.
Hakim: Şahin Abdullayev