Məhkəmə qərarları › İş №2(009)-12/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-12/2025

28.01.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-12/2025 28.01.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Seyidli İlkin Ramin oğlunun katibliyi ilə, İddiaçı (müstəqil tələb irəli sürməyən X6 cəlb edilməklə) cavabdehlər X4, Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 qarşı “mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilərək xitam verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (müstəqil tələb irəli sürməyən X6 cəlb edilməklə) cavabdehlər X4, Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 qarşı “mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilərək xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh4, X1 və yetkinlik yaşına çatmayan uşaqları X2, X3, X5 Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsində yerləşən 24 saylı evin 39 saylı mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilərək xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iddiadan imtina etdiyini bildirmiş, iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə MPM-nin 185.4-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə AR MPM-nın 185.5-ci maddəsinə əsasən işə cavabdehlər iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəyə baxıb, mülki iş materiallarını tədqiq edib, hesab edir ki, iddiadan imtina ərizəsi təmin edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 261.0.4 maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Məhkəmə hesab edir ki, iddiaçının iddiadan imtina etməsi qanuna zidd olmadığına, başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığına görə qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 263-264 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı (müstəqil tələb irəli sürməyən X6 cəlb edilməklə) cavabdehlər X4, Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 qarşı “mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilərək xitam verilməsi” tələbinə dair iddiaçının iddia ərizəsindən imtinası qəbul edilsin və iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətinə Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar