Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1205/2021 31.08.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əkbərli Leyla Mirfazil qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pulun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC, “Nissan Sunny” markalı **-LM-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyana görə İddiaçı ASC tərəfindən ödənilmiş 1.250 manat sığorta ödənişi məbləği və bu iddianın verilməsi ilə bağlı 30 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “NAZ LİFAN LİFT 132/2 320 MİNİK” markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobil "AZSİĞORTA” ASC-də 07.11.2019-cu tarixdən 07.11.2020-ci il tarixədək “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” haqqında PAZ ********** nömrəli şəhadətnamə ilə sığortalanmışdır. AC 130953 №-li avtomobilin texniki pasportuna görə “NAZ LİFAN LFT 132/2 320 MİNİK” markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi cavabdeh, Şamaxı rayonu Çuxuryerd kəndində yaşayan X2r. Cavabdeh1 nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük hüququ olmadan “NAZ LİFAN LFT 132/2 320 MİNİK” markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək, 19.10.2020-ci il tarixdə saat 08:30 radələrində Bakı şəhəri, Nəsimi rayon ərazisində idarə edərək, yol-nəqliyyat hadisəsi törədib Səməd Hacıyevə məxsus olan “Nissan Sunny” markalı, **-LM-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş, nəticədə həmin avtomobilə maddi ziyan vurmuşdur. Cavabdeh hadisə yerindən yayınmışdır. Hadisə Nəsimi RPİ DYPŞ tərəfindən qeydə alınmış Cavabdeh1 barəsində Azərbaycan Respublikası İXM-nin 327.2, 327.6 və 332.4-cü maddələri ilə AP ******* №-li, 28.10.2020-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. “Nissan Sunny” markalı, **-LM-*** d.n.q.n. avtomobilə vurulmuş maddi ziyan 1250 manat məbləğində müəyyən edilərək İddiaçı ASC tərəfindən həmin məbləğdə pul avtomobilin sahibinə ödənilmişdir. Sürücülük hüququ olmadan cavabdeh tərəfindən avtomobil idarə olunaraq yol-nəqliyyat hadisəsi törətdiyinə, hadisə yerindən yayındığına görə üçüncü şəxsin əmlakına, avtomobilinə vurulmuş zərərə görə ödənilmiş 1250 manat pul cavabdehdən alınaraq "AZSİĞORTA ASC-yə verilməlidir. Cavabdeh X6 qanunsuz olaraq Azərbaycan Respublikası ƏƏSM Nazirliyi tərəfindən verilmiş “Nissan Sunny” markalı. **- LM-*** d.q.n avtomobili 23.10.2018-cı il tarixdə Bakı şəhəri 14 saylı notariat kontorunda rəsmiləşdirdiyi etibarnamə ilə sürücülük hüququ olmayan Cavabdeh1 sahibliyinə verə bilməz. Lakin bunu etdiyi üçün axırıncı tərəfindən yol verilmiş inzibati xəta nəticəsində üçüncü şəxsə vurulan maddi ziyana görə cavabeh Cavabdeh1 ilə müştərək qaydada İddiaçı ASC qarşısında mülki məsuliyyət daşıyır. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahat verərək iddia tələbini qəbul etmədiyini bildirmişdir. Eyni zamanda ekspert rəyində göstərilən məbləğlərlə razılaşmadığını, qiymətlərin şişirdilmiş olduğunu, maşına o qədər ziyan dəymədiyini bildirmişdir. Bu səbəbdən də iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, lakin ərizə ilə məhkəməyə müraciət edərək onun nümayəndəsinin istirakı olmadan baxılmasını xahiş etmişdir. Odur ki, məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, mübahisənin hüquqi həlli ilə bağlı qeyd edir ki, iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı və 1108-ci maddələrinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddiası əsaslıdır. Mülki iş materiallarına əlavə edilmiş AKT377/20-CML-2884/2020 nömrəli sığorta aktına əsasən sığortalanmış NAZ LİFAN LİFT 132/2 320 Minik” markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilə yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş ziyanın məbləği 1250 manat təşkil edir. İş materiallarına əlavə edilmiş 005XOH********** saylı ödəniş tapşırığından görünür ki, X4 04 dekabr 2020-ci il tarixdə İddiaçı ASC tərəfindən 1250 manat verilmişdir. İş materiallarına əlavə edilmiş avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiqləyən arayışa əsasən 19.10.2020-ci il tarixdə saat 08:30 radələrində Bakı şəhəri, Nəsimi rayon ərazisində yol-nəqliyyat hadisəsi baş vermiş, hadisə baş verərəkən “NAZ LİFAN LFT 132/2 320 MİNİK” markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobillə “Nissan Sunny” markalı, **-LM-*** dövlət nömrə nişanlı avtomobil toqquşmuş, “NAZ LİFAN LFT 132/2 320 MİNİK” markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh2, sürücüsü Cavabdeh1 olmuş, onun etibarnaməsi olsa da, sürücülük vəsiqəsi olmamışdır. İş materiallarına əlavə edilmiş 17.05.21 tarixli ərizə ilə Cavabdeh1 məhkəmədən zərər verdiyi Nissan Sunny markalı avtomobilin bufer və farasına ziyan dəymişdir. Bu ziyana görə İddiaçı ASC ondan 1250 manat tələb edir. Cavabdeh1 bu məbləğlə razılaşmadığı üçün ekspert təyin edilməsini və araşdırılaraq hüquqi qiymət verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş 18.05.21 tarixli ərizə ilə Cavabdeh2 məhkəmədən onun adına olan ** BF *** dövlət nişanlı avtomobili X5 etibarnamə ilə sürməyə vermişdir. Cavabdeh1 maşını idarə edərkən hadisə törədib və törətdiyi hadisə ilə razılaşır. Amma İddiaçı ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı qaldırdığı iddia ilə razi deyillər. Göstərilən dəyər çox olduğu üçün narazıdırlar. X1 verdiyi etibarnamə hüquqi sənəddir və bu hadisə ilə onun heç bir iddiası, əlaqəsi yoxdur. İddiaçı ASC-nin ona qarşı qaldırdığı iddia ilə razı deyildir. Buna görə də məhkəmənin iştirakı olmadan keçirilməsinə etiraz etmir. Onun etibar etdiyi tərəf iştirak edəcək. Onu da nəzərə alınmasını xahiş edir. İş materiallarına əlavə edilmiş 26.07.2021-ci il tarixli, 9/3976 saylı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyindən görünür ki, Nəzəri hesablama yolu ilə, İddiaçı ASC-nin 22.10.2020-ci il tarixli qüsur aktındaki məlumatlaraəsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2007-ci il buraxılışı Nissan Sunny markalı, ** LM *** dövlıt qeydiyyat nişanlı avtomobilinin təmir-bərpa xərvi hadisə baş verın tarixı təxminən 1250,0 manat müəyyən edilir. (aparılmış tədqiqatın dəyəri 100 manat) Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1, 936.2-ci və 936.5-ci maddələrinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci madəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Mülki qanunvericiliyin tələblərinə əsasən yüksək təhlükə mənbəyinin vurduğu ziyana görə cavabdehliyi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxs daşıyır. Lakin eyni zamanda qanunvericiliyin tələbinə əsasən yüksəktəhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Bu halda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Əks halda vurulmuş ziyana görə məsuliyyəti həm mənbə sahibi, həm də ona hüquqa zidd yiyənlənmiş şəxs birgə daşıyır. Hazırkı işdə Cavabdeh1 iddiaçı qarşısında mülki-hüquqi məsuliyyət daşıması üçün zəruri olan bütün şərtlər mövcuddur. Belə ki, onun qanuni əsas olmadan (sürücülük vəsiqəsi olmayan) idarə etdiyi yüksək təhlükə mənbəyi olan “NAZ LİFAN LFT 132/2 320 MİNİK” markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydasını təqsirli şəkildə pozaraq yol nəqliyyat hadisəsi törətmiş və nəticədə “Nissan Sunny” markalı, **-LM-*** dövlət nömrə nişanlı avtomobilə ziyan dəymişdir. Dəymiş ziyan İddiaçı ASC tərəfindən ödənilmişdir. Belə olan halda, iddiaçının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı göstərilən məbləğdə subroqasiya tələbi haqlıdır. Qeyd olunan normalardan aydın olur ki, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı zərərin ödənilməsinin sığorta ödənişi həcmində sığortaçıya keçməsini nəzərdə tutur. Göstərilənlərə əsasən, məhkəmə yol nəqliyyat hadisəsi nəticəsində sığorta ödənişlərinin İddiaçı ASC tərəfindən həyata keçirildiyini nəzərə alaraq hesab edir ki, vurulmuş ziyanın ödənilməsi tələbi sığorta ödənişi həcmində İddiaçı ASC -yə keçmişdir. Məhkəmə iddia tələbinin Cavabdeh2 aid hissəsi ilə bağlı qeyd edir ki, Cavabdeh2 sürücülük vəsiqəsi olmayan Cavabdeh1 etibarnamə vermişdir. Mülki Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda göstərilmiş müddəasında yüksək təhlükə mənbəyinin faktiki sahibi olan Cavabdeh2 yol nəqliyyat hadisəsini törətmiş şəxslə birgə məsuliyyət daşıması üçün yüksək təhlükə mənbəyinin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsiri olması şərtləndirilmişdir ki, iş materiallarında avtomobilin mülkiyyətçisi Cavabdeh2 digər cavabdehin, yəni Cavabdeh1 hüquqi əsas-nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan həmin nəqliyyat vasitəsini idarə etdiyindən həmin hərəkətə görə mülki-hüquqi cavabdehliyi də məhz Cavabdeh2 və Cavabdeh1 daşımalıdır. Belə ki, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs avtomobilin idarə edilməsi ilə bağlı nəzəri və təcrübi biliklərə malik olmur, belə şəxsin avtomobil idarə etməsi sığorta hadisəsinin baş verməsi riskini artırır, sığorta hadisəsi baş verdikdə sığortaçı sığorta ödənişi verməli olur, son nəticədə isə sığortaçının əsaslı mənafeləri pozulmuş olur. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, iddia təmin edilməklə, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1250 manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107.2-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İşdə olan ödəniş tapşırığından görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə isə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 aid edilməlidir. Həmçinin keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası xərci, 100 manat məbləğində pulun 50 manatı Cavabdeh1, 50 manatı Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22) ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1250 (min iki yüz əlli) manat məbləğində sığorta ödənişi, 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. Keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası xərci, 100 manat məbləğində pulun 50 manatı Cavabdeh1, 50 manatı Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №2(009)-1205/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1205/2021
31.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver