Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1219/2022 17.05.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı Cavabdeh-a qarşı sağlamlığa vurulan zərərə görə ziyanın ödənilməsi tələbi barədə iddia ərizəsinin mümkünlüyü məsələsinə baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “X1”-a qarşı sağlamlığa vurulan zərərə görə ziyanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət edərək əməliyyat üçün ödədiyi 3180 manat və mənəvi ziyanın əvəzi kimi 10000 manat məbləğində pulun Cavabdeh Klinikasından alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hakim qeyd edir ki, iddiaçı tərəfindən müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübut iddia ərizəsinə əlavə olunmamışdır. Belə ki, iddiaçı dövlət rüsumunun əvəzi kimi 30 manat ödəniş etmişdir. AR MPM-nin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, iddia ərizəsi geri qaytarılır. «Dövlət rüsumu haqqında» AR Qanunun 8.1.3-ci maddəsinə əsasən iddianın qiyməti iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi nəzərdə tutulmuşdur. Belə ki, hazırki tələb üzrə (13180 manat) 129,54 manat dövlət rüsumu ödənməlidir. Hakim hesab edir ki, iddia ərizəsinə müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sübut əlavə edilmədiyindən (yalnız 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi barədə qəbz iddia ərizəsinə əlavə edilmişdir.) iddia ərizəsi geri qaytarılmalıdır. AR MPM-nin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Şərh olunanlara əsasən və AR MPM-nin 152.1.5 –ci maddəsini rəhbər tutaraq hakim… QƏRARA ALDİ: İddiaçı Cavabdeh-a qarşı sağlamlığa vurulan zərərə görə ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Qeyd: Şikayət elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-1219/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1219/2022
17.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver