Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1219/2024 12.06.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Seyidli İlkin Ramin oğlunun katibliyi, tərcüməçi X2, İddiaçı, onun nümayəndə və vəkili X3, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh borclu olduğu 13600 manatın ona qaytarılmasıi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh özünə Toyota Prius markalı avtomaşın almaq məqsədilə 23 sentyabr 2023-cü il tarixdə ona müraciət edib borca 10100 (on min yüz) manat pul istəmişdir. Onun cavabdehin valideyinləri ilə uzun müddət çox yaxşı münasibətləri olduğu üçün o ona yox deyə bilmədi və məcbur olaraq evində olan bütün pulu toplayaraq, qeyd etdiyi pul miqdarını, yəni 10100 manat pulu Cavabdeh vermişdir. Borcun qaytarma müddəti onunla razılaşaraq 28 (iyirmi səkkiz) ay müəyyən etdilər və onun pulunu istifadə etmək üçün cavabdeh illik borcun 15 % faizi əlavə ödəməli idi. Ümumi borcunun miqdarı 13600 manat təşkil etmişdir. Həmin razılaşmanı yazılı şəkildə tərtib etmışlər. Onu inandırmaq məqsədi ilə Cavabdeh 23 sentyabr 2022-ci il tarixdə aldığı maşını onun adına rəsmiləşdirmişdi, özünə isə maşını idarə etmək üçün etibarnamə yazdırmışdır. Ona məlum olmayan səbəbdən, 24 noyabr 2022-ci il tarixdə, Ağayev X4 Prius avtomaşınını sataraq yenə də onun adına rəsmiləşdirərək Opel Astra markalı avtomaşını aldı. Lakın bu dəfə onu aldadaraq etibarnamədə öz səlahiyyətlərini xeyli artırmışdır və bir neçə ğün sonra cavabdeh, onun xəbərim olmadan, həmin avtomaşını satıb, onun pulunu mənimsəmişdir. Cavabdeh tərəfindən, qeyd etdiyi borcunu qaytarmaqda problemlər yarandığı üçün, Cavabdeh 03 aprel 2023-cü il tarixdə yazılı qaydada olan borcunu etiraf etdi, lakin bu günədək pulunu qaytarmır. Cavabdeh onun borcunu qaytarmadığı üçün o, məcbur olaraq Binəqədi Rayon Prokurorluğuna və Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etdi. Polis İdarəsində Cavabdeh borc olduğunu etiraf etdi, lakin onun pulunu nə vaxt ona qaytarılması müəyyən olunmadı. Polis İdarəsi tərəfindən aldığı cavaba əsasən borcunu almaq üçün məhkəməyə müraciət etməsi məsləhəti verilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələblərini müdafiə edərək iddia ərizəsində qeyd olunanlara uyğun izahat verdi və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndə və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etdiyini və iddianın təmin olunmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iddiaçının, onun nümayəndə və vəkilinin və cavabdehin izahatını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, 4/2-2726 nömrəli məktubdan görünür ki, onun Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinə xx.xx.2024-cü il tarixdə daxil olmuş, 46/1-2390 nömrəli müraciətinə baxılmış və qeyd etdiyi xüsusatlarla bağlı mülki qaydada məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan 92 saylı MKİS-nin xx.xx.2024-cü il tarixli, 153 nömrəli arayışından görünür ki, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, 9 mkr, Adil Məmmədov, 55 saylı evin 20 saylı mənzilində qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, ƏN-Vİ 271889 nömrəli etibarnamədən görünür ki, İddiaçı xüsusi mülkiyyətində olan Toyota Prius (Hibrid) markalı, 77CY310 dövlət nömrə nişanlı avtomobilə dair idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq səlahiyyətlərini 1 il müddətinə Cavabdeh etibar etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, ƏN-Vİİİ 721852 nömrəli etibarnamədən görünür ki, İddiaçı xüsusi mülkiyyətində olan Opel Astra H Minik markalı, 99VC458 dövlət nömrə nişanlı avtomobilə dair idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq səlahiyyətlərini 1 il müddətinə Cavabdeh etibar etmişdir. İş materiallarında olan AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci ildə RF, Dağıstan MR anadan olmuş, Bakı şəhəri, Binəqədi rayonu, 9 mkr, Adil Məmmədov, 55 saylı evin 20 No-li mənzilində qeydiyyatdadır. İş materiallarında olan Cavabdeh tərəfindən Binəqədi RPİ-nin 7-ci PB-nin rəisinə yazdığı izahatdan görünür ki, o, 2022-ci ilin sentyabr ayında özünə maşın almaq üçün ailəvi dostları olan İzedebesadan borc olaraq 3000 ABŞ dolları və 5000 manat aldı. Həmin pula özünə Toyota Prius aldı, maşını İzedebesanın adına aldı və İzedebesa ona maşını sürməyə etibarnamə verdi. Həmin pulu 28 aya qaytarmalı idi. 10 ay 500 AZN, 18 ay 450 AZN ödəməyə razılaşmışdılar. Təxminən 3-4 ay sonra həmin maşını satıb, onun yerinə həmin qaydada Opel markalı maşın aldı. Yəni maşını maşını İzedebesanın adına aldı və İzedebesa ona maşını sürməyə etibarnamə verdi. 2023-cü ilin fevral-mart ayında Atyalıda ev satılırdı, evi almaq üçün İzedebesa ilə danışıb onun öz razılığı ilə maşını ona baş etibarnamə ilə verdi. O da maşını satdı. Lakin ev sahibi evi satmadığı üçün evi ala bilmədi. Bildirir ki, İzedebesaya 9500 (doqquz min beş yüz) manat borcu qalıb, maddi vəziyyəti çox pis olduğu üçün pulu qaytara bilmir, borcunu qaytarmaqdan boyun qaçırmır. İş materiallarında olan qəbzdən görünür ki, Cavabdeh İddiaçı 13600 manat məbləğində bolrclu olduğunu göstərərək imza etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Məhkəmə, hazırkı iddiaya da sübutetmə aspektindən yanaşaraq bildirir ki, iddiaçı tələbinin faktiki əsası kimi qəbzə istinad etmişdir. Qəbzdə əks olunmuş halların borc sənədi ilə bir daha təsdiq olunduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, qəbzin mətnində nəzərdə tutulmuş halların həqiqi olduğu qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafıq olaraq pul və ya eyni keyfıyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1, 445.2-ci maddələrinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, iddiaçı 10100 (on min yüz) manat pulu Cavabdeh vermişdir. Borcun qaytarma müddəti onunla razılaşaraq 28 (iyirmi səkkiz) ay müəyyən edirək və onun pulunu istifadə etmək üçün cavabdeh, illik borcun 15 % faizi əlavə verəcəyini öhdəsinə götürmüş, lakin həmin öhdəliyə əməl etməmişdir. Məhkəmə iclasında Cavabdeh məhkəməyə yazılı ərizə təqdim edərək, iddia tələbini tam həcmdə qəbul etdiyini və iddia tələbinin təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh borc öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyi üçün iddiaçının ona qarşı 13 600 manat borc tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 13.600 (on üç min altı yüz) manat borc tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-1219/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1219/2024
12.06.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver