Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-122/2022 01.12.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Əlirza Azər oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2 və cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı – Cavabdeh qarşı “vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı– Cavabdeh qarşı “vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tikilmiş 6x4 ölçülü 2 panorama qonaq otağı, 10x4 ölçülü 3 otaqlı qonaq otağı, təndir manqal otağı və sklad üçün 32.000 (otuz iki min) manat, maddi texniki təminat əşyaları üçün 18.000 (on səkkiz min) manat, mənəvi zərərə görə 10.000 manat, itirilmiş faydaya görə 5.000 manat olmaqla, ümummillikdə 65.000 (altmış beş min) manatın tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdehin arasında xx.xx.2020-ci ildən xx.xx.2023-cü il tarixədək bağlanılmış kirayə müqaviləsinə əsasən, cavabdehə məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Neftçilər küçəsi ev 101 ünvanında yerləşən fərdi evin kirayəsindən irəli gələn vəzifə və öhdəliklər yaranmışdır. Belə ki, qeyd olunan fərdi evdə tərəflər arasında 2017-ci ildən cari günədək notarial qaydada kirayə müqaviləsi mövcuddur, qeyd olunan Müqavilədən irəli gələn hüquqlara əsasən, tərəfindən restoran biznesi üçün əlavə tikililərin, qurğuların inşası və abadlaşdırma işləri aparılmışdır. Həmçinin, qanunvericiliyin tələblərinə uyğun olaraq, qeyd olunan evi maddi texniki təminatla, xüsusəndə restoran, iaşə xidmətləri üçün zəruri olan avadanlıqlarla təmin etmişdir. Bundan əlavə 2018-ci ildə təbii fəlakət nəticəsində Badamdar qəsəbəsində qeydə alınan sürüşmənin fəsadlarını öz hesabına bağlamışdır. 2021-ci ildə qeydə alınan sürüşmə nəticəsində isə qeyd olunan ünvanda sklad və mətbəx torpağın altında qalmışdır. Bütün bunlardan savayı, cavabdeh qanunvericiliyin tələblərini, həmçinin müqavilədən irəli gələn öhdəlikləri kobud şəkildə pozaraq, müqaviləni pozmuşdur. Nəticədə, iddiaçıya qeyd olunan ünvanda 6x4 ölçülü 2 panorama qonaq otağı, 10x4 ölçülü 3 otaqlı qonaq otağı, təndir manqal otağı və sklad üçün 32.000 (otuz iki min) manat; Restoran biznesi üçün xərclənmiş, maddi texniki təminat əşyaları ilə birgə 18.000 (on səkkiz min) manat; 10.000 manat mənəvi zərər, 5.000 manat itirilmiş fayda olmaqla, ümummillikdə 65.000 (altmış beş min) manatın dəyərində ziyan dəymişdir. xx.xx.2020 tarixli kirayə müqaviləsinin 3-cü bəndinə əsasən, kirayə müddəti xx.xx.2023-cü il tarixədək müəyyən olunmuşdur və onun bitməsinə 1 (bir) ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə kirayə müddəti daha bir il müddətinə uzadılmış hesab olunur. Müqavilənin 7-ci bəndinə əsasən, Müqavilənin ləğv edilməsi tərəflərin bir ay qabaqcadan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilir. Belə ki. cavabdeh tərəfindən qeyri-qanuni şəkildə, əsaslı səbəbli və yazılı xəbərdarlıq proseduruna əməl etmədən qeyd olunan ünvandan çıxarılmasını, onun Konstitusion hüquqlarını kobud şəkildə pozmuşdur. İddiaçı ona dəymiş maddi zərərin ödənilməsi üçün müstəqil qiymətləndirmə təşkilatı ilə 20 sentyabr 2021-ci il tarixli Müqavilə bağlamışdır. Qiymətləndirmə təşkilatı olan Premium Qiymətləndirmə MMC-nin 20 sentyabr 2021-ci il tarixli hesabatından görünür ki, ünvan 1 ünvanında yerləşən iaşə xidmətləri üçün qurğuların, tikililərin orta bazar dəyəri 32.000 (otuz iki min) AZN məbləğində müəyyən olunmuşdur. Digər tərəfdən, iddiaçı qeyd olunan ünvanda restoran biznesin inkişafı üçün xeyli şəkildə maddi və texniki avadanlıqlar və əşyalarla təmin etmişdir. Həmin avadanlıqlara aiddir; qonaqlar üçün hər növdə qab-qacaq dəstləri, zal üçün dekor, bar avadanlıqları, peşəkar mətbəx əşyaları, oturacaqlar, masalar, işıqlandırma sistemləri, televizor, soyuducu, kondisionerlər, kassa sistemi, mühasibatlıq avadanlıqları, təhlükəsizlik qurğuları və s. İddiaçı tərəfindən cavabdehə xx.xx.2021-ci il tarixli pretenziya məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh mübahisənin həlli üçün heç bir addım atmamışdır. Sonradan iddiaçının nümayəndəsi və vəkili Vəkil2 dəqiqləşdirmə barədə ərizə verərək, Cavabdeh tikilmiş 6x4 ölçülü 2 ponarama qonaq otağı, 10x4 ölçülü 3 otaqlı qonaq otağı, təndir manqal otağı və sklad üçün 32000 (otuz iki min) manat, maddi texniki təminat və digər əşyalar (1.Kofe qaşıqları.2.Cay qaşıqları, 3.Sinilər (müxtəlif ölçülü)-10 ədəd, 4.Sürtqəclər, 5.Limonsıxanlar, 6.Sarımsaq əzənlər, 7.Pizza kəsən alətlər, 8.Tərəvəz soyan alətlər, 9.Duzgabılar, 10.Külqabılar, 11. Çay stəkanları, 12.Souz qabları, 13.Ləpə qabları, 14.Zeytun qabları, 15.Səhər yeməyi üçün qab dəsti, 16. Duz və istiot qabları dəsti, 17.Salfetka qabları (süsə yə taxtadan), 18.Buludlar (müxtəlif ölçülü), 19.Balıq qabları (servis üçün), 20.Yumurta qabları, 21.Şişlər (kabablar üçün), 22. Taxta qablar (qoz ağacından), 23.Taxta qablar (bambukdan), 24.Qaşıq dəsti, çəngəl dəsti, bıçaq dəsti, 25. Bakal dəsti (Çaxır, viski, konyak, araq, tikila və s.), 26.Meyvə qab dəsti (dəmir vaza), 27.Fincan dəsti, nəlbəki dəsti, ləpə qabları, 28.Çaxır qrafinkası, 29.Somavarlar, çayniklər, qazanlar, tavalar, 30.Soyuducular- 2 bövük vitrin dondurucu. 4 ədəd uqur dondurucu, 2 ədəd 1 qapılı dondurucu. 31.Ev telefonu, 32.Krosna .33.Kondisioner, 34.Salat ücün qab dəsti. 35.Açılıb bağlanan çarpayı, 36.Lazerlə milçəköldürən aparat - 2 ədəd. 37.Dizayn üçün suvenerlər, 38.Dizayn üçün şamdanlar, 39.Ayaqaltı (otaq üçün) - 4 ədəd, 40.Asılqanlar, 41.Bar üçün stullar, 42. Tozsoran- 1 ədəd, 43.Buxar ütüsü (kemvud firması), 44.Zibil qabları, 45.Çaynikaltı, 46. Tort üçün qab dəsti, 47.Süfrələr, 48.Külqabları, 49.Örtük dəsti. 50.Çay dəsti, 51.Narsıxan, 52.Şirəçəkən, 53.Balta, 54.Dekorativ yolkalar - yeni il şənliyi üçün, 55.Həyətin işıqlanması, 56.Restoranın reklam lövhəsi) üçün 18000 (on səkkiz min) manat, mənəvi zərərə görə 10000 (on min) manat, itirilmiş faydaya görə 5000 (beş min) manat olmaqla, ümumilikdə 65000 (altmış beş min) manat tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh qarşı "vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barədə" iddia ərizə üzrə mülki iş mövcuddur və həmin iddia tələbi ilə “Cavabdeh tikilmiş 6x4 ölçülü 2 ponarama qonaq otağı, 10x4 ölçülü 3 otaqlı qonaq otağı, təndir manqal otağı və sklad üçün 32000 (otuz iki min) manat, maddi texniki təminat əşyaları üçün 18000 (on səkkiz min) manat, mənəvi zərərə görə 10000 (on min) mşnat, itirilmiş faydaya görə 5000 (beş min) manat olmaqla, ümumilikdə 65000 (altmış beş min) manatın tutularaq iddiaçıya ödənilməsi barədə” qətnamə çıxarılması xahiş edilmişdir. Hesab edir ki, iddia ərizəsinin “Cavabdeh tikilmiş 6x4 ölçülü 2 ponarama qonaq otağı, 10x4 ölçülü 3 otaqlı qonaq otağı, təndir manqal otağı və sklad üçün 32000 (otuz iki min) manat, maddi texniki təminat əşyaları üçün 18000 (on səkkiz min) manat, mənəvi zərərə görə 10000 (on min) manat, itirilmiş faydaya görə 5000 (beş min) manat olmaqla, ümumilikdə 65000 (altmış beş) manat tutularaq iddiaçıya ödənilməsi barədə” tələb hissəsinin məzmunu işin düzgün həlli məqsədilə dəyişdirilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etmiş və təmin olunmasını xahiş etmişdir. 17 noyabr 2022-ci il tarixli məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək göstərmişdir ki, ekspertiza rəyindən görünür ki, panorama qonaq otaqlarının əmlaka tənasübsüz surətdə zərər vurmadan ərazidən ayrılaraq götürülməsi mümkündür. Əmlakı götürmək mümkün olsa da, o, başqa yerdə həmin konteynerlərdən istifadə edə bilməyəcək, həmin konteynerləri məhz həmin restoranı işlətmək üçün alıb quraşdırmışdır. Əlavə olaraq bildirmişdir ki, reklam löhvəsi də sürüşmə zamanı torpağın altında qalmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil1, iddianın əsassız olduğunu hesab edərək bildirmişdir ki, torpaq sürüşməsindən sonra ərazi təmizlənib, artıq obyekt təmir edilib və hazırda fəaliyyət göstərir. Torpaq sürüşməsi baş verəndən sonra FHN-nin nümayəndələri gəlib baxış keçirib, həmin ərazidə təmir işlərinin aparılmasına qadağa qoyublar. Sürüşmələrdən sonra qeyd edilən ünvanda müəyyən təmir bərpa işləri mülkiyyətçinin özü tərəfindən görülüb, iddiaçı tərəfindən görülən işlərə heç bir dəstək verilmədiyi üçün onun həmin ünvandan çıxmasını tələb etmişdir. Ümumiyyətlə əmlak kirayə verilən zaman cavabdeh tərəfindən iddiaçıya orada tikinti və təmir işləri üçün razılıq verilməyib. Müqavilənin 5-ci bəndinə əsasən isə fors major hadisəsindən əmlakların sığortalanması kirayəçinin vəzifəsidir. Həmçinin bildirmişdir ki, tənasübsüz surətdə zərər vurmadan ərazidən ayrılaraq götürülməsi mümkün olan əmlaklarının götürülməsinə cavabdeh etiraz etmir və buna istənilən vaxt şərait yaradıla bilər. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ******* saylı çıxarışından görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Neftçilər küçəsi ev 101 ünvanında yerləşən fərdi ev Cavabdeh məxsusdur. -19 sentyabr 2017-ci il tarixli notariat qaydada təsdiq olunmuş kirayə müqaviləsindən görünür ki, Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1ci Bağlar massivi, ev 75; yeni qaydalarla; ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 117.7 kv/m olan fərdi yaşayış evini xx.xx.2018-ci il tarixədək İddiaçı kirayəyə vermişdir. - 19 sentyabr 2018-ci il tarixli notariat qaydada təsdiq olunmuş kirayə müqaviləsindən görünür ki, Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1ci Bağlar massivi, ev 75; yeni qaydalarla; ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 117.7 kv/m olan fərdi yaşayış evini xx.xx.2020-ci il tarixədək İddiaçı kirayəyə vermişdir. - 15 sentyabr 2020-ci il tarixli notariat qaydada təsdiq olunmuş kirayə müqaviləsindən görünür ki, Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1ci Bağlar massivi, ev 75; yeni qaydalarla; ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 117.7 kv/m olan fərdi yaşayış evini xx.xx.2013-cü il tarixədək İddiaçı kirayəyə vermişdir. - xx.xx.2021-ci il tarixli pretenziya məktubundan görünür ki, xx.xx.2020-ci ildən xx.xx.2023-cü il tarixədək bağlanılmış kirayə müqaviləsinə əsasən, ona məxsus ünvan 3 ünvanında yerləşən fərdi evin kirayəsindən irəli gələn vəzifə və öhdəliklər yaranmışdır. Belə ki, qeyd olunan fərdi evdə 2017-ci ildən cari günədək notarial qaydada kirayə müqaviləsi mövcuddur, qeyd olunan Müqavilədən irəli gələn hüquqlara əsasən, tərəfindən restoran biznesi üçün əlavə tikililərin, qurğuların işası və abadlaşdırma işləri aparılmışdır. Həmçinin, qanunvericiliyin tələblərinə uyğun olaraq, qeyd olunan evi maddi texniki təminatla, xüsusən də restoran, iaşə xidmətləri üçün zəruri olan avadanlıqlarla təmin etmişdir. Bundan əlavə 2018-ci ildə təbii fəlakət nəticəsində Badamdar qəsəbəsində qeydə alınan sürüşmənin fəsadlarını öz hesabına bağlamışdır. 2021-ci ildə qeydə alman sürüşmə nəticəsində isə, qeyd olunan ünvanda sklad və mətbəx torpağın altında qalmışdır. Həmin Müqavilənin 3-cü bəndinə əsasən, kirayə müddəti xx.xx.2023-cü il tarixədək müəyyən olunmuşdur və onun bitməsinə 1 (bir) ay qalmış tərəflər həmin Müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə kirayə müddəti daha bir il müddətinə uzadılmış hesab olunur. Müqavilənin 7-ci bəndinə əsasən, Müqavilənin ləğv edilməsi tərəflərin bir ay qabaqcadan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilir. Belə ki, onun tərəfdən qeyri qanuni şəkildə, əsaslı səbəbli və yazılı xəbərdarlıq proseduruna əməl etmədən qeyd olunan ünvandan çıxarılması, onun Konstitusion hüquqlarını kobud şəkildə pozmuşdur. Qeyd olunan ünvanda dəyəri 32.000 (otuz iki min) manat olan 6x4 ölçülü 2 panorama qonaq otağı, 10x4 ölçülü 3 otaqlı qonaq otağı, təndir manqal otağı və sklad; Restoran biznesi üçün xərclənmiş, maddi texniki təminat əşyaları ilə birgə 18.000 (on səkkiz min) manat; 10.000 manat mənəvi zərər, 5.000 manat itirilmiş fayda olmaqla, ümumilikdə -5.000 (altmış beş min) manatın ona ödənilməsi 7 (yeddi) iş günü ərzində təmin edilsin. Əks halda, Azərbaycan Respublikası Qanunvericiliyinin tələblərinə uyğun olaraq, məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq etmişdir. - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin xx.xx.2022-ci il tarixli məktubu ilə təqdim edilmiş Bakı şəhəri, Səbail rayonu ərazisində Badamdar-20-ci sahə avtomobil yoluna bitişik yamacda baş vermiş sürüşməyə təkan verən amillər, fəsadlarının əhatə dairəsi və ilkin tədbirlərə dair “Azerinşaatlayihə" DBLKT İnstitutunun mütəxəssisləri tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, Badamdar yaylasının şərq yamacının geoloji strukturu, süxurlannın litoloji tərkibi, təmsil olunan layların yatma bucaqlarının xüsusiyyətləri yerin təkində gedən qabarma və çökmə kimi tektonik proseslər, dəniz abraziyası, eroziya və aşınma prosesləri təsiri altında iri və xırda çatlarla örtülərək, sıldırım yamaclar yaratmışdır. Zaman-zaman bu 40-45° maillikdə olan yamacın ayrı-ayri hissələrinin xırda bir seysmik təkan və yaxud sutukığun artması nəticəsində tarazlığı pozulur və onlar qravitasiya gücü altında sürüşərək, aşağıya doğru hərəkət edirlər. Tarixən şərq yamacda sürüşmə və uçqunlar müşahidə olmaqdadır. Lakin onların tez-tez təkrarlanması Badamdar platosunun eləcə də yamacın aşağı dərə hissəsində kanalizasiya şəbəkəsinin yaradılmaması fonunda geniş miqyasda fərdi yaşayış evlərinin tikilməsi ilə bağlıdır. 2018-d ildə baş vermiş sürüşmənin fəsadlarının aradan qaldırılması və yamacın dayanqlığının artmlması məqsədilə Yaponiyanın “Shinei Kaisha' “OYO Corporation' şirkətləri cəlb edilmiş və əks-tədbirlər layihəsi işlənilmişdir. Layihədə yamacın dayanıqlığını təmin etmək üçün aşağıdakı tədbirlər nəzərdə tutulmuşdur. Qrunt sularının yamaca daxil olmasının məhdudlaşdırılması üçün ilkin mərhələdə yamacın üst hissəsində mövcud 11 fərdi yaşayış evlərinin arxasında, məhəllədaxili yolun kənannda 3 ədəd diametri 3.5 m, dərinliyi 30 m dan şaquli drenaj quyularının qazılması; İkinci mərhələdə evlərin qarşısında, həyətlərdən sonra yuxan hissədən başlayaraq yamacda 4 ədəd dəmir-beton örtüklü, ankertərlə bərkidilmiş terrasların yaradılması; Üçüncü mərhələdə Badamdar -20-ci sahə avtomobil yolunun sağ tərəfində (yamacın aşağı dü hissəsində) dəmir-beton svayfar üzərində istinad divarının inşa edilməsi. Birinci mərhələ üzrə işlər keçən ilin oktyabr ayından başlayaraq eni 3.5 m, dərinliyi 30 m olan 3 ədəd quyunun qazılması tam başa çatdırılıb. Quyuların bütün daxili konstruksiya və avadanlıqları Yaponiyadan gətirilmişdir. Bütün quyuların aşağı hissəsində 2 səviyyədən ibarət olmaqla, uzunluğu 50m olan 54 ədəd üfüqi drenaj boruları quraşdırılmalıdır. Quyular dib səviyyədə bir-biri ilə boru vəsiləsilə birləşdirilməli və 1-ci quyuda toplanan sular sahədən kənarlaşdırılmalıdır. Hazırda 1-d quyunun dib səviyyəsində 9 ədəd 50 m-lik drenaj və diametri 100 mm olan 132 m uzunluğunda suyu sahədən kənarlaşdıran boru inşa edilmiş və quyuya toplanan sular kənarlaşdırılaraq aşağıda avtomobil yolunun kənarında mövcud kanalizasiya kollektoruna ötürülür. İkinci mərhələdə nəzrdə tutulan 4 terrasın birincisi üzrə torpaq qazma işləri başa çatdırılmış, qazılan torpaq ərazidən kənariaşdırılmış, terras layihədə tələb olunan parametrlərə uyğun formalaşdmfmış anker boltları ilə bərkidilmiş və terrasın səthi metal torlar üzrə torkret-betonla örtülmüşdür. İkinci terrasın formalaşdırılması üzrə işlərə başlanmış və sürüşmə ilə əlaqədar işlər dayandırılmışdır. Üçüncü mərhələdə işlərə yalnız 1 və 2 mərhələdəki işlər başa çatdıqdan sonra başlanması nəzərdə tutulmuşdur. Ərazidə görülən bütün işlər Yaponiya mütəxəssislərinin nəzarəti altında aparılır. 28 yanvar 2021-ci il saat 21.06 radələrində baş vermiş sürüşmə qeyd olunan amillərin, yəni eyni vaxtda Xəzər dənizində baş vermiş Rixter cədvəli Hə 4.5 balla qiymətləndirilən zəlzələnin nəticəsində altı su ilə doymuş horizontların nisbi tarazlığının pozulmuş və 2.6 ha lokal sahədə 8-10 min kub metr qruntun 45-50 m aşağıda yerləşən dərəyə doğru hərəkət etmişdir. Sürüşmə nəticəsində Badamdar-20 sahə avtomobil yolunun sol tərəfində “Reyhan” restoranının mətbəxi uçmuş, aşağıda 2 fərdi yaşayış evinin divarına torpaq kütləsi söykənmişdir. Yaşayış evlərində hər hansı deformasiya müşahidə edilməmişdir. Hazırda sürüşmə sahəsində nisbi stabilləşmə müşahidə olunur, lakin proses dinamikada olduğundan sahədə lokal uçqunlar baş verə bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq hazırlanmış layihədə ciddi dəyişiklərin edilməsi zəruridir. Bu məqsədlə ərazidə aşağıdakı işlərin həyata keçirilməsi tələb olunur. 1. Uçqundan sonra yaranmış relyefin CİS ölçmələrlə dəqiq topoqrafik xəritəsinin hazırlanması; 2. Ərazinin PUA (dron) vasitəsilə 3D modelinin və ortofotoplanın hazırlanması; 3. Torpaq kütləsinin bir hissəsinin yaşayış evlərindən kənarlaşdırılması;
4. Yamacın yuxarı hissəsində yerləşən evlərin kanalizasiya xətlərinin tikintisinin yekunlaşması və ərazidə yeraltı hidrosfer anı formalaşdıran şamboların ləğv edilməsi barədə Bakı şəhər, Səbail Rayon İcra Hakimiyyətinə, eləcədə "xxxx" ASC-nə xəbərdarlıq edilib. Hal-hazırda ərazidə qabaqlayıcı tədbirlərin həyata keçirilməsi məqsədilə yuxarıda göstərilən bəndlər üzrə işlər davam edir və sürüşmə sahəsində prosesin nəzarət altında saxlanılması üçün monitorinqlər aparılmışdır. - Azərbaycan Respublikası Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2022-ci il tarixli məktubu ilə təqdim edilmiş Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti Başçısının Badamdar Qəsəbə Nümayəndəliyinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, 28 yanvar 2021-ci il tarixində saat 21:00 radələrində Badamdar qəsəbəsi, Badamdar şossesindən 20-ci sahəyə düşən yolun sağ tərəfində baş vermiş torpaq sürüşməsi nəticəsində Neftçilər küçəsi, 101 ünvanında yerləşən Reyhan restoranının mətbəx hissəsi torpaq altında qalaraq yararsız hala düşmüşdür. - 10/3417-9/3862 saylı, 29 sentyabr 2022-ci il tarixli ekspertiza rəyindən görünür ki, ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin torpaq sahəsində - Reyhan restoranında quraşdırılmış 6x4m ölçülü 2 panorama qonaq otağı və 10x4m ölçülü 3 otaqlı qonaq otağının vaqon tipli (konteyner) tikililərinin üzərində konstruksiyanın qaldırılması və endirməsi (yerinin dəyişdirilməsi) üçün nəzərdə tutulmuş qarmaqların mövcud olduğunu nəzərə alaraq həmin əmlaka tənasübsüz sürətdə zərər vurmadan (təkrar quraşdırmaq şərti ilə) ərazidən ayrılıb götürülməsi mümkün oluğu müəyyən edilmiş, (İ sual üzrə) ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin torpaq sahəsində - Reyhan restoranında quraşdırılmış 6x4m ölçülü 2 panorama qonaq otağı və 10x4m ölçülü 3 otaqlı qonaq otağının həmin əmlaka tənasübsüz sürətdə zərər vurmadan (təkrar quraşdırmaq şərti ilə) ərazidən ayrılıb götürülməsi mümkün olduğundan qərardadin sualı üzrə tədqiqat aparılmadı.( İİ sual üzrə) - Tərəflər arasında bağlanmış kirayə müqaviləsinin 3-cü bəndinə əsasən, kirayə müddəti xx.xx.2023-cü il tarixədək müəyyən olunmuşdur və onun bitməsinə 1 (bir) ay qalmış tərəflər həmin Müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə kirayə müddəti daha bir il müddətinə uzadılmış hesab olunur. - Müqavilənin 5-ci bəndinə əsasən, fors major hadisəsindən sığortalanma kirayəçinin vəzifəsidir. - Müqavilənin 7-ci bəndinə əsasən, Müqavilənin ləğv edilməsi tərəflərin bir ay qabaqcadan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilir. - Müqavilənin 8-ci bəndinə əsasən, «Kirayəçi» «Kirayə verən»in razılığı olmadan kirayəyə götürülən sahədə təmir-tikinti işləri apara bilməz. - Müqavilənin 13-cü bəndinin «c» yarımbəndinə əsasən kirayə verənin kirayə hüquq münasibətlərinə xitam vermək arzusu həmçinin bu münasibətlərin davam etməsi nəticəsində kirayəyə verənin iqtisadi cəhətdən xeyli zərər çəkməsi halında əsaslı sayılır. - Premium Qiymətləndirmə MMC-nin 20 sentyabr 2021-ci il tarixli hesabatından görünür ki, ünvan 1 ünvanında yerləşən iaşə xidmətləri üçün qurğuların, tikililərin orta bazar dəyəri 32.000 (otuz iki min) AZN məbləğində müəyyən olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı cavabdehə məxsus ünvan 3 ünvanında yerləşən fərdi evindən 2017-ci ildən notarial qaydada bağlanmış kirayə müqavilələrinə əsasən, restoran biznesi üçün istifadə etmişdir. Sonuncu kirayə müqaviləsi xx.xx.2020-ci ildən xx.xx.2023-cü il tarixədək bağlanılmış kirayə müqaviləsidir. Həmçinin müəyyən edilmişdir ki, kirayə predmeti olan ev sürüşmə zonasında yerləşməklə 2018-ci ildə təbii fəlakət nəticəsində Badamdar qəsəbəsində qeydə alınan sürüşmə zamanı kirayə evdə müəyyən fəsadlar əmələ gəlmişdir. 2021-ci ildə baş vermiş təkrar sürüşmə nəticəsində isə qeyd olunan ünvanda anbar və mətbəx torpağın altında qalmışdır. İşin bu halı tərəflərin izahatları, işdə olan fotoşəkillər və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin xx.xx.2022-ci il tarixli məktubu ilə təqdim edilmiş “Azerinşaatlayihə" DBLKT İnstitutunun mütəxəssisləri tərəfindən tərtib edilmiş 10 fevral 2021-ci il tarixli aktın məzmunu ilə təsdiq edilir. Hazırda tərəflər arasında kirayə hüquq münasibətləri mövcud deyildir. Belə ki, cavabdeh iddiaçının mülkiyyətindən çıxmasını tələb etmişdir. İddiaçı isə cavabdehin müqavilə müddəti bitməmiş və müqavilə şərtlərinə əsasən 1 ay qabaqcadan məlumat vermədən müqaviləni pozmasını, qanunvericiliyin tələblərini, həmçinin müqavilədən irəli gələn öhdəlikləri kobud şəkildə pozmasını göstərməklə yanaşı, kirayə müddətində qanunvericiliyin tələblərinə uyğun olaraq, qeyd olunan evi maddi texniki təminatla, xüsusən də restoran, iaşə xidmətləri üçün zəruri olan avadanlıqlarla təmin etməsini qeyd etməklə hazırda 56 adda əmlak və işlərin görülməsi üçün cavabdehin ona 18000 (on səkkiz min) manat ödəməli olmasını iddia edir və tələbinin bu hissəsi üzrə maddi əsası kimi Azərbaycan Respublikasının 21.1, 21.2, 21.3, 675, 676.0, 680.2, 1096.1, 1097.1-ci maddələrinə istinad edir. İddiaçının tələbi zərərin ödənilməsi ilə bağlı pul tələbidir və o, cavabdeh tərəfindən kirayə müqaviləsini vaxtından əvvəl pozmasını göstərsə də, bu hərəkətin qanuniliyini mübahisələndirmədiyi üçün məhkəmə yalnız zərərin ödənilməsi ilə bağlı pul tələbinin əsaslı olub-olmamasına hüquqi qiymət verir. Məhkəmə maddi zərərlə bağlı iddia tələbinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Mülki Məcəllənin 21, 1096,1097.1-ci maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə ilk öncə iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Sadalananlara əsasən hazırki işdə də iddiaçı cavabdehin hərəkətləri ilə ona ziyan vurulmasını mübahisələndirdiyindən buna dair sübutlar təqdim etməyə borcludur. İddiaçı tərəf iddia tələbinin əsası kimi kirayə müddətində restoran biznesi üçün almasını qeyd etdiyi 56 əşya və əmlakların qaimə sənədlərini, ünvan 1 ünvanında yerləşən iaşə xidmətləri üçün qurğuların, tikililərin orta bazar dəyəri 32.000 (otuz iki min) AZN məbləğində müəyyən olunmasına dair Premium Qiymətləndirmə MMC-nin 20 sentyabr 2021-ci il tarixli hesabatını təqdim etmişdir. Müəyyən edilmişdir ki, sonuncu sürüşmə nəticəsində mübahisəli ünvanda quraşdırılmış 6x4m ölçülü 2 panorama qonaq otağı və 10x4m ölçülü 3 otaqlı qonaq otağına zərər vurulmamışdır. Başqa sözlə, restoranın ambar və mətbəxi torpaq altında qalsa da, sözügedən qonaq otaqları yerindədir. İddiaçı həmin qeyd olunan ünvanda 6x4 ölçülü 2 panorama qonaq otağı, 10x4 ölçülü 3 otaqlı qonaq otaqlarının cavabdehdə qalması şərti ilə onların və təndir manqal otağı və anbar üçün sərf etdiyini iddia etdiyi 32.000 (otuz iki min) manat pulun ödənilməsini tələb edir. İddiaçı qeyd edilən qonaq otaqlarının dəyərini tələb etməsini onların restorandan götürülməsinin mümkün olmaması ilə deyil, başqa yerdə həmin konteynerlərdən istifadə edə bilməyəcəyi ilə əsaslandırmışdır. Məhkəmə tərəfindən ünvan 1 ünvanında yerləşən sürüşmə nəticəsində zərər görməmiş 6x4 ölçülü 2 panorama qonaq otağı, 10x4 ölçülü 3 otaqlı qonaq otağı həmin ərazidə əmlaka tənasübsüz surətdə zərər vurmadan təkrar quraşdırmaq şərti ilə ayrıla, götürülə bilməsinin müəyyən edilməsi üçün müvafiq ekspertiza təyin etmişdir. Ekspertiza rəyindən görünür ki, tədqiqat (baxış) zamanı müəyyən edilmişdir ki, panorama qonaq otaqları dəmir konstruksiyaları vaqon tipli (konteyner) quraşdırılmış daxili və xarici konstruksiyalar taxta material ilə, damı isə dəmir materialdan şifer ilə üzlənmişdir. Sözügedən tikililərin üzərində konstruksiyanın qaldırılması və endirməsi (yerinin dəyişdirilməsi) üçün nəzərdə tutulmuş qarmaqların mövcud olduğu müəyyən edilmişdir. Qeyd edilən qarmaqların mövcud olması nəzərə alınaraq həmin əmlaka tənasübsüz surətdə zərər vurmadan (təkrar quraşdırmaq şərti ilə) ərazidən ayrılaraq götürülməsi mümkün olduğu müəyyən edilmişdir. Azərbaycan Republikası MPM-nin 101.7 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Hazırki iş üzrə araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Belə ki, qeyd olunan ünvanda 6x4 ölçülü 2 panorama qonaq otağı, 10x4 ölçülü 3 otaqlı qonaq otağı daxili və xarici konstruksiyalar taxta material ilə, damı isə dəmir materialdan şifer ilə üzlənmiş, dəmir konstruksiyaları vaqon tipli (konteyner) olduğu və onun tənasübsüz surətdə zərər vurmadan (təkrar quraşdırmaq şərti ilə) ərazidən ayrılaraq götürülməsi mümkün oldüğü üçün, iddiaçı özünə məxsus olan bu əmlakları məcburi qaydada cavabdehin istifadəsində saxlamaqla onların dəyərini zərər qismində tələb etməkdə haqlı olmamaqla, bu tələbinin hüquqi əsası mövcud deyildir. Cavabdeh tərəf iddiaçıya tənasübsüz surətdə zərər vurmadan ərazidən ayrılaraq götürülməsi mümkün olan əmlaklarının götürülməsinə etiraz etmir və buna istənilən vaxt şəraitin olmasını qeyd edir. Həmçinin işin materiallarından görünür ki, anbar və mətbəx sürüşmə nəticəsində torpağın altında qalmışdır. Belə olan halda əvvəla iddiaçının həmin anbar və mətbəxin onun tərəfindən inşa edilməsi ilə əlaqədar müqavilənin 8-ci bəndinə əsasən cavabdehin razılığının olub-olmamasını sübut etməmişdir. İkincisi də, belə razılığın olubolmamasından asılı olmayaq iddiaçı həmin əmlakların tikilməsinə (və ya quraşdırılmasına) nə qədər vəsait sərf etməsinə dair sübutlar da təqdim edilməmişdir. Cavabdeh tərəf iddiaçıya tikinti və təmir işləri üçün razılıq verməməsini, sürüşmələrdən sonra qeyd edilən ünvanda müəyyən işlərin özü tərəfindən görülməsini, iddiaçı tərəfindən görülən işlərə heç bir dəstək verilmədiyi üçün onun həmin ünvandan çıxmasını tələb etdiyini bildirmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddianın qeyd olunan ünvanda 6x4 ölçülü 2 panorama qonaq otağı, 10x4 ölçülü 3 otaqlı qonaq otağı, təndir manqal otağı və anbar (sklad) üçün 32.000 (otuz iki min) manat tələbi əsassız olduğu üçün təmin edilə bilməz. Məhkəmə iddia tələbinin 56 adda əmlak və işlərin görülməsi üçün cavabdehin iddiaçıya 18000 (on səkkiz min) manat ödənilməsi hissəsi üzrə bu qənaətə gəlir ki, əvvəla işlərin (55.Həyətin işıqlanması, 56.Reklam löhvəsi) görülməsinə çəkilən xərclərə dair tələb birbaşa sübutetmə ilə bağlıdır və iddiaçı bu işlərin görülməsinə vəsait xərcləməsinə dair mötəbər sübutlar təqdim etməmişdir. Məhkəmə onu da qeyd edir ki, iddiaçı məhkəmə iclasında reklam löhvəsinin torpaq altında qaldığını təsdiq etmişdir. Lakin, iddianın qalan 54 adda əmlakla bağlı tələbi birbaşa belə bir sübutetməyə bağlı olmamışdır. Məhkəmə hesab edir ki, iddiaçı hal-hazırda dəyərini tələb etdiyi həmin əmlakların sürüşmə nəticəsində torpaq altında qalmasını bildiyi halda, onlara görə dəymiş zərəri tələb edərkən nəzərə almamışdır ki, tərəflər aralarında bağlanmış müqavilədə forsmajor hallarını da şərtləndirmişlər. Belə ki, müqavilənin 5-ci bəndinə əsasən, fors major hadisəsindən sığortalanma kirayəçinin vəzifəsi olaraq nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, torpaq sürüşməsi fors-major hallarına aiddir və işin materiallarına əsasən baş vermiş torpaq sürüşməsi nəticəsində anbar və mətbəx, eləcə də iddiaçının dəyərini tələb etdiyi 54 adda əmlakların, həmçinin reklam löhvəsinin də torpağın altında qalması işin mübahisəsiz halıdır. Məhkəmə hesab edir ki, iddiçıya məxsus əmlaklar Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Neftçilər küçəsi ev 101 ünvanında mövcud olmuş olsa idi belə, iddiaçının onları götürə bilməməsində, başqa sözlə iddiaçıya maddi zərər vurulmasında cavabdehin heç bir təqsiri olmadığından onun üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Məhkəmə hesab edir ki, iddiaçıya cavabdehin təqsirli hərəkətləri nəticəsində zərər dəyməsi faktı sübut olunmadığından iddiaçının təqdim etdiyi qaimə sənədlər və Premium Qiymətləndirmə MMC-nin 20 sentyabr 2021-ci il tarixli hesabatı artıq sübut əhəmiyyəti kəsb etmir. Məhkəmə onu da qeyd edir ki, işin sadalanan hallarına əsasən iddiaçının istinad etdiyi digər maddi hüquq normalarının hazırki mübahisənin həlli baxımından tətbiq edilərək iddiaya qiymət verilməsinə zərurət yoxdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə qeyd edir ki, iddiaçının izahatı özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından məhkəmə bu nəticəyə gəlir ki, cavabdeh maddi zərərin ödənilməsi ilə bağlı tələbi üzrə öz hüquqi mövqeyini sübut edilə bilməmiş və hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, iddianın 18000 (on səkkiz min) manat tələb hissəsi də əsassız olduğundan təmin edilə bilməz. Göründüyü kimi iddiaçının maddi zərərlə bağlı irəli sürdüyü faktiki hallar onun bu hissədə iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamışdır və məhkəmə hesab edir ki, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə əlavə irəli sürülən mənəvi zərərə görə 10000 (on min) manat, itirilmiş faydaya görə 5000 (beş min) manat tələblərinə hüquqi qiymət verilməsinə zərurət yoxdur. Belə ki, bu tələblər əvvəlki 32000 və 18000 manat maddi zərərlə bağlı tələbdən törəmədir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı – Cavabdeh qarşı “vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası rədd edilməli, ekspertiz tədqiqatının dəyəri olan 100 (bir yüz) manat iddiaçıdan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-tikinti texniki ekspertizasının dəyəri olan 100 (bir yüz) manat İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN**********; AZ34CTRE********************, X1, KOD210005; VÖEN**********; Müxbir hesAz41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Rəna Qafarova