Məhkəmə qərarları › İş №2(009)-1221/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1221/2020

03.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1221/2020 03.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi A.Ş.Həsənovun iştirakları ilə İddiaçı cavabdeh SOCAR-ın «Azneft» İstehsalat Birliyinə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə, həmçinin iddiaçı SOCAR-ın «Azneft» İstehsalat Birliyi cavabdeh İddiaçı qarşı qanunsuz tikilinin sökülməsi, ərazinin boşaldılması və zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işlərə bir icraatda Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Bibiheybətneft” NQÇİ-yə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət edərək göstərmişdir ki, o, Naxçıvan Muxtar Respublikası, ünvan 1i ünvanında pasport qeydiyyatındadır, lakin Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi ünvanında faktiki olaraq yaşayır. Bakı şəhəri, Səbail rayonu, Salyan şossesinin sağ kənarında yerləşən torpaq sahəsini xx.xx.2020-ci il tarixdə etibarnamə əsasında X1 almışdır. Torpaq sahəsini aldıqdan sonra həmin torpaq sahəsində özünə yaşayış evi tikdirmişdir. Ərazidə tikinti gedən zaman ona heç kəs həmin ərazinin “Bibiheybətneft” NQÇİ-nin tərkibində olduğu barədə məlumat verməmişdir. Lakin, tikintini bitirdikdən sonra, xx.xx.2020-ci il tarixdə “Bibiheybətneft” NQÇİ-nin Mühafizə İdarəsinin əməkdaşları - Azər (özünün dediyinə görə ləqəbi Amon Azərdir), Anar, Xanlar, Alı və adlarını bilmədiyi bir neçə şəxs yaşadığı ünvana gələrək evin “Bbibiheybətneft” NQÇİ-nin mühafizə zolağına düşdüyünü və buna görə də evin sökülməli olduğunu bildirdilər. O, isə onlara etirazını bildirdikdə, onun etirazına məhəl qoymayaraq söküntü işlərinə başlamışlar. O, onlara söküntünü özbaşına apara bilməyəcəklərini, bunun üçün məhkəmə qərarı lazım olduğunu desə də, onlar onu dinləmədilər. Borc xərclə, əziyyətlə tikdirdiyi evini sökdüklərini gördükdə, ülgüc ilə özünə xəsarət də yetirmişdir. Bunu görən həmin əməkdaşların yanında gələn və özünü rəhbər olaraq tanıdan adını bilmədiyi şəxs isə bu zaman ona “neyləyəcəksən? Özünü kəsəcəksən? Kəs. Nə istəyirsən et” demişdir. Həmçinin həmin vaxt onlar DİN-nin 102 xidmətinə zəng edərək əraziyə polis çağırmışlar. Əraziyə gələn Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin əməkdaşları X13 çağırdılar və onu 1 saylı X11 apardılar. Xəstəxanada qoluna həkimlər tərəfindən tikiş qoyulmuşdur. Bundan əlavə, qeyd olunan məsələ ilə bağlı hal-hazırda Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsində və Səbail rayon Prokurorluğunda araşdırma aparılır. Belə bir sual yaranır ki, əgər onun evinin yerləşdiyi torpaq sahəsi “Bibiheybətneft” NQÇİ-nin balansındadırsa, o zaman bələdiyyə nəyə görə həmin torpaq sahəsinə sərəncam vermişdir? Söküntü işlərinin aparılması barədə müvafiq məhkəmə qərarı olmadan özbaşına olaraq söküntü işləri aparmaq nə dərəcədə düzgündür? Həmçinin, ölkə prezidenti cənab İlham Əliyev daima çıxışlarında dövlət orqanlarına vətəndaşlara qarşı hörmətlə yanaşmağı, vətəndaşların problemlərini maksimum dərəcədə həll etməyi tapşırıq versə də, görünür ki, “Bibineybətneft” NQÇİ-nin Mühafizə İdarəsi ölkə prezidentinin tapşırıq və tövsiyyələrinə məhəl qoymur və qanunlara əməl etmir. “Bibiheybətneft” NQÇİ-nin Mühafizə İdarəsinin əməkdaşlarının qanunsuz hərəkətləri nəticəsində ona həm maddi, həm mənəvi ziyan dəymişdir. “Bibiheybətneft” NQÇİ-nin Mühafizə İdarəsinin əməkdaşlarının özbaşınalığı nəticəsində ona 17000 manat məbləğində maddi ziyan dəymişdir. Belə ki, yaşadığı ev tamamilə yararsız vəziyyətə düşmüş, həyətinin hasarı tamamilə sökülmüş və hasar sökülərkən bilərəkdən həyətində saxladığı toyuqların üzərinə aşırılmışdır. Bunun nəticəsində də ona 17.000 manat məbləğində maddi ziyan dəymişdir. Bundan əlavə, “Bibiheybətneft” NQÇİ-nin Mühafizə İdarəsinin əməkdaşlarının qanunsuz hərəkətləri nəticəsində ciddi stress keçirmişdir, günlərlə küçələrdə gecələmişdir. Həmçinin bildirmək istəyir ki, o, ailəlidir və himayəsində azyaşlı övladı var. Evlərinin sökülməsi nəticəsində ailəsi Naxçıvana getmək məcburiyyətində qalmışdır. “Bibiheybətneft” NQÇİ-nin Mühafizə İdarəsinin əməkdaşlarının qeyri-qanuni hərəkətlərinin nəticəsində o, maddi və mənəvi zərər çəkmişdir. Buna görə də hesab edir ki, “Bibineybətneft” NQÇİ-nin Mühafizə İdarəsinin əməkdaşlarının ona qarşı törətdiyi qanunazidd hərəkətlərinə görə ona ümumilikdə 17.000 manat məbləğində maddi ziyanın əvəzi olaraq, 5000 manat məbləğində əlavə mənəvi təzminat olmaqla, cəmi 22.000 manat məbləğində ziyan (zərər) cavabdehdən tutularaq ona ödənilməlidir. Göstərilənləri nəzərə alaraq iddiaçı cavabdeh “Bibiheybətneft” NQÇİ-nin Mühafizə İdarəsinin əməkdaşlarının ona qarşı törətdiyi qanunazidd hərəkətlərinə görə ona ümumilikdə 17000 manat məbləğində maddi ziyanın əvəzi olaraq, 5000 manat məbləğində əlavə mənəvi təzminat olmaqla, cəmi 22.000 manat məbləğində ziyanın (zərərin) əvəzinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Səbail rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(009)-1221/2020 saylı şifahi qərardadına əsasən cavabdeh “Bbibiheybətneft” NQÇİ əsl cavabdeh olan SOCAR-ın “Azneft” istehsalat Birliyi ilə əvəz olunmuşdur. İddiaçı SOCAR-ın «Azneft» İstehsalat Birliyi cavabdeh İddiaçı qarşı qanunsuz tikilinin sökülməsi, ərazinin boşaldılması və zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, SOCAR “Azneft” İstehsalat Birliyinin “Bibiheybətneft” NQÇİ-nin (26 Bakı Komissarı adına NQÇİ) daimi istifadəsinə neft-qaz əməliyyatlarının aparılması üçün Bakı şəhər İcra Hakimiyyətinin (keçmiş Bakı şəhər X5 İcraiyyə Komitəsi) xx xxx 1962-ci il tarixli, 27/919 saylı qərarı ilə torpaq sahələri ayrılmış və o Səbail rayonu ərazisində ən azı 1962-ci ildən fəaliyyət göstərərək neft-qaz hasilatını həyata keçirir. Göründüyü kimi, neft-qaz əməliyyatlarının aparılması üçün ayrılmış dövlət mülkiyyətində olan sənaye təyinatlı torpaq sahələrinin bir hissəsi (40.20.199; 49.49.401 koordinatlarda) cavabdeh tərəfindən zəbt edilərək orada özbaşına tikinti işləri aparılmışdır. Aparılan bu tikinti işləri nəticəsində “Azneft” İstehsalat Birliyi ona aid olan 3488 nömrəli işlək neft quyusunda neft və qaz əməliyyatları aparmaq imkanından faktiki olaraq məhrum olmaqla yanaşı texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydaları kobud surətdə pozulmuşdur. Torpaq sahəsinin cavabdeh İddiaçı tərəfindən özbaşına zəbt edilməsi, orada özbaşına tikinti işlərinin aparılması iddiaçının qanuni istifadəsində olan sənaye təyinatlı torpaqlar üzərində sahiblik və istifadə hüquqlarını pozmaqla yanaşı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neft və qaz əməliyyatları üzrə fəaliyyətini həyata keçirməsinə maneçilik yaradır. Göründüyü kimi iddiaçıya məxsus Bakı şəhəri, Səbail rayonu, Arif İsmayılov küçəsində yerləşən torpaq sahəsi faktiki olaraq özgəsi tərəfindən zəbt edilmiş və qanunvericiliklə həmin kateqoriya torpaqlar üçün müəyyən edilmiş məqsədlərdən kənar istifadə olunur. Mübahisələndirilən torpaq sahələrinin iddiaçının istifadəsində olmasını təsdiq edən sənəd - Bakı şəhər İcra Hakimiyyətinin (keçmiş Bakı şəhər X5 İcraiyyə Komitəsi) xx.xx.1962-ci il tarixli, 27/919 saylı qərarı, Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılmış və sonuncu dəfə xx.xx.2008-ci ildə təsdiq olunmuş xəritədir. “Texniki Təhlükəsizlik haqqında Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 94 nömrəli qərarına əsasən neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “tensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın təsdiq edilməsi xx.xx.2017-ci il tarixli 31 nömrəli Qərarının 3.3-ci bəndi ilə quyulardan şəxsi tikililərə 300 metrlik mühafizə zonası müəyyən olunmuşdur. Göstərilənləri nəzərə alaraq iddiaçı SOCAR-ın “Azneft” İstehsalat Birliyinin daimi istifadəsində olan torpaq sahəsində - 3 saylı NQÇS-nin ərazisində, Bakı şəhəri, Səbail rayonu, Arif İsmayılov küçəsində 3488 nömrəli işlək neft quyusunun mühafizə zolağında vətəndaş İddiaçı tərəfindən inşa edilmiş özbaşına tikilinin cavabdehin hesabına sökülməsi, ərazinin boşaldılması və zəbt edilmiş torpaq sahəsinin “Azneft” istehsalat Birliyinin istifadəsinə qaytarılması və ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Səbail rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(009)-1221/2020 saylı qərardadı ilə İddiaçı cavabdeh SOCAR-ın “Azneft“ İstehsalat Birliyinə qarşı qanunazidd hərəkətlər nəticəsində vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş, məhkəmənin icraatda olan iddiaçı SOCAR-ın “Azneft“ İstehsalat Birliyinin cavabdeh İddiaçı qarşı qanunsuz tikilinin sökülməsi, ərazinin boşaldılması və zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması tələbinə dair mülki işlə birlikdə baxılması üçün bir icraatda birləşdirilmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı öz iddia tələbini müdafiə edərək, ona qarşı qaldırılan iddiası isə qəbul etməyərək izahatında göstərmişdir ki, torpaq qanuni əsaslarla bələdiyyə torpağı olduğu üçün Natavan Qasımovaya satılmışdır. Həmin torpaq sahəsi üzərində tikili və çoxda hündür olmayan hasar mövcud olmuşdur. O torpağı N.Qasımovadan almışdır. Torpağı almamışdan əvvəl “Socar”ın əməkdaşları ilə həmin yerə gəlmiş, əməkdaşlar bildirmişlər ki, bu torpağın “Socar”a heç bir aidiyyəti yoxdur. Bundan sonra pul verərək həmin sahəni almış, alçaq ölçülü hasarı bir qədər hündürləşdirmiş və mövcud tikilini genişləndirərək rekonstruksiya işləri aparmışdır. “Socar”ın əməkdaşlarının iştirakı ilə xx.xx.2020-ci ildə təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən tkili sökülmüşdür. Ona görə də həmin söküntü ilə əlaqədar ona dəymiş maddi və mənəvi ziyanı tələb edir. Ona qarşı qaldırılan iddianı qəbul etmir, torpaq qanuni əsaslarla onun sahibi olan bələdiyyə tərəfindən satılmışdır. Ona görə də həmin torpaq sahəsində olan tikilinin sökülməsi barədə tələb əsassızdır. Eyni zamanda həmin ərazidə çoxsaylı tikililər mövcuddur ki, hətta həmin tikililərin əksəriyyəti mülkiyyətdədir. Məhkəmədən onun tərəfindən qaldırılan iddianın təmin, ona qarşı qaldırılan iddianın isə rədd edilməsini xahiş edir. Məhkəmə iclasında izahatı alınmış cavabdeh “Azneft” İstehsalat Birliyinin nümayəndəsi X9 öz iddia tələbini müdafiə edərək, onlara qarşı qaldırılan iddianı isə qəbul etməyərək öz izahatında göstərmişdir ki, İddiaçı tikintisinin altında yerləşən torpaq sahəsi onların qanuni istifadəsində deyil. Lakin həmin tikili 2017-ci il 06 fevral tarixli Nazirlər Kabinetinin 31 nömrəli qərarı əsasında təsdiq olunmuş Qaydaların tələblərinə görə mühafizə zolağında yerləşir. bu səbəbdən onlar tərəfindən qaldırılan iddia əsaslıdır və onun təmin edilməsini xahiş edir. İddiaçı maddi və mənəvi ziyanlı bağlı tələbi üzrə qeyd edir ki, tikili mühafizə xidmətinin əməkdaşları tərəfindən sökülmüşdür ki, mühafizə xidməti müstəqil hüquqi şəxsdir və onlra heç bir aidiyyəti yoxdur. Həmin tikilinin sökülməsinə “Socar”ın hər hansı məsul işçisi göstəriş verməmişdir. Ona görə də onlara qarşı qaldırılan iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərinin izahatlarını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, hər iki iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. İş üzrə Səbail Bələdiyyəsinin 1212 saylı, xx.xx.2004-cü il tarixli sərəncamının kserosurətindən görünür ki, Səbail rayonu, Salyan şossesinin sağ kənarında yerləşən Bələdiyyə ərazisinə məxsus 200 kv.m. torpaq sahəsi əlavə olunmuş cizgi əsasında alqı-satqı qaydasında X4 adına sənədləşdirilmişdir. İş üzrə Səbail rayon Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli kassa mədaxil orderinin qəbzinin kserosurətindən görünür ki, X8 torpaq alqısı üçün 160 manat kassaya mədaxil edilmişdir. İş üzrə Bakı şəhəri 2 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli etibarnamənin kserosurətinə əsasən X8 tərəfindən İddiaçı Bakı şəhəri, Səbail rayonu, Salyan şossesinin sağ kənarında yerləşən 200 kv.m. torpaq sahəsinin N.Qasımovanın adına sənədləşdirilməsi (özəlləşdirilməsi) ilə bağlı etibarnamə verilmişdir. Etibarnamənin müddəti xx.xx.2030-cü il tarixədək müəyyən edilmişdir. İş üzrə xx.xx.2020-ci il tarixli akta əsasən “Azneft” İstehsalat Birliyi “Bibiheybətneft” Neft və Qazçıxarma İdarəsinin mütəxəssisləri (işçiləri) tərəfindən 3 saylı NQÇS-nin ərazisində Bakı şəhəri, Səbail rayonu, Arif İsmayılov küçəsində, 3488 nömrəli işlək neft quyusunun mühafizə zolağında vətəndaş İddiaçı tərəfindən ərazinin bir hissəsi zəbt edilərək orada tikinti işlərinin aparıldığı müəyyən edilmişdir. İş üzrə “Bibiheybətneft” NQÇİ tərəfindən verilmiş arayışına əsasən Bakı şəhəri, Səbail rayonu, Arif İsmayılov küçəsində (3488 saylı işlək neft quyusunun (10 mühafizə zolağında) İddiaçı tərəfindən tikinti işləri aparılan torpaq sahəsinin koordinatları 40.20.199; 49.49.401. Məhkəmə verilmiş hər iki iddia tələbi üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə ilk növbədə iddiaçı “Azneft” İstehsalat Birliyinin cavabdeh İddiaçı qarşı irəli sürdüyü tələbə hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, iddiaçı “Azneft” İstehsalat Birliyi tərəfindən irəli sürülmüş tələbə əsasən cavabdeh İddiaçı “Azneft” İstehsalat Birliyinin daimi istifadəsində olan torpaq sahəsini özbaşına olaraq zəbt etmiş və orada özbaşına olaraq tikinti aparmışdır. Bununla yanaşı cavabdeh sənaye təyinatlı torpaq üzərində Dövlət Neft Şirkətinin neft və qaz hasilatı üzrə fəaliyyətinə həyata keçirməsinə də maneçilik yaradır. Bu səbəbdən İddiaçı tərəfindən aparılmış tikintinin sökülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh İddiaçı tikinti apardığı torpaq sahəsi Səbail Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 1212 saylı sərəncamı ilə X7 ayrılmışdır. Sonuncu sonradan həmin torpaq sahəsində tikinti apararaq onu İddiaçı istifadəsinə vermişdir. İddiaçı həmin torpaq sahəsində mövcud tikilidə müvafiq rekosntuksiya işləri aparmışdır. Məhkəmə iclasında “Azneft” İstehsalat Birliyinin nümayəndəsi də təsdiq etmişdir ki, İddiaçı tikinti apardığı torpaq sahəsinin ərazisi Dövlət Neft Şirkətinin qanuni istifadəsində olan torpaq sahəsinin ərazisinə aid olmasa da, həmin tikinti 300 metrlik mühafizə zolağına düşür. Məhkəmə hesab edir ki, mübahisəli tikinti qanuni əsaslarla ayrılmış torpaq sahəsi üzərində aparıldığı və həmin torpaq sahəsinin “Azneft” İB-nə aid olmadığı üçün, eyni zamanda torpaq sahəsinin ayrılmasına əsas olan sənədlər hazırda qüvvədə olduğundan və mübahisələndirilmədiyindən, iddiaçının həmin tikintinin sökülməsi ilə bağlı tələb irəli sürməyə subyektiv hüququ yoxdur. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarı ilə mütləq hüquq olmayıb müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqları məhkəmə vasitəsi ilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada hər kəs özünün subyektiv hüququnu həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə alınmalıdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərini məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsini mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüququna malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli Qərarına qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə həmçinin hesab edir ki, mübahisəli torpaq sahəsinin “Azneft” İstehsalat Birliyinin qanuni istifadəsində olması müəyyən olunmadığından, iddia tələbi həmin torpaq sahəsinin boşaldılması və zəbt edilmiş torpaq sahəsinin qaytarılması hissələrində də əsassızdır. Beləliklə məhkəmə tərəfindən mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsinin “Azneft” İstehsalat Birliyinin qanuni istifadəsində olması müəyyən olunmadığından, iddiaçı tərəfindən irəli sürülmüş iddia tələbləri əsasszdır və təmin edilməməlidir. Məhkəmə İddiaçı iddia tələbi üzrə qeyd edir ki, həmin tələb də əsassız olduğu üçün təmin edilməməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, həqiqətən də M.X2 xx.xx.2004-cü il tarixli sərəncamı ilə ayrılmış 200 kv.m torpaq sahəsində apardığı tikinti sökülmüşdür. Tikilinin sökülməsi faktı cavabdehin nümayəndəsi tərəfindən də təsdiq olunmuşdur. Lakin cavabdehin nümayəndəsi həmin tikilinin müstəqil hüquqi şəxs olan Mühafizə Xidmətinin əməkdaşları tərəfindən söküldüynü bildirmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçının inşa etdiyi tikilinin sökülməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən hər hansı sərəncam verilməmiş və həmin tikili özbaşına olaraq sökülmüşdür. Lakin məhkəmə qeyd edir ki, iddiaçı ona məxsus və onun tərəfindən inşa edilmiş tikintinin sökülməsi nəticəsində 17000 manat maddi ziyanın vurulmasını iddia etsə də, bu halları təsdiq edən hər hansı mötəbən sübutu məhkəməyə təqdm edə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ-ci bəndinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçreyə qarşı iş üzrə xx xxxxx 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı (məhkəmə) üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Həmin Məhkəmənin Van de Huk Niderlanda qarşı işi üzrə xx xxxxx 1994-cü il tarixli qərarında göstərilmişdir ki, sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Məhkəmə xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Göründüyü kimi Konstitusiya Məhkəməsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında formalaşan hüquqi mövqeyə görə prosessual qanunvericilik hər bir tərəfin üzərinə öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi qoyur. Eyni zamanda həmin sübutlar həqiqəti əks etdirməli və təkzibolunmaz şəkildə iddia edən şəxsin dəlillərini təsdiq etməlidir. Məhz həmin mövqedən çıxış edərək məhkəmə qeyd edir ki, İddiaçı cavabdehin tikintinin sökülməsi nəticəsində ona maddi ziyan vurulmasını iddia etsə də, bununla bağlı hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda qanunvericiliyin yuxarıda göstərilən tələblərdən görünüdyü kimi məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə məhkəmə iclasında cavabdeh “Azneft” İstehsalat Birliyinin hərəkətləri nəticəsində 17000 manat maddi ziyanın vurulmasını təsdiq edən mötəbər sübutlar iddiaçı tərəfindən təqdim edilmədiyindən, İddiaçı iddia tələbi maddi ziyanın tutulması hissəsində əsassız hesab edilməli və təmin edilməməlidir. Məhkəmə iddia tələbinin vurulmuş mənəvi ziyana görə 5000 manat pulun tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə də tələb təmin edilməməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7№-li qərarınına əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın müddəaları və X10 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri – əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin hərəkətləri nəticəsində 5000 manat mənəvi ziyan çəkməsini göstərsə də, bu halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin hissədə də tələb əsassızdır və təmin edilməməlidir. Şərh olunanları nəzərə alaraq və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏT ETDİ: İddiaçı cavabdeh SOCAR-ın “Azəneft” İstehsalat Birliyinə qarşı cavabdehdən 17.000 manat maddi zərərin, 5.000 manat mənəvi zərərin, cəmi 22.000 manat məbləğində pulun tutulması barədə iddia tələbləri əsassız olduğu üçün təmin edilməsin. İddiaçı SOCAR-ın «Azneft» İstehsalat Birliyinin cavabdeh İddiaçı qarşı qanunsuz tikilinin sökülməsi, ərazinin boşaldılması və zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması tələbinə dair iddia tələbi əsassız olduğu üçün təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar