Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1265/2023 04.09.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əzizova Nurlanə Əziz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin Cəlilabad filialından 5600 manat məbləğində pulun və tərəfindən dövlət rüsumu kimi ödənilmiş 49 manat pulun müştərək qaydada alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, oğlu X5 X1 vilayətinin Norilski şəhərində yaşayır. Oğlu Ramil ara-sıra ona Beynəlxalq pul göçürmə olan “Zolotaya Korona” bank köçürməsi vasitəsi ilə müxtəlif məbləğlərdə pul vəsaiti göndərirdi. Həmin vəsaiti adətən Massalı Rayonunda bankdan alırdı. Pulları ona nağd şəkildə Azərbaycan manatı ilə əldə edirdi. xx.xx.2022-ci il tarixdə Ramil ona zəng edərək bildirdi ki, onun adına pul göndəribdir. Qeyd edilən müddət ərzində Rusiya Federasiyasının Ukraynaya başlayan hərbi təcavüzündən sonra bank köçürmələrində məhdudiyyətlər tətbiq olundu. Ramil ona bir neçə dəfə pul göndərmişdi və ay ərzində göndərişdə 100000 (yüz min) rus rubldan artıq pul göndərə bilmirdi. O da belə hesab etdi ki, Ramil yenidən ona 100 000 rubl göndərib. O, Masallı rayonunda Respublika banka yaxınlaşdı, lakin orada növbə çox olduğu üçün Cəlilabad rayonunda olan Respublika banka gəlməyə qərar verdi. Cəlilabada qaynı X3 ilə birlikdə gəldi. Onlar həmin gün saat 11:30 radələrində Respublika bankın Cəlilabad şəhəri, H.Əliyev prospektində yerləşən filialına daxil oldular. R.Mirişov onun yanında idi, elektron tabloya yaxınlaşıb orada növbə götürdülər, növbələri çatan zaman o, masada əyləşən xanım işçiyə yaxınlaşdı, xanım ondan nə qədər pulun göndərildiyini soruşdu. O, 100000 rubl olduğunu və telefonunda olan ********* Zolotaya Koronaya aid köçürmə kodunu və sənədlərini təqdim etdi. Bundan sonra xanım sənədləşməni aparmağa başladı və xanım xəzinəyə zəng etdi onlara kağız verdi və kassaya yaxınlaşmasını tapşırdı. Bundan sonra onlar kassaya yaxınlaşdılar. Kassada xanımın verdiyi kağızı təqdim etdi və kassanın əməkdaşı onlara 2804 manat pul verdi. Bundan sonra onlar oradan çıxdılar evlərinə getdilər. O həmin pulu özündə saxlayıb, oğlu Rusiyadan gələn zaman ona verəcəkdi. Oğlu Ramil xx.xx.2022-ci il tarixdə Rusiyadan gəldi və ondan pulu istədi, o ona 100000 rubl verdikdə, oğlu ona bildirdi ki, 300000 rus rublu göndərib. Bundan sonra onlar məsələni aydınlaşdırmaq üçün Cəlilabad şəhərinə Respublika bankın filialına yaxınlaşdılar, lakin orada onlara sənəd təqdim etdilər, sənəddə qeyd olunmuşdur ki, o, onlardan 300000 rus rublu almışdır, lakin o onlara etiraz etdi və görüntüləri tələb etdi, ancaq onlar bu günə qədər ona görüntüləri təqdim etməyiblər. Bununla əlaqədar tərəflərindən Cəlilabad rayon polis şöbəsinə müraciət edilmiş və təhqiqatçı Həbib Nəsirovun vəsatəti və Cəlilabad rayon prokuroru Vahid Məmmədovun təqdimatına əsasən Cəlilabad rayon məhkəməsi 30 noyabr 2022-ci il tarixli qərar qəbul edərək, Cavabdeh1 ASC-nin Cəlilabad rayon filialında olan daxili (xəzinə otağı daxil olmaqla) və xarici müşahidə kameralarının qeydə alınmış görüntülərinin götürülməsi qərara alınmış və Cavabdeh1 ASC həmin günü olan texniki səbəblərdən görüntünü verə bilməməsi barədə cavab vermişdir. Bu səbəbdən məhkəməyə müraciət etməli olmuşdur. Cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və Cavabdeh2 məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Cavabdeh1 ASC məhkəməyə öz etirazını ünvanlayaraq bildirmişdir ki, İddiaçı iddia tələbində guya oğlu Ramil tərəfindən “Zolotaya Korona” pul köçürmə sistemi ilə onun adına göndərilən 300000.00 rus rublu əvəzinə Cavabdeh1 ASC tərəfindən xx.xx.2022-ci il tarixdə ona 100000.00 rus rublu verilməsini və bu faktın ona xx.xx.2022-ci il tarixdə aşkar olmasını göstərsə də, bu iddianı təsdiq edən həç bir sənəd və sübutu məhkəməyə təqdim edə bilməmişdir. Əksinə iddia ərizəsinə “Zolotaya Korona” pul köçürmə sistemi ilə onun adına göndərilən 300000.00 rus rublunun tam şəkildə Cavabdeh1 ASC tərəfindən iddiaçıya təqdim edilməsinə dair kifayət qədər bank sənədləri (kassa məxaric orderi, pul vəsaitinin alınmasına dair ərizə, valyuta və ya qızıl külçələr mübadilə əməliyyatından bank çıxarışı) əlavə edilmişdir. Bu sənədlər təsdiq edir ki, “Zolotaya Korona” pul köçürmə sistemi ilə İddiaçı göndərilən 300000.00 rus rublu məbləğində vəsait xx.xx.2022-ci il tarixdə carı günün məzənnəsi ilə (0.0280 RUB-1 AZN) mübadilə olunaraq 8400 AZN məbləğində vəsait tam şəkildə bank tərəfindən İddiaçı verilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq İddiaçı cavabdehlər Cavabdeh1 ASC və Cavabdeh2 müştərək qaydada 5600 manat məbləğində pulun və tərəfindən ödənilmiş 49 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsi tələbinə dair iddia ərizəsinin rədd olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işə baxıb, iddiaçının izahatını dinləyib, irəli sürülən tələbin dəlilllərini müzakirə edib, təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, aşağıdakılara görə iddia təmin edilməməlidir. İş materiallarında olan Cavabdeh1 ASC tərəfindən İddiaçı ünvanlanmış 5180 nömrəli 30 noyabr 2022-ci il tarixli cavab məktubundan görünür ki, “Zolotaya Korona” pul köçürmə sistemi ilə ərizəçinin adına qələn 300000 RUB məbləğində vəsait xx.xx.2022-ci il tarixdə cari günün məzənnəsilə (yəni 0.0280 RUB - 1 AZN) mübadilə olunaraq 8400 AZN məbləğində əskinazlar bank tərəfindən ona təqdim edilmişdir. Əməliyyatı təsdiq edən Valyuta mübadiləsi üzrə Bank çıxarışının nüsxəsi ona filialdan vəsait ilə birgə təqdim olunmuşdur. İş materiallarında olan Bank Respublika ASC-nin xx.xx.2022-ci il tarixli, WEBSXX**********011778 nömrəli kassa məxaric orderindən görünür ki, Cəlilabad filialı “Zolotaya Korona” pul köçürmə sistemi ilə X5 tərəfindən göndərilmiş 300000.00 rus rublunu İddiaçı təqdim etmişdir. İş materiallarında olan İddiaçı pul vəsaitinin alınmasına dair Cavabdeh1 ASC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, o, “Zolotaya Korona” pul köçürmə sistemi ilə X5 tərəfindən göndərilmiş 300000.00 rus rublunu almaq üçün müraciət etmişdir. İş materiallarında olan Cəlilabad RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X4 01 fevral 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə araşdırma zamanı təhqiqatçı tərəfindən xx.xx.2022-ci il tarixdə 28/14239278-1222 sayla göndərilən Cəlilabad rayon məhkəməsinin sorğusu əsasında Bank Respublikadan alınan 3368 saylı, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, xx.xx.2022ci il tarixdə Rusiya Federasiyasından “Zolotaya Korona” sistemi vasitəsilə müştəri İddiaçı adına gəlmiş pul vəsaitinin saat 11:00-12:30 radələrində İddiaçı tərəfindən qəbul edilməsi əməliyyatını təsdiq edən valyuta mübadiləsi zamanı sistemdə müvəqqəti baş vermiş texniki nasazlıq səbəbindən video görüntülərin qeydə alınmadığı və texniki problemlərə görə serverdə günün ehtiyyat nüsxəsinin qeydə alınmadığı bildirilmişdir. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə vurğulayır ki, iddia tələbinin göstərilən hissəsinə məhz sübutlar, sübutetmə, sübutların qiymətləndirilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin müəyyən etdiyi prinsip və göstərişlərinə uyğun olaraq qiymət verilməlidir. Qeyd edilən tələbə əməl edilməməsi ədalətsiz qətnamə qəbul edilməsi ilə nəticələnə bilər. Oxşar mövqe Konstitusiya Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “... Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz”. İddiaçı 5600 manat məbləğində pul ilə bağlı tələbinin əsası kimi istinad etdiyi sübutları təqdim edə bilməmişdir. Halbuki mülki prosessual qanunvericiliyin tələbinə əsasən qeyd edilən halın sübut edilməsi məhz iddiaçının vəzifəsidir. Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara qiymət verərək hesab edir ki, cavabdehlərdən 5600 manat məbləğində pulun alınıb iddiaçıya verilməsi barədə tələb əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-1265/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1265/2023
04.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver