Məhkəmə qərarları › İş №2(009)-1299/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1299/2021

03.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1299/2021 03.11.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Aygün Həsən qızının katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı 3-cü şəxs qismində Cavabdeh2, X3, Binəqədi rayon X6 şöbəsi, Cavabdeh5 cəlb edilməklə cavabdeh "xxxx" ASC-yə qarşı “dəymiş maddi və mənəvi ziyanın tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı 3-cü şəxs qismində Cavabdeh2, X3, Binəqədi rayon X6 şöbəsi, Cavabdeh5 cəlb edilməklə cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən iddiaçının xeyrinə 2400 manat maddi ziyana görə, 1500 manat mənəvi ziyana görə, ödənilmiş 30 manat dövlət rüsumunun, ümumilikdə 3930 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 04.11,2020-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayon ərazisində hərəkətdə və mülkiyyətində olan “BMW X5” markalı nəqliyyat vasitəsi ilə Cavabdeh5 idarə etdiyi “MAZDA” markalı ** LB *** dövlət q/n nəqliyyat vasitəsi ilə yol nəqliyyat hadisəsi baş vermişdir. Uzun araşdırmadan sonra günah MAZDA avtomobilin idarə edən şəxs tərəfindən olduğu müəyyən edilmiş, daha sonra iddiçının nəqliyyat vasitəsinə dəymiş ziyanın müəyyən edilməsində çox saylı çətinlikləri cavabdeh tərəfindən suni şəkildə yaratmağa başlamışdır. Belə ki, iddiaçı müxtəlif avtoservislərə və müstəqil ekspertlərə müraciət etmiş və onun avotmobilinə dəymiş maddi ziyanın müəyyən edilməsin xahiş etmişdir, bu zaman bir halda 2425 manat, digər halda isə 2195 manat məbləğində maddi ziyan avtomobilinə dəysə də, cavabdeh ona məlum olmayan səbəblər ilə həmin rəqəmi qat-qat az şəkildə azaltmışdır. Cavabdeh 13.11.2020-ci il tarixli məktubu ilə ona məlum etmişdir ki, ona dəymiş ziyanın məbləği 820 manat təşkil edir. Lakin bu, reallığı əks etdirmir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 iddianı qəbul etməyərək onun təmin edilməməsini xahiş etdi və izah etdi ki, iddiaçının iştirakı ilə olan yol-nəqliyyat hadisəsi 04 noyabr 2020-ci il tarixdə baş vermişdir. "xxxx" ASC iddiaçıya məxsus "BMW X-5" markalı ** OD *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərəri 06 noyabr 2020-ci il tarixli Zərər Aktı ilə 820 manat həcmində müəyyən etmiş və həmin məbləğin alınması və ya müvafiq servisdə təmir olunması 13 noyabr 2020-ci il tarixli məktubla iddiaçıya təklif olunmuşdur. İddiaçı həmin məbləğlə razı olmadığı təqdirdə müstəqil ekspertizanın keçirilməsinin tələb edə bilərdi, lakin o, "İcbari sığortalar haqqında" AR Qanununun verdiyi hüquqlardan istifadə etməyərək, məhkəməyə müraciət etmişdir. İddiaçıya məxsus "BMW X-5" markalı ** OD *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərlə razı deyildir, hesab edir ki, zərər həddindən artıq şişirdilmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəfləri dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək, hesab edir ki, iddia tələbi əsaslıdır və aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarında olan iddiaçı tərəfindən təqdim edilmiş 08.03.2021-ci il tarixli Qüsur Aktından görünür ki, "BMW X-5" markalı, ** OD *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 2195 manat, o cümlədən ehtiyyat hissələri cəmi 1470 manat, servis xidməti 725 manat müəyyən olunmuşdur. İş materiallarında olan iddiaçı tərəfindən təqdim edilmiş Cavabdeh2 şirkətinin Qüsur Aktından görünür ki, "BMW X-5" markalı, ** OD *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 2425 manat, o cümlədən ehtiyyat hissələri cəmi 1695 manat, servis xidməti 730 manat müəyyən olunmuşdur. İş materiallarında olan "xxxx" ASC tərəfindən təqdim olunmuş 06.11.2020-ci il tarixli Dəymiş zərərin hesablanmasına dair Aktdan görünür ki, "BMW X-5" markalı, ** OD *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 820 manat müəyyən olunmuşdur. İş materiallarında olan "xxxx" ASC tərəfindən X1 ünvanlanmış HD-975 nömrəli, 13.11.2020-cu il tarixli sığorta ödənişinin verilməsindən imtina olunmasına dair bildirişdən görünür ki, 04.11.2020-ci il tarixində, Bakı şəhəri, Binəqədi rayonu ərazisində, "xxxx" ASCdə «Avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığortası» üzrə sığortalanmış, Cavabdeh5 idarə etdiyi «Mazda» markalı ** LB *** dövlət qeydiyyat nişanlı avtomobil və İddiaçı idarə etdiyi "BMW X-5" markalı, ** OD *** dövlət qeydiyyat nişanlı avtomobillərin iştirakı ilə yol nəqliyyat hadisəsi baş vermişdir. Bununla bağlı bildirir ki, 06.11.2020-ci il tarixli hesablama aktına əsasən "BMW X-5" markalı, ** OD *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər məbləği 820 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan 18.11.2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, həmin tarixdə saat 12:20-də Cavabdeh5 idarə etdiyi MAZDA CX-9 markalı, ** LB *** markalı dövlət qeydiyyat nişanlı avtomobillə AR İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə tərəfindən təyin olunmuş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 06 sentyabr 2021-ci il tarixli, 9/4592 saylı rəyindən görünür ki, 2002-ci il buraxılışlı, "BMW X-5" markalı, ** OD *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1310,0 manat müəyyən edilir. Yuxarıda göstərildiyi kimi, hazırki iş üzrə tərəflərin hüquq münasibətləri 04 noyabr 2020-ci il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində dəymiş ziyanın ödənilməsi ilə bağlı yaranmışdır. Mülki qanunvericilikdə sığorta hadisəsinin anlayışı verilməklə yanaşı, həmçinin sığorta hadisəsi baş verdiyi təqdirdə sığortalı və sığortaçının vəzifələri, habelə sığorta ödənişlərinin verilməsindən imtina əsasları da göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 923.1-ci maddəsinə əsasən sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925.1-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında sığortaçı müəyyən edir. Həmin Məcəllənin 925.5-ci maddəsinə əsasən əmlak sığortası müqaviləsi üzrə sığortalı, sığorta olunan və ya üçüncü şəxs aşağıdakı hallar istisna olmaqla, zərər dəymiş əmlakı sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə sığortaçıya və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidir. Həmin Məcəllənin 935.1.1-ci maddəsinə əsasən bu Məcəllənin 923.1-ci maddəsinin tələblərinə əməl edilməməsi nəticəsində sığortaçının hadisənin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması ilə əlaqədar olaraq onun mənafeləri əhəmiyyətli dərəcədə pozulduqda sığortaçı sığorta ödəməkdən imtina edir. Qanunvericiliyin qeyd edilən normalarından aydın olur ki, sığorta hadisəsi barədə sığortalı və digər şəxslər tərəfindən sığortaçıya dərhal və mümkün olan ən qısa müddət ərzində məlumat verilməməsi nəticəsində sığortaçı, hadisənin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması ilə əlaqədar onun mənafeyi əhəmiyyətli dərəcədə pozulduqda sığorta ödəməkdən imtina edə bilər. Qeyd edilən hal onu təsdiq edir ki, məhz göstərilən hallar müəyyən edildikdə, sığortaçı tərəfindən sığorta ödənişindən imtina edilə bilər. Qanunun 935.1.1-ci maddəsinin məzmunundan aydın olur ki, sığorta ödənişindən imtina əsası kimi müəyyən edilmiş şərtlərin sübut edilməsini məhz sığorta ödəməkdən imtina edən sığortaçının üzərinə düşür. Lakin sığortaçı tərəfindən məhkəməyə sığorta hadisəsinin səbəbini və dəyən zərərin həcminin müəyyənləşdirmək imkanından məhrum olması ilə əlaqədar onların mənafeylərinin əhəmiyyətli dərəcədə pozulmasını təsdiq edən hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Halbuki mülki prosessual qanunvericiliyin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla yanaşı, məhkəmə iclasında sübutların tədqiqi ilə kifayət qədər müəyyən olundu ki, 04.11,2020-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayon ərazisində hərəkətdə və mülkiyyətində olan “BMW X5” markalı nəqliyyat vasitəsi ilə Cavabdeh5 idarə etdiyi “MAZDA” markalı ** LB *** dövlət q/n nəqliyyat vasitəsi ilə yol nəqliyyat hadisəsi baş vermişdir. Uzun araşdırmadan sonra günah MAZDA avtomobilin idarə edən şəxs tərəfindən olduğu müəyyən edilmişdır. "xxxx" ASC-yə hadisə ilə bağlı məlumat verilmişdir. Belə olduğu təqdirdə, məhkəmə hesab edir ki, avtomobilə dəymiş ziyanın ödənilməsi hissəsində iddiaçının tələbi əsaslıdır. Ekspertin rəyindən görünür ki, 2002-ci il buraxılışlı, "BMW X-5" markalı, ** OD *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1310,0 manat müəyyən edilir. Məhkəmə hesab edir ki, ekspertin rəyi nəzərə alınmaqla dəymiş maddi ziyanla bağlı iddia tələbi qismən təmin edilməli və cavabdeh "xxxx" ASC-dən 1310 manat tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, mənəvi ziyan tələbi hissəsində iddia tələbi təmin edilməməlidir. "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarında göstərilir ki, "mənəvi zərər" anlayışı anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fıziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfı psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fıziki əzab çəkməsi anlaşılır. İddia tələbindən görünür ki, iddiaçı mənəvi zərərə görə cavabdehdən 1500 manat mənəvi ziyan tələbi irəli sürsə də, bununla yanaşı, iddiaçı cavabdehin hərəkətləri ilə bağlı mənəvi sarsıntı və iztirablar keçirməsi ilə əlaqədar sübutları məhkəməyə təqdim etməmişdir. Beləliklə, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilmədiyi üçün iddia tələbi “dəymiş mənəvi ziyanla bağlı 1500 manat ödənilməsi” hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən İddiaçı xeyrinə maddi ziyana görə 1310 (bir min üç yüz on) manat və ödənilmiş 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat cavabdeh Günay Sığorta” Açıq Səhmdar Cəmiyyətindən tutularaq tutulub AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına köçürülsün: X2, kod 210005, VÖEN:**********, Müxbir hesab:AZ41NABZ********************, SFİFT:BİK CTREAZ22, MEM, VÖEN:**********, Hesab: AZ34CTRE******************** Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar