Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-13/2023 27.03.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızını sədrliyi, Əzizli Əziz Seyfulla oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi və vəkili X3, tərcüməçi qismində X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş ziyanın cavabdehin hesabına aradan qaldırılması, ” tələbinə dair mülki işə Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “vurulmuş ziyanın cavabdehin hesabına aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən mənzilinə dəymiş ziyanın cavabdehin şəxsi vəsaiti hesabına təmir edilməsi, suyun onun evinə axmasının qarşısının alınaraq təmir edilməsi, mənzilinə dəymiş 200 000 (iki yüz min) manat maddi ziyan və 3000 (üç min) manat isə mənəvi zərərin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh məxsus olan və ünvan 2 ünvanında yerləşən mənzilindən axan sular səbəbindən ona məxsus yaşadığı ünvan 1 ünvanında yerləşən mənzilinə ciddi ziyan dəymişdir. Dəfələrlə bir qonşu olaraq mövcud problemin həlli ilə əlaqədar müraciət etsə də, müsbət nəticə əldə edə bilməmişdir. Cavabdeh mənzilindən axan sular onun mənzilinin tavanını, divarını nəmləndirir və əşyaları tam yararsız vəziyyətə düşərək ona maddi və mənəvi ziyan dəymişdir. Problemin həlli ilə əlaqədar Bakı şəhəri Səbail Rayon İcra Hakimiyətinin 144 saylı Mənzil İstismar Sahəsinə 2018-ci il tarixdən etibarən ərizə ilə müraciət etmişdir. 144 saylı MİS-nin əməkdaşları tərəfindən bir neçə dəfə-xx.xx.2019-cu və xx.xx.2021-ci il tarixlərdə mənzilinə baxış keçirilmiş və bu barədə aktlar tərtib olunaraq cavabdehə xəbərdarlıq edilmişdir. Lakin cavabdehə xəbədarlıq edilsə də, o buna məhəl qoymamışdır. Mövcud problemin həlli ilə əlaqədar Səbail RPİ-nin 41-ci PB-nə müraciət etmişdir. Lakin RPİ-nin 41-ci PB-dən verilmiş xx.xx.2020-ci il tarixli, 299-4302R-3220 saylı cavab məktubu ilə məhkəməyə müraciət etməsi barədə tövsiyə edilmişdir. Cavabdeh mənzilini müxtəlif şəxslərə kirayə vermişdir və kirayədə yaşayanlar isə iddiaçıya “mövcud problemi mənzilin sahibi ilə həll etməlidir” demişdirlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, mənzilinə dəymiş ziyan bütövlükdə cavabdehə aiddir. Ərazi üzrə MKİS-ə müraciət etimiş və müsbət qərar çıxarılaraq aktlar tərtib olunaraq cavabdehə xəbərdarlıq edilmiş, lakin cavabdeh bütün bunlara məhəl qoymamışdır. Mənzilini təmir etməsi ilə əlaqədar cavabdehə dəfələrlə bildirilmiş lakin təmir etməmişdir. Odur ki, mənzilin təmiri üçün vəsaitin cavabdehdən tutulmasını, su axıdılmasının qarşısının alınmasını, maddi və mənəvi ziyana görə iddia tələbində göstərilən məbləğin cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X6 bildirmişdir ki, iddiaçı iddia tələbində hər hansı bir sübut və sənəd təqdim etməmiş, sadəcə MKİS-in sənədinə və digər sənədlərə əsaslanaraq iddia tələbini irəli sürmüşdür. Bu işlə əlaqədar hətta ekspert rəyində də su axmasının dəqiq olmadığını, sadəcə ehtimal yaratdığını bildirərək iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş üzrə İddiaçı tərəfindən verilmiş ərizəyə əsasən iddiaçı iddianın təmin olunmasını və təmin tədbiri olaraq ünvan 3 ünvanında yerləşən mənzildəki sudan (su xətlərindən) istifadənin Cavabdeh və başqa şəxslərə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Səbail rayon Məhkəməsinin xx.xx.2021-c il tarixli, 2(009)-2336/2021 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. İş materiallarında olan Bakı şəhəri Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-10344/2021 saylı qərardadın surətindən görünür ki, İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş, 2(009)2336/2021 saylı iş üzrə 14 sentyabr qərardadı qüvvədə saxlanılmışdır. İş materiallarında olan MKİS tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 457/21 nömrəli arayışdan görünür ki, İddiaçı Səbail rayonu, Badamdar qəs, Ə.Nəzərov küçəsi 1A evin 23 saylı mənzilində qeydiyyatdadır. İş üzrə Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi (indiki Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi) tərəfindən verilmiş MH seriyalı 163385 №-li qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Səbail rayonu, Ə.Nəzərov 4-cü Patamdar küçəsindəki 1”a” N-li yaşayış evinin 23 saylı mənzili İddiaçı adına xüsusi mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli aktdan görünür ki, Cavabdeh dəfələrlə İddiaçı mənzilinə su axıdaraq mənzili tam yararsız vəziyyətə salmışdır, müvafiq qaydada xəbərdarlıq edilsə də, bir nəticə olmamışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 299-2R-3220 saylı 41-ci polis bölməsinin məktubundan görünür ki, iddiaçıya müraciəti mülki xarakterli olduğu üçün araşdırma aparılmadan şəhər(rayon) məhkəməsinə müraciət etməsi tövsiyə olunmuşdur. İş üzrə 144 saylı MKİS-in rəisi Ş.Hacıyevin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Səbail rayon bölməsinə ünvanladığı xx.xx.2021-ci il tarixli məktubuna əsasən ünvan 5 ev 1A mənzil 23-ün sahibi İddiaçı şikayət ərizəsinə əsasən və 3 saylı Xüsusi Təyinatlı MKTB-nin 144 saylı MKİS-nin xidməti ərazisində yerləşən bu mənzilə baxış keçirilmiş və müəyyən olunmuşdur ki həqiqətən həmin ünvanda yerləşən 25 saylı mənzildən 23 saylı mənzilə dəfələrlə su axıdılmış və mənzil yararsız vəziyətə düşmüşdür. Mənzil sahibi Cavabdeh əlaqə telefonuna cavab vermir onunla heç bir əlaqə yarana bilmir və 25 saylı mənzilə verilən su təcili dayandırılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirli Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 10/7792 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Ə.Nəzərov küçəsində yerləşən, 1A saylı evin, 23 saylı mənzilin divarlarında və tavanında olan qüsurları, həmin qüsurların su sızmaya xarakterli olduğunu və həmçinin 144 saylı MKİS-in əməkdaşları tərəfindən xx.xx.2019 və 29 iyul 2022-ci il tarixlərdə tərtib edilmiş aktların məlumatlarını nəzərə alaraq, 23 saylı mənzilə 25 saylı mənzildən su sızması baş verdiyi müəyyən olunur. 25 saylı mənzilin qapısı bağlı olduğundan su sızmanın texniki səbəbini konkret olaraq müəyyən etmək mümkün olmamışdır. Lakin sızma hallarının baş vermə səbəbinə dair yuxarıda göstərilən amilləri nəzərə alaraq, 23 saylı mənzilə su sızması 25 saylı mənzilin su, kanalizasiya boru xətlərində qəza yaranması və ya 25 saylı mənzilin sakinləri tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən baş verə bilər. Tədqiq olunan 23 saylı mənzildə su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 4356.0 manat məbləğində müəyyən olunmuşdur. İş materiallarında olan "xxxx" ASC Səbail rayon Sukanal İdarəsinin xx.xx.2020-ci il tarixli, R0-02/2-326 saylı cavab məktubundan görünür ki, ünvan 6 ünvanına əməkdaşları baxış keçirmişdir. Araçşdırma zamanı məlum olmuşdur ki, üst mərtəbədə yaşayan qonşunun su təchizatı nasaz vəziyyətdədir. Bu səbəbdən qrafikə uyğun olaraq su verilən zaman iddiaçının mənzilinə su axıdılır. Yararsız vəziyyətdə olan su xəttinin yenisi ilə əvəz olunması qonşuya xəbərdarlıq olunmuş, əks təqdirdə su təchizatının dayandırılacağı bildirilmişdir. Hal-hazırda qonşunun su təchizatı yenilənmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddia tələbinin maddi hüquqi əsası ilə bağlı məhkəmə qeyd edir ki, zərərin əvəzinin ödənilməsinə dair Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələbinin əsası xüsusi hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və sair) irəli gəlir. Hazırkı mülki mübahisəyə münasibətdə iddia tələbinin əsasını delikt təşkil edir. Çünki tərəflərin arasında hər hansı müqavilə yoxdur. Mülki hüquq pozuntusunun tərkibini mülki-hüquqi məsuliyyətinin aşağıdakı ümumi şərtləri təşkil edir: 1.Törədilmiş əməlin (hərəkətin və ya hərəkətsizliyin) hüquqazidd olması (hüquqazidd əməl dedikdə, şəxsin qanunla birbaşa qadağan edilmiş və ya qanunun imperativ normalarını pozan hərəkət və ya hərəkətsizliyi anlaşılır); 2.Törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə birbaşa ziyan və ya zərər yetirilməsi (Bu halda şəxsin maddi və ya mənəvi itkilərə məruz qalması anlaşılır. Maddi zərər əmlak itkilərinə səbəb olur);
3. Zərərvuranın hüquqazidd hərəkəti ilə baş vermiş zərərli nəticələr arasında səbəbli əlaqənin olması (Baş vermiş zərərli nəticə məhz məsuliyyətə cəlb edilməli şəxsin hərəkəti nəticəsində baş verdikdə onun məsuliyyəti yarana bilər. Səbəbli əlaqə zərərli nəticənin konkret əməldən yaranmasını ehtiva edir);
4. Hüququ pozan şəxsin təqsirinin olması. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən ziyanın vurulması və mülki hüquq pozuntusunun yaranması üçün dörd şərtin olması vacibdir. Yalnız yuxarıda göstərilən dörd şərtin hamısını özündə ehtiva edən, mülki qanunvericilik normalarını pozan əməl (hərəkət və ya hərəkətsizlik) mülki hüquqi məsuliyyətin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayılır. Başqa sözlə, qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin mövcud olmaması deliktə əsaslanan iddia tələbinin təmin edilməsinə əsas vermir. Məhkəmə qeyd edir ki, iddiaçının yaşadığı mənzilə su axıdılması cavabdehə məxsus olmuş evdən olması və həmin su axıdılması nəticəsində ziyanın vurulması təsdiq olunmuş, iddiaçı həmin su axıdılmasının nəticəsində mənzilə vurulmuş maddi ziyanın əvəzinin cavabdehdən tutulması ilə əlaqədar məhkəmədə iddia qaldırmaqda qismən haqlıdır. Məhkəmə MKİS-in işçiləri tərəfindən tərtib edilmiş aktla bağlı qeyd edir ki, həmin aktda ünvanda baxış keçirilmiş və orada qeyd edilənlərin həqiqətəuyğun olduğu təsdiqini tapmışdır. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Digər tərəfdən məhkəmə qeyd edir ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçıya məxsus Bakı şəhəri, Səbail rayonu, Ə.Nəzərov küçəsi 1A saylı evin 23 saylı mənzilinə Cavabdeh tərəfindən suyun axıdılmasının qarşısı alınmalı və mənzilə dəymiş 4356 manat maddi ziyan Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə mənzildəki əşyalara dəymiş 200 000 (iki yüz min) manat maddi ziyanla bağlı qeyd edir ki, tələb bu hissədə sübua yetirilmədiyindən təmin edilməməlidir. Məhkəmə mənəvi ziyanın tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli 7 saylı Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Bundan başqa məhkəmə mənəvi ziyan tələbi ilə bağlı əlavə olaraq qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenumum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyrihüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının mənzilinə su axıdılması nəticəsində iddiaçının əsəb, stres, sarsıntı, iztirab keçirtdiyi öz təsdiqini tapdığından cavabdehdən 500 manat mənəvi ziyan tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən iddia üzrə ödənilmiş 30 manat dövlət rüsumunun 20 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, iddia tələbi qismən təmin olunduğundan iş üzrə keçirilmiş ekspertiza xərci həm iddiaçıya, həm də cavabdehə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ:
İddia qismən təmin edilsin. İddiaçıya məxsus Bakı şəhəri, Səbail rayonu, Ə.Nəzərov küçəsi 1A saylı evin 23 saylı mənzilinə Cavabdeh tərəfindən suyun axıdılmasının qarşısı alınsın. Cavabdeh 4356 manat maddi ziyan və 500 manat mənəvi ziyan tutularaq İddiaçı ödənilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 20 manatı Cavabdeh tutularaq İddiaçı ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat pul vəsaitinin 70 manatı cavabdehdən, 30 manatı isə iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22) köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Şəhla Süleymanova