Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1304/2021 29.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə İddiaçı nümayəndəsi və vəkili T.İ.Qədirovanın, Cavabdehin nümayəndəsi K.F.Əliyevin iştirakları ilə İddiaçı Cavabdeh MMC-yə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, uzun müddətdiir ki, o, bəyənərək almaq istədiyi geyim və sair əşyaları X2 müəyyən saytlar vasitəsi ilə sifariş edərək əldə edir. Keçən müddət ərzində də sifariş etdiyi əşyaların ona çatdırılmasında hər hansı problem yaranmamışdır. 2020-ci ilin aya aylarında da onun tərəfindən eyni ilə bir sıra əşyaları X2 sifariş edilmişdir. Həmin sifarişlər ona çatdırılması müvafiq çatdırılma şirkətləri vasitəsi ilə təmin edilməmişdir. Lakin sifariş verdiyi həmin əşyalardan bir neçəsi yanlış və sayca əskik olduğundan onu qane etməmişdir. Belə ki, dəyəri 89,99 ABŞ dolları təşkil edən 1 ədəd balınc üzü və dəyəri 299,99 ABŞ dolları təşkil edən 1 ədəd yataq örtüyü tam komplektləşdirilmiş halda göndərilməmişdir. Bu səbəbdən də həmin əşyaları satıcıya qaytarmaq qərarına gəlmişdir. Bu məqsədlə, yuxarıda qeyd edilən əşyaları özü ilə 17.07.2020-ci il tarixdə Cavabdeh MMC-nin Bakı şəhəri, Səməd Vurğun küçəsində yerləşən “1022” saylı şöbəsinə apararaq, əşyaları X3 göndərmək niyyətini bildirmişdir. Həmin əşyalar Cavabdeh MMC-nin əməkdaşı tərəfindən ayrı-ayrılıqda 2 ədəd bağlamalara qablaşdıraraq ondan təhvil almışdır. Əşyaların göndərilməsi üçün tərəfindən Cavabdeh MMC-yə təminən 40 manat məbləğində haqq ödənilmişdir. Ondan təhvil almış 2 ədəd bağlamanın X3, FedEx X12 Square-Outside 317 W High Point, NC 27260 ünvana göndərilməsi barədə Cavabdeh MMC öz üzərinə öhdəlik götürməsi, MMC tərəfindən ona təqdim olunmuş 17.07.2020-ci il tarixdə qəbzlə təsdiq edilir. Lakin keçən müddət ərzində göndərilməsi üçün ondan təhvil almış 2 ədəd bağlamanın Cavabdeh MMC tərəfindən X3, FedEx X12 Square-Outside 317 W High Point, NC 27260 ünvan üzrə çatdırılıbçatdırılmamasını öyrənmək üçün Cavabdeh MMC-nin Mərkəzi Şöbəsi ilə telefon vasitəsi ilə dəfələrlə əlaqə saxlamağına baxmayaraq, bu barədə ona dəqiq olaraq heç bir məlumat verilməmişdir. Lakin sonuncu dəfə Cavabdeh MMC-nin mərkəzi Şöbəsi ilə telefon əlaqəsi saxladığı zaman MMC-dən ona bağlamaların itirildiyi barədə məlumat verilmişdir. Bu səbəbdən onun tərəfindən X5, FedEx X12 Square-Outside 317 W High Point, NC 27260 ünvana çatdırılması üçün 17.07.2020-ci il tarixdə Cavabdeh MMC-yə təhvil verilmiş 2 ədəd bağlamanın həmin ünvana hansı tarixdə göndərilməsi, hansı tarixdə ünvan üzrə çatdırılması və bağlamaların qeyd edilən ünvan üzrə kim tərəfindən qəbul edilməsi barədə məlumatın verilməsi ilə bağlı 23.02.2021-ci il tarixli sorğu ilə Cavabdeh MMC-yə müraciət ünvanlanmışdır. Cavabdeh tərəfindən 15.03.2021-ci il tarixli müraciət aşağıdakı qaydada cavablandırılmışdır: ”Bildiririk ki, mövcud qaydalara uyğun olaraq RR010788070AZ və RR010788083AZ saylı poçt göndərişlərinin axtarışı barədə təyinat ölkəsinə (Fransa) xidməti sorğu göndərilmişdir. Bizdən asılı olmayan səbəblərdən indiyə qədər Fransa poçt operatorundan müsbət cavab daxil olmamışdır. Yazışmalarımız davam etdirilir və axtarışın son nəticəsi barədə Sizə əlavə məlumat veriləcəkdir”. Cavabdeh MMC-nin cavab məktubundan da göründüyü kimi cavabdeh müəssisə poçt göndərişini təyin ölkəsi olan X3 deyil, səhv olaraq Fransaya göndərmişdir. Halbuki, onun tərəfindən poçt göndərişləri X3 göndərilməsi üçün təhvil verilmişdir. Həmçinin 17.07.2020-ci il tarixdə X5, FedEx X12 Square-Outside 317 W High Point, NC 27260 ünvana çatdırılması üçün Cavabdeh MMCyə təhvil verilmiş, cəmi dəfəri 389,98 ABŞ dolları (89,99 ABŞ dolları dəyərində olan balınc üzü, dəyəri 299,99 ABŞ dolları dəyərində olan yataq örtüyü) təşkil edən əşyalar olan 2 ədəd bağlamanın Cavabdeh MMC itirilməsi nəticəsində ona dəymiş 389,98 ABŞ dolları məbləğində pulun, 40 manat poçt xidmət haqqının, 3899,8 ABŞ dolları məbləğinə görə kompensasiyanın (maddi zərərin) və mənəvi ziyana görə 10.000 manat məbləğində pulu 3 gün ərzində ödənilməsi ilə bağlı Cavabdeh MMC-yə pretenziya məktubu ünvanlanmışdır. Lakin Cavabdeh MMC tərəfindən pretenziya məktubları bu günə qədər cavablaşdırılmamışdır. Odur ki, hal-hazırda iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, həmin bağlamaların Cavabdeh MMC tərəfindən ünvan üzrə çatdırılması təmin edilməmişdir. Yəni, Cavabdeh MMC bağlamaların ünvana çatdırılması barədə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, müqavilə şərtlərini yerinə yetirməmişdir. Beləliklə də, Cavabdeh MMC tərəfindən öhdəliklərin icra edilməməsi səbəbindən ona maddi ziyan dəymişdir. Hesab edir ki, itirilmiş əşyaların dəyərini təşkil edən 389,98 ABŞ dolları, ödədiyi poçt xidmət haqqının əvəzi olaraq 40 manat və kompensasiya olaraq 3899,8 ABŞ dolları məbləğində pul cavabdehdən tutularaq ona ödənilməlidir. Həmçinin hesab edir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona mənəvi ziyan da vurulmuşdur. Keçirdiyi əsəb sarsıntısı, ruhi həyacana görə hesab edir ki, Cavabdeh MMC-dən onun xeyrinə 10.000 manat məbləğində pul tutulmalıdır. Çünki, cavabdehin öz öhdəliklərini icra etməməsi səbəbindən uzun müddət cavabdehin əməkdaşları ilə telefon əlaqələri əlaqə saxlamış, bu nəticə vermədikdə isə dəfələrlə Cavabdeh MMC-yə getmişdir, pandemiyanın sürdüyü bir vaxtda öz səhhətini təhlükə altında qoymuşdur. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh MMC-yə X5, FedEx X12 Square-Outside 317 W High Point, NC 27260 ünvana çatdırılması üçün təhvil verilmiş, cəmi dəyəri 389,98 ABŞ dolları (89,99 ABŞ dolları olan balınc üzü, dəyəri 299,99 ABŞ dolları olan yataq örtüyü) təşkil edən əşyalar olan 2 ədəd bağlamanın Cavabdeh MMC tərəfindən itirilməsi nəticəsində iddiaçıya dəymiş 389,98 ABŞ dolları məbləğində pulun, 40 manat poçt xidmət haqqının, 3899,8 ABŞ dolları məbləğində kompensasiyanın və mənəvi ziyana görə 10.000 manat məbləğində pulun Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı AR MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, AR MPM-nin 120.1-ci maddəsinə əsasən məhkəmə nümayəndə və ya vəkilin göstərdiyi yardıma görə xərcləri nəzərə almaqla digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Həmçinin AR Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Poçt rabitəsi haqqında qaydalarının təsdiq edilməsinə dair 31.05.2002-ci il tarixli qərarının 643.1-ci bəndinə əsasən poçt müəssisələri poçt göndərişlərini itirdiyinə görə aşağıdakı qaydada məsuliyyət daşıyır: - sifarişli məktub, banderol, xəbərnamə və adi bağlamaya görə göndərmə haqqının 10 misli, banderol və sairə görə elan olunmuş qiymət məbləğində. Göstərilənləri nəzərə alaraq iddiaçı məhkəmədən Cavabdeh MMC-yə X5, FedEx X12 Square-Outside 317 W High Point, NC 27260 ünvana çatdırılması üçün təhvil verilmiş, cəmi dəyəri 389,98 ABŞ dolları (89,99 ABŞ dolları olan balınc üzü, dəyəri 299,99 ABŞ dolları olan yataq örtüyü) təşkil edən əşyalar olan 2 ədəd bağlamanın Cavabdeh MMC tərəfindən itirilməsi nəticəsində iddiaçıya dəymiş 389,98 ABŞ dolları məbləğində pulun, 3899,8 ABŞ dolları məbləğində kompensasiyanın və mənəvi ziyana görə 10.000 manat məbləğində pulun, poçt xidmət haqqının 10 misli olan 400 manat pulun, 110 manat vəkil xərcinin və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili X4 həcmi artırılmış iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X8 iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, iddiaçı 17.07.2020-ci ildə 22 saylı poçt şöbəsinə müraciət edərək ABŞ-a sifarişli poçt göndərişləri – kiçik paket göndərmişdir. Birinci poçt göndərişi üzrə xidmət haqqı 28,40 manat, ikinci göndəriş 10.30 manat olmuşdur. Lakin poçt göndərişləri qiyməti bəyan olunmuş poçt göndərişi kimi göndərilməmiş və buna uyğun hər hansı əlavə xidmət haqqı ödənilməmişdir. Onlar tərəfindən poçt göndərişlərinin axtarışı barədə təyinat ölkəsinə sorğu göndərilmiş, 2020-ci ilin dekabr ayında təyinat ölkəsinin poçt operatoru bu poçt göndərişinin ünvana çatdırılması və geri qaytarılması ilə bağlı məlumatı verə bilmədiyi üçün poçt göndərişlərinin maddi məsuliyyətini öz üzərinə götürmüşdür. Təyinat ölkəsi ödənişi yalnız 2021-ci ilin may ayında etmişdir. Bu səbəbdən banderollar itdiyinə görə ödəniş edilməsi barədə məlumatı yalnız iyun ayında İddiaçı bildirilmiş və həmin məbləğ 183,59 manat kimi hesablanmışdır. Ona görə də iddiaçının iddiasını əsassız hesab edir. Eyni zamanda X6 2019-cu il tarixli İsveçrəd qəbul edilmiş Konvensiyasının 21-ci maddəsinin 1.6 və 1.7-ci bəndinə və “Poçt haqqında” AR Qanununun 17.4.3-cü bəndinə əsasən poçt göndərişlərinin və onun içərisindəkilərin bir hissəsinin itirilməsi, oğurlanması, zədələnməsi, xarab olması, poçt göndərişinin gecikdirilməsi hallarında əldə olunmayan gəlirə, dolayı dəymiş ziyana və mənəvi ziyana görə poçt rabitə operatoru məsuliyyət daşımır. Göstərilənlərə əsasən cavabdehin nümayəndəsi iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını və şahid ifadəsini dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 öz ifadəsində göstərmişdir ki, o , poçt xidmətləri departamentinin benəlxalq əlaqələr şöbəsinin baş mütəxəssisi vəzifəsində işləyir. İddiaçı tərəfindən Bakı şəhəri 22 saylı poçt şöbəsinə 2 ədəd sifarişli poçt göndərişləri göndərilmiş, lakin həmin bağlamalar göndərilərkən bəyan edilməmişdir. Məhkəməyə həm iddiaçının bağlamanı göndərilməsini təsdiq edən qəbzləri məhkəməyə təqdim edirlər, eyni zamanda nüumnə kimi bəyan olunmuş bağlamanın göndərilməsini təsdiq edən qəbz də məhkəməyə təqdim olunub. Qəbzin özündə bilavasitə qiyməti bəyan olunmuş göndəriş qeydi və bu qeydə uyğun əlavə xidmət haqqı da tutulur. İddiaçının bağlamalarında isə belə bir bənd yoxdur və rüsum tutulmamışdır. Digər tərəfdən ilkin olaraq iddiaçının müraciətinə verilən cavabda səhvən ABŞ əvəzinə Fransa ölkəsinin adı yazılmış, məhkəməyə təqdim olunmuş sənədlərdə də təsdiq olunur ki, göndəriş ABŞ-ya edilmişdir. ABŞ müvafiq araşdırmadan sonra onlara məlumat vermişdir ki, göndərilən bağlamalar ünvana çatmamış və itmiş kimi elan edilmişdir. Bununla əlaqədar qanunla müəyyən edilmiş xərci öz üzərinə götürmüşdür. Bir bağlama üçün bu xərc xüsusi dəyər vergisi kimi 41,21, digər üçün 33,64 kimi müəyyən edilmişdir .Göndərilmə gününə valyuta məzənnəsinə uyğun həmin rəqəmlər toplanaraq 2,4528-ə vurulmuş, yalnız gömrük xərci çıxılmaqla kompensasiya məbləğinin 183,59 manat olması müəyyən edilmişdir. Bu barədə İddiaçı məlumat verilmiş və hazırda hər hansı poçt şöbəsinə müraciət etməklə həmin məbləğ ona verilə bilər. İş üzrə ödəniş sənədlərin kserosurətindən görünür ki, iddiaçı 24.06.2020-ci il tarixdə 299,00 ABŞ dolları və 179,98 ABŞ dolları ödəniş etmişdir. İş üzrə poçt qəbzlərin kserosurətlərindən görünür ki, iddiaçı X5, FedEx X12 Square- Outside 317 W High Point, NC 27260 ünvana göndərilməsi üçün RR010788083 və RR010788070AZ seriyalı 2 bağlama “xxxx” MMC-yə təhvil verilmişdir. RR010788083 seriyalı bağlamanın çəkisi 2,000 qr, qiyməti 28,40 manat, RR010788070AZ seriyalı bağlamanın çəkisi 0,374 qr, qiyməti 10,30 manat göstərilmişdir. İş üzrə İddiaçı tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış 19.02.2021-ci il tarixli pretenziyadan görünür ki, 17.07.2020-ci il tarixdə iddiaçı tərəfindən X5, FedEx X12 Square-Outside 317 W High Point, NC 27260 ünvana çatdırılması üçün Cavabdeh MMCyə təhvil verilmiş, cəmi dəyəri 389,98 ABŞ dolları (89,99 ABŞ dolları olan balınc üzü, dəyəri 299,99 ABŞ dolları olan yataq örtüyü) təşkil edən əşyalar olan 2 ədəd bağlamanın Cavabdeh MMC itirilməsi nəticəsində ona dəymiş 389,98 ABŞ dolları məbləğində pulun, 40 manat poçt xidmət haqqının,10.000 manat kompensasiyasının və mənəvi ziyana görə 10.000 manat məbləğində pulu 3 gün ərzində ödəməsini, əks halda “maddi və mənəvi ziyanın tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəmə müraciət edəcəyini göstərilmişdir. İş üzrə Cavabdeh MMC tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının fərdi qaydada fəaliyyət göstərən vəkil Taleh İbrahimova ünvanlanmış 15.03.2021-ci il tarixli məktubun kserosurətindən görünür ki, mövcud qaydalara uyğun olaraq RR010788070AZ və RR010788083AZ saylı poçt göndərişlərinin axtarışı barədə təyinat ölkəsinə (Fransa) xidməti sorğu göndərilmişdir. Onlardan asılı olmayan səbəblərdən indiyə qədər Fransa poçt operatorundan müsbət cavab daxil olmamışdır. Yazışmaları davam etdirilir və axtarışın son nəticəsi barədə əlavə məlumat veriləcəkdir. İş üzrə Cavabdeh MMC tərəfindən İddiaçı ünvanlanmış 09.06.2021-ci il tarixli məktubun surətindən görünür ki, 20.07.2020-ci il tarixdə göndərdiyi RR010788070AZ və RR010788083AZ saylı beynəlxalq poçt göndərişlərinin axtarışı zamanı aldıqları məlumata əsasən ABŞ poçt operatoru bu göndərişlərin ünvana çatdırılması və ya geri qaytarılması ilə bağlı məlumatları verə bilmədiyi üçün onun maddi məsuliyyətini öz üzərinə götürmüşdür. Bununla əlaqədar, mövcud qaydalara uyğun olaraq İddiaçı dəymiş maddi ziyanın əvəzinin (183,59 manat) ödənilməsi üçün müvafiq göstəriş verilmişdir. Eyni zamanda nəzərinə çatdırırlar ki, əgər göndərişin ünvana çatdırılması və ya geri qaytarılması barədə müsbət cavab alınarsa, İddiaçı aldığı məbləği qanunvericiliyə uyğun olaraq geri qaytarmalı olacaqdır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı müəyyən saytlar vasitəsilə X2 bir sıra əşyalar (balıc üzü və yataq örtüyü) sifariş etmiş və həmin əşyalar poçt vasitəsi ilə ona çatdırılmışdır. Lakin iddiaçı həmin əşyaları bəyənmədiyi üçün dəyəri 89,99 ABŞ dolları təşkil edən 1 ədəd balınc üzünü və dəyəri 299,99 ABŞ dolları təşkil edən 1 ədəd yataq örtüyünü satıcıya poçt vasitəsi ilə geri qaytarmışdır. Qaytarılan mallar iddiaçı tərəfindən poçt müəssisəsinə təhvil verilmiş, bu barədə poçt müəssisəsi tərəfindən müvafiq qəbzlər iddiaçıda mövcuddur və işin bu halları mübahisəsizdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçı tərəfindən qaytarılan mallar (bağlamalar) poçt müəssisəsi tərəfindən X3 göndərilsə də, müvafiq araşdırmalardan sonra ABŞ-ın poçt operatoru bu poçt göndərişlərini ünvana çatdırılması və ya geri qaytarılması ilə bağlı məlumatları sorğu verən Cavabdeh MMC-yə verə bilmədiyi üçün poçt göndərişlərinin maddi məsuliyyətini öz üzərinə götürmüş və bununla bağlı müəyyən olunmuş xüsusi dəyər vergiləri barədə məlumatı Cavabdeh MMC-yə göndərmişdir. Həmin məlumatlar əsasında kompensasiya məbləği kimi hesablanan pul 183,59 manat təşkil etmişdir. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, iddiaçı tərəfindən 22 saylı poçt şöbəsinə təqdim olunan poçt göndərişləri qiyməti bəyan olunmuş göndəriş olmamış və iddiaçı 183,59 manat kompensasiyanın alınmasından imtina etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçının iddianın əsası kimi istinad etdiyi qanunvericilik normasının müddəası bəyan edilmiş göndərişlərlə bağlıdır. Belə ki, “Poçt haqqında” AR Qanununun 21-ci maddəsinə əsasən poçt rabitəsi xidmətlərinin göstərilməsi üzrə öhdəliklər icra edilmədikdə və ya qismən icra olunduqda istifadəçi poçt rabitəsi operatoruna öz iradını bildirmək hüququna malikdir. Poçt göndərişinin çatdırılmaması, gecikdirilməsi, oğurlanması, zədələnməsi və itirilməsi ilə bağlı istifadəçinin iradı göndərişin qəbulu günündən keçən 6 ay ərzində müvafiq poçt rabitəsi operatorunun istənilən poçt məntəqəsinə verilə bilər. İstifadəçilərin daxili göndərişlərə dair iradı 15 iş günü ərzində, beynəlxalq göndərişlərə görə iradı isə 3 ay ərzində baxılmalı və qəbul olunan qərar barədə dərhal istifadəçiyə yazılı məlumat verilməlidir. İstifadəçinin iradı poçt rabitəsi operatoru tərəfindən təmin olunmadıqda və ya qismən təmin edildikdə, yaxud bağlamasının nəticəsi haqqında vaxtında cavab alınmadıqda istifadəçi iddia ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Qanunun 17.1.1-ci maddəsinə əsasən poçt rabitəsi operatorları qiyməti bəyan olunmuş poçt göndərişinin itirilməsi, oğurlanması, zədələnməsi və xarab olmasına görə poçt göndərişinin bəyan olunmuş dəyəri həcmində istifadəçilər qarşısında maddi məsuliyyət daşıyırlar. Beləliklə məhkəmə tərəfindən iddiaçı tərəfindən göndərilən poçt göndərişinin “bəyan olunmuş” göndəriş olmaması müəyyən olunduğundan, poçt şöbəsi yuxarıda qeyd edilən Qanunun 17-ci maddəsinin tələblərində nəzərdə tutulan məsuliyyət daşımır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, onun sifariş verdiyi mallar təyinatı üzrə geri, yəni X1ytarsa da, həmin mallar səhvən Fransa dövlətinə göndərilmişdir. Eyni zamanda bağlamalar səhvən Fransa dövlətinə göndərilsə də, həmin bağlamaların geri qaytarılması da mümkün olmamışdır. Belə ki, Fransa dövləti tərəfindən səhv göndəirlmiş bağlamalar barədə cavabdehin müraciətinə hər hansı cavab verilməmiş və nəticədə iddiaçıya məxsus əmlaklar itirilmişdir. Cavabdehin öhdəliklərini lazımınca yerinə yetirməməsi nəticəsində ona maddi ziyan dəymişdir və bu səbəbdən iddiaçı 2 ədəd bağlamaların dəyərini, poçt xidmət haqqının, kompensasiyanın və mənəvi ziyanın cavabdehdən tutulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə qanunun yuxarıda göstərilən tələbləri baxımından qeyd edir ki, göndəriş bəyan olunmadığından, poçt müəssisəsi poçt göndərişinin bəyan olunmuş dəyəri həcmində istifadəçilər qarşısında maddi məsuliyyət daşımasına istinad etməklə iddiaçının 389,98 ABŞ dollarının tutulması hissəsində tələbi əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və.i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. AR Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə iddia tələbinin 3899,8 ABŞ dolları kompensasiyanın cavabdehdən tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb əsaslı hesab edilə bilməz. İddiaçı iddia ərizəsində kompensasiyanın tutulmasını “Poçt haqqında” AR Qanununun 17.1.3-cü maddəsinə istinad etməklə tələb edir. İdidaçı hesab edir ki, bağlamanın ümumi dəyəri 389,98 ABŞ dolları olduğu üçün və həmin bağlamalar cavabdehin səhvi nəticəsində itirildiyi üçün, cavabdeh həmin malların 10 misli dəyərində ona kompensasiya ödəməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, “Poçt haqqında” AR Qanununun tələbinə əsasən poçt göndərişləri 2 qrupa - beynəlxalq və daxili göndərişlərə bölünür. İddiaçının göndərişi beynəlxalq göndəriş olduğu üçün, cavabdehin bağlamaların itirilməsi ilə bağlı iddiaçı qarşısında “Poçt haqqında” AR Qanununun 17.1.3-cü maddəsinə əsasən maddi məsuliyyəti yaranmamışdır. “Poçt haqqında” AR Qanununun 17.1.3-cü maddəsinə əsasən poçt rabitəsi operatorları daxili sifarişli poçt göndərişinin və ya adi bağlamanın itirilməsinə, oğurlanmasına, zədələnməsinə və xarab olmasına görə ödənilmiş haqqın 10 misli miqdarında istifadəçilər qarşısında maddi məsuliyyət daşıyırlar. Qanunun göstərilən tələbinə əsasən həmin maddədə göstərilən kompensasiya itirilmiş malın dəyəri ilə deyil, göndərməyə görə ödənilmiş haqqın məbləği ilə hesablanır. Digər tərəfdən həmin kompensasiya daxili sifarişli poçt göndərişləri ilə bağlı ödənilmiş haqqa görə 10 misli miqdarında maddi məsuliyyəti müəyyən etdiyi üçün, cavabdehin isə göndərişi beynəlxalq göndəriş olduğu üçün, iddiaçının həmin maddəyə əsasən cavabdehdən itirilmiş bağlamanın ümumi dəyərinin 10 misli miqdarında maddi ziyan tələb edilməsi ilə bağlı iddiası əsaslı hesab edilə bilməz. Məhkəmə poçt xidmət haqqının 10 misli kimi 400 manat pulun tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə də tələb tam əsaslıdır. Belə ki, cavabdeh tərəfindən məhkəməyə təqdim olunan təyinat ölkəsinin cavabında və müvafiq qaydalara uyğun hesablanan kompensasiya məbləğində göndəriş xərclərinin də nəzərə alınması müəyyən edildiyindən, bu hissədə tələb əsaslı hesab edilə bilməz. Məhkəmə eyni zamanda qeyd edir ki, cavabdeh tərəfindən göndərilən bağlamaların itirilməsinə görə müəyyən edilən kompensasiya məbləğinin 183,59 manat, cavabdeh tərəfindən iddiaçıya ödənilməməsi və bundan imtina edilməsi məhkəmə iclasında öz təsdiqini tapmadığından, ümumiyyətlə məhkəmə itirilmiş bağlamalara görə iddiaçının kompensasiya ilə bağlı tələbini əsassız hesab edir. Məhkəmə vurulmuş mənəvi ziyanа görə 10.000 manat məbləğində pulun tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb əsaslı hesab edilə bilməz. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli 7№-li qərarınına əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri – əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin hərəkətləri nəticəsində mənəvi ziyan çəkməsini göstərsə də, bu halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, 10.000 manat mənəvi ziyanın tutulması hissəsində tələb təmin edilməməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, X6 2019-cu il tarixli İsveçrəd qəbul edilmiş Konvensiyasının 21-ci maddəsinin 1.6 və 1.7-ci bəndinə və “Poçt haqqında” AR Qanununun 17.4.3-cü bəndinə əsasən poçt göndərişlərinin və onun içərisindəkilərin bir hissəsinin itirilməsi, oğurlanması, zədələnməsi, xarab olması, poçt göndərişinin gecikdirilməsi hallarında əldə olunmayan gəlirə, dolayı dəymiş ziyana və mənəvi ziyana görə poçt rabitə operatoru məsuliyyət daşımır. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən, hüquqi xidmət xərci kimi və ödənilmiş dövlət rüsumunun əvəzi kimi pulun tutulması barədə tələblər də təmin edilməməlidir . Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri əsassız olduğu üçün təmin edilməməlidir. Şərh olunanları nəzərə alaraq və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı X5, FedEx X12 Square-Outside 317 W High Point, NC 27260 ünvana çatdırılması üçün təhvil verilmiş, cəmi dəyəri 389,98 ABŞ dolları (89,99 ABŞ dolları olan balınc üzü, dəyəri 299,99 ABŞ dolları olan yataq örtüyü) təşkil edən əşyalar olan 2 ədəd bağlamanın Cavabdeh MMC tərəfindən itirilməsi nəticəsində iddiaçıya dəymiş 389,98 ABŞ dolları məbləğində pulun, 3899,8 ABŞ dolları məbləğində kompensasiyanın və mənəvi ziyana görə 10.000 manat məbləğində pulun, poçt xidmət haqqının 10 misli olan 400 manat pulun, 110 manat vəkil xərcinin və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsi barədə iddia tələbləri əsassız olduğu üçün təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-1304/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1304/2021
29.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver