Məhkəmə qərarları › İş №2(009)-1311/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1311/2022

07.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1311/2022 07.10.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi Cavabdehin nümayəndəsi və vəkili İ.M.Hacıyevin iştirakı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı sağlamlığa vurulan zərərə görə ziyanın ödənilməsi tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı sağlamlığa vurulan zərərə görə ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İdidaçı ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsini, ona əlavə edilmiş sənədləri və dövlət rüsumunu ona geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin etibarnamə əsasında nümayəndəsi və vəkili X2 işin mahiyyəti üzrə həll olunmasını tələb etməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin sənədlərlə birlikdə geri qaytarılmasını barədə ərizə verdiyindən, iddia ərizəsi baxılmamış saxlanılmalı, ödənilmiş dövlət rüsumu da iddiaçıya geri qaytarılmalıdır . AR MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. AR MPM-nin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanıldıqda, ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsi baxılmamış saxlanıldığından, iddiaçı tərəfindən ödənilmiş 121 manat dövlət rüsumu ona geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və AR MPM-nin 114, 259, 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə… QƏRARA ALDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı sağlamlığa vurulan zərərə görə ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın və iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı Cavabdeh MMC-yə qarşı sağlamlığa vurulan zərərə görə ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə İddiaçı tərəfindən "xxxx" ASC-yə Bakı şəhər Səbail rayon Məhkəməsinə verilmiş iddia ərizəsinə görə xx.xx.2022-ci il tarixdə ödənilmiş 30 manat (ödəniş qəbzinin No-si 8********), xx.xx.2022-ci il tarixdə ödənilmiş 69 manat (ödəniş qəbzinin No-si 9********), xx.xx.2022-ci il tarixdə ödənilmiş 21 manat (ödəniş qəbzinin Nosi 9********) və xx.xx.2022-ci il tarixdə ödənilmiş 1 manat (ödəniş qəbzinin No-si 9********) geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Qeyd: Şikayət elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar