Məhkəmə qərarları › İş №2(009)-1314/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1314/2025

16.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1314/2025 16.05.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "xxxx" ASC üzərinə digər bankda olan öhdəliyin icra edilənədək əmək haqqından tutulmaların dayandırılması öhdəliyinin qoyulması tələbinə dair iddia ərizəsinin mümkünlüyü məsələsinə baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "xxxx" ASC üzərinə digər bankda olan öhdəliyin icra edilənədək əmək haqqından tutulmaların dayandırılması öhdəliyinin qoyulması tələbinə dair barədə iddia ərizə ilə məhkəməyə müraciət etmişdir. Hakim iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi aşağıdakı əsaslara görə geri qaytarılmalıdır. Hakim qeyd edir ki, iddia ərizəsi ərazi aidiyyəti üzrə düzgün olmayaraq Səbail rayon Məhkəməsinə verilmişdir. İddiaçı tərəfindən məhkəməyə verilən iddia ərizəsində, cavabdehin hüquqi ünvanı kimi ünvan 1ail rayon Məhkəməsinə təqdim etmişdir. Lakin “Elektron Məhkəmə İnformasiya Sistemindən” əldə edilmiş çıxarışa əsasən isə cavabdeh "xxxx" ASC-nin hüquqi ünvanın ünvan 2 maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Hakim qeyd edir ki, iddia cavabdeh "xxxx" ASC-nin hüquqi ünvanı üzrə verilməli olduğundan iddiaçı düzgün olmayaraq iddianı Səbail rayon Məhkəməsinə vermişdir. Hakim həmçinin qeyd edir ki, cavabdehin hüquqi ünvanın aid olduğu yer Səbail rayonu deyil, Nəsimi rayonuna aiddir. Belə olan halda hakim hesab edir ki, iddia ərizəsi aidiyyəti üzrə Səbail rayon Məhkəməsində baxılmalı olmadığından geri qaytarılmalıdır. AR MPM-nin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hakim qeyd edir ki, iddiaçı tərəfindən iddia ərizənə dövlət rüsumunun ödənilməsi barədə qəbz də əlavə etməmiş, iddia ərizəsində ona əlavə edilmiş sənədlərin siyahısı göstərilməmiş, iddia ərizəsi bir nüsxədə məhkəməyə təqdim olunmuş, tələb də konkret formalaşdırılıb qeyd edilməmişdir. AR MPM-nin tələblərinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd, cavabdehlərin saylarına görə iddia ərizəsi əlavə edilməlidir( maddə 150.1.1, 150.1.2) Verilən tələblərə görə dövlət rüsumunun məbləği qiymətləndirilən və qiymətləndirilməyən iddia ərizələrinə görə müəyyən edilir. Belə ki, “Dövlət rüsumu haqqında” AR Qanunun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan işlər üzrə ərizələrə görə dövlət rüsumun məbləği 100 manat həddində, qiymətləndirilən iddia ərizələrinə görə isə qaldırılan tələbin məbləğinə uyğun olaraq müəyyən edilir. AR MPM-nin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, iddia ərizəsi geri qaytarılır. Beləliklə hakim hesab edir ki, iddiaçı tərəfindən verilən iddia ərizəsi üzrə mülki işin ərazi aidiyyəti üzrə Səbail rayon Məhkəməsində baxılmalı olması məhkəmə tərəfindən müəyyən edilmədiyindən hazırki iddia ərizənin məhkəmə icraatı qeyri-mümkündür və bu səbəbdən iddia ərizəsi geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və AR MPM-nin 35.1, 40.1 və 152.1.3-cü maddələrini rəhbər tutaraq hakim… QƏRARA ALDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "xxxx" ASC üzərinə digər bankda olan öhdəliyin icra edilənədək əmək haqqından tutulmaların dayandırılması öhdəliyinin qoyulması tələbinə dair iddia ərizəsi ərazi aidiyyəti üzrə Səbail rayon Məhkəməsində baxılmalı olmadığından iddiaçıya geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Qeyd: Şikayət elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar