Məhkəmə qərarları › İş №2(009)-1339/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1339/2025

14.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1339/2025 14.07.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı Bakı şəhər Səbail rayon İcra Hakimiyyəti başçısı yanında məişət zorakılığının qarşısının alınması monitorinq və əlaqələndirmə qrupunun xx.xx.2025-ci il tarixli 9 saylı “Məişət zorakılığı haqqında iş üzrə” 9 saylı qərarının ləğv edilməsi barədə şikayət ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Bakı şəhər Səbail rayon İcra Hakimiyyəti başçısı yanında məişət zorakılığının qarşısının alınması monitorinq və əlaqələndirmə qrupunun xx.xx.2025-ci il tarixli 9 saylı “Məişət zorakılığı haqqında iş üzrə” 9 saylı qərarının ləğv edilməsi barədə şikayət ilə Səbail rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1339/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayətçi İddiaçı Bakı şəhər Səbail rayon İcra Hakimiyyəti başçısı yanında məişət zorakılığının qarşısının alınması monitorinq və əlaqələndirmə qrupunun xx.xx.2025-ci il tarixli 9 saylı “Məişət zorakılığı haqqında iş üzrə” 9 saylı qərarının ləğv edilməsi barədə şikayət ərizəsinin məhkəmə icraatına qəbulu yolverilməz hesab olunmuş və şikayət ərizəsi sənədlərlə birlikdə şikayətçiyə geri qaytarılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3823/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı şikayəti təmin edilməsi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1339/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilsin və şikayət ərizəsinin mümkünlüyünə (icraata qəbuluna) yenidən baxılması üçün mülki iş Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin qərardadında zərərçəkmiş şəxsə qısa müddətli mühafizə orderinin verilməsi barədə yerli icra hakimiyyəti orqanlarının qərarlarına dair mübahisəyə mülki mühakimə icraatı qaydasında baxılmalı olması qeyd edilmişdir. Məhkəmə Kollegiyası hesab etmişdir ki, mülki prosessual qanunvericiliyə əsasən uzunmüddətli mühafizə orderinin verilməsi ilə bağlı məsələyə müraciət edən inzibati orqan olsa belə, mülki mühakimə icraatı qaydasında baxıldığından hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla oxşar münasibətlər olan məişət zorakılığının təkrarlanmaması barədə xəbərdarlıq edilməsi və zərər çəkmiş şəxsə qısamüddətli mühafizə orderinin verilməsi barədə yerli icra hakimiyyəti orqanının qərarına da mülki mühakimə icraatı qaydasında baxılmalıdır. Bununla belə məhkəmə kollegiyası qeyd etmişdir ki, iddia ərizəsini yolverilməz hesab edən birinci instansiya məhkəməsi onu geri qaytarsa da, hüquqi əsaslarını ərizənin qəbululundan imtina etməsi ilə əlaqələndirmiş, ərizəyə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149 və digər aidiyyəti maddələrin tələblərinin uyğunluğuna qiymət verilməmişdir. Qeyd edilənlərə görə müvafiq səlahiyyətlərə mənsub məhkəmə tərəfindən ərizənin mümkünlüyünə yenidən qiymət verilməsi üçün qəbul edilmiş qərardad ləğv edilməklə birinci instansiya məhkəməsinə göndərilməlidir. AR MPM-nin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Hakim iş materillarını araşdırıb, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3823/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadında müəyyən edilən halları və göstərişləri də nəzərə alıb hesab edir ki, ərizə aşağıdakı əsaslara görə geri qaytarılmalıdır. AR MPM-nin 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilir. Hakim qeyd edir ki, zərərçəkmiş şəxsə qısa müddətli mühafizə orderinin verilməsi barədə yerli icra hakimiyyəti orqanlarının qərarlarına dair mübahisəyə mülki mühakimə icraatı qaydasında baxılmalı olduğundan bununla əlaqədar məhkəməyə ərizə AR MPMnin tələblərinə uyğun tərtib edilərək məhkəməyə təqdim edilməlidir. Lakin İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş ərizə prosessual qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə riayət edilmədən verilmiş, ərizəyə dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə edilməmişdir. AR MPM-nin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, iddia ərizəsi geri qaytarılır. Hakim qeyd edir ki, verilən tələblərə görə dövlət rüsumunun məbləği qiymətləndirilən və qiymətləndirilməyən iddia ərizələrinə görə müəyyən edilir. Belə ki, “Dövlət rüsumu haqqında” AR Qanunun tələblərinə əsasən qiymətləndirilməyən iddia ərizələrinə görə dövlət rüsumun məbləği 100 manat həddində, qiymətləndirilən iddia ərizələrinə görə isə qaldırılan tələbin məbləğinə uyğun olaraq müəyyən edilir. Göstərilən Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilməklə verilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə hakim hesab edir ki, şikayət ərizəsi AR MPM-nin tələblərinə uyğun tərtib edilib məhkəməyə təqdim olunmadığından, ərizəyə dövlət rüsumunu təsdiq edən sübut əlavə edilmədiyindən onun məhkəmə icraatı mümkün deyil, bu səbəbdən şiakyət ərizəsi geri qaytarılmalıdır. AR MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Şərh olunanlara əsasən və AR MPM-nin 149, 151.1, və 152.1.1-ci maddələrini rəhbər tutaraq hakim… QƏRARA ALDİ: İddiaçı Bakı şəhər Səbail rayon İcra Hakimiyyəti başçısı yanında məişət zorakılığının qarşısının alınması monitorinq və əlaqələndirmə qrupunun xx.xx.2025-ci il tarixli 9 saylı “Məişət zorakılığı haqqında iş üzrə” 9 saylı qərarının ləğv edilməsi barədə şikayət ərizəsi qərardadın əsaslandırıcı hissəsində göstərilənlərə əsasən geri qaytarılsın. Ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Qeyd: Şikayət elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar