Məhkəmə qərarları › İş №2(009)-134/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-134/2022

13.04.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-134/2022 13.04.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ İlkin Şahin oğlu Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili X2 və cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı - cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı «əmlakın həbsdən azad edilməsi» tələbinə dair mülki işə 13 aprel 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı- cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı «əmlakın həbsdən azad edilməsi» tələbinə dair iddia ərizəsi məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, T.Ulyançev küçəsində (hazırda Aqil Quliyev) yerləşən 13 saylı evin 16-17, 19 saylı mənzillərinin həbsdən azad edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Baş Prokuroru müavininin 18.02.2015-ci il tarixli ********* saylı cinayət işi üzrə verdiyi təqdimata əsasən, təqsirləndirilən şəxs X7 ittiham olunduğu cinayət işi üzrə onun həyat yoldaşı İddiaçı adına olan Bakı şəhəri, T. Ulyançev küçəsində yerləşən 13 saylı evin 16-17, 19 saylı mənzillərin üzərinə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 5(001 )-62/2015 saylı 19 fevral 2015-ci il tarixli qərarı ilə həbs qoyulmuşdur. 09 sentyabr 2016-cı il tarixində Bakı Ağır Cinayətlər Məhkəməsi məhkum əri X17 barəsində Azərbaycan Respublikası CM-nin 178.3.2- ci, 308.2-ci və 313-cü maddələri ilə cinayət işinə baxaraq, onu bu maddələrlə təqsirli bilərək CM-nin 178.3.2-cü maddəsi ilə 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 308.2-ci maddəsi ilə 2(iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-nin 66.3-cü və 66.4-cü maddəsinə əsasən təyin edilən əsas cəzaları qismən toplamaq və əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə X8 2(iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə qəti olaraq 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 sentyabr 2016-cı il tarixli hökmü ilə Binəqədi rayon məhkəməsinin 19 fevral 2015-ci il tarixli qərarı ilə İddiaçı adına olan Bakı şəhəri, T. Ulyançev küçəsində yerləşən 13 saylı evin 16-17, 19 saylı mənzillərin və X1 adına olan ünvan 1 ünvandakı 16 mərtəbəli binanın 1 və 2-ci mərtəbələrində yerləşən, ümumi sahəsi 890 kv.metr olan qeyriyaşayış sahəsinin üzərinə qoyulmuş həbsin götürülməsi qət edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin bu hökmünün mülki iddiaya aid hissəsindən dövlət ittihamçısı apellyasiya protesti, zərərçəkmiş şəxslər apellyasiya şikayəti verərək hökmün dəyişdirilməsini xahiş etmişdir. 25 noyabr 2016-cı il tarixində Bakı Apellyasiya Məhkəməsi apellyasiya protestinə və apellyasiya şikayətlərinə baxaraq, Bakı Ağır Cinayətlər Məhkəməsinin X17 barəsində olan 09 sentyabr 2016-cı il tarixli hökmünün dəyişdirilməsi, Bakı şəhəri, T.Ulyançev küçəsində yerləşən 13№-li evin 16-17, 19 №-li mənzillərinin və X1 adına olan ünvan 1 ünvandakı 16 mərtəbəli binanın 1 və 2-ci mərtəbələrində yerləşən, ümumi sahəsi 890 kv.metr olan qeyri-yaşayış sahəsinin üzərinə Binəqədi rayon Məhkəməsinin müvafiq olaraq 27 fevral 2015-ci il və 19 fevral 2015-ci il tarixli qərarları ilə qoyulmuş həbsin bərpa edilməsi, ziyanın ödənilməsinin həmin əmlaklara yönəldilməsini qət etmişdir. Bakı Apellyasiya-Məhkəməsi Cinayət Kollegiyasının məhkum X17 barəsində olan 1 (103)-l583/2016 saylı 25 noyabr 2016-cı il tarixli qərarından müdafiəçi kassasiya şikayəti vermiş, məhkum X7 barəsində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 sentyabr 2016-cı il tarxli 2(101)-334/2016 saylı hökmü və onunla bağlı Bakı Apellyasiya Məhkəməsinin 1 (103)-1583/2016 saylı 25 noyabr 2016-cı il tarixli qərarının dəyişdirilməsi, barəsində məsuliyyəti yüngülləşdirən hallar olduğundan daha yüngül cəza təyin edilməsi, Binəqədi rayon məhkəməsinin 19 fevral 2015-ci il tarixli qərarı ilə üzərinə həbs qoyulmuş İddiaçı adına olan Bakı şəhəri, T. Ulyançev küçəsində yerləşən 13№-li evin 16-17, 19 №-li mənzillərin üzərində həbsin bərpa edilməsi və ziyanın ödənilməsinə yönəldilməsi hissəsində Bakı Apellyasiya Məhkəməsinin 25 noyabr 2016-cı il tarixli qərarının ləğv edilməsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 sentyabr 2016-cı il tarixli hökmü və Bakı Apellyasiya Məhkəməsinin 25 noyabr 2016-cı il tarixli qərarı dəyişdirilərək ziyanın ödənilməsi Binəqədi rayon məhkəməsinin 27 fevral 2015-ci il tarixli qərarı ilə üzərinə həbs qoyulmuş X1 adına rəsmiləşdirilmiş ünvan 1 ünvanında inşa edilmiş 16 mərtəbəli binanın 1 və 2-ci mərtəbələrində yerləşən ümumi sahəsi 890 kv.metr olan qeyri-yaşayış sahəsinin məhkum X7 1/5 hissədən ibarət payına yönəldilməsi xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 25 noyabr 2016-cı il tarixli qərarımdan eyni zamanda Ali Məhkəmənin sədri də Ali Məhkəmənin Cinayət Kollegiyasına təqdimat vermişdir. 20 iyun 2017-ci il tarixində Ali Məkəmənin Cinayət Kollegiyası müdafiəçinin kasasiya şikayətinə və Ali Məhkəmənin sədrinin təqdimatına baxaraq, təqdimatın tam, məhkumun müdafiəçisinin kassasiya şikayətinin isə qismin təmin edilməsini qət edərək, Bakı Apellyasiya Məhkəməsinin 25 noyabr 2016-cı il tarixli qərarının X10 aid hissədə-İddiaçı qızmn adına olan Bakı şəhəri T.Ulyençev küçəsində yerləşən 13 saylı evin 16-17, 19 saylı mənzillərə, X5mn adına olan ünvan 1 ünvamndakı 16 mərtəbəli binanın 1 və 2-ci mərtəbələrində yerləşən ümumi sahəsi 890 kv.metr qeyri-yaşayış sahəsinə ziyanın : aənilməsinin həmin əmlaklara yönəldiləsinə dair hissədə ləğv edilməsi və işə 1 enidən baxılması üçün apellyasiya baxışma təyin edilməsi qət edilmişdir. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. 06 sentyabr 2017-ci il tarixində Bakı Apellyasiya Məkəməsinin Cinayət Kollegiyası apellyasiya şikayətlərinə və apellyasiya protestinə baxaraq onların təmin edilməməsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 sentyabr 2016-cı il tarixli hökmü X10 aid mülki iddiaya dair- İddiaçı -Akif qızının adına olan Bakı şəhəri, T. Ulyançev küçəsində yerləşən 13 saylı evin 16-17, 19 saylı mənzillərə, X1 adına olan ünvan 1 ünvandakı 16 mərtəbəli binanın 1 və 2-ci mərtəbələrində yerləşən, ümumi sahəsi 890 kv.metr olan qeyri-yaşayış sahəsinin üzərinə qoyulmuş həbsin götürülməsinə dair hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Bakı Apellyasiya Məkəməsinin Cinayət Kollegiyasının 06 sentyabr 2017-ci il tarixli qərarından yenidən dövlət ittihamçısı apellyasiya protesti, mülki iddiaçılar isə apellyasiya şikayətləri vermiş, 18 aprel 2017-ci il tarixində Ali Məhkəmənin Cinayət Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin adı çəkilən qərarını X10 aid mülki iddiaya dair- İddiaçı adına olan Bakı şəhəri, T. Ulyançev küçəsində yerləşən 13 saylı evin 16-17, 19 saylı mənzillərin üzərinə qoyulmuş həbsin götürülməsinə dair hissədə ləğv edilərək işə yenidən baxılması üçün apellyasiya baxışma qaytarılmışdır. Ali Məhkəmə özünün 18 aprel 2018-cil tarixli qərarında mübahisə olunan mənzildə adı çəkilən şəxslərin hansı əsasla yaşadıqlarının, həmin əmlaka hüquqlarının nə ilə izah etdikləri məsələlərinin araşdırılmasını tapşırmışdır. 21 avqust 2018-ci il tarxində Bakı Apellyasiya Məhkəməsi yenidən Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 sentyabr 2016-cı il tarixli hökmü X11 adına olan Bakı şəhəri, T.Ulyançev küçəsində yerləşən 13 saylı evin 16-17 və 19 saylı mənzilləri üzərinə Binəqədi rayon Məhkəməsinin 19 fevral 2015- cil il tarixli qərarı ilə qoyulmuş həbsin götürülməsinə dair hissədə ləğv edilməsi, zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyan üzrə onların mülki iddalarmı təmin etmək məqsədi ilə X11 adına olan Bakı şəhəri, T.Ulyançev küçəsində yerləşən 13 saylı evin 16-17 və 19 saylı mənzillərin və X1 adına olan ünvan 1 ünvandakı 16 mərtəbəli binanın 1 və 2-ci mərtəbələrində yerləşən, ümumi sahəsi 890 kv.metr olan qeyri-yaşayış sahəsinin üzərinə qoyulması, Binəqədi rayon Məhkəməsinin 19 fevral 2015-cil il tarixli və 27 fevral 2015-ci il tarixli qərarları ilə qoyulmuş həbsin bərpa edilməsi və ziyanın ödənilməsi həmin mənzillərə yönəldilmişdir. Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 21 avqust 2018-ci il tarixli qərarından məhkum X7 müdafiəçisi kassasiya şikayəti vermiş, 11 aprel 2019-cu il tarixində Azərbaycan Respublikasının Ali Məhkəməsi müdafiəçinin kassasiya şikayətini tam təmin etmiş, Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 21 avqust 2018-ci il tarixli qərarını ləğv etmiş, işə həmin qərarla bağlı hissədə yenidən baxılması üçün apellyasiya baxışma qaytarmışdır.13 iyun 2019-cu il tarixində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası (sədrlik edən X13) Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 sentyabr 2016-cı il tarixli hökmündən verilmiş protest və zərərçəkmiş şəxslər tərəfindən verilmiş şikayətlərə baxaraq onların təmin edilməsi, Bakı şəhəri Binqədi rayon Məhkəməsinin 27 fevral 2015-ci il tarixli qərarı ilə X1 adına rəsmiləşdirilmiş ünvan 1 ünvanında inşa edilmiş 16 mərtəbəli binanın 1-ci və 2-ci mərtəbələrində yerləşən ümumi sahəsi 890 kv.metr qeyri yaşayış sahəsinin üzərinə qoyulmuş həbsin və Bakı şəhəri Binqədi rayon Məhkəməsinin 19 fevral 2015-ci il tarixli qərarı ilə İddiaçı adına olan Bakı şəhəri, T.Ulyançev küçəsində yerləşən 13 saylı evin 16-17 və 19 saylı mənzilləri üzərinə qoyulmuş həbsin götürülməsinə dair hissədə ləğv edilməsi, vurulmuş maddi ziyanın ödənilməsinin həmin mənzillərə yönəldilməsi qət edilmişdir. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası 13 iyun 2019-cu il tarixli qərarından müdafiəçi kassasiya şikayəti vermiş, 22 noyabr 2019-cu il tarixində Ali Məhkəmənin Cinayət Kollegiyası (sədrlik edən V.İbayev) şikayətə baxmış, onu təmin etməmiş və Bakı Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası 13 iyun 2019-cu il tarixli qərarını dəyişdirilmədən saxlamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)- 1468/2019 saylı 22 noyabr 2019-cu il tarixli qərarından Ali Məhkəmənin Plenumuna əlavə kassasiya şikayəti verilmiş, lakin Ali Məhkəmə sədrinin imzaladığı 12(102)31/2020 saylı 04 iyun 2020-ci il tarixli qərarla əlavə kassasiya şikayəti Ali Məhkəməniun Plenumunun müzakirəsinə çıxarılmasından imtina olunmuşdur. Nəhayət, hökmün mülki iddiaya aid hissindən Bakı Ağır Cinayətlər Məhkəməsi 1(101)-334/2016 saylı 26 iyul 2019-cu il tarixli icra vərəqəsi vermiş, Bakı şəhəri, Səbail rayonu, T. Ulyançev küçəsi (hazırda Aqil Quliyev küçəsi adlanır) 13 saylı evin 16-17, 19 saylı mənzilinə dair hissəsi Səbail rayon İcra və probasiya şöbəsinə göndirilmiş, iş hazırda icra məmuru X9 icraatıjdadır. “İcra haqqında’’Azərbaycan Respublikası Qanunun 49.2-ci maddəsinə əsasən, fiziki şəxslər barəsində icra sənədləri icra olunarkən, dəqiq siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş əmlak növlərinə tələbin yönəldilməsinə yol verilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 iyun 2002-ci il tarixli 89 saylı qərarı ilə təsdiq etdiiyi “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısı” təsdiq edilmiş və bu Qərarın 1-ci bəndinə əsasən, fiziki şəxs barəsində icra sənədi icra olunarkən borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpağa (bir .ailə üçün bir ev və ya mənzildən çox olmamaq şərti ilə) əmlaklara tələbin yönəldilməsinə yol verilmir. Bildirilmişdir ki, İddiaçı mülkiyyətində adı çəkilən mənzildən başqa digər hər hansı mənzili və ya evi yoxdur. Ona görə də bu mənzilə tələbin yönəldilməsi sözügedən Qanunun 49.2-ci və Nazirlər Kabinetinin adı çəkilən Qərarına əsasən yol verilmir.Göstərilənlərə uyğun olaraq icra məmurundan xahiş edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 iyun 2002-ci il tarixli 89 saylı Qərarının 1-ci bəndini, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 49.2-ci və 23.1-ci maddələrinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin verdiyi 1(101)-334/2016 saylı 26 iyul 2019-cu il tarixli icra vərəqəsini bu məhkəməyə qaytarılması barədə qərar qəbul edilsin. Lakin İcra məmuru heç bir rəsmi qərar vermədən mübahisənin məhkəmə yolu ilə həll edilməsinin mümkünlüyü barədə şifahi tövsiyyə etmişdir. Ona görə də Bakı şəhəri Səbail rayon Məhkəməsinə müraciət olunmuş, 03 mart 2010-ci il tarixində məhkəmə icra məmurunun hərəkət və hərəkətsizliyin verilən şikayətə baxmış və şikayətin təmin edilməməsi barədə 7(009)- 6/2020 saylı qərar qəbul edilmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin bu iş üzrə 7(009)-6/2020 saylı 03 mart 2020-ci il tarixli qərarından Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilərək onun ləğv olunması xahiş edilmiş, lakin Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası özünün 7(103)-154/2020 saylı 04.06.2020-ci il tarixli qərarı ilə şikayət təmin olunmamış və birinci instansiya məhkəməsinin adı çəkilən qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 7(103)-154/2020 saylı 04.06.2020-ci il tarixli qərarından Ali Məhkəmənin Cinayət Kollegiyasına kassasiya şikayəti verilmiş, 03.03.2021-ci il tarixində Ali Məhkəmənin Cinayət Kollegiyası şikayətə baxmış və Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 7(103)-154/2020 saylı 04.06.2020-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının 1(102)- 1468/2019 saylı 22 noyabr 2019-cu il tarixli və 7(102)- 5/2021 saylı 3 mart 2021-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğun olmayan hesab edilməsi və müvafiq məhkəmə işlərinə Azərbaycan Respublikasının prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yenidən baxılması üçün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müraciət edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi özünün 23 iyul 2021-ci il tarixli qərardadı ilə şikayətin icraata qəbul edilməsindən imtina edilməsi və AR-sı CPM-nin 253-cü maddəsinin tələblərinə uyğun olaraq əmlak üzərinə səhvən qoyulmuş həbsin götürülməsinə dair iddianın mülki mühakimə icraatı qaydasında verilməsi hüququ barədə izahat vermişdir. Həmin qərardada və izahata uyğun olaraq Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə bu iddia ərizəsi ilə müraciət edilir.Bakı Apellyasiya Məhkəməsində bundan əvvəl icraat vaxtı İddiaçı -Akif qızı öz əli ilə yazdığı 04.07.2018-ci il tarixli ərizəni Bakı Apellaysiya Məhkəməsinə göndərmiş, ərizədə o, bildirmişdir ki, adı çəkilən mənzil 09 avqust -997-ci ildə bacısı X6 əri X19 tərəfindən alqı-satqı yolu ilə alınmaqla və dəyəri Ə.Fərəcov tərəfindən ödənilməklə alınmış, lakin onun adına rəsmiləşdirilmişdir. Belə ki, həmin vaxtı onların Bakı şəhərində yaşayış yeri üzrə daimi qeydiyyatları olmadığından, mənzillər onun adına rəsmiləşdirilmişdir. Həmin vaxtdan mənzillərdə onun bacısı, ailə üzvləri ilə qeydiyyatda olmaqla yaşayırlar. Bu mənzilin nə ona, nə də ki, əri Şahin Əliyevə bir aidiyyatı yoxdur. Ərizə poçt vasitəsi ilə məhkəməyə göndərilmiş, işə əlavə edilmişdir, bu iddia ərizəsinə də əlavə olunur.Bakı Apellyasiya Məhkəməsində icraat vaxtı şahid X19 izahat verərək bildirmişdir ki, onun həmin dövrdə Bakı şəhərinə daimi qeydiyyatı olmadığından mənzili baldızının adına sənədləşdirmişdir. Həmin mənzillərin uzun müddət İddiaçı adında qalması və bu mənzilləri öz adına sonradan rəsmiləşdirməməsini onunla izah etmişdir ki, Bayıl qəsəbəsində həmin ərazi söküntü zonasında olduğundan, tezliklə mənzillərin söküləcəyi səbəbindən bu mənzilləri öz adına keçirməmişdir.Bundan əlavə X14, onun arvadı X6, uşaqları: X4 və X12 şəxsiyyət vəsiqələrinin notarial təsdiq edilmiş surətləri Bakı Apellyasiya Məhkəməsinə təqdim edilmişdir ki, bu sənədlərdən görünür ki, onlar mübahisə olunan mənzilə yaşayış yeri üzrə qeydiyyatdadırlar. Bu mənzillrə nə Şahin Əliyevin, nə də İddiaçı yaşayış yeri üzrə qeydiyyatları da yoxdur. Odur ki, iddianın təmin olunması xahiş olunur. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi-vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək, təmin olunmamasını xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, hazırki məsələ cinayət mühakimə icraatı qaydasında məhkəmədə baxılarkən kifayət qədər araşdırılmış və haqlı olaraq sözügedən əmlakların üzərinə həbs qoyularaq müsadirə edilmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki iş materiallarına əlavə olunmuş: Binəqədi rayon Məhkəməsinin 19 fevral 2015-ci il tarixli Qərarının surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, T.Ulyançev küçəsində (hazırda Aqil Quliyev) yerləşən 13 saylı evin 16-17, 19 saylı mənzillərinin üzərinə həbs qoyulmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 sentyabr 2016-cı il tarixli hökmünün surətindən ( hökmün 54-cü vərəqəsi) görünür ki, Bakı şəhəri, Səbail rayonu, T.Ulyançev küçəsində (hazırda Aqil Quliyev) yerləşən 13 saylı evin 16-17, 19 saylı mənzillərinin sənədlərindən görünür ki, bu mənzillər 1997-ci ildə İddiaçı adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir ki, bu dövrdə də Şahin Əliyev hazırki cinayət əməlini hələ törətməmişdi. O, 2004-cü ildən "xxxx" MTK-nın sədri vəzifəsində işləmiş və cinayət işinin materiallarından görünür ki, Şahin Əliyev binada olan mənzilləri müxtəlif illərdə satsa da, o, ilk dələduzluq cinayət əməlini 2008-ci ilin yanvar ayında Zemfira Vəliyevaya qarşı törətmiş, ittiham olunduğu digər epizodlar üzrə əməlləri isə bundan sonrakı dövrlərə təsadüf etmişdir. Bu isə o deməkdir ki, Şahin Əliyev bu mənzilləri cinayət yolu ilə əldə edilmiş əmlak hesabına əldə etməmişdir. Digər tərəfdən, cinayət işinin həmin cildinin 32-40-cı vərəqində olan ərizə, sənədlər və 2 formalı arayışla müəyyən olunur ki, 19 №-li mənzil İddiaçı adına rəsmiləşdirilsə də, həmin mənzildə sonuncunun doğma bacısı X15, sonuncunun həyat yoldaşı Fərəcov Əsəd Alı oğlu, onların Aynur və Akif adlı uşaqları qeydiyyatda olmaqla birgə yaşayırlar. Bu isə o deməkdir ki, bu mənzillər formal olaraq Arifə Abbasovanın bacısı olan Şahin Əliyevin həyat yoldaşı İddiaçı adına qeydiyyatdan keçmişdir. AR CPM-nin 248.1.1-ci maddəsinə əsasən əmlak üzərinə həbs mülki iddianı və cinayət qanunu ilə nəzərdə tutulmuş hallarda xüsusi müsadirəni təmin etmək məqsədi ilə tətbiq edilir. Qeyd olunan maddədə əmlak üzərinə həbs qoyulmasını şərtləndirən tələb həm də ondan ibarətdir ki, bu tədbir cinayət qanunu ilə nəzərdə tutulmuş hallarda əmlak müsadirəsinin təmin edilməsi məqsədi ilə həyata keçirilir. Əmlak üzərinə həbs qoyulmasının əsası qismində mülki iddiaçının və ya əmlak müsadirəsinin təmin edilməsi məqsədilə üzərinə həbs qoyula bilən əmlakın gizlədilməsinə, özgəninkiləşdirilməsinə və ya məhv edilməsinə dair əsaslandırılmış ehtimalların olması çıxış edir. Əmlak üzərinə həbs qoymanın hüquqi əsasını isə təxirəsalınmaz hallarda müstəntiqin, digər bütün hallarda isə məhkəmənin qərarı təşkil edir. CPM-nin 248.3-cü maddəsinə əsasən həbs təqsirləndirilən şəxsin ər-arvadın birgə mülkiyyəti və ya onun digər şəxslərlə mülkiyyətindəki payı üzərinə qoyulur. Əmlakın cinayətin törədilməsində alət və ya vasitə kimi istifadə edilməsinə, cinayətin predmeti olmasına, cinayət yolu ilə əldə edilmiş vəsait hesabına əldə edilməsinə və ya artırılmasına kifayət qədər sübutlar olduqda, həbs bütün əmlakın, yaxud onun çox hissəsinin üzərinə qoyulur. Cinayət yolu ilə əldə edilmiş əmlak və ya cinayətin predmeti istifadə edildiyi, özgəninkiləşdirildiyi və ya başqa səbəblərdən dövlət nəfinə alına bilinmədiyi halda həmin əmlakın dəyəri məbləğində təqsirləndirilən şəxsə məxsus olan pul və ya digər əmlak üzərinə həbs qoyulur. Məhkəmə əmlakın üzərində həbsin saxlanılması məsələsini həll edərkən həmin əmlakın mülkiyyətçisinin və ya qanuni sahibinin müəyyənləşdirilməsini vacib hesab edir. Binəqədi rayon Məhkəməsinin 19 fevral 2015-ci il tarixli Qərarı ilə üzərinə həbs qoyulmuş mənzillər təqsiləndirilən şəxs Şahin Əliyevin həyat yoldaşı İddiaçı xüsusi mülkiyyətində olmuşdur. Lakin Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 sentyabr 2016-cı il tarixli hökmündə də qeyd edilmişdir ki, sözügedən əmlaklar əldə edilərkən Şahin Əliyev tərəfindən məlum dələduzluq əməlləri hələ törədilməmişdir. Bundan başqa həmin əmlaklar İddiaçı xüsusi mülkiyyəti kimi qeydiyyatdan keçirilsə də, nə mülkiyyətçinin özü, nə də ki hər hansı bir ailə üzvü həmin mənzillərdə qeydiyyatda olmamışdırlar. Əvəzində isə iddiaçının iddia ərizəsində faktiki mülkiyyətçi kimi qeyd etdiyi bacısı Arifə Əliyeva və onun ailə üzvləri həmin mənzillərdə qeydiyyatda olmuş və yaşamışlar. Məhkəmə qeyd edir ki, hüququn qanunun aliliyi və bərabərlik təməl prinsiplərinin tələblərindən çıxış edilərək, dövlətin mülkiyyət münasibətlərinə müdaxiləsi özbaşına olmamalı və cəmiyyətin mənafeyinin tələbləri ilə əsas hüquqların qorunması üçün zəruri şərtlər arasındakı tarazlıq pozulmamalıdır. CPM-nin 253-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə aidiyyəti olmayan əmlak üzərinə səhvən həbs qoyulduğunu hesab edən şəxslər cinayət prosesini həyata keçirən orqan qarşısında əmlakın həbsdən azad edilməsi barədə müraciət etmək hüququna malikdirlər. Cinayət prosesini həyata keçirən orqan müraciətin təmin edilməsindən imtina etdikdə və ya müraciət alındığı vaxtdan 10 (on) gün müddətində müraciət etmiş şəxsə məlumat vermədikdə, həmin şəxs əmlakın həbsdən azad edilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək hüququna malikdir. Tələbin kimin əmlakına yönəldilməsi məsələsi həll edilərkən əmlakın həbsdən azad edilməsi barədə iddia üzrə məhkəmənin qərarı müstəntiq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror, habelə cinayət işinə baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu maddələrinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Mülki Məcəllənin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə qeyd edir ki, hazırda əsassız olaraq iddiaçıya məxsus əmlakların üzərində həbsin mövcudluğu iddiaçının konstitusion hüquqlarını pozmaqla eyni zamanda onun öz əmlakı barəsində sərbəst surətdə sərəncam hüquqlarını da məhdudlaşdırır. Konstitusiya Məhkəməsinin Plenumunun C.İsmayılzadənin şikayəti üzrə 13.02.2007ci il tarixli Qərarında qeyd edilmişdir ki, Konstitusiyada nəzərdə tutulmuş təminatların yerinə yetirilməsi baxımından ədalət mühakiməsinin keyfiyyətcə səmərəli və ədalətli həyata keçirilməsi, qanunvericilikdə hüquq və vəzifələrin həcminin prosessual prosedur, qaydalar, xüsusən də müddətlər çərçivəsində balanslaşdırılması zəruriliyini ortaya çıxarır ki, bu da məhkəmə icraatı zamanı məhkəmənin (hakimin), tərəflərin, prosesin digər iştirakçılarının, həmçinin maraqlı şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına xidmət edən mühüm şərtlərdən biridir. Bundan başqa Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 24.02.2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 139-cu maddəsinin mənasına görə, cinayət işi üzrə icraat zamanı təqsirləndirilən şəxsə məxsus və müsadirə olunan əmlakın cinayətin törədilməsi nəticəsində əldə olunmasını və ya bu əmlakdan əldə olunmuş gəlir olmasını, yaxud cinayətin törədilməsi üçün istifadə olunan və ya istifadəsi nəzərdə tutulan silah, alət və ya sair vasitələr olmasını, habelə təqsirləndirilən şəxsə məxsus olmasa da, onun törətmiş olduğu cinayət nəticəsində əldə olunmuş əmlak olmasını təsdiq edən hallar sübuta yetirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299.3.2-ci maddəsinə müvafiq olaraq, məhkəmənin hazırlıq iclasında cinayət işi üzrə ibtidai araşdırma zamanı bu Məcəllənin tələblərinin pozulub-pozulmaması məsələsinə baxılır. Bu zaman mülki iddianın və ola biləcək xüsusi müsadirənin təmin edilməsi üçün görülmüş tədbirlərə məhkəmə müvafiq hüquqi qiymət verməlidir. Qeyd edilənlər məhkəmənin hazırlıq iclasında baş vermədiyi halda, məhkəmə baxışı zamanı siyahıya alınmış əmlakın həqiqətən təqsirləndirilən şəxsə mənsub olub-olmaması yoxlanılmalı, həbsin təqsirləndirilən şəxsə mənsub olmayan əmlakın üzərinə qoyulmasını təsdiqləyən hallar olduqda isə həmin əmlakın təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət nəticəsində əldə olunub-olunmamasına hüquqi qiymət verilməli, gəlinmiş nəticəyə müvafiq olaraq həmin əmlakın siyahıdan çıxarılması, onun həbsdən azad olunması və qanuni sahibinə qaytarılmasına dair qərar qəbul edilməlidir. Təqsirləndirilən şəxs olmayan, yaxud onun hərəkətinə görə qanunla maddi məsuliyyət daşımayan şəxsə mənsub olan əmlaka münasibətdə xüsusi müsadirə o halda tətbiq edilir ki, əmlakın həmin şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.3-cü maddəsində sadalanan şərtlərlə əldə edilməsinə dair əsaslı sübutlar mövcud olsun. Məhkəmə iş materiallarında olan sənədlərə və yuxarıda göstərilən hüquq normalarına istinad edərək belə qənaətə gəlir ki, əmlaklar üzərinə həbs qoyulmasını şərtləndirən vacib əsaslardan biri məhz həmin əmlakların cinayət yolu ilə əldə edilmiş əmlak hesabına əldə edilmiş olmasıdır. Lakin həbsdən azad edilməsi xahiş olunan mənzillərin məhz təqsirləndirilən şəxs Şahin Əliyevin törətdiyi dələduzluq cinayəti yolu ilə əldə etmiş olduğu əmlak hesabına əldə edildiyi iş materialları ilə öz təsdiqini tapmır. Belə ki, sözügedən əmlaklar iddiaçı tərəfindən əldə edilərkən onun həyat yoldaşı Şahin Əliyev tərəfindən məlum dələduzluq əməli hələ törədilməmişdir. Bu isə belə nəticəyə gəlməyə əsas verir ki, sözügedən mənzillər cinayət yolu ilə əldə edilmiş əmlak hesabına əldə edilmiş mənzillər hesab edilməməli və bu səbəbdən bu mənzillər həbsdən azad edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Səbail rayonu, T.Ulyançev küçəsində (hazırda Aqil Quliyev) yerləşən 13 saylı evin 16-17, 19 saylı mənzilləri həbsdən azad edilsin. Qətnamədən təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar