Məhkəmə qərarları › İş №2(009)-1361/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1361/2025

23.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1361/2025 23.05.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinin mümkünlüyü məsələsinə baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair barədə iddia ərizə ilə məhkəməyə müraciət etmişdir. Hakim iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi aşağıdakı əsaslara görə geri qaytarılmalıdır. Hakim qeyd edir ki, iddia ərizəsi ərazi aidiyyəti üzrə düzgün olmayaraq Səbail rayon Məhkəməsinə verilmişdir. İddiaçı tərəfindən məhkəməyə verilən iddia ərizəsində, cavabdehin faktiki yaşayış ünvanı kimi Bakı şəhəri, Səbail rayonu, X1 küçəsi 31 kimi göstərərək iddia ərizəsini Səbail rayon Məhkəməsinə təqdim edilmişdir. Həmçinin “Elektron Məhkəmə İnformasiya Sistemindən” əldə edilmiş çıxarışa əsasən isə cavabdehin Cavabdeh qeydiyyatda olduğu ünvanın ünvan 2r. AR MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Hakim izah edir ki, şəxsin bir neçə yaşayış yeri ola bilər və şəxs yaşayış yerinin dəyişməkdə sərbəstdir. Lakin qanunla şəxsin yalnız bir ünvan üzrə qeydiyyatı mümkündür. Qanunvericilik məhkəməyə verilən iddiaların ərazi aidiyyətini cavabdehin faktiki yaşayış yeri üzrə deyil, rəsmi qeydə alındığı yerə görə müəyyən etmişdir. Hakim qeyd edir ki, Cavabdeh qeydiyyat ünvanının aid olduğu yer Səbail rayonu deyil, Hacıqabul rayonuna aiddir. Hakim hesab edir ki, iddia ərizəsi aidiyyət qaydalarına riayət edilmədən məhkəməyə təqdim edilmişdir. Göstərilən Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə hakim hesab edir ki, iddiaçı tərəfindən verilən iddia ərizəsi üzrə mülki iş ərazi aidiyyəti üzrə Səbail rayon Məhkəməsində baxılmalı olmadığından hazırki iddia ərizənin məhkəmə icraatı qeyri-mümkündür və bu səbəbdən iddia ərizəsi geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və AR MPM-nin 35.1, 40.1 və 152.1.3-cü maddələrini rəhbər tutaraq hakim… QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ərazi aidiyyəti üzrə Səbail rayon Məhkəməsində baxılmalı olmadığından sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Qeyd: Şikayət elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar