Məhkəmə qərarları › İş №2(009)-1382/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1382/2023

20.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1382/2023 20.09.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əzizova Nurlanə Əziz qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 400 manat yazılmış cərimə məbləğinə görə, 240 manat cərimənin üzərinə gəlmiş dəbbə puluna görə və icarə haqqına görə günü 40 manat olmaqla 2 ay üçün toplanmış 2400 manat məbləğində, cəmi 3040 manat pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, **-PJ-*** və **-PJ-*** dövlət qeydiyyat nişanlı “Chevrolet Cruze” markalı avtomobilin hər ikisi lizinq ilə iddiaçı tərəfindən "xxxx" MMCdən alınmışdır. Sözügedən avtomobillərin alınma səbəbi Cavabdeh MMC ilə iddiaçı arasında bağlanmış şifahi müqavilə olmuşdur. Şifahi müqaviləyə əsasən iddiaçı avtomobilləri satın alıb cavabdeh MMC-ə verməli, cavabdeh MMC isə avtomobilləri icarəyə verərək əldə olunan gəlirdən **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobildən günlük 40 (qırx) manat, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobildən isə günlük 50 (əlli) manat iddiaçıya ödəməsi razılaşdırılmışdır. xx.xx.2022-ci il tarixində Cavabdeh MMC müştərisi olan Dilarə Abdullabəyova adında şəxsə **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə vermişdir. xx.xx.2022-ci ildə isə sözügedən avtomobil həmin şəxs tərərfindən sərxoş vəziyyətdə idarə olunarkən DYP əməkdaşları tərəfindən saxlanılmış və avtomobil cərimə meydançasına aparılmışdır. İXM-nin 333.1-ci maddəsi ilə protokol tərtib edilərək 400 (dörd yüz) manat məbləğində cərimə yazılmışdır. Protokol üzrə yazılmış cərimə ödənilmədiyinə görə xx.xx.2023-cü ilədək üzərinə 240 (iki yüz qırx) manat dəbbə pulu gəlmişdir. xx.xx.2023-cü ildən isə avtomobil üzərinə həbs qoyulduğuna görə iddiaçı avtomobildən faktiki olaraq istifadə hüququndan məhrum olunmuşdur. Eyni zamanda qeyd edir ki, sözügedən avtomobil gəlir əldə etmək məqsədi ilə alındığına görə gündəlik icarəyə verib mənfəət qazanmaq faktiki olaraq mümkünsüz hala gəlmişdir. xx.xx.2023-cü tarixindən bu günədən gündəlik 40 (qırx) manat əldən çıxmış faydanın olması göz qabağındadır. Bundan əlavə, iddiaçı sözügedən avtomobillərin ödənişlərini ödəyə bilmədiyinə görə ciddi maddi çətinliklərlə üz-üzə qalmışdır. Buna görə də, anası X1 adına kredit götürməyə məcbur olmuşdur. Lizinq və götürülən kreditin faizini iddiaçının hər ay ödəmək qabilliyyəti olmadığına görə kredit üzərinə gələn faiz artan sırayla davam etməkdədir. Qeyd edilmiş faktiki və hüquqi əsaslara görə iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etmiş, eləcə də bildirmişdir ki, DYPİ tərəfindən Dilarə Abdullabəyovaya yazılmış 400 manat cərimə və cərimənin üzərinə gəlmiş 240 manat dəbbə pulu, cəmi 640 manat onun tərəfindən ödənilmişdir. Belə ki, hadisədən sonra maşın 1 həftə cərimə meydançasında qaldı və həmin xanım cəriməni və dəbbə pulunu ödəmədi və ümumiyyətlə tapılmadı. O da maşını cərimə meydançasından çıxartmaq üçün cəriməni və dəbbə pulunu ödəmək məcburiyyətində qaldı. Hesab edir ki, cavabdeh maşını Dilarə Abdullabəyovaya qanunsuz verdiyinə görə həmin məbləğ cavabdehdən tutulub ona verilməlidir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Qanuni nümayəndə iddia tələbini qəbul etməyərək izah etmişdir ki, iddia ərizəsi tam əsassız və qanunsuzdur. Belə ki, AR Mülki Məcəlləsinin 690.1-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinin ləğvinə dair bildiriş yazılı formada verilməlidir. Halbuki iddiaçı ilə aralarında hər hansı bir müqavilə bağlanılmamış və öhdəlik götürülməmişdir. İddiaçı öz ərizəsində qeyd edir ki, hadisəni Dilarə Abdullabəyova törətmişdir və onun qərəzli hərəkətləri nəticəsində ona ziyan dəymişdir. İddiaçı tərəfindən cavabdeh şəxs hadisəni törədən şəxs qoyulmalı olduğu halda əsassız olaraq bu işdə heç bir təqsiri olmayan Cavabdeh MMC cavabdeh qoyulmuşdur. Hadisənin baş verdiyi vaxt avtomobil qanuni əsaslarla Dilarə Abdullabəyovanın sahibliyində olduğundan iddia tələbi cavabdeh MMC-yə münasibətdə təmin edilə bilməz. Hazırki işdə deliktin törədilməsində Cavabdeh MMC-nin təqsiri müəyyən edilmir, bu səbəbdən hazırki iddia tələbi Cavabdeh MMC-yə münasibətdə təmin edilə bilməz. Qeyd olunan səbəblərdən iddia tələbinin Cavabdeh MMC-yə yönəldiyindən təmin edilməməlidir. Ona görə də, iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə işə baxıb, tərəflərin izahatını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakılara əsasən iddia əsassızdır və təmin edilməməlidir. İş materiallarında olan Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli müqaviləsindən görünür ki, Cavabdeh MMC Chevrolet Cruze markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2022-ci il tarixədək X2 icarəyə verilmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli, 471 nömrəli etibarnaməsindən görünür ki, Cavabdeh MMC şirkəti ona məxsus olan Chevrolet Cruze markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2022-ci il saat 18:00 tarixindən xx.xx.2022, saat 18:00 tarixənədək idarə etməyi X2 həvalə etmişdir. İş materiallarında olan AD 779353 nömrəli, xx.xx.2020-ci il traixli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, X7 markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi "xxxx" MMC-dir. İş materiallarında olan "xxxx" MMC-nin etibarnaməsindən görünür ki, "xxxx" MMC mülkiyyət hüququ ilə ona məxsus olan X7 markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobilinin sublizinq və icarə müqaviləsi əsasında idarə edilməsi hüququnun sürücülük vəsiqəsi olan fiziki şəxslərə ötürülməsi səlahiyyəti xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək Cavabdeh MMC-yə həvalə edilir. İş materiallarında olan Bakı şəhəri DYPİ-nin TR ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etməsinə görə X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə barəsində 400 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 06/5795/YİLİZ nömrəli X6 Müqaviləsindən görünür ki, lizinq verən "xxxx" MMC xüsusi mülkiyyətində olan Chevrolit Cruze, 2018-ci buraxılış ilin, ban No 1G1BESSM717165505 ban nömrəli nəqliyyat vasitəsini 36 ay müddətinə (xx.xx.2025ci il tarixinədək) lizinq alan fərdi sahibkar İddiaçı müvəqqəti sahiblik və istifadəsinə verməyi öz öhdəsinə götürür. Lizinq alan isə bu müqavilənin şərtlərinə uyğun olaraq lizinq obyektindən istifadəyə görə lizinq verənə şərtləndirilmiş muzd ödəməyi öz öhdəsinə götürür. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyət Cəmiyyətinin etibarnaməsindən görünür ki, "xxxx" Məhdud Məsuliyyət Cəmiyyətinə məxsus X7 markalı, gümüşü metalik rəngli, dövlət nömrə nişanlı **-PJ-***, mühərrik No, ban No 1G1BE5SM7J7165505 olan minik avtomobilini idarə etmək hüququ Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362.5-ci maddəsinə uyğun olaraq İddiaçı etibar edilmişdir. Bu etibarnamə xx.xx.2023-cü il tarixdə verilmişdir, xx.xx.2023-cü il tarixinədək qüvvədədir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüququ şəxslər cavabdeh hesab olunurlar. Bununla əlaqadar olaraq, iddiaçı tərəfindən onun hüquqlarını həqiqətən pozan şəxsin düzgün müəyyən edilməsinin mühüm əhəmiyyəti vardır. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, xx.xx.2022-ci il tarixli, 06/5795/YİLİZ nömrəli X6 Müqaviləsinə əsasən "xxxx" MMC xüsusi mülkiyyətində olan Chevrolit Cruze, 2018-ci buraxılış ilin, ban No 1G1BESSM717165505 ban nömrəli nəqliyyat vasitəsini 36 ay müddətinə (xx.xx.2025-ci il tarixinədək) lizinq alan fərdi sahibkar İddiaçı müvəqqəti sahiblik və istifadəsinə vermişdir. Bundan sonra "xxxx" MMC xx.xx.2022-ci il tarixli etibarnamə ilə mülkiyyət hüququ ilə ona məxsus olan X7 markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobilinin sublizinq və icarə müqaviləsi əsasında idarə edilməsi hüququnun sürücülük vəsiqəsi olan fiziki şəxslərə ötürülməsi səlahiyyətini xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək Cavabdeh MMC-yə həvalə etmişdir. Cavabdeh MMC isə xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə əsasən Chevrolet Cruze markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2022-ci il tarixədək X2 icarəyə vermişdir. Məhkəmə iclasında eləcə də müəyyən edilmişdir ki, Bakı şəhəri DYPİ-nin TR ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarına əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etməsinə görə X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə barəsində 400 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Beləliklə, yuxarıda şərh olunanlardan görünür ki, İddiaçı tərəfindən əsl olmayan cavabdehə qarşı iddia irəli sürülmüşdür ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən tələbin ona cavab verməli olmayan şəxsə verilməsi, irəli sürülən tələbin sübüt edilməməsini təsdiq edir, ona görə də, onun təmin edilməməsinə gətirib çıxarır. Məhkəmə hesab edir ki, hadisənin baş verdiyi vaxt avtomobil qanuni əsaslarla Dilarə Abdullabəyovanın sahibliyində olduğundan iddia tələbi “400 manat yazılmış cərimə məbləğinin və cərimənin üzərinə gəlmiş 240 manat dəbbə pulunun Cavabdehndən tutulması” hissəsində ona cavab verməli olmayan şəxsə qarşı irəlü sürüldüyündən əsassızdır və ona görə də, təmin edilməməlidir. Məhkəmə iddia tələbinin “icarə haqqına görə günü 40 manat olmaqla 2 ay üçün toplanmış 2400 manat məbləğində pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulması” hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə vurğulayır ki, iddia tələbinin göstərilən hissəsinə məhz sübutlar, sübutetmə, sübutların qiymətləndirilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin müəyyən etdiyi prinsip və göstərişlərinə uyğun olaraq qiymət verilməlidir. Qeyd edilən tələbə əməl edilməməsi ədalətsiz qətnamə qəbul edilməsi ilə nəticələnə bilər. Oxşar mövqe Konstitusiya Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “... Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz”. İddiaçı “icarə haqqına görə günü 40 manat olmaqla 2 ay üçün toplanmış 2400 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması” tələbinin əsası kimi istinad etdiyi sübutları təqdim edə bilməmişdir. Halbuki mülki prosessual qanunvericiliyin tələbinə əsasən qeyd edilən halın sübut edilməsi məhz iddiaçının vəzifəsidir. Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə hesab edir ki, qeyd olunan hissədə də iddia tələbi əsassızdır və təmin edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar