Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1389/2023 21.11.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı Dı̇ lavər oğlunun, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 nümayəndəsi X6, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 iştirakları ilə, İddiaçı Dı̇ lavər oğlunun (X10 və X4 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdeh Qədı̇ rov Vüqar Bəhlul oğluna qarşı "pul" tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Təsviri hissə: İddiaçı Dı̇ lavər oğlu (X10 və X4 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdeh Qədı̇ rov Vüqar Bəhlul oğluna qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 6400 manat məbləğində pulun, məhkəmədə iddia qaldırmaq üçün ödədiyi 138,6 manat dövlət rüsumunun əvəzinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: İddiaçı Dı̇ lavər oğlu ilə Cavabdeh arasında sonuncunun mülkiyyətində olan OPEL VECTRA MİNİK markalı, 90FF260 dövlət qeydiyyat nömrəli avtomobilin cavabdeh tərəfindən ona 6400 manat məbləğinin müqabilində satılması barədə razılığa gəldikdən sonra cavabdeh ona ilkin olaraq xx.xx.2023-cü ildə “Nəqliyyat vasitəsindən istifadə edilməsi haqqında’’ notariat qaydasında təsdiq edilmiş etibarnamə vermiş, o, da bunun müqabilində 6400 manat məbləğini avtomobilin ona satılmasına görə cavabdehə şahidlərin iştirakı ilə ödəmişdir. Onunla cavabdeh arasında avtomobilin alqısatqısı barədə razılaşma əldə edilməsini və onun tərəfindən buna görə cavabdehə 6400 manat məbləğinin ödənilməsini şahidlər də təsdiq edə bilərlər, həmin şahid ifadələrini o, məhkəmə iclasında şahid qismində təqdim edəcəkdir. Habelə cavabdehin ona verdiyi nəqliyyat vasitəsindən istifadə haqqında etibarnamə də bunu təsdiq edir. Lakin ondan avtomobilə görə 6400 manat məbləğini almasına baxmayaraq cavabdeh öz öhdəliyini icra etməmiş, avtomobilə dair onun adına verdiyi etibarnaməni bir həftə sonra ləğv etmiş, avtomobilin alqı-satqısı barədə onunla müqavilə bağlamaqdan boyun qaçırmış, həmin avtomobilin üçüncü şəxs X5 istifadəsinə verilməsinə dair xx.xx.2023-cü il tarixli etibarnamə vermişdir. Yəni cavabdeh avtomobilin ona, ödədiyi məbləğ müqabilində satılması barədə öz öhdəliyini icra etməmiş və onun vəsaitini də qaytarmaqdan imtina etmişdir. Hazırda ona məxsus olan 6400 manat pul vəsaiti cavabdehin qanunsuz sahibliyindədir və cavabdeh həmin məbləği geri qaytarmaqdan imtina edir. Etirazın dəlilləri: Cavabdeh Qədı̇ rov Vüqar Bəhlul oğlu məhkəməyə etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, İddiaçı 2022-ci ilin avqust ayında onun adında olan OPEL VECTRA **-FF- *** nömrə nişanlı avtomobili kürəkəni X5 görüb bəyəndiyini və almaq istədiyini bildirdi. Həmin vaxt o, Şəki rayonuna məzuniyyətinə getdiyini, məzuniyyətdə olan zaman maşın lazım olacağını və qayıdandan sonra alqı-satqı etməklərini bildirmişdir. Avqust ayının axırı o, məzuniyyətdən qayıtmış və İddiaçı kürəkəni Bəyalı ilə birlikdə notariusda X7 etibarnamə vermişdir. İki gün sonra İddiaçı onun yaşadığı evdə - Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev, ev 79, mənzil 125-də 6600 manat pulu ona verdi. Ancaq ikisi olmuşdur. Fevral ayında İddiaçı kürəkəninin özünü yaxşı aparmadığını bildirdi və vəkalətin ləğv edilməsini ondan xahiş etdi. Onlar birlikdə vəkalətnaməni ləğv etdilər. İki-üç gündən sonra yenə ona maşını polisə verərək həbs etdirməyi desə də o, razı olmamışdır. Axşam yenə İddiaçı onlara gəlmiş və özünə vəkalətnamənin verməyini istəmişdir. Onların evində online sürmək üçün vəkalətnamə vermişdir. İddiaçı kürəkənindən maşını ala bilmədiyindən maşına həbs qoydurmuşdur. Qarşı tərəf Sultanlı Bəyalı onlara gəlib etiraz etmiş və başqa qurumlara şikayət etmişdir ki, bu da onun işlədiyi quruma – Müdafiə Nazirliyinə qədər gedib çıxmışdır. Bundan sonra, o, İddiaçıı çağırıb vəziyyəti ona başa salmış və vəkalətnaməni kürəkəni olan Sultanlı Bəyalıya vercəyini söyləmişdir. Axşam İddiaçı yoldaşı tanımadığı 55 və 70 yaşlarında olan kişilərlə onun evinə gəlib ona təzyiq göstərmiş, lakin o, fikrini dəyişməyəcəyini bildirmişdir. Ondan sonra ona tanımadığı nömrələrlə mesajlar “görərsən sənə nələr olacaq” yazmışlar. İddiaçı yazdığı iddiada səhv məlumat bildirib. X5 dindirilməsini və yaxud cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı Dı̇ lavər oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq göstərmişdir ki, cavabdeh Qədı̇ rov Vüqar Bəhlul oğlu ilə 2022-ci ilin avqust ayında onun adında olan OPEL VECTRA **-FF-*** nömrə nişanlı avtomobili kürəkəni X7 alınması ilə bağlı razılığa gəldilər və onun yoldaşı bankdan pul götürdü ki ödəniş etsinlər, lakin pulu banka Sultanlı Bəyalı özü ödəyəcək idi. Avtomobili almaq üçün əvvəl cavabdehə 200 dollar beh vermiş, 20 manat da dollarlara əlavə edib ödəmişdir. Daha sonra evində 6400 manat ödəniş etmişdircavabdehə, o da kürıkıninin adına sürmək üçün etibarnamə vermişdir. Lakin bir müddət sonra kürəkəni ilə qızı arasında münasibətlər pisləşdi və o cavabdehə etibarnaməni ləğv edib onun öz adına verməsini dedi, cavabdeh də kürəkəninin adına olan etibarnaməni ləğv etdi və onun adına etibarnamə verdi. Bundan xəbər tutan Sultanlı Bəyalı cavabdehə etiraz etmiş və ondan şikayət etmişdir ki, cavabdeh də çəkindiyinə görə yenidən fevral ayında onun adına bu dəfə sərəncam vermək üçün etibarnamə vermiş, o da daha sonra avtomobili satmışdır. Lakin hazırda avtomobili Sultanlı Bəyalı özü idarə edir. Hazırda bankın pulunu o ödəmək məcburiyyətindədir, çünki bankın pulunu Sultanlı Bəyalı ödəməmişdir. O ödəmədiyi üçün pulu Cavabdeh tələb edir. İddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 nümayəndəsi X11 iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı ilə quda olmuşdur. Nikah dövründə münasibətləri yaxşı olmuşdur. Oğlunun atası olmadığına görə ona atalıq etmişdir. Oğlu maşın almaq istəyəndə əlində 6000 manat pulu var idi. Gəlin gələndə yaxşı mebel gətirmişdi, hansısa səbəbdən mebeli gəlingil özləri satmaq qərarına gəldilər və əvəzinə yeni mebel aldılar, oğlu əlində olan pulun bir qisminə iddiaçının qızına telefon aldı, qalan pula da yeni mebeli aldı, o pulu oğluna qaytarmalı idilər. Oğlunun maşın pulu idi. Hər bir şey iddiaçının vasitəsi ilə alınıb, çünki ağsaqqal o idi. Maşın hazırda Südabə xanımdadır. İddiaçının qızının müalicəsinə görə bütün ödənişləri o, özü etmişdir. Buna görə Südabə xanımdan borc istəmişdir. Ümumilikdə 7300 manat Südabə xanıma borcu var idi, 6000 manatın əvəzi olaraq maşını onun adına keçirtmiş, qalan borcu hər ay 100 manat olmaqla qaytarır. Oğlu Südabə xanımın oğlu ilə dostdur. Ona görə tanıyır Südabə xanımı. İddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak etmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 izahatında bildirmişdir ki, X10 onun oğlunun dostudur. X11 da onun anasıdır. X8 həm toy ərəfəsində həm də daha sonra 6.000 və 1300 manat məbləğində pul vermişdir. Pulu qaytamasını çox gözləmiş lakin pulu vaxtında qaytarmadılar. Gəlini hamilə oldu, xəstələndi. Pula ehtiyacı var idi. 6000 manat borcun əvəzində maşını onun adına keçirtdilər, maşın hazırda onun qapısındadır. Oğlu ilə Sultanlı Bəyalı dost olduğu üçün ola bilər hərdən maşını ona verir. Maşını formal olaraq almamış, Bəyalıgilin borcunun qarşılığında almışdır. Maşının qiyməti hal-hazırda 6000 manat deyil, 3500-4000-dən çox olmaz. 6.000 manat pulu verilsə maşını qaytarmağa hazırdır. Qalan 1300 manat borcu hazırda hər ay 100 manat olmaqla ödəyir. Əlavə olaraq bildirmişdir ki, onun bildiyi qədəri ilə X11 çox yaxşı qayınana olmuş, gəlininə çox yaxşı baxmışdır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X16 İdarəsi tərəfindən məhkəməyə təqdim olunmuş «OPEL VECTRA» markalı **-FF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sonrakı qeydiyyat hərəkətlərinin aparılmasına əsas olmuş alqı-satqı müqavilələrinin, əlavə olaraq digər sənədlərin surəti və qeydiyyat hərəkətləri barədə məlumatların kompüter çıxarışından görünür ki, «OPEL VECTRA» markalı **-FF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2019-cu ildə Qədı̇ rov Vüqar Bəhlul oğlunun adına şəhadətnamə verilməklə qeydiyyata alınmış, xx.xx.2022-ci il tarixdə X5 adına bir il müddətinə-xx.xx.2022-xx.xx.2023-cü il ərzində nəqliyyat vasitəsinə sərəncam hüququna dair, xx.xx.2023-cü il tarixdə İddiaçı Dı̇ lavər oğlunun adına xx.xx.2023-xx.xx.2024-cü il tarixədək müddətə nəqliyyat vasitəsindən istifadə hüququna dair, təkrar xx.xx.2023-cü il tarixdə X5 adına bir il müddətinə-xx.xx.2023-xx.xx.2024-cü il ərzində nəqliyyat vasitəsinə dair sərəncam hüququna dair etibarnamə verilmişdir. - Nəqliyat vasitələrinin istifadə edilməsi haqqında 7E-1500 nöməli etibarnamədən görünür ki «OPEL VECTRA» markalı **-FF-*** dövlət qeydiyyat nişanlı avtomobili Qədı̇ rov Vüqar Bəhlul oğlu xx.xx.2023-cü il tarixdə İddiaçı Dı̇ lavər oğluna etibar etmişdir. - Nəqliyat vasitəsinə dair sərəncam verilməsi haqqında 694486 nöməli etibarnamədən görünür ki, «OPEL VECTRA» markalı **-FF-*** dövlət qeydiyyat nişanlı avtomobili Qədı̇ rov Vüqar Bəhlul oğlu xx.xx.2023-cü il tarixdə X7 etibar etmişdir. - Nəqliyyat vasitəsinin alqı-satqısı müqaviləsindən və DİN Baş X16 İdarəsi Qeydiyyat imtahan İdarəsinin komputer uçot bazasında mövcud olan məlumatların kompüter çıxarışından görünür ki, «OPEL VECTRA» markalı **-FF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixdə alqı-satqı müqaviləsi əsasında X1 keçirilmiş, həmin tarixdə X5 adına xx.xx.2023-cü il tarixdən xx.xx.2031-ci il tarixədək müddətə nəqliyyat vasitəsindən istifadə hüququna dair etibarnamə verilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Dı̇ lavər oğlu ilə cavabdeh X12 arasında sonuncunun mülkiyyətində olan «OPEL VECTRA» minik markalı, **-FF-*** dövlət qeydiyyat nömrəli avtomobilin 6400 manat məbləğinin müqabilində satılması barədə razılığa gəlindikdən sonra cavabdeh ona ilkin olaraq xx.xx.2023-cü ildə “Nəqliyyat vasitəsindən istifadə edilməsi haqqında’’ notariat qaydasında təsdiq edilmiş etibarnamə verməsini göstərsə də, işin faktiki hallarına əsasən avtomobilin ilk olaraq iddiaçının kürəkəni X2 barədə şifahi razılaşma əsasında 05 sentyabr 2022-ci il tarixdə onun da adına bir il müddətinə nəqliyyat vasitəsini sərəncam hüququna dair notariat qaydasında təsdiq edilmiş etibarnamə verilmişdir. Həmçinin müəyyən edilmişdir ki, bundan sonra Cavabdeh tərəfindən onunla aralarında olan razılaşmaya əsasən sonuncu iddiaçının adına 07 fevral 2023-cü ildən xx.xx.2024-cü il tarixədək müddətə “Nəqliyyat vasitəsindən istifadə edilməsi haqqında’’ notariat qaydasında təsdiq edilmiş etibarnamə vermişdir. Daha sonra isə 15 fevral 2023-cü il tarixdə Cavabdeh tərəfindən X7 təkrar nəqliyyat vasitəsinə dair sərəncam verilməsi haqqında notariat qaydasında təsdiq edilmiş etibarnamə verilmiş, sonuncu isə 23 fevral 2023-cü il tarixdə «OPEL VECTRA» markalı **- FF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini alqı-satqı müqaviləsi əsasında X1 keçirmişdir. Hazırda iddiaçı iddiasının maddi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2 və 157.5-ci maddələrinə istinad etməklə Cavabdeh ondan avtomobilə görə 6400 manat məbləğində pul vəsaitini almasına baxmayaraq öz öhdəliyini icra etməməsini, avtomobilə dair onun adına verdiyi etibarnaməni bir həftə sonra ləğv etməsini, avtomobilin alqı-satqısı barədə onunla müqavilə bağlamaqdan boyun qaçırmasını, həmin avtomobilin üçüncü şəxs X5 istifadəsinə verilməsinə dair 15 fevral 2023-cü il tarixli etibarnamə verməsini göstərməklə, ona məxsus olan 6400 manat pul vəsaiti cavabdehin qanunsuz sahibliyində olması və cavabdehin həmin məbləği geri qaytarmaqdan imtina etməsi nəticəsində hüquqlarının pozulmasına istinad etmişdir. Məhkəmə araşdırması zamanı verdiyi izahatında İddiaçı Dı̇ lavər oğlu avtomobilin alınması üçün pulu ödənişləri kürəkəni Sultanlı Bəyalının edəcəyi şərti ilə bankdan almasını, hazırda kürəkəninin pulu ona ödəmədiyi üçün onu Cavabdeh istəməsini göstərmişdir. Göründüyü kimi, iddiaçı faktiki olaraq cavabdeh tərəfindən ona pulun qaytarılması formasında ziyan vurulmasını onun X7 verilmiş etibarnaməni ləğv etməyərək sonuncu tərəfindən nəqliyyat vasitəsinin satılması nəticəsində zərər çəkməsi ilə əlaqələndirir. Cavabdeh tərəf isə iddiaçı ilə onun mülkiyyətində olan OPEL VECTRA MİNİK markalı, 90FF260 dövlət qeydiyyat nömrəli avtomobilin 6600 manat məbləğinin müqabilində onun kürəkəni X2 barədə şifahi razılaşma əsasında 05 sentyabr 2022-ci il tarixdə X5 adına bir il müddətinə nəqliyyat vasitəsinə sərəncam hüququna dair notariat qaydasında təsdiq edilmiş etibarnamə verilməsini, daha sonra X10 ilə İddiaçı Dı̇ lavər oğlunun qızının arasında ailədaxili problemlər yarandığından İddiaçı Dı̇ lavər oğlunun təkidi ilə onun adına 07 fevral 2023-cü ildə “Nəqliyyat vasitəsindən istifadə edilməsi haqqında’’ notariat qaydasında təsdiq edilmiş etibarnamə verdiyini, bundan sonra X5 şikayətləri nəticəsində təkrar 15 fevral 2023-cü il tarixdə onun adına bir il müddətinə nəqliyyat vasitəsinə dair sərəncam hüququna dair etibarnamə verdiyini, iddia tələbində göstərilənlərin heç bir hüquqi əsası olmamasına istinad edərək iddiaya etiraz etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İddiaçının iddia tələbinin maddi əsası kimi istinad etdiyi bu norma ilə əlaqədar məhkəmə qeyd edir ki, iddiaçı faktiki olaraq cavabdehdən tələb etdiyi pulun mülkiyyətçisi kimi onu cavabdehin qanunsuz sahibliyində olduğu üçün ondan tələb edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 135.1-ci maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən əmlak istənilən əşyaların və qeyrimaddi əmlak nemətlərinin toplusudur. İstinad olunan maddələrin tələblərinə əsasən pul əşya olduğu üçün, əmlak isə istənilən əşyaların toplusu olduğu üçün pul əmlak hesab edilir. Məhkəmə iddiaçının tələbinə qiymət verərək qeyd edir ki, əvvəla İddiaçı Dı̇ lavər oğlu avtomobilin alınması üçün pulu bankdan almasını və həmin pulun banka kürəkəni Sultanlı Bəyalının ödənişləri edəcəyi şərti ilə verməsinə dair razılaşma olmasına dair heç bir sübut növü təqdim etməmiş, iddiaçının bu dəlili işin faktiki və araşdırılmış halları ilə də uyğun gəlməmişdir. Belə ki, müəyyən edilmişdir ki, mübahisəli avtomobillə bağlı qonşusu olan cavabdehlə münasibətləri iddiaçının özünun başlaması işin mübahisəsiz halıdır. Yəni, avtomobilin cavabdehdən kürəkəni üçün alınması istəyini iddiaçı bildirmiş və faktiki olaraq etibarnamənin də sonuncunun adına verilməsinin təşəbbüskarı özü olmuşdur. Həmçinin müəyyən edilmişdir ki, həqiqətən də həmin müddətdə X5 avtomobil almaq niyyəti olmaqla qayınatası İddiaçı qonşusu olan Qədı̇ rov Vüqar Bəhlul oğluna məxsus OPEL VECTRA **-FF-*** nömrə nişanlı avtomobili görüb bəyənmiş və bu barədə məlumatlı olan iddiaçı avtomobili yuxarıda göstərilən qaydada pulu ödəməklə faktiki olaraq kürəkəni üçün almışdır. İşin digər araşdırılmış halları ilə də müəyyən edilmişdir ki, X10 ilə İddiaçı Dı̇ lavər oğlunun arasında ailədaxili problemləri yarandıqdan sonra sonuncunun təkidi ilə Qədı̇ rov Vüqar Bəhlul oğlu ona xx.xx.2023-cü ildə xx.xx.2024-cü il tarixədək müddətədək “Nəqliyyat vasitəsindən istifadə edilməsi haqqında’’ notariat qaydasında təsdiq edilmiş etibarnamə vermişdir. Müəyyən edilmişdir ki, faktiki istifadəsində və sahibliyində olduğu avtomobillə bağlı adına verilmiş etibarnamənin ləğv edilərək İddiaçı Dı̇ lavər oğlunun adına yeni etibarnamə verilməsini bilən kimi X5 Qədı̇ rov Vüqar Bəhlul oğluna qarşı müxtəlif formalarda davamlı şikayətlərinin qarşısında sonuncu təkrar 15 fevral 2023-cü il tarixdə onun adına bir il müddətinə nəqliyyat vasitəsinə dair sərəncam hüququna dair yeni, bu dəfə sərəncam hüququ səlahiyyəti olan etibarnamə vermişdir. X10 da həmin etibarnaməyə əsasən 23 fevral 2023-cü il tarixdə sözügedən «OPEL VECTRA» markalı **-FF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini alqı-satqı müqaviləsi əsasında X3 adına keçirtmiş, avtomobil hazırda sonuncunun mülkiyyətindədir. Həmçinin müəyyən edilmişdir ki, X10 həmin avtomobili X3 adına ona olan borcun əvəzi kimi rəsmiləşdirmişdir. Qeyd edilən borc faktını 3-cü şəxslər də izahatlarında təsdiq etmişlər. Məhkəmə hesab edir ki, iddiaçı həmin avtomobili faktiki olaraq özü almasını göstərməyə çalışsa da, qeyd edilən avtomobilə dair cavabdehə pulun verilməsi faktı xx.xx.2022-ci il tarixdə, yəni kürəkəni X5 adına bir il müddətinə cavabdeh tərəfindən etibarnamə verilərkən baş vermişdir ki, göstərilən tarixdə iddiaçının faktiki olaraq avtomobili özü üçün deyil, kürəkəni üçün alması işin araşdırılmış halları ilə təsdiq olunur. Belə ki, avtomobil cavabdehdən göstərilən qaydada və şəraitdə xx.xx.2022-ci il tarixdə X10 üçün alındıqdan sonra sonuncunun istifadəsində və sahibliyində olmuşdur. Məhkəmə qeyd etməyi zəruri sayır ki, iddiaçının xx.xx.2023-cü ildə “Nəqliyyat vasitəsindən istifadə edilməsi haqqında’’ deyil, məhz sərəncam hüququ verən notariat qaydasında təsdiq edilmiş etibarnamə almasına və ya birbaşa olaraq alqı-satqı yolu ilə onu öz adına keçitrməsinə hər hansı formada maneə olmamışdır. Cavabdehin də etirazından iddiaçının ondan belə bir xahiş etməsi görünmür. Onunla birlikdə evində online etibarnamə verdiyini göstərmişdir. Məhkəmə iddiaçının hazırda kürəkəninin pulu ona ödəmədiyi üçün pulu Cavabdeh istəməsi barədə izahatında göstərilənlərə qiymət verərək hesab edir ki, iddiaçının cavabdehə qarşı hazırki tələbi də məhz ailədaxili münasibətlərin nəticəsidir ki, o, kürəkəni üçün aldığı avtomobili və ya avtomobilə görə ödədiyi pulu ondan geri qaytara bilmədiyindən, avtomobilə dair cavabdehə ödədiyi pulu sonuncudan tələb etməsini özü üçün daha asan yol hesab etmişdir. Lakin məhkəmə hesab edir ki, iddiaçının tələbinin əsaslı olmasına dair izahatında göstərilənlər özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. MPM-nin 80-cı maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Beləliklə də, araşdırma zamanı cavabdeh tərəfindən iddiaçının hər hansı formada hüquqlarının pozulması faktı öz təsdiqini tapmamışdır. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçının cavabdehə pul ödəməklə kürəkəni üçün avtomobil alması sonuncunun faydalanması kimi qiymətləndirildiyi halda onun iddiaçının hesabına əsassız varlanması ilə bağlı hər hansı bir hüququnun pozulması ilə bağlı iddiaçı müvafiq iddia ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmənin qənaətinə görə, hazırki halda iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığından iddia əsaslı sayıla bilməz. Odur ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-1389/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1389/2023
21.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver