Məhkəmə qərarları › İş №2(009)-1390/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1390/2024

12.06.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1390/2024 12.06.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçılar İddiaçı1 və qeyrilərinin Cavabdeh qarşı paylı mülkiyyətdə olan 2 daşınar əmlakın paylara uyğun naturada bölünməsi, bölünməsi mümkün olmadığı halda açıq hərracda satılması və s. tələblərinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və qeyriləri Cavabdeh qarşı paylı mülkiyyətdə olan 2 daşınar əmlakın paylara uyğun naturada bölünməsi, bölünməsi mümkün olmadığı halda açıq hərracda satılması və s. tələblərinə dair iddia əriəsi ilə məhkəməyə müraciət etmişlər. Hakim ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi aşağıdakı əsaslara görə geri qaytarılmalıdır. Hakim qeyd edir ki, iddiaçılar iddia ərizəsində mərhum X1 miras qalan 2008-ci il buraxılışlı “İnfiniti FX-35” markalı, **-LN-*** dövlət qeydiyyat nişanlı və 2005-ci il buraxılışlı “Peugeot 206” markalı, **-KT-*** dövlət qeydiyyat nişanlı avtomobillərə dair notariat orqanında vərəsələrin paylarına uyğun qanun üzrə vərəsəlik şəhadətnaməsi verilməsini nəzərə alaraq həmin əmlakların dəyərlərinin qiymətləndirilməsi, cavabdehin payının dəyərini ödənilməklə onun mülkiyyət hüquqlarına xitam verilməsi və ya daşınar əmlakın paylara uyğun naturada bölünməsi, bölünməsi mümkün olmadığı halda açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Mülki Məcəllənin 139.2-ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. “Daşınar Əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması” qaydalarının 1.1-ci bəndinə əsasən bu qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasının ərazisində mülkiyyət formasından asılı olmayaraq daşınar əmlakın rəsmi reyestrlərinin tərkibini, onların tərtib edilməsini və aparılmasının ümumi qaydalarını müəyyən edir. Həmin Qaydaların 1.2-ci bəndinə əsasən reyestrlərin tərtib edilməsi və aparılması hər bir növ daşınar əmlak, onun əmələ gəlməsi (istehsalı), həmin əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi), başqasına keçməsi və bu hüquqlara xitam verilməsi barəsində məlumatların reyestrlərə daxil edilməsindən, bu məlumatların təzələnməsindən və ya silinməsindən ibarətdi. Həmin Qaydaların tələblərinə əsasən hüquqi və fiziki şəxslərə məxsus olan (Azərbaycan Respublikası Silahlı Qüvvələrindən və digər birləşmələrdən başqa) və mühərrikinin işçi həcmi 50 kubsantimetr və daha çox, konstruktiv maksimal surəti saatda 50 kilometrdən artıq olan bütün tipli, markalı, modelli mexaniki nəqliyyat vasitələri, onların qoşquları və yarımqoşquların qeydiyyatı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin rəsmi reyestrində aparılır. Hakim qeyd edir ki, şəxsin daşınar əmlak olan nəqliyyat vasitəsi üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmalı olunduğundan, iddiaçılar tərəfindən isə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında daşınar əmlakların müvafiq reyestrində mübahisəli avtomaşınların paylı mülkiyyət hüququ üzrə tərəflərin adına qeydiyyata alınması barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. AR MPM-nin 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Beləliklə hakim hesab edir ki, iddia ərizəsi AR MPM-nin 149-cu maddəsinin tələblərinə riayət edilmədən verildiyindən geri qaytarılmalıdır. AR MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini geri qaytarır. AR MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Şərh olunanlara əsasən və AR MPM-nin 149-152-ci maddələrini rəhbər tutaraq hakim… QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və qeyrilərinin Cavabdeh qarşı paylı mülkiyyətdə olan 2 daşınar əmlakın paylara uyğun naturada bölünməsi, bölünməsi mümkün olmadığı halda açıq hərracda satılması və s. tələblərinə dair iddia ərizəsi qərardadın əsaslandırıcı hissəsidə göstərilənlər nəzərə alınmaqla sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Qeyd: Şikayət elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar