Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1403/2021 24.08.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 hüquq varisi İddiaçı1 və vəkili Vəkil2, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 MMC-nin və ilkin iddia üzrə Cavabdeh2 nümayəndəsi və vəkili İ.M.Hacyevin iştirakları ilə İddiaçı2 cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair ilkin iddia tələbi üzrə, həmçinin iddiaçı Cavabdeh1 MMC-nin cavabdeh İddiaçı2 qarşı tibbi xidmətə, müayinəyə və müalicələrə ödənilməmiş haqqın tutulması və işgüzar nüfuza vurulmuş ziyanın tutulması barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə tərəflərin təqdim etdikləri barışıq sazişinə Səbail Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı1 cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Səbail rayon Məhkəməsinin 08.06.2021-ci il tarixli qərardadı ilə iş üzrə İddiaçı1 əsl İddiaçı2 ilə əvəz edilmişdir. İddiaçı Cavabdeh1 MMC cavabdeh İddiaçı2 qarşı tibbi xidmətə, müayinəyə və müalicələrə ödənilməmiş haqqın tutulması və işgüzar nüfuza vurulmuş ziyanın tutulması barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı1 Nuri oğlu İddiaçı2 hüquqi varisi kimi tanınmışdır. Məhkəmə iclasında tərəflər yazılı barışıq sazişini məhkəməyə təqdim etməklə onun təsdiq edilməsini və mülki işin icraatına xitam verilməsini xahiş etmişlər. Tərəflər eyni zamanda iddia tələbindən imtina barədə ərizə ilə də məhkəməyə müraciət etmişlər. Tərəflər arasında yazılı formada tərtib edilmiş və məhkəməyə təqdim olunmuş 24 avqust 2021ci il tarixli barışıq sazişinə əsasən:
1. İddiaçı1 Nunu oğlu maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair cavabdeh "xxxx" MMC və X3 qarşı Səbail rayon Məhkəməsində qaldırılan 22.04.2021-ci il tarixli iddiadan imtina, o cümlədən cavabdehlər barəsində hüquq mühafizə orqanlarına etdiyi şikayəti geri götürməyi, imtina etməyi öhdəsinə götürür.
2. "xxxx" MMC-nin nümayəndəsi Vəkil1 İddiaçı1 qarşı Səbail rayon Məhkəməsinə 14.06.2021ci il tarixdə verdikləri qarşılıqlı iddia ərizəsindən imtina etməyi öhdəsinə götürür. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin təqdim etdikləri barışıq sazişi təsdiq edilməli və işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 881.1-ci maddəsinə əsasən barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.4-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Qeyd edilən Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən qəbul olunmuşsa iş üzrə icraata hakim tərəfindən xitam verilir. Göstərilən Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə iş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, tərəflərin bağladıqları və təqdim etdikləri barışıq sazişi qanuna zidd olmadığından və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından məhkəmə tərəfindən qəbul edilməklə təsdiq edilməli və mülki işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 261, 263-264-cü maddələrini rəhbər tutub məhkəmə…
QƏRARA ALDİ:
İddiaçı2 cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair ilkin iddia tələbi üzrə, həmçinin iddiaçı Cavabdeh1 MMC-nin cavabdeh İddiaçı2 qarşı tibbi xidmətə, müayinəyə və müalicələrə ödənilməmiş haqqın tutulması və işgüzar nüfuza vurulmuş ziyanın tutulması barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə tərəflərin təqdim etdikləri barışıq sazişi təsdiq edilsin və mülki işin icraatına xitam verilsin. Qərardaddan 10 gün müddətində Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Şahin Abdullayev