Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1435/2023 27.09.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ İlkin Şahin oğlu Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi X1 tərcüməçiliyi, İddiaçının nümayəndəsi X11, nümayəndəsi-vəkili Vəkil1 və Cavabdeh2 nümayəndəsivəkili Vəkil2 iştirakları ilə, İddiaçı - cavabdehlər Cavabdeh2, "xxxx" MMC-yə, Səbail rayon icra şöbəsinə qarşı «hərracın yekun nəticələrinin etibarsız hesab edilməsi» tələbinə dair iddiası üzrə mülki işə 27 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - cavabdehlər Cavabdeh2, "xxxx" MMC-yə, Səbail rayon icra şöbəsinə qarşı “hərracın nəticələri haqqında protokolun etibarsız hesab olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 65/07 saylı protokolun və hərracın yekunları üzrə Cavabdeh2 ilə bağlanılan əmlakın alqı-satqısına dair 05 avqust 2015-ci il tarixli müqavilənin etibarsız hesab barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikasında 1929cu ildən fəaliyyət göstərir. İctimai Birlik xx.xx.1993-cü ildə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Birliyin nizamnaməsi 3-cü redaksiyada 19 aprel 2022-ci ildə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Səbail rayon məhkəməsinin 14 iyun 2011-ci il tarixli qətnaməsi ilə X12, X7, X6, X8 «AzKC» İctimai Birliyinə qarşı qərarın ləğv edilməsi və əmək haqqının məcburi ödənilməsi tələbinə dair iddiaları təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nm 14 noyabr 2011-ci il tarixli qətnaməsi ilə Səbail rayon məhkəməsinin 14 iyun 2011-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbi qismən təmin edilərək iddiaçılar X12, X7, X6, X19ma əmək haqqının ödənilməsi vəzifəsi «AzKC» İctimai Birliyinə həvalə edilmişdir. Həmin məhkəmə mübahisəsi üzrə yekun məhkəmə aktı qəbul edilmiş və Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilən 25 iyul 2012-ci il tarixli 2(103)-3535/2012 saylı icra vərəqəsinə əsasən X15ma aylıq əmək haqqı 125 manat, X3 aylıq əmək haqqı 85 manat, X4 aylıq əmək haqqı 80 manat, X9 aylıq əmək haqqı 80 manat olmaqla 2010-cu ili naprel ayından başlayaraq qətnamə icra edilən günədək həmin əmək haqqının «AzKC» İctimai Birliyindən alınıb iddiaçılara ödənilməsi qət edilmişdir. İcra vərəqi icra olunması üçün Səbail Rayon İcra Şöbəsinə göndərilmişdir. Səbail rayon məhkəməsinin 05 dekabr 2014cü il tarixli qərardadı ilə Səbail rayon İcra Şöbəsinin təqdimatı təmin edilmiş, icra sənədinin icrası ilə əlaqədar «AzKC» İctimai Birliyinin sahibliyində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 339 kv.m təşkil edən ayaqqabı sexinin üzərinə həbs qoyulmuş və tələbin həmin əmlaka yönəldilməsi qərara alınmışdır. Nəzərinizə çatdırırıq ki, Səbail rayon İcra Şöbəsinin təqdimatına baxılması barədə, eləcə də həmin qərardad barədə bizdə rəsmi məlumat olmaışdır. Səbail rayon İcra Şöbəsi tərəfindən həmin daşınmaz əmlak (ayaqqabı sexi) hərraca çıxarılmış, hərracın təşkilatçısı "xxxx" MMC tərəfindən hərrac keçirilmişdir. X16 hərracın nəticələri haqqmda 65/07 saylı Protokolundan və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 05 avqust 2015-ci il tarixli müqavilədən göründüyü kimi, «AzKC» İctimai Birliyinin sahibliyində olan ayaqqabı sexinin satış qiyməti 91150 manat müəyyən edilmiş, elə həmin qiymətə də Rəsul-zadə X2. iddiaçı «AzKC» İctimai Birliyinin sahibliyində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 339 kv.m təşkil edən ayaqqabı sexi üzərində iddiaçı təşkilatın mülkiyyət hüquqları yaranmamışdır (qeydə alınmamışdır). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka dair digər hüquqlar, bu hüquqlarm məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar,habelə daşınmaz əmlaka digər hüquqları bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.4-cü maddəsinə əsasən daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən ünvan verilir. Həmin Məcəllənin 139-1.1.1-ci maddəsinə əsasən qanunla'müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab olunur. Bununla bağlı olaraq bildirirlər ki, həmin ayaqqabı sexi dövlət mülkiyyətində olmuş, Azərbaycan SSR Rayon şəhər X10 İcraiyyə Komitəsinin 5 yanvar 1988-ci il tarixli 1/1 saylı Qərarı ilə İddiaçınin nəzdində olan «Çəkməçi» kooperativinə təhkim edilmişdir. Həmin tikilinin qeyd olunan kooperativə təhkim edilməsində məqsəd eşitmə və nitq qabiliyyəti olmayan əlillərin məşğulluğunun təmin edilməsi və onların sosial müdafiələrini və ictimai fəallıqlarını inkişaf etdirmək, habelə maddi-məişət şəraitlərinin yaxşılaşdırılmasına kömək etmək olmuşdur. Yəni, göründüyü kimi, qeyd olunan ayaqqabı sexinin daşınmaz əmlak kimi birmənalı olaraq iddiaçı «AzKC» İctimai Birliyinə məxsus olması müəyyən olunmamışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqmda» Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasmm, başqasına keçməsinin və bu hüquqları xitam verilməsinin dövlət tərəfindən tanmması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Lakin qeyd olunan daşınmaz əmlak (ayaqqabı sexi) üzərində mülkiyyət hüquqları iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Eləcə də, həmin əmlak dövlət əmlakı hesab edildiyindən onun iddiaçı «AzKC» İctimai Birliyinin adına özəlləşdirilməsi barədə də hər hansı məlumat və ya sənəd- şəhadətnamə yoxdur. Bu mənada hesab edirik ki, qeyd olunan əmlakın iddiaçı «AzKC» İctimai Birliyinə məxsus daşınmaz əmlak kimi hərraca çıxarılması tam qanunsuz və əsassızdır. Bundan əlavə, həmin icra işində Səbail rayon İcra Şöbəsi icra qanunvericiliyinin tələblərini kobud şəkildə pozmuş, məcburi icra tədbirlərinin həyata keçirilmə ardıcıllığını nəzərə almamış, həyata keçirməli olduğu zəruri icra hərəkətlərini yerinə yetirməmişdir. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinə (Tələbin borclunun pul vəsaitlərinə və başqa əmlakına yönəldilməsi qaydası) əsasən icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borclu hüquqi şəxsin banklarda və digər kredit təşkilatlarında hesabları və əmanətləri barədə məlumat olmadıqda, icra məmuru belə məlumatları vergi orqanlarından tələb edir. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun manatla yetərli pul vəsaitləri olmadıqda, tələb borclunun xarici valyutada olan pul vəsaitlərinə yönəldilir. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Borclu tələbin birinci növbədə hansı əmlaka və əşyalara yönəldilməsini icra məmuruna bildirmək hüququna malikdir. Borclunun belə müraciəti icra sənədinin icrasma manne olmursa, icra məmuru onu təmin etməyə borcludur. «İcra haqqında» Qanunun bu tələb və göstərişlərinə əsaslanaraq qeyd edirlər ki, Səbail rayon İcra Şöbəsi «AzKC» İctimai Birliyinə qarşı icra sənədini icra edərkən kobud qanun pozuntularına yol vermiş, İctimai Birliyin əmlak aktivlərinin olub-olmadığını, pul vəsaitlərinin olub olmadığını, üçüncü şəxslərdə əmlakının olub-olmadığını araşdırmamış, İctimai Birliyin müraciətlərini, eləcə də mənafeyini nəzərə almamışdır. Bundan əlavə, Səbail rayon İcra Şöbəsi icra sənədini icra edərkən «İcra haqqmda» Qanunun 56-59-cu maddələrinin də tələblərini kobud şəkildə pozmuşdur. Həmin Qanunun 59-cu maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulduqda, bu barədə həbsin qoyulduğu vaxtdan ən geci üç gün müddətində müvafiq icra hakimiyyətinə (daşınmaz əmlakın dövlət reyestrini aparan orqan) bildiriş göndərir. Bildirişi alan müvafiq icra hakimiyyəti orqanı rəsmi mətbuat orqanlarmda tələbin borclu hüquqi şəxsin əmlakına yönəldilməsi haqqmda məlumat dərc edir. Bununla bağlı olaraq bildirirlər ki, həmin hərrac keçirilərkən icra məmuru qanunun bu tələbini yerinə yetirməmiş, hərracı qanun pozuntularına yol verməklə keçirmişdir. Məhkəmənin nəzərinə çatdırırlar ki, iddiaçı «AzKC» İctimai Birliyinin borcunun ödənilməsi üçün tələbin ayaqqabı sexinə yönəlməsi və həmin əmlakın hərracda satılması zamanı hərracın hazırlanması və keçirilməsi qaydaları da kobud şəkildə pozulmuşdur. Belə ki, «İcra haqymda» AR Qanununun 61-ci maddəsinə əsasən ixtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər və həmin sifarişdə daşınmaz əmlak satılırsa, həmin əmlaka dair sənədlər, ayrıca tikili satıldıqda, həmin tikilinin yerləşdiyi torpaq sahəsindən istifadə hüququnu və ya həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənədlərin surəti, eləcə də tikintiyə razılığın verilməsi barədə sənəd qeyd olunur. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, daşınmaz əmlak yalnız o halda hərraca çıxarıla bilər ki, daşınmaz əmlakın hüquqmüəyyənedici sənədləri olsun. Lakin Səbail rayon İcra Şöbəsi hərraca çıxardığı daşınmaz əmlaka dair heç bir hüquqmüəyyənedici sənəd əldə etmədən hərrac keçirmişdir. Bu isə «İcra haqqmda» Qanunun tələblərinin kobud şəkildə pozulmasıdır. Bundan əlavə, Səbail rayon İcra Şöbəsi tərəfindən hərrac keçirilərkən satışa çıxarılan ayaqqabı sexinin real bazar dəyərinin müəyyənləşdirilməsi ilə bağlı da ciddi qanun pozuntularına yol verilmişdir. Belə ki, həmin daşınmaz əmlaka 91150 (doxsan bir min bir yüz əlli) manat qiymət qoyulmuş, əmlak həmin qiymətlə hərraca çıxarılmışdır. Halbuki həmin daşınmaz əmlakm real bazar dəyəri ******* (bir milyon beş yüz min) manatdan az deyil. Səbail rayon İcra Şöbəsi həmin əmlakı real bazar dəyərindən qat-qat aşağı qiymətləndirməklə «İcra haqqmda» AR Qanununun 51-ci maddəsinin də tələblərini pozmuş, «AzKC» İctimai Birliyinin qanuni mənafelərini kobud şəkildə pozmuşdur. «İcra haqqmda» AR Qanununun 51-ci maddəsinə əsasən borclunun əmlakının qiymətləndirilməsi, tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, «Qiymətləndirmə fəaliyyəti haqqmda» Azərbaycan Respublikası Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. Qiymətləndirici icra məmuru tərəfindən dəvət olunur. Bununla bağlı olaraq bildiririk ki, qeyd olunan ayaqqabı sexinin, qeyri-yaşayış binasının sənəd üzrə sahəsi 339 kv.m, faktiki olaraq isə 968 kv.m təşkil edir. Daşmmaz əmlak 1105,30 kv.m torpaq sahəsində yerləşən 2 mərtəbəli «A» tikilisindən, 1 mərtəbəli «B» tikilisindən, 2 mərtəbəli zirzəmi «C» və «D» tikilisindən, 1 mərtəbəli zirzəmi «E» tikilisindən, 1 mərtəbəli «F» tikilisindən ibarətdir.Sənəd üzrə 339 kv.m, faktiki olaraq 968 kv.m təşkil edən, Səbail rayonunda, yəni 1-ci zonada yerləşən qeyri-yaşayış sahəsinin cəmi 91150 manat qiymətlə hərraca çıxarılması açıq- aşkar qanun pozuntusu və «AzKC» İctimai Birliyinin əmlak mənafeyinə qarşı qəsddir. Borclunun əmlakına münasibətdə bu cür yanaşma hüquqi baxımdan yolverilməz olmaqla bərabər, icra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi təcrübəsindən irəli gələn hüquqi müəyyənlik prinsiplərinə də ziddir. Belə ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin «İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə» vahid məhkəmə təcrübəsini müəyyənləşdirən 30 noyabr 2021-ci il tarixli qərardadında göstərilmişdir ki, «ipoteka predmetinə aid olmayan əmlakın bazar dəyərindən az olan likvid qiymətlə satılması borclunun əmlak vəziyyətinin əsassız olaraq pisləşməsinə səbəb olur.Belə ki, həyata keçirilən məcburi icra tədbirləri borclunun mülkiyyət hüquqlarına ədalətsiz, qeyrimütənasib müdaxiləyə rəvac verməməli, tələbkarın qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə bağlı ədalətli məhkəmə araşdırması hüququ ilə borclunun mülkiyyət hüquqlarmm tarazlığı gözlənilməlidir.» Göründüyü kimi, qanunvericilik və hüququn tətbiqi təcrübəsinin ümumiləşdirilməsi yolu ilə gəlinən hüquqi nəticə ondan ibarətdir ki, ipoteka predmetinə aid olmayan əmlaklara tutmanın yönəldilməsi zamanı əmlakın hərraca çıxarılan ilkin satış qiyməti onun bazar dəyəri ilə müəyyən olunur. Lakin Səbail rayon İcra Şöbəsi qanunvericiliyin bu tələbini pozmuş, «AzKC» İctimai Birliyinin əmlakının qiymətləndirilməsində ədalətsiz yanaşma nümayiş etdirmişdir. Bu isə həmin əmlakla bağlı keçirilən hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün əsasdır. «Qiymətləndirmə fəaliyyəti» haqqmda Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Məhkəmənin nəzərinə çatdırırlar ki, qeyd olunan icra sənədi üzrə hərracın bu şəkildə keçirilməsindən, yol verilən qanunsuzluqlardan, hüquqlarının pozulmasından iddiaçı «AzKC» İctimai Birliyi son vaxtlar xəbər tutmuşdur. Belə ki, «AzKC» İctimai Birliyinə 14 avqust 2009-cu il tarixdən 29 sentyabr 2016-cı il tarixədək X20 adlı şəxs birinci-vitse prezident və Birliyin prezidenti səlahiyyətlərini icra etmiş, bu zaman ciddi qanun pozuntularına yol vermiş, bu səlahiyyətlərindən öz şəxsi mənafeyi üçün istifadə etmiş, buna görə barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.2, 311.3.2 və 311.3.3-cü maddələri ilə cinayət işi qaldırılaraq məsuliyyətə cəlb edilmişdir. Cinayət işinin istintaqı zamanı X13 qeyd olunan cinayət əməllərini törətməsi tam təsdiqini tapmış və Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 iyun 2018-ci il tarixli hökmü ilə AR Cinayət Məcəlləsinin 308.2-ci, 311.3.2-ci və 311.3.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinərək ona 8 il 4 ay 23 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Həmin iş araşdırılarkən və sonradan o da məlum olmuşdur ki, Musa Tukanov «AzKC» İctimai Birliyinə qanunsuz yollarla rəhbərlik etmişdir. Çünki onun «AzKC» İctimai Birliyinin prezidenti, habelə qurumun rəhbəri səlahiyyətlərini icra edən şəxs seçilməsi faktı Ədliyyə Nazirliyində dövlət qeydiyyatma alınmamışdır. Bütün bu halları qeyd etməklə məhkəmənin nəzərinə çatdırırıq ki, qeyd olunan daşmmaz əmlak X13 «AzKC» İctimai Birliyinə qanunsuz rəhbərlik etdiyi dövrdə baş vermişdir. Musa Tukanov qanunsuz fəaliyyəti dövründə İctimai Birliyin mənafeyinə xəyanət etmiş, şəxsi mənafeyi üçün hərəkət edərək eşitmə funksiyası pozulmuş əlillərin hüquq və mənafelərini qorumaq, sosial müdafiələrini, cəmiyyətə inteqrasiyalarını, habelə fiziki cəhətdən sağlam şəxslərə bərabər imkanlar əldə etmələrini təmin etmək üçün yaradılmış İddiaçı hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmuşdur. Onun «AzKC» İctimai Birliyinə zərər vurmasının qarşısının alınması üçün Binəqədi rayon məhkəməsinin 31 oktyabr 2017-ci il tarixli qərarı ilə Musa Tukanov «AzKC» İctimai Birliyinin birinci vitse-prezidenti vəzifəsindən kənarlaşdırılmışdır. Məhkəmənin nəzərmə çatdırırıq ki, belə bir şəxsin qanunsuz yollarla İctimai Birliyə rəhbərlik etdiyi dövrdə Birlik öz hüquq və qanuni mənafelərini lazımınca müdafiə edə bilməmiş, Səbail rayon İcra Şöbəsinin qeyd olunan icra sənədinin icrası məqsədilə həyata keçirdiyi tədbirlərdən (tələbin əmlaka yönəldilməsi, daşınmaz əmlakın hərraca çıxarılması və s) məlumatı olmamış, öz mənafeyini və qanuni maraqlarını müdafiə etmək imkanından məhrum olmuşdur. Nəzərə alsaq ki, «AzKC» İctimai Birliyi eşitmə və danışma qabiliyyəti olmayan insanların birləşdiyi qeyri-hökümət təşkilatıdır, belə olan halda həmin təşkilatın üzvlərinin onlara qarşı törədilən qərəzli və qanunsuz əməllərdən xəbərsiz qalmaq və ya onların asanlıqla yanılması ehtimalının çox böyük olduğu məlum olar. Həqiqətən də İctimai Birlik icra sənədinin icrası prosesində baş verən qanun pozuntularından gec xəbər tutmuş, uzun müddət xəbərsiz qalmışdır. Belə ki, «AzKS» İctimai Birliyi 2010-cu ildən etibarən faktiki olaraq rəhbərsiz qalmış, cəmiyyətin qurultayı keçirilməmiş, cəmiyyətin prezidenti və idarə heyəti mövcud olmamış, 10 ildən artıq müddət ərzində birliyin əmlakları cəmiyyətin başma keçən kənar şəxslər tərəfindən israf edilmiş və mənimsənilmişdir. İctimai Birlik tərəfindən bu məsələlərin araşdırılması üçün daxili audit komissiyası yaradılmış, dövlət orqanlarına və hüquq mühafizə orqanlarma müraciətlər edilmiş, yalnız dövlət orqanlarının yardımı ilə İctimai Birlik öz normal fəaliyyətini bərpa edə bilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi-vəkili iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, Səbail rayon İcra şöbəsindən məhkəməyə təqdim edilmiş icra işində hərrac protokolu və digər sənədlərin mübahisəli işə aid olmadığı onun tərəfindən müəyyən edildikdən sonra Səbail rayon İcra şöbəsinə işlə bağlı sənədlərin təqdim edilməsi üçün müraciət etsə də icra şöbəsindən ona bildirildi ki, Səbail rayon İcra şöbəsində məhkəməyə təqdim edilmiş sənədlərdən başqa iddiaçı ilə bağlı başqa hər hansı icra işi mövcud deyildir. Eyni zamanda hərrac protokolu və digər sənədlər məhkəmə tərəfindən Hərrac Mərkəzindən sorğu əsasında tələb edilsə də Hərrac Mərkəzi uzun müddət əvvəl ləğv edildiyindən sənədlərin təqdim edilməsi yenə də mümkün olmamışdır. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi-vəkili iddia tələbini qəbul etməyərək, iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.O, eyni zamanda bildirmişdir ki, iddiaçı məhkəməyə iddia müddətini ötürməklə müraciət etmişdir. Bu səbəbdən iddia əsassız hesab edilməlidir. Bir anlığa nəzərə alsaq ki, iddiaçının rəhbərliyinin iş fəaliyyətində çatışmazlığı olub, bunun açıq hərracdan əmlakın satışına nə aidiyyəti olmalıdır? İddiaçı təşkilatın əmək kollektivinin maaşlarını ödəmək iqtidarında ola bilməməsi, hərrac vasitəsilə açıq satışda alınmış əmlakın dəyərinin cavabdeh tərəfindən ödənilməsi, 8 ildən sonra iddiaçı təşkilatın məsələyə münasibətinin cavabdehə nə aidiyyatı olmalıdır? Sözügedən qeyri-yaşayış sahəsinin yalnız divarları və tavanı mövcuddur, başqa halda ayaqqabı sexinə bitişik digər qeyri-yaşayış sahəsi məcburi köçkünlər tərəfindən məskunlaşmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, digər cavabdehlər nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədikləri üçün məhkəmə həmin təşkilatların nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia əsassız olduğu üçün təmin edilməməlidir. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı iddia tələbinin əsası kimi ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 339 kv.metr təşkil edən ayaqqabı sexinin həqiqi dəyərindən çox aşağı qiymətə hərraca çıxarılaraq satılması və hərracın keçirilməsi barədə ona məlumat verilməməsi hallarına istinad etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)- 2012/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərarının surətindən görünür ki, iddiaçı Cavabdeh2 cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış sahəsinin hüquqi qeydiyyata alınması və çıxarışın verilməsi” tələbinə dair iddiası təmin edilmişdir. Qərarda qeyd edilmişdir ki, hərracın yekunları üzrə 05 avqust 2015-ci il tarixli əmlakın alqı-satqı müqaviləsinə əsasən İddiaçı İB-nə məxsus ünvan 1 ünvanında yerləşən ayaqqabı sexini 91,150 manata almış və dəyərini nəğd qaydada ödəmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 339 kv.metr təşkil edən ayaqqabı sexi 91.150 manat dəyərində qiymətləndirilmiş və keçirilən hərracda həmin qiymətə Rəsul-zadə X2. İşin bu halları mübahisəsizdir və iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2012/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərarı təsdiqlənir. AR MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə qeyd edir ki, hərrac işinin tələb olunması ilə bağlı hərrac təşkilatına və icra şöbəsinə dəfələrlə müraciət edilməsinə baxmayaraq, həm iş üzrə tərəflər, həmçinin də məhkəmə tərəfindən hərrac işinin əldə edilməsi mümkün olmamışdır. Bundan başqa eyni zamanda hərracın keçirilməsini, habelə iddiaçının bu barədə məlumatlı olmadığını müəyyənləşdirə bilmək üçün iddiaçı tərəfindən məhkəməyə əlavə hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə cavabdeh tərəfindən iddia müddətinin tətbiqi ilə bağlı verilmiş ərizəyə münasibətdə aşağıdakıları qeyd edir: AR Mülki Məcəlləsinin 354.1 və 354.2-ci maddələrinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 mart 2020-ci il tarixli qərarında məhkəmə bildirmişdir ki, Mülki Məcəllənin 354-cü maddəsi onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Məhkəmə qeyd edir ki, iddiaçı sözügedən müqavilənin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən həmin əqdlərin mübahisələdirilməsi üçün mülki qanunvericilikdə nəzərdə tutulmuş bir illik müddətini ötürmüşdür. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarından da görünür ki, maraqlı şəxsin əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən həmin əqdi mübahisələndirməsi üçün müəyyən olunmuş 1 illik müddət iddia müddəti deyil, kəsici müddətdir. Kəsici müddətin tətbiq olunması üçün isə cavabdehin bunun üçün ərizə verməsi tələb olunmur. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 17 avqust 2021-ci il tarixli Qərarının surətindən görünür ki, iddiaçı Cavabdeh2 cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış sahəsinin hüquqi qeydiyyata alınması və çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə məhkəmə iclasında İddiaçı İB-ni nümayəndə qismində hazırki iclasda nümayəndə kimi iştirak edən X11 təmsil etmişdir. Buradan da belə nəticəyə gəlinir ki, iddiaçı iddia ərizəsində qeyd olunan əqdlər barəsində ən gec halda artıq 2021-ci il tarixdə məlumatlı olmuş və əqdlərin etibarsızlığını mübahisələndirmək üçün qanunla müəyyən edilmiş 1 illik müddəti ötürməklə bu hüququnu itirmişdir. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ
Məhkəmə qərarları › İş №2(009)-1435/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1435/2023
27.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver