Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1444/2022 16.06.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Mən, Səbail Rayon Məhkəməsinin hakimi İlkin Şahin oğlu Rüstəmli, X1 “əmlakın həbsdən azad edilməsi” tələbinə dair iddia ərizəsinin mümkünlüyü məsələsinə 16 iyun 2022-ci il tarixdə Bakı şəhərində, Səbail Rayon Məhkəməsinin inzibati binasında baxaraq MÜƏYYƏN ETDİM: X2 “əmlakın həbsdən azad edilməsi” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Atatürk prospekti 62 nömrəli ünvanda yerləşən əmlakın üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. İddia ərizəsini nəzərdən keçirib hesab edirəm ki, ərizə iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsində iddia ərizəsinin forma və məzmununa dair tələblər göstərilmişdir. Həmin maddəyə əsasən, digər məlumatlarla bərabər iddia ərizəsində iddiaçının tələbi, onun öz tələblərini əsaslandırdıqları hallar da göstərilməlidir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Mülki Prosessual Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Mülki Prosessual Məcəllənin 152.4.-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, iddia ərizəsini nəzərdən keçirib hesab edirəm ki, iddiaçı ərizəsində cavabdehi, onun yaşayış və ya olduğu yeri, yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı göstərmədiyindən, bununla da Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsində nəzərdə tutulmuş forma və məzmuna uyğun olaraq tərtib edilmədiyi səbəbindən, iddia ərizəsi geri qaytarılmalı və iddiaçıya Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: X1 “əmlakın həbsdən azad edilməsi” tələbinə dair ərizəsi geri qaytarılsın. X4 izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №2(009)-1444/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1444/2022
16.06.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver