Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-147/2024 23.01.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası, Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 40.016.36 manat məbləğində pul vəsaitinin və 240 manat ödənilmiş dövlət rüsumunun, cəmi 40.256.36 manat məbləğində alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini belə əsaslandırmışdır ki, onun 2018-ci ilin sentyabrın əvvələrində öncədən dost münasibətində olduğu Cavabdeh ilə aralarında şifahi razılaşma olmuşdur. Belə ki, o, barəsində aparılan ibtidai araşdırma zamanı həbs qətimkan tədbiri seçiləcəyindən şübhələnərək, Cavabdeh həbsdə və cəzaçəkmə müəssisəsində olduğu müddətdə onun hesabına edilmiş ödənişləri əldə edib kredit borclarını ödəməsini, qalan məbləğləri isə ona gətirməsini və bununla əlaqədar tərəfindən ona etibarnamə veriləcəyi razılaşdırılmışdır. 08 sentyabr 2018-ci il tarixdə, Bakı şəhəri 13 saylı dövlət notariat kontorunda, o, bütün əmlakından istifadə etmək və onlar barəsində sərəncam vermək, bank əməliyyatları aparmaq və s. səlahiyyətlər barəsində cavabdehə etibarnamə vermişdir. Barəsində həbs-qətimkan tədbiri seçildikdən sonra cavabdeh tərəfindən razılaşmada göstərdiyi təqaüd məbləğindən başqa, pensiya ödənişi aldığı kart müvafiq icra orqanından verdiyi etibarnaməyə əsaslanaraq əldə olunmuşdur. Cavabdeh, 12 mart 2019-cu il tarixdən 20 may 2021-ci il tarixdək onun bank hesablarına daxil olan 34576, 36 (26 ay, hər ay 1329,86 manat olmaqla) manat pul məbləğinin cəzaçəkmə müəssisəsində olduğu müddətdə onun yanına yalnız 2 dəfə gələrək 700 manatını ona vermiş, qalan məbləğləri mənimsəmişdir. O, 20 dekabr 2022-ci il tarixdə cəzadan azad olunduqdan sonra Cavabdehla görüşmüş, o ona pul məbləğlərini mənimsədiyini etiraf etmiş, borcunu ödəyəcəyini bildirmişdir. Daha sonra, 06 fevral 2023-cü il tarixdə, Bakı şəhəri 1 saylı notariat ofisində cavabdehə verdiyi etibarnamənin qüvvəsinə xitam vermişdir. Sonuncu dəfə 2023-cü ilin iyul ayında Cavabdeh tərəfindən ona hissə-hissə 1310 manat məbləğdə ödəniş qaytarılmış, geri qalan məbləği ödəmək iqtidarında olmadığını bildirmişdir. Bildirir ki, o, AR veteranıdır, vəsigə 2001-ci ildə verilmişdir. 2014-cü ildən 2019-cu ilə gədər 50 manat, 2019-cu ildən 80 manat təgaüd AR Pzerizident tərəfindən təyin edilmiş və ona da şamil olunmuşdur. Cavabdeh bu müddət ərzində həmin pulları da mənimsəmişdir, həmin pul 5440 manat təşkil edir. Bundan əlavə, cavvabdeh ona məxsus olan Azercell nömrəsi olan 050 *** ** ** etibarnamə üzrə gedib özbaşına öz adına keçirməklə istifadə etmişdir, o, cavabdehdən soruşduqda nə üçün belə hərəkət etmişdir, cavabdeh ona bildirilmişdir ki, ona cəzacəkmə müəssisənin həkimi demişdir ki, Tamerlan ağır xəstədi və tezliklə öləcək. Cavabdeh öhdəliklərini yerinə yetirməmiş, onun cəzçəkmə müəssisəsində olmasından suiistifadə edərək vicdanlılıq tələbinə riayət etməmişdir. Cavabdeh ona 2023-cü ilin iyul ayı sonuncu olmaqla ödənişlər edərək, ona borcunun mövcudluğunu etiraf etmişdir və həmin etirafa əsasən iddia müddətinin axımı kəsilmişdir. Cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməklə ona məxsus pul vəsaitini mənimsəmiş, daha sonra isə geri ödəmək iqtidarında olmadığını bildirərək onun konstitusion hüquqlarını ciddi şəkildə pozmuşdur. Göstərilənlərə əsasən Cavabdeh 40.016.36 manat məbləğində pul vəsaitinin və 240 manat ödənilmiş dövlət rüsumunun, cəmi 40.256.36 manat məbləğində alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 19 noyabr 2023-cü il tarixdə X3 cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı 2010 manat pulun və ödənilmiş 41 manat dövlət rüsumunun, ümumilikdə 2051 manat pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh İddiaçı iddia ərizəsində iddianın əsası olaraq göstərdiklərinin heç biri həqiqəti əks etdirmir. Belə ki, İddiaçı iddia ərizəsində də göstərdiyi kimi onların aralarında dostluq münasibətləri mövcud olmuşdur. 2018-ci ildə aralarında hər hansı bir şifahi razılaşma olmamışdır. İddiaçı həmin vaxt onunla yanaşı daha bir neçə nəfərə etibarnamə vermişdi və bu sadəcə olaraq hər ehtimala qarşı həbs olunacağı halda adından banklarda olan borcları ilə bağlı, həmçinin də öz cinayət işi ilə bağlı vəkil büroları ilə müqavilə bağlamaq və s. üçün nəzərdə tutulmuşdur. Pensiya kartından pul çıxarıb onun yanına getmək və ya ona aparmaq üçün etibarnaməyə ehtiyac olmadığı hamıya məlumdur. İddiaçı iddia ərizəsində həbs edilmə səbəbləri barədə susmağa üstünlük versə də, o, AR CM-nin 178.2.3, 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə məhkum olunmuş, məhkum olunmamışdan əvvəl də, insanları aldatmaqla hərəyə bir vəd verirdi. Hazırda da, o, hər addımında yalnız kimlərisə aldatmaq, kimdənsə hansısa məbləğdə pul tələb etməklə özünü idarə edir. Həmin vaxt İddiaçı barəsində qeyd edilən maddələrlə aparılan cinayət işi üzrə həbs qətimkan tədbiri seçildikdən sonra o, dəfələrlə 1 saylı Bakı İstintaq Təcridxanasına İddiaçı yanına getmişdir. Onunla yaxın qohumluq əlaqələri olmadığı üçün ona İddiaçıla görüş verməsələr də, saatlarla gözləmək məcburiyyətində qalaraq ona apardığı sovqatların qəbul edilməsi barədə müəssisə rəhbərliyinin razılığını almağa nail olmuşdur. İddiaçı yalnız istintaq təcridxanasında olduğu 4-5 ay ərzində onun yanına təxminən 7-8 dəfə getmiş və zəng edərək gətirilməsini xahiş etdiyi çox miqdarda ərzaqla yanaşı, qara idman paltarı, qara alt paltarları, qara şalvar, qara köynək, qara gödəkçə, qara ayaqqabı, saat, eynək, üzqırxan, şampun, üz qırxmaq üçün köpük, losyon və s. aparılmışdır. O elə bir insandır ki, ilk vaxtlarda aldığı paltarları, xüsusən də alt paltarlarını bəyənməyərək, yalnız Türkiyə istehsalı olan bahalı pambıq paltarlar gətirməyini tələb edirdi. Təkcə 20 dekabr 2018-ci il tarixində həbs edildiyi zaman artıq azadlıqda olarkən pensiyasını alıb xərclədiyini, qarşıdan yeni ilin gəldiyini və onun həbsə yeni düşdüyünü nəzərə alaraq birinci dəfə ona aparılan bütün ərzaq və paltarlar, yataq örtükləri və s. öz pulu hesabına alınmışdır ki, bu məbləğ 500 manatdan artıq etmişdir. Həmçinin də içəridə heç kimin yanında pis duruma düşməsin deyə hər dəfə tərəfindən ona 150-200 manat pul göndərilmişdir. Bu hal isə onun istintaq təcridxanasında saxlanıldığı 4-5 ay ərzində, hər ay təxminən 2-3 dəfə təkrarlanmışdır.Qeyd edir ki, həmin ərzaqlar çox və ağır olduğu, bir adamın daşıması mümkün olmadığı üçün o, heç vaxt nə istintaq təcridxanasına, nə də cəzaçəkmə müəssisəsinə tək getməmiş, həmişə ümumi dost və tanışlarının, xüsusən də onun yaxınları olan tanışların köməyinə müraciət etmişdir ki, imtina etməsinlər. Bununla da həmin şəxslər bu hadisələrin şahidlərinə çevrilmişlər. İddiaçı artıq hər zəng edəndə yalvarır, onu hətta borca girməyə məcbur edir, pensiyanın ayda bir dəfə verilməsinə baxmayaraq, demək olar hər həftə nələrsə tələb edirdi. Artıq onun pensiyası xərclərini qarşılamırdı. Bu arada o, dəfələrlə onun yanına getmiş, pensiya pulundan zənglə sifariş etdiyi ərzaq və paltarları alıb aparmış, öz cibindən də əlavə etməklə içəridəki xərclərini qarşılaması üçün onun özünə hər dəfə müxtəlif məbləğlərdə pul göndərmişdir. Qısa bir zaman sonra, barəsində olan məhkəmə hökmü qanuni qüvvəyə mindiyi üçün İddiaçı Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 9 saylı CÇM-nə köçürüldü. Xüsusilə qeyd etməyi zəruri hesab edir ki, iddia ərizəsində göstərdiklərindən fərqli olaraq İddiaçı heç vaxt 1329,86 manat pensiya almamışdır. Onun həmin vaxt aldığı pensiyanın məbləği 1250,00 manat təşkil edirdi. Həmçinin də qeyd edir ki, məhkəmənin hökmü çıxdığı vaxtdan başlayaraq İddiaçı dələduzluq edərək aldatdığı X2 olan borcu üzrə Bakı şəhəri 13 saylı dövlət notariat ofisinin 03 aprel 2019-cu il tarixli icra qeydinə əsasən Sabunçu rayon İcra və Probasiya şöbəsinin 18 aprel 2019-cu il tarixli məktubu ilə 25 000 manat borc məbləği onun təqaüdünün 50% hissəsinə yönəldilmişdir ki, bununla da o, ayda 625 manat almağa başladı (buna əsas Notariat kontorunun İcra Qeydi, İcra məmurunun məktubu əlavə edilir). Lakin İddiaçı artıq çox xərcləməyə, bəlkə də pul hesabına içəridə dost tapıb hörmət qazanmağa və s. öyrəşdiyindən, ondan hər həftə yanına gəlməyi, darıxdığını, o buna vaxtı çatmadığını bildirdikdə isə, İddiaçı sovqat, paltarlar, saat, eynək və s. bəhanələr fikirləşməklə buna təkid edirdi. Onun ayda bir dəfə gələn 625,00 manat pensiyası onun tələblərini ödəmir, əksinə kəsdikləri çörəyə, düşdüyü vəziyyətə, həmçinin də həmin vaxt artıq onda təkrar yaranmış psixi problemlərə görə ona yazığı gələrək, onu borca girməyə məcbur edirdi. Həmin vaxt onun artıq dost-tanışa kifayət qədər borcu yaranmışdı. Bunu görən İddiaçı pensiyasının tutulması ilə razılaşmayaraq, bu icra qeydini onun mübahisələndirməsini, əvvəllər hakim işlədiyi üçün əmin olduğunu, icra qeydinin verilməsinə səbəb olmuş borc müqaviləsinə görə onun həbs olunduğunu və bunun da müqavilənin ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan bağlandığının sübutu olduğu səbəbindən müqavilənin etibarsız hesab ediləcəyini bildirməklə, onun Binəqədi rayon Məhkəməsinə iddia verməsini xahiş etdi. Hətta bu məqsədlə o, vəkil üçün CÇM rəhbərliyi tərəfindən təstiq edilmiş etibarnamə də vermişdi. Bu işə baxılana qədər də, o, icra qeydinin ləğv ediləcəyi və pensiyasının düzələcəyi barədə ona ümidlər verərək, müxtəlif sifarişlər verməklə onu borca salmağa davam edirdi. Lakin Binəqədi Rayon Məhkəməsinin qətnaməsi ilə iddia təmin edilmədi. Həmin vaxt o, İddiaçı sifarişlərini yerinə yetirməyi səbəbindən artıq müxtəlif dost-tanışlardan ümumilikdə 3000 manata yaxın borc almışdı. İddianın təmin edilmədiyini gördüyü üçün bu dəfə İddiaçı ona birlikdə çörək yediyi məhkumlardan birinin qardaşının hər həftə gəldiyini, pensiyasını da onun yanına gətirilən ərzaqların üstünə qoyarsa birlikdə çətinlik çəkməyəcəklərini bildirməklə, pensiya kartını həmin məhkumun qardaşına verməsi üçün ona gətirməyini xahiş etdi ki, o, belə də etdi. Çünki artıq yetərincə borcu yaranmışdı. Qeyd etdiyi dövrdə İddiaçı psixi durumunda problemlərin yaranması onunla görüş alıb söhbət etməyin çox çətin olduğunu, məhkumlar və CÇM rəhbərliyi tərəfindən ona İddiaçıla bağlı müxtəlif iradlar tutulmasını nəzərə alaraq, o, artıq görüşə girməməklə yalnız sovqat aparmağa başlamışdı. Hər dəfə ən az sovqatın 200-300 manat tutduğunu, həmçinin də CÇM-nin daxilində mağaza olduğu üçün istəyəndə oradan nəsə aldığını, orada telefonla danışmaq, paltarlarını yudurtmaq, yatağını yığışdırtmaq, saçını kəsdirmək və s. üçün digər məhkumlara pul verdiyini dediyi üçün hər dəfə ondan 150-200 manat pul alırdı. Həmçinin də siqaret çəkmədiyi halda, o hər dəfə 10- 20 qutu bahalı siqaret almağı xahiş edirdi ki, bunun özü elə hər dəfə 60-70 manat pul tuturdu. Mağazalardan alınan ərzaq və paltarların qəbzlərini o, görüşərkən İddiaçı göstərir, sovqat göndərərkən isə ərzaqların yanına qoyurdu. Bunu İddiaçı həm qiymətləri görməsi, həm də alınan ərzaqların siyahısını bilməsi və CÇM əməkdaşları tərəfindən ərzaq və digər malların ona çatdırılarkən əskik olub-olmamasını yoxlaması üçün edirdi. Çünki İddiaçı bir neçə dəfə yanına gələrkən onunla hər qəpiyin hesabını aparmışdı. Daha əvvəl də göstərdiyi kimi, İddiaçı iddia ərizəsində göstərdiyindən fərqli olaraq, onunla əvvəlcədən bu barədə heç bir şifahi və s. razılaşmaları olmamışdır. Sadəcə olaraq İddiaçı belə bir vəziyyətə düşməsi və onun insanlığı, vicdanlığı, mərhəmətliliyi nəticəsində o yavaş-yavaş bütün bu yükü onun üzərinə “yükləməyə” başladı. Etiraf etməlidir ki, arada iki-üç dəfə İddiaçı guya onun zəhmətini qiymətləndirirmiş kimi ona 10-20 manat benzin pulu vermişdi. Həm pensiya, həm də veteran pulu kartının ona verilməsindən sonra onların alış-veriş, gediş-gəlişlə bağlı münasibətləri sona yetdi. Nəticədə onun dost və tanışlarına bir neçə min manat borcu yarandı ki, bunları da təbii ki, hissə-hissə özü qaytardı. Uzun müddət sonra, təxminən 2021-ci ilin əvəllərində İddiaçı ona zəng edərək pensiya kartının vaxtının bitməsini bildirdi və onun adına etibarnamə olduğu üçün gedib yeni kart alıb ona gətirməsini xahiş etdi. O həmin kartı alaraq yenə də aparıb ona verilməsini təmin etdi. Bir daha qeyd edir ki, eynilə də veteran pulu kartı alındıqdan bir neçə ay sonra onun təkidi ilə kart özünə verilmişdir. O onun üzündən yığdığı borcların qaytarılması üçün həmin kartı özündə saxlamağı və ayda 80 manat olan o pul hesabına onun üzündən yığdığı borcları qaytarmağını təklif etsə də, İddiaçı təkidlə kartın ona gətirilməsini tələb etdi və çıxdıqdan sonra hesablaşacaqlarını bildirdi. Əslində 2020-ci ilin əvvəllərində başlanan pandemiya ilə əlaqədar məhkumlarla görüşlər qadağan edildikdə, o, İddiaçı pensiya və veteran pulu kartlarını ondan almasına sevindi. Çünki həmin kartlar onda olmuş olsa idi, o həmin vaxt SMS icazə vasitəsilə küçəyə çıxmaq üçün verilən 2 saat ərzində alış-veriş edib, aparıb Binə qəsəbəsində yerləşən CÇM-nə verib qayıda bilməyəcəkdi. Eyni zamanda, veteran pulu kartı ilə bağlı bildirir ki, İddiaçı 2018-ci ilin dekabr ayında həbs edilmişdir. Lakin iddia ərizəsində o hansısa səbəbdən 2014-cü ildən başlayaraq alınan veteran pullarını ondan tələb edir. 2022-ci ildə İddiaçı həbsdən çıxarkən, yenə də onu o qarşılamışdır. Çünki onun psixi durumu ilə əlaqədar qapını açıb küçəyə buraxa bilmədikləri üçün müalicə müəssisəsinin həkimi tərəfindən ona zəng edilmişdi. Həmçinin çıxıb hara gedəcəyini bilmədiyini düşündüyü üçün o, onu qarşılamağa məcbur oldu. Bir müddət sonra İddiaçı ona pensiyasını düzəltmək üçün yenidən xəstəxanada yatmalı olduğunu bildirərək, ondan pensiyası düzəldiyi zaman qaytaracağını bildirməklə xəstəxana, pensiya alana qədər bir müddət yaşaması və digər xərclər üçün 1000 manat borc pul istədi. O, küçələrdə qalmasın, yaşamaq üçün vəsaiti olsun deyə, bir neçə dəfəyə hissə-hissə ona bu pulu borc verdi. Daha sonra iki dəfə o, yaxın vaxtlarda pensiyasının düzələcəyini bildirməklə, ona az qalsın yalvararaq, kirayə pulu üçün 150 manat, daha sonra da eyni adla 150 manat borc pul istədi. Həmçinin bir dəfə harasa gedərkən, o, pulunun az olduğunu bildirməklə, ondan 5-10 manat pul istədi ki, o da ona 10 manat verdi. İddia ərizəsində o, bu 1310 manat pulu ondan aldığını etiraf etsə də, guya ona borclu olduğu puldan qaytardığını qeyd etmişdir. Bir daha qeyd edir ki, onun İddiaçı hər hansı bi məbləğdə borcu yoxdur. Əslində guya onun Tamerlana borclu olmağı barədə söhbətlər və ondan pul tələb etməsi, onun pensiyasının düzəlmədiyini gördüyü üçün başladı. O, ondan başqa, digər insanlardan da müxtəlif vasitələrə əl ataraq pul tələb edir. Eyna zamanda onun eşitdiyinə görə bəzi ümumi tanışlarına ona qarşı irəli sürdüyü iddia ərizəsinin surətini göstərməklə 40 000 manat alacağı olduğunu bildirərək borc almağa cəhd edir. Bundan əlavə, iddia ərizəsində göstərilən 050 ***-**-** mobil nömrəsi onun öz adınadır və iddiada qeyd edilən bu xüsusat da sadəcə uydurma olmaqla onun təxəyyülünün məhsuludur. Göründüyü kimi, onun ayda 1329,86 manat pensiya almasının yalan olduğu, onun pensiyasının 50% hissəsinin borcuna görə tutulma aparılmasını gizlətdiyi kimi, yanına yalnız iki dəfə getməyi, pensiya və veteran pulu kartının onda olması, o pulları onun mənimsədiyi, mobil nömrənin onun adına keçirilməsi və s. halların heç biri həqiqəti əks etdirmir. Bütün bu halların sübuta yetirilməsi məqsədilə tərəfindən İddiaçı yanına ziyarətə getməyinin tarixləri və apardığı sovqatlarla bağlı Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 9 saylı CÇM-nə və 1 saylı Bakı İstintaq Təcridxanasına sorğular verilmişdir. Bundan əlavə, "xxxx" ASC-yə sorğu verilərək, İddiaçı məxsus pensiya və veteran pulu kartına daxil olan məbləğlər, bankomatların yaddaşlarından əməliyyatlar aparan şəxslər barədə çıxarışlar da əlavə olunmaqla ətraflı məlumat verilməsini, həmçinin də 050 ***-**-** mobil nömrəsinin kimin adına olması barədə "xxxx" MMC-yə sorğu verərək arayış verilməsini xahiş etmişdir. Sorğularına cavab gəldikdən sonra ilkin iddianın heç bir əsasının olmadığı aydın olacaqdır. Belə ki, o, 2019-cu ilin əvvəllərində cəmi bir neçə dəfə onun pensiya kartından pul çıxarmış və həmin pulların da üstünə əlavə pul qoyaraq İddiaçı özünə xərcləmişdr. Eyni zamanda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 9 saylı CÇM-nə və 1 saylı Bakı İstintaq Təcridxanasına verilmiş sorğulara cavab alındığı zaman onun İddiaçı yanına nə qədər getməyi, neçə dəfə sovqat aparmağı barədə onun iddia ərizəsində göstərdiklərinin həqiqəti əks etdirmədiyini təsdiq edəcəkdir. Həmçinin İddiaçı özünün də etiraf etdiyi kimi ona hələ CÇM-də olduğu zamanlarda 700 manat pul aparmağını, 1310 manat isə CÇM-dən çıxdıqdan sonra verməsini əsaslandırmağa ehtiyac belə görmür. Belə ki, bu pulların ona verilməsini İddiaçı özü ilkin iddia ərizəsində etiraf etmişdir. İddiaçı yanına gedib-gəlməyi, ərzaq və paltar daşımağı, bunun nəticəsində bir neçə min manat borca girməyi isə həmin hadisələrin iştirakçısı olmuş şahidlər tərəfindən təsdiq edilir. Qısaca olaraq məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, İddiaçı xx.xx.2014-cü ildən başlayaraq 2 saylı X1 “kəskin psixotik hal” diaqnozu ilə, xx.xx.2018-ci il tarixində təkrarən X6 Stansiyasının göndərişi ilə “qayıdan depressiv pozğunluq, orta dərəcəli növbəti epizod” diaqnozu ilə müayinə/və müalicə olunmuş, xx.xx.2018-ci il tarixində professor Bilal Əsədovun məsləhəti ilə ona “somatik patalogiyası ilə ağırlaşmış bipolyar affektiv pozuntu” diaqnozu qoyulmuşdur. Hazırki məhkəmə mübahisəsinin bilavasitə predmeti olmasa da, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı psixi vəziyyəti ilə əlaqədar xəstəliyinin müəyyən edilməsi məqsədi ilə müvafiq məhkəmə-tibbi ekspertizası keçirilsəydi, o əmindir ki, qeyd etdikləri öz təsdiqini tapardı. Çünki İddiaçı sağlamlıq durumu ilə bağlı qeyd etdiyi bu hallar həmçinin də məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmündə də öz əksini tapmaqla yanaşı, bu sahə üzrə mütəxəssis olmadan belə görmək mümkündür. İlkin iddianın tam həcmdə rədd edilməsi, qarşılıqlı iddianın tam həcmdə təmin olunması, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 2010 manat pulun və ödənilmiş 41 manat dövlət rüsumunun, ümumilikdə 2051 manat pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarırmasını xahiş etmişdir. 20 noyabr 2023-cü il tarixdə İddiaçı məhkəməyə ərizəsinə əlavə təqdim edərək, iddiaçıdan onun xeyrinə 80.006.36 manat məbləğində pul vəsaitinin tutulması barədə qənamə çıxarılmasını xahiş etmişdir. 10 yanvar 2024-cü il tarixdə İddiaçı iddia ərizəsinə düzəliş təqdim edərək Cavabdeh 47.016.36 manat ziyan və 20.000 manat mənəvi ziyan məbləğində pul vəsaitinin və 240 manat ödənilmiş dövlət rüsumunun, cəmi 67.256.36 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, 2018-ci ilin sentyabrın əvvələrində öncədən dost münasibətində olduğu Cavabdeh ilə aralarında şifahi razılaşma olmuşdur. Belə ki, barəsində aparılan ibtidai araşdırma zamanı həbs qətimkan tədbiri seçiləcəyindən şübhələnərək, Cavabdeh həbsdə və cəzaçəkmə müəssisəsində olduğu müddətdə onun hesabına edilmiş ödənişləri əldə edib kredit borclarını ödəməsini, qalan məbləğləri isə ona gətirməsini və bununla əlaqədar tərəfindən ona etibarnamə veriləcəyi razılaşdırmışlar. 08 sentyabr 2018-ci il tarixdə, Bakı şəhəri 13 saylı dövlət notariat kontorunda bütün əmlakından istifadə etmək və onlar barəsində sərəncam vermək, bank əməliyyatları aparmaq və s. səlahiyyətlər barəsində cavabdehə etibarnamə vermişdir. Barəsində həbs-qətimkan tədbiri seçildikdən sonra cavabdeh tərəfindən razılaşmada göstərdiyi təqaüd məbləğindən başqa, pensiya ödənişi aldığı kart müvafiq İcra orqanından verdiyi etibarnaməyə əsaslanaraq əldə olunmuşdur. Cavabdeh 12 mart 2019-cu il tarixdən 20 may 2021-ci iİ tarixdək onun bank hesablarına daxil olan 34576,36 (26 ay hər ay 1329,86 manat olmaqla) manat pul məbləğinin cəzaçəkmə müəssisəsində olduğu müddətdə yanına yalnız 2 dəfə gələrək 700 manatını ona vermiş, qalan məbləğləri mənimsəmişdir. Bundan əlavə olaraq, həmin kartda 7000 manat olmuşdur ki, həmin məbləqi də mənimsəmişdir. O, 20 dekabr 2022-ci il tarixdə cəzadan azad olunduqdan sonra Cavabdehla görüşmüş, o ona pul məbləğlərini mənimsədiyini etiraf etmiş, borcunu ödəyəcəyini bildirmişdir. Daha sonra, o, 06 fevral 2023-cü il tarixdə, Bakı şəhəri 1 saylı notariat ofisində cavabdehə verdiyi etibarnamənin qüvvəsinə xitam verdi. Sonuncu dəfə 2023-cü ilin iyul ayında Cavabdeh tərəfindən ona hissə-hissə 1310 manat məbləğdə ödəniş qaytarılmış, geri qalan məbləği ödəmək iqtidarında olmadığını bildirmişdir. Bildirmək istəyir ki, o, AR veteranıdır, vəsigə 2001-ci ildə verilmişdir. 2014-cü ildən 2019-cu ilə gədər 50 manat, 2019-cu ildən 80 manat təqaüd AR Pzerizident tərəfindən təyin edilmiş və ona da şamil olunmuşdur. Cavabdeh bu müddət ərzində həmin pulları da mənimsəmişdir, həmin pul 5440 manat təşkil edir. Bundan əlavə cavabdeh ona məxsus olan Azercell nömrəsi olan 050 *** ** ** etibarnamə üzrə gedib özbaşına öz adına keçirmıklə istifadə etmişdir, o, cavabdehdən soruşduqda nə üçün belə hərəkət etmişdir, cavabdeh ona bildirilmişdir ki, ona cəzacəkmə müəssisənin həkimi demişdir ki, Tamerlan ağır xəstədi və tezliklə öləcək. Göstərilənlərə əsasən Cavabdeh 47.016.36 manat ziyan və 20.000 manat mənəvi ziyan məbləğində pul vəsaitinin və 240 manat ödənilmiş dövlət rüsumunun, cəmi 67.256.36 manat məbləğində alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizəsini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında İddiaçı qarşılıqlı iddia tələbini qəbul etməyərək, onun təmin edilmədən saxlanılmasını, öz iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş və iddia ərizəsinə uyğun izahat vermişdir. Məhkəmə iclasında Cavabdeh ilkin iddia tələbini qəbul etməyərək, onun təmin edilmədən saxlanılmasını, qarşılıqlı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş və qarşılıqlı iddia ərizəsinə uyğun izahat vermişdir. Məhkəmə işə baxıb, tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən iddia və qarşılıqlı iddia tələblərinin dəlillərini müzakirə edərək hesab edir ki, iddia və qarşılıqlı iddia tələbləri təmin edilməməlidir. İş materiallarında olan İddiaçı tərəfindən Bakı şəhəri 1 saylı notariat ofisinə yazılmış ərizədən görünür ki, xx.xx.2018 il tarixdə Bakı şəhəri 13 saylı dövlət notariat ofisində ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh verilmiş etibarnamənin ləğv olunmasını xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(006)-68/2019 nömrəli hökmündən görünür ki, İddiaçı Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkmə edilmiş, İddiaçı Azərbaycan Respublikası CM-nin 32.4, 312.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən İddiaçı təyin edilmiş azadlıqdan məhrumetmə cəzaları qismən toplamaqla ona qəti olaraq 4 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. İddiaçı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli 20 dekabr 2018-ci il tarixdən hesablanmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmışdır. Təqdim olunmuş AR Ədliyyə Nazirliyi Penitensiar Xidmət Müalicə Müəssisəsinin məhkəmənin sorğusuna xx.xx.2023-cü il tarixli, 3-16-17/36/2-3022/2023 nömrəli cavab məktubundan görünür ki, İddiaçı 9 saylı cəzaçəkmə müəssisəsində cəza çəkdiyi müddət ərzində xx.xx.2019-cu il tarixdə, xx.xx.2019-cu il tarixdə, xx.xx.2019-cu il tarixdə və xx.xx.2019-cu il tarixdə vətəndaş Cavabdeh ilə qısa müddətli görüşdə olmuşdur. Məhkəmə mübahisənin hüquqi həlli ilə bağlı qeyd edir ki, Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarında zərərin ödənilməsi tələbini də özündə ehtiva edən öhdəliyin yaranması əsasları konkret şəkildə müəyyən edilmiş və buraya müqavilədən, zərər vurmadan, əsassız varlanmadan və Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslardan irəli gələn öhdəliklərin daxil olduğu göstərilmişdir. Bu baxımdan, hazırkı mülki iş üzrə araşdırma predmetini tərəflərin qarşılıqlı olaraq yuxarıda adı çəkilən əsaslar üzrə iddia tələblərində gösərilən məbləğ həddində öhdəlik daşıyıb-daşımaması halının müəyyən edilməsi təşkil edir. Məhkəmə bildirir ki, mülki prosessual hüquq üçün səciyyəvi olan formal həqiqət prinsipinə əsasən hakim faktlarla və hallarla bağlı tərəflərin dəlilərinin həqiqiliyini yalnız o zaman müəyyən edə bilər ki, onları qarşı tərəf mübahisələndirsin. Məhkəmə, formal həqiqət prinsipini və cavabdeh tərəfindən iddia tələblərinin qəbul edilməyərək bütünlüklə mübahisələndirildiyini nəzərə alaraq hesab edir ki, mübahisələndirilən xüsusatlara, yəni cavabdehin iddiaçı qarşısında öhdəlik münasibətləri çərçivəsində məsuliyyət daşımasının müəyyən edilməsinə sübutetmə yükü aspektindən yanaşılmalıdır. Belə ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Məhkəmə, iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, tərəflər qarşılıqlı surətdə birbirlərinə borclu olduqlarını sübuta yetirə bilməmişlər. Halbuki mülki-prosessual qanunvericiliyə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Bundan əlavə, məhkəmə bildirir ki, iddiaçı sözügedən iddia tələbinin faktiki əsası kimi cavabdeh tərəfindən 47.016.36 manat məbləğində pulun o, həbsdə olarkən onun hesabına edilmiş ödənişləri əldə edib kredit borclarını ödəməsini, qalan məbləğləri isə ona gətirməsini və bununla əlaqədar tərəfindən ona etibarnamə verilməsini göstərmişdir, cavabdeh isə iddia tələbinə məhkəmə iclaslarında iddiaçıya hər hansı bir məbləğdə borcu yaxdur. Odur ki, Məhkəmə, iddia və qarşılıqlı iddia tələbləri üzrə tərəflərin söykəndiyi faktiki halların təsdiqi üçün irəli sürdükləri dəlillərə və qeyd etdikləri xüsusatlara sübutlar, sübutların qiymətləndirilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin müəyyən etdiyi prinsip və göstərişlərinə uyğun olaraq qiymət verməyi zəruri hesab edir. Bu tələbə əməl edilməməsi ədalətsiz qətnamə qəbul edilməsi ilə nəticələnə bilər. Oxşar mövqe Konstitusiya Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “... Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-nin müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz”. Bu baxımdan, məhkəmə ilk növbədə bildirir ki, yuxarıda da göstərildiyi kimi, iddiaçı və qarşılıqlı iddiaçı öz iddia tələblərinin faktiki əsası kimi göstərdikləri halları, o cümlədən qeyd etdikləri borcu təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişlər. Həqiqətin müəyyən olunması vəzifəsi ayrı-ayrı hüquq sahələrində müxtəlif cür öz əksini tapmışdır. Belə ki, cinayət və ya inzibati xəta haqqında işlər üzrə icraatda məhz obyektiv həqiqətin müəyyən edilməsi tələb olunsa da, mülki prosesdə formal həqiqət prinsipi əsas götürülmüşdür. Bu prinsipə görə, hakim yalnız tərəflərin mübahisələndirdikləri hallarla bağlı məhkəməyə təqdim etdiyi faktiki halları və sübutları nəzərə almalıdır. Beləliklə, iş üzrə müəyyən olunmuş hallara qiymət verərək, məhkəmə hesab edir ki, iddia və qarşılıqlı iddia tələbləri üzrə hər hansı mötəbər sübut məhkəməyə təqdim edilmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia və qarşılıqlı iddia tələbləri əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia və qarşılıqlı iddia tələbləri təmin olunmadığı üçün tərəflərin ödədikləri dövlət rüsumu onların özlərinə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası və Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu tərəflərə aid edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-147/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-147/2024
23.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver