Məhkəmə qərarları › İş №2(009)-1486/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1486/2021

07.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1486/2021 07.05.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı oğlunun cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair ərizənin mümkünlüyü məsələsinə baxaraq… MÜƏYYƏN ETDİ: İddaçı İddiaçı oğlu cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət etmişdir. Hakim iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsinə ərazi aidiyyəti üzrə Səbail rayon Məhkəməsində baxılmalı olmadığından, eyni zamanda iddia ərizəsi forma və məzmununa riayət edilməməklə verildiyindən sənədlərlə birlikdə geri qaytarılmalıdır. AR MPM-nin 149.2.1-ci maddəsiən əsasən idida ərizəsində ərizənin verildiyi məhkəmənin adı; 149.2.2. işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları; 149.2.3. iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; 149.4-cü maddəsinə əsasən ərizədə mubahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri də göstərilir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilməklə verilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Prosessual qanunvericiliyinin tələblərinə əsasən iddia ərizəsində iddiaçının və cavabdehin adı, onların poçt ünvanları, iddia tələbini əsaslandığı hallar, iddiaçının tələbi və iddia ərizəsinə əlavə olunan sənədlər göstərilməlidir. Lakin iddiaçı iddia ərizəsində cavabdehin ünvanını, iddia ərizəsinə əlavə olunan sənədlərin siyahısını göstərməmişdir. Hakim digər tərəfdən qeyd edir ki, iddia ərizəsi aidiyyət qaydalarının pozulması ilə verilmişdir. AR MPM-nin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. AR MPM-nin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Prosessual qanunvericiliyin tələbinə əsasən hüquqi şəxsə qarşı iddia onun rəsmi ünvanı üzrə verilir. Hakim qeyd edir ki, AR Təhsil Nazirliyinin hüquqi ünvanı Səbail rayonu ərazisi olmadığı üçün, iddiaçının tələbinə öz yaşadığı yer üzrə, yəni Səbail rayon Məhkəməsində baxılması yolverizmədir. Hakim habelə qeyd edir ki, ərizəçi tərəfindən dövlət rüsumu da ödənilməmişdir. «Dövlət rüsumu haqqında» AR Qanunun 8.1.1 və 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatadək olduqda dövlət rüsumu 20 manat, 500 manatdan çox olduqda dövlət rüsumu 30 manat tutulur. Hakim qeyd edir ki, irəli sürülmüş tələb qiymətli və 500 manatdan çox olduğu üçün, ödənilməli dövlət rüsumu 30 manat təşkil edir. AR MPM-nin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, iddia ərizəsi geri qaytarılır. Beləliklə hakim hesab edir ki, ərizənin yuxarıda göstərilən əsaslara məhkəmə icraatı mümkün deyil və bu səbəbdən ərizə sənədlərlə birlikdə geri qaytarılmalıdır. AR MPM-nin 31.1-ci maddəsinə əsasən aidiyyat qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 151.1 maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Şərh olunanlara əsasən və AR MPM-nin 152.1.1, 152.2-152.4-cü maddələrini rəhbər tutaraq hakim… QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar