Məhkəmə qərarları › İş №2(009)-1492/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1492/2023

05.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1492/2023 05.10.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Rüstəmova Çinarə Mübariz qızının katibliyi, İddiaçı, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5000 (beş min) manat məbləğində borc pul vəsaitin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin təhqiqatçısı, polis mayoru X2 icraatında olmuş və onun şikayəti əsasında toplanmış HK-1/355 nömrəli ilkin təhqiqat materialı üzrə rədd qərarı qəbul etmişdir. Aşağıda qeyd etdiklərinə əsasən hesab edir ki, cavabdeh təhqiqatda verdiyi ifadə ilə ondan 5.000 min manat məbləğində borc götürdüyünü, lakin onu qaytardığı barədə ifadə və izahat verdiyindən, həmin pul vəsaiti ondan tutularaq ona ödənilməlidir. O, ünvan 1 ünvanında yaşayır. Onun nümayəndəsi olmuş, (hazırda onun tərəfindən bağlanmış müqavilə üzrə ödədiyi pul tələbinə dair iddia ərizəsi Xətai rayon məhkəməsinin icraatındadır) İlqar Abbasov xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Baş Polis İdarəsinə məktubla müraciət edərək, vətəndaş İddiaçı hüquqi xidmət göstərilməsi üçün sonuncunun "X8" MMC ilə hüquqi xidmət müqaviləsi bağladığını, etibarından sui-istifadə və aldatma yolu ilə Cavabdeh tərəfindən ümumilikdə 9.000 manat pulun ələ keçirilməsini bildirmişdir. Həmin müraciət xx.xx.2022-ci il tarixdə Nizami RPİ-nin 23-cü Polis Bölməsinin 1 saylı cinayətlər haqqında ərizələr və məlumatların uçotu kitabında 464 № ilə qeydiyyata alınaraq RPİ-nin 23-cü PB-nin baş təhqiqatçısı, polis mayoru Rəşad Məmmədov tərəfindən araşdırma aparılaraq Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixdə qərar qəbul edilmişdir. Vətəndaş İddiaçı Nizami rayon Məhkəməsinin inzibati binasında baş təhqiqatçı, polis mayoru Rəşad Məmmədovun xx.xx.2022-ci il tarixli rədd qərarından şikayətinə baxılaraq həmin qərarın qanunsuz hesab edilərək ləğv edilməsi və material üzrə araşdırma davam etdirilməsi barədə Nizami rayon Məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixdə qərar çıxarılmışdır. Nizami rayon Məhkəməsinin sözügedən qərarında qeyd edilmiş göstərişlərin yerinə yetirilməsi RPİ-nin 23-cü PB-nin təhqiqatçısı, polis kapitanı Elnur Əvəzliyə həvalə edilmiş və onun tərəfindən araşdırma aparılmadan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixdə qərar qəbul edilmişdir, Lakin onun təkrar müraciəti əsasında 571/22 nömrəli rədd materialı Nizami rayon Prokurorluğunda öyrənilərək xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı Nizami rayon prokurorunun müavini, kiçik ədliyyə müşaviri Günay Məmmədli tərəfindən xx.xx.2023-cü il tarixdəb ləğv edilərək təkrar araşdırma aparılması üçün bəzi göstərişlərlə geri RPİ-nin 23-cü PB-nə qaytarılmış və 571/22 nömrəli rədd materialı xx.xx.2023-cü il tarixdə RPİ-nin 23-cü PB-nin dəftərxanasında 313-52/1-271 nömrə ilə qeydiyyata alınaraq təkrar araşdırılması həvalə edilmişdir. Cavabdeh 24 sentyabr 2021-ci il tarixdə, saat 13 radələrində, onunla telefon əlaqəsi saxlayıb problemi olduğundan ondan borc adı ilə 5000 manat pul istəmiş, o da, əvvəlcədən hazırlıqlı olduğundan üzərində götürdüyü 5000 manat pulu həmin vaxt "28 Mail"ın yanında İsmayılla görüşüb vermiş, İsmayıl pulu götürəndə ağ kağıza adını və soyadını, həmçinin 3 ay müddətinə ondan borc götürdüyü 5.000 manat pulu qaytaracağını qələmlə yazaraq kağızı imzalamışdır. 24 dekabr 2021-ci il tarixdə həmin 5.000 manat pulu qaytarmalı olduğundan onunla və dostu Vüqarla görüşərək pulunu istədi, lakin cavabdeh pulu ona qaytarmadı. Yuxarıda sadaladığı prosedurlardan sonra sonuncu dəfə cavabdeh polisə gəlmiş və orada izahatında qeyd etmişdir ki, «İddiaçı 2 il əvvəl Bakı şəhəri, Yasamal rayonun ərazisində yerləşən çayxanaların birində görüb tanımışdır. Həmin vaxtdan da onların aralarında dostluq münasibətləri yaranmış və mütəmadi olaraq Bakı şəhərinin müxtəlif ərazilərində bir tanış kimi görüşüb söhbət etmişlər. Dəqiq tarix onun yadında deyil, 2021-ci ilin sentyabr ayının 24-də saat 13 radələrində Bakı şəhəri, Nəsimi rayonunun ərazisində "28 Mall"ın yanında İddiaçı ilə görüşərək özünə pul lazım olduğundan İddiaçı 5000 manat pulu borc götürmüşdür. Həmin pulu borc götürərkən də, o, İddiaçı demişdir ki, 2021-ci ilin dekabr ayının sonuna kimi düzəldə bilsə, qaytaracaqdır. O, 2021-ci ilin dekabr ayının sonlarında saat 17 radələrində 1500 manat pul düzəldib, Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən məscidin qarşısında İddiaçı ilə görüş təyin edib pulu sonuncuya vermişdir. O, qalan 3500 mant pulu isə 2022-ci ilin mart ayının sonuna kimi hissə-hissə düzəldərək hər ikisinin də tanışı X3 vasitəsilə İddiaçı çatdırmışdır. Hal-hazırda istər onun, istərsə də Vüqar Saramanovun ona başqa məbləğdə verəcəkləri pul yoxdur. Vüqar Saramanov da qəpiyinə-qəpik pulları İddiaçı özü ilə görüşüb əlbəəl sonuncuya verib. Beləliklə də, cavabdeh pulu ondan götürməsi barədə izahat verərək, onu Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbindən azad etmiş və hazırda o özü bu maddənin tələbinə əməl etməli, şahid ifadələri ilə deyil, digər mötəbər dəlillərlə sübut etməlidir ki, həmin məbləği ona qaytarmışdır. Belə ki, onun şahid kimi istinad etdiyi şəxsdən də, o, şikayət ərizəsi ilə polisə müraciət etmişdir. Mülki Məcəllənin normalarına görə borc müqaviləsi şifahi bağlanır və onun sadə yazılı formasından da istfadə edilir. Cavabdeh bu barədə ona yazılı qəbz də verməklə özü onun qarşısında öhdəlik götürmüşdür. Məhkəmə iclasında İddiaçı iddia tələblərini müdafiə edərək ərizədə qeyd olunanlara uyğun izahat vemiş, eyni zamanda bildirmişdir ki, Cavabdeh ona borclu olduğu 4000 manatı 2022-ci ilin aprelinə, yəni o, polisə müraciət edənə qədər qaytarmışdır. Buna görə də, o, polisə müraciət edərkən İsmayıl tərəfindən ona borclu olduğu 5000 manatın qaytarılmadığından şikayət etmişdir. Lakin şikayəti onun adından tərtib edən vəkil şikayətdə səhvən İsmayılın ona ümumilikdə 9700 manat borcu olduğunu göstərmişdir. Vatsap yazışmasında o, təxminən 2021-ci ilin dekabrı və ya 2022-ci ilin yanvar ayı olardı, İsmayıldan ona borclu olduğu 3500 manatın qaytarılmasını tələb etmişdir. Həmin 3500 manatın hazırki 5000 manat borca heç bir aidiyyəti yoxdur. 3500 manat İsmayılın 4000 manat borcuna aid idi. İsmayıl 5000 manat borcundan ona hər hansı məbləğ qaytarmamışdır. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək onun təmin edilmədən saxlanılmasını xahiş etdi və izahat verərək bildirdi ki, İddiaçı 2 il əvvəl Bakı şəhəri, Yasamal rayonun ərazisində yerləşən çayxanaların birində görüb tanış olmuşdur. Həmin vaxtdan da aralarında dostluq münasibətləri yaranmış və onlar mütəmadi olaraq Bakı şəhərinin müxtəlif ərazilərində bir tanış kimi görüşüb söhbət etmişlər. 2021-ci ilin sentyabr ayının 24-də saat 13 radələrində Bakı şhəri, Nəsimi rayonunun ərazisində “28 Mall”-ın yanında İddiaçı ilə görüşərək özünə pul lazım olduğundan İddiaçı 5000 manat pulu borc götürmüşdür. Həmin pulu borc götürərkən də o, İddiaçı demişdir ki, 2021-ci ilin dekabr ayının sonuna kimi düzəldə bilsə, qaytaracaqdır. O, Dinarədən 5000 manat borc almasına və həmin borcu 3 ay müddətində qaytaracağına dair ona yazılı qəbz də vermişdir. O, 2021-ci ilin dekabr ayının sonlarında saat 17 radələrində 1500 manat pul düzəldib, Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən məscidin qarşısında İddiaçı ilə görüş təyin edib pulu sonuncuya vermiş, pulu Dinarəyə verərkən də bildirmişdir ki, qalan 3500 manatı düzəldib hissə-hissə qaytaracaqdır. Sonradan İddiaçı onun mobil telefonuna mesaj da yazaraq ona bildirmişdir ki, 3500 manat pulu ona çatdırsın. O, qalan 3500 mant pulu 2022-ci ilin mart ayının sonuna kimi hissə-hissə düzəldərək, yəni 3 dəfəyə hər dəfə 500 manat olmaqla və bir dəfə də 1000 manat olmaqla tanışı X3 vasitəsilə İddiaçı çatdırmışdır. Hal-hazırda istər onun, istərsə də X4 hər hansı borcları yoxdur. Vüqar Saramanov onun göndərdiyi pulları qəpiyinə-qəpiklə İddiaçı ilə görüşüb əlbəəl sonuncuya verib. O, borcunu qaytardıqdan sonra qəbzin əslini cırıb atmışdır. Onun iddiaçıya hər hansı məbləğdə borcu qalmamışdır. Məhkəmə iclasında cavabdehin vəkili və nümayəndəsi Vəkil iddia tələbini qəbul etməyərək, iddianın əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir. Məhkəmə işə baxb, tərəflərin izahatlarını dinləyib, təqdim edilmiş sübutları tədqiq edib, irəli sürülən tələblərin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakılara görə iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Nizami RPİ-nin 23-cü Polis Bölməsinin təhqiqatçısı Şəbnəm Ələkbərovanın 23 mart 2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənləri nəzərə alaraq, Cavabdeh və X3 əməllərində cinayət tərkibi olmadığından onların barələrində cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Qeyd olunan qərardaddan görünür ki, araşdırma zamanı izahatı alınmış İddiaçı göstərmişdir ki, 2020-ci ilin iyul ayının axırlarında, saat 17 radələrində, o, “28 Mail”da, ikinci mərtəbədə yerləşən kafedə Vüqar və İsmayıl adlı şəxslərlə görüşmüşdür. Bu zaman onların arasında qoruyucu maska biznesi qurmaq barədə əvvəlcədən söhbətləri olduğundan Vüqar ondan 4000 manat pulu bu məqsədlə almışdır. Həmin vaxt İsmayıl onların yanında olmamışdır. Bir neçə dəqiqədən sonra İsmayıl onların yanına geri qayıtmışdır. Sonradan İsmayıl ona zəng edib onların dostu Vüqarın problemlərinin olduğunu və buna görə də Vüqara köməklik göstərmək lazım olduğunu bildirib, Vüqarın haradansa buraxılmağına ondan pul istəmişdir. Vüqarı tanıdığı üçün o, İsmayılın sözünü yerə salmayıb, düzəltdiyi 3700 manat pulu 2020-ci ilin sentyabrın oratalarında saat 19 radələrində İsmayıl avtomobillə Nizami rayonu, Keşlə qəsəbəsinin ərazisində yerləşən məscidin yanında ondan götürüb getmişdir. 24 sentyabr 2021-ci il tarixdə, saat 13 radələrində, İsmayıl onunla telefon əlaqəsi saxlayıb bildirmişdir ki, problemi olduğundan 5000 manat borc lazımdır. O, da əvvəlcədən hazırlıqlı olduğundan üzərində götürdüyü 5000 manat pulu həmin vaxt “28 Mail”ın yanında İsmayılla görüşüb vermişdir. İsmayıl ondan pulu götürərkən ona söz vermişdir ki, pulunu 5-6 aya düzəldib verəcəkdir. Lakin o, İsmayılla razılaşmayıb sonuncuya demişdir ki, onun pulunu 3 ay müddətinə düzəldib qaytarar. Hətta İsmayıl onun yanında ağ kağıza adını və soyadını, həmçinin 3 ay müddətinə ondan borc götürdüyü 5000 manat pulu qaytaracağını qələmlə yazaraq kazğızı imzalamışdır. O, kağızı İsmayıldan götürüb, getmişdir. Aralarında olan razılığa görə İsmayıl 3 ayın tamamında, yəni 24 dekabr 2021-ci il tarixdə həmin 5000 manat pulu qaytarmalı idi. 2021-ci ilin dekabr ayının axırlarında saat 19 radələrində o, Vüqar və İsmayıl telefonla danışıb üçlükdə görüş təyin etdikləri yerdə Nizami rayonu, Keşlə qəsəbəsinin çıxacağında kafedə görüşüb söhbət edərkən İsmayıldan axırıncı verdiyi 5000 manat pulu vaxtında qaytarıb-qaytarmayacağını soruşmuşdur. İsmayıl isə onu ələ salaraq gülə-gülə 5-6 aya hissə-hissə verəcəyini deyib, yanlarından çıxıb getmişdir. O, İsmayılın barəsində polis orqanlarına müraciət etdikdən sonra İsmayıl 2022-ci ilin sentyabr ayının 19-da saat 18:19 radələrində “Xətai” metrostansiyasının yaxınlığında onunla görüşərkən 1000 manat pulu ona verərkən bildirmişdir ki, Vüqarın ondan götürdüyü 7700 manat puldan qaytarılır. O, sonradan Vüqarla telefon əlaqəsi saxlayıb sonuncuya çox sağ ol demək istədikdə, Vüqar ona bildirmişdir ki, bundan xəbəri yoxdur və İsmayıla heç bir pul verməyib. Vüqar ona 1000 özündən, 1000 manat da İsmayılın adından ümumilikdə 2000 manat pulu adını bilmədiyi tanışı vasitəsilə çatdırmışdır. O, 2023-cü ilin yanvar ayının əvvəllərində saat 22 radələrində Vüqarla telefon əlaqəsi saxlayıb Keşlə qəsəbəsinin ərazisində yerləşən məscidin yanında Vüqarın adını bilmədiyi tanışından çıxıb götürmüşdür. İsmayıl ona ümumilikdə 9700 manat pul verməlidir. Qeyd olunan qərardaddan görünür ki, araşdırma zamanı izahatı alınmış Cavabdeh göstərmişdir ki, İddiaçı 2 il əvvəl Bakı şəhəri, Yasamal rayonun ərazisində yerləşən çayxanaların birində görüb tanımışdır. Həmin vaxtdan da onların aralarında dostluq münasibətləri yaranmış və mütəmadi olaraq Bakı şəhərinin müxtəlif ərazilərində bir tanış kimi görüşüb söhbət etmişlər. 2021-ci ilin sentyabr ayının 24-də, saat 13 radələrində, Bakı şəhəri, Nəsimi rayonunun ərazisində “28 Mall”ın yanında İddiaçı ilə görüşərək özünə pul lazım olduğundan İddiaçı 5000 manat pulu borc götürmüşdür. Həmin pulu borc götürərkən, o, İddiaçı demişdir ki, 2021-ci ilin dekabr ayının sonuna kimi düzəldə bilsə, qaytaracaqdır. O, 2021-ci ilin dekabr ayının sonlarında, saat 17 radələrində, 1500 manat pul düzəldib, Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən məscidin qarşısında İddiaçı ilə görüş təyin edib pulu sonuncuya vermişdir. O, qalan 3500 mant pulu isə 2022-ci ilin mart ayının sonuna kimi hissə-hissə düzəldərək hər ikisinin də tanışı X3 vasitəsilə İddiaçı çatdırmışdır. Hal-hazırda istər onun, istərsə də Vüqar Saramanovun ona başqa məbləğdə verəcəkləri pul yoxdur. Vüqar Saramanov da qəpiyinə-qəpik pulları İddiaçı özü ilə görüşüb əlbəəl sonuncuya verib. Qeyd olunan qərardaddan görünür ki, araşdırma zamanı izahatı alınmış X6 göstərmişdir ki, X5 2 il əvvəl Bakı şəhəri, Yasamal rayonun ərazisində yerləşən çayxanaların birində dostu Cavabdeh Nərman oğlu ilə birlikdə görüb tanımışlar. Həmin vaxtdan da onların arasında dostluq münasibətləri yaranmış və onlar mütəmadi olaraq Bakı şəhərinin müxtəlif ərazilərində bir tanış kimi görüşüb söhbət etmişlər. Sonradan İddiaçı ilə Cavabdeh ikilikdə görüşməyə başlamışlar. Onun hər ikisi ilə də əvvəllər aralarında heç bir ədavət, düşmənçilik və ziddiyyətli münasibətləri olmamışdır. Hal-hazırda da onun hər ikisi ilə də ünsiyyəti vardır. Tez-tez telefonla da danışmışlar. Onun bildiyinə görə 2021-ci ilin sentyabr ayının 24-də Bakı şəhəri, Nəsimi rayonunun ərazisində yerləşən “28 Mall”ın qarşısında İddiaçı ilə İsmayıl görüşərkən İddiaçı 5000 manat borc pul alıb. O, Cavabdeh İddiaçı dəqiq nə məqsədlə aldığını bilməmişdir. Həmin pulun 1500 manatını 2021-ci ilin dekabr ayının ortalarında Nizami rayonu, Keşlə qəsəbəsinin ərazisində yerləşən məscidin qarşısında Cavabdeh İddiaçı ilə görüşərkən qaytarmışdır. Qalan 3500 manat pulu isə dəqiq tarixlər onun yadında deyil, 2022-ci ilin mart ayının sonlarında Cavabdeh ona 3 dəfə 500 manat olmaqla, 1500 manat, 2 dəfəyə də 1000 manat vermişdir. O da, hər dəfə pulu İsmayıldan götürüb, İddiaçı ilə evinin yaxınlığında görüşüb sonuncuya əlbəəl vermişdir. Ümumiyyətlə də onun və Cavabdeh İddiaçı ilə aralarında qoruyucu maska bizensi qurmaqla bağlı söhbət də olmamışdır. İddiaçı İsmayılla arasında kişi-qadın münasibətlərin yaranmasına cəhd etdiyindən İsmayıl İddiaçı uzaqlaşmışdır. Buna görə də İddiaçı əlaqə kəsildiyindən Cavabdeh barəsində bu cür şikayət etməkdədir. İş materiallarında olan Bakı şəhəri Nizami rayon Məhkəməsinin 6(007)-13/2023, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, cinayət işinin başlanmasının rədd edilməsi haqqında Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin təhqiqatçısı X1 23 mart 2023-cü il tarixli qərarından İddiaçı tərəfindən verilmiş şikayətin rədd edilməsi qərara alınmışdır. İş materiallarında olan AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1977-ci ildə ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Cavabdeh tərəfindən imzalanan qəbzdən görünür ki, İddiaçı xanımdan 5000 manat götürmüşdür və 3 ay müddətinə qaytarmağa çalışacaqdır. İş materiallarında olan 23 mart 2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənləri nəzərə alaraq, Cavabdeh və X3 əməllərində cinayət tərkibi olmadığından onların barələrində cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Məhkəmə iddia tələbinə sübutlar, sübutetmə və sübutların qiymətləndirilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin müəyyən etdiyi prinsip və göstərişlərinə uyğun olaraq qiymət verməyi zəruri hesab edir. Çünki bu tələbə əməl edilməməsi ədalətsiz qətnamə qəbul edilməsi ilə nəticələnə bilər. Oxşar mövqe Konstitusiya Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “... Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz”. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Məhkəmə, hazırkı iddiaya da sübutetmə aspektindən yanaşaraq bildirir ki, iddiaçı tələbinin faktiki əsası kimi yazılı qəbzə istinad etmişdir. Tərəflər arasında öhdəlik münasibətinin yaranma əsası kimi çıxış edən qəbzin yazılı formada bağlandığını və cavabdeh tərəfindən həmin əqdin etibarsızlığı barədə hər hansı etirazın irəli sürülmədiyini, eləcə də qəbzdə əks olunmuş halların cavabdeh tərəfindən təsdiq olunduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, qəbzin mətnində nəzərdə tutulmuş halların həqiqi olduğu qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafıq olaraq pul və ya eyni keyfıyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməii, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 529.3-cü maddəsinə görə, əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Göründüyü kimi qanunverici borc sənədinin borcluda olması faktını öhdəliyin xitamını təsdiqləyən hal kimi müəyyən etmişdir. Lakin iş materiallarında olan borc sənədi məhz iddiaçı tərəfindən məhkəməyə təqdim edilmişdir. Qeyd edilən hal bir daha onu təsdiq edir ki, cavabdeh tərəfindən öhdəlik qismən icra edilməmişdir. Cavabdeh tərəfindən məhkəmə təqdcim edilmiş qəbzlərdən görünür ki, cavabdeh dostu Vüqar Saramanov vasitəsilə iddiaçıya xx.xx.2022-ci il tarixdə 500 manat, xx.xx.2022-ci il tarixdə 500 manat, xx.xx.2022-ci il tarixdə 500 manat, xx.xx.2022-ci il tarixdə 1000 manat pul qaytarmışdır. İş materiallarında olan sübutlarla eləcə də, müəyyən olunur ki, cavabdeh tərəfindən 2021ci ilin dekabr ayının ortalarında iddiaçıya 1500 manat pul qaytarılmışdır. Beləliklə sübutların tədqiqi ilə müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən iddiaçıya 2022-ci ilin aprel ayına kimi cəmi 4000 manat pul qaytarılmış, qalan 1000 manat borc isə qaytarılmamışdır. İddiaçı həmin məbləğin qaytarılmasına dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Мəmmədov İsmayıl Nəriman oğlundan 1.000 manat məbləğində pul İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220,360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1000 (bir min) manat tutularaq İddiaçı ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar