Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1503/2025 12.06.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı cavabdeh Ağayev X1 qarşı dələduzluq əməli ilə bağlı şəxsin məsuliyyətə cəlb edilməsi tələbinə dair verdiyi iddia ərizəsinin mümkünlüyü məsələsinə baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Ağayev X1 qarşı dələduzluq əməli ilə bağlı şəxsin məsuliyyətə cəlb edilməsi tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hakim iş materillarını araşdırıb hesab edir ki, iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iddianın yolverilməzliyinə görə geri qaytarılmalıdır. Hakim qeyd edir ki, verilmiş iddia ərizəsi AR MPM-nin tələblərinə uyğun deyil. AR MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina edir. Azərbaycan Respublikası CPM-nin 204.1-ci maddəsinə əsasən törədilmiş və ya hazırlanan cinayət haqqında cinayət işinin başlanması üçün səbəb hesab edilən fiziki şəxslərin məlumatları yazılı və ya şifahi şəkildə ola bilər. Həmin Məcəllənin 205.1-ci maddəsinə əsasən törədilmiş və ya hazırlanan cinayət haqqında cinayət işinin başlanması üçün səbəb hesab edilən fiziki şəxsin, hüquqi şəxsin (vəzifəli şəxsin) məlumatları məktub, yaxud təsdiq edilmiş teleqram, telefonoqram, radioqram, teleks və ya digər qəbul edilmiş müraciət formasında olmalıdır. Göstərilən Məcəllənin 209.1-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulmuş səbəblər və əsaslar mövcud olduğu bütün hallarda təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror dərhal cinayət işi başlamalıdır. Hakim qeyd edir ki, törədilmiş və ya hazırlanan cinayətlərə dair daxil olmuş ərizə və digər məlumatlara baxmaq, kifayət qədər səbəblər və əsaslar olduqda cinayət işi başlamaq və bu halda müstəntiqin səlahiyyətlərindən istifadə edərək onun ibtidai istintaqını aparmaq, yaxud onu təhqiqatçıya və ya müstəntiqə tapşırmaq prokurorun, törədilmiş və ya hazırlanan cinayətlərə dair daxil olmuş ərizə və digər məlumatlara baxmaq, kifayət qədər səbəblər və əsaslar olduqda cinayət işi başlamaq, işi öz icraatına götürmək, cinayətin açılması, işin hərtərəfli, tam və obyektiv araşdırılması üçün zəruri tədbirlər görmək, səlahiyyəti daxilində bütün istintaq və ya digər prosessual hərəkətləri həyata keçirmək müstəntiqin səlahiyyətinə aiddir. Hər hansı şəxsə qarşı irəli sürülmüş ittihama baxmaq və həmin ittihamın mahiyyəti üzrə hökm və ya digər yekun qərarı çıxarmaq isə məhkəmənin səlahiyyətinə aiddir. Hakim eyni zamanda qeyd edir ki, dələduzluq cinayətini törədən şəxsin cəzalandırılması üçün ilkin olaraq cinayət təqibini həyata keçirən orqana müraciət edilməli və müraciətinin nəticəsi kimi bu müraciətlərə AR CPM-nin 207-ci maddəsi qaydasında baxılaraq müvafiq qərar qəbul edilməli, şəxsə qarşı ittiham irəli sürüləcəyi təqdirdə həmin cinayət işi məhkəməyə göndərilməli və məhkəmələr tərəfindən verilən ittiham üzrə yekun qərar qəbul edilməlidir. Hakim göstərilənləri nəzərə alaraq, qeyd edir ki, iddiaçı tərəfindən qaldırılan tələbə mülki məhkəmə icraatı qaydasında baxılması yolverilməzdir. AR MPM-nin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Beləliklə hakim qeyd edir ki, iddiaçı tərəfindən irəli sürülən tələbinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından hazırki iddia ərizəsinin məhkəmə icraatı mümkün deyil və bu səbəbdən iddia ərizəsi geri qaytarılmalıdır. İddiaçıya cinayət təqibini həyata keçirən orqana müraciət etmək hüququ izah edilməlidir. AR MPM-nin 151.1-ci madəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Şərh olunanlara əsasən və AR MPM-nin 153, 263-264-cü maddələrini rəhbər tutaraq hakim… QƏRARA ALDİ: İddiaçı cavabdeh Ağayev X1 qarşı dələduzluq əməli ilə bağlı məsuliyyətə cəlb edilməsi tələbinə dair verdiyi iddia ərizəsinin icraata qəbulu qərardadın əsaslandırıcı hissəsində göstərilənlərə əsasən yolverilməz hesab edilsin və iddia ərizəsi sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçıya cinayət təqibini həyata keçirən orqana müraciət etmək hüququ izah edilsin. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Qeyd: Şikayət elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-1503/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1503/2025
12.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver