Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1508/2024 03.07.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlu İddiaçılar İddiaçı2, İddiaçı1 və qeyrilərinin Cavabdeh qarşı çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsinin mümkünlüyü məsələsinə baxaraq … MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2, İddiaçı1 və qeyrilərinin Cavabdeh qarşı çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hakim iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi aşağıdakı əsaslara görə geri qaytarılmalıdır. AR MPM-nin 149.2.3-cü mddəsinə əsasən iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. AR MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilməklə verilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hakim qeyd edir ki, iddiaçılar iddia ərizəsində tələbini kifayət qədər aydın ifadə etməmiş, konkret tələb irəli sürməmiş, cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydin mövcudluğunu təsdiq edən sübutları və iddia ərizəsində istinad etdiyi sənədləri sübut kimi iddia ərizəsinə əlavə etməmişlər. Digər tərəfdən hakim qeyd edir ki, iddia ərizəsi ərazi aidiyyəti üzrə düzgün olmayaraq Səbail rayon Məhkəməsinə verilmiş, iddia ərizəsi bir nüsxədən ibarət məhkəməyə təqdim edilmişdir. AR MPM-nin 150.1.1-ci maddəsinə əsasən iddia ərizəsinə cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri əlavə edilir. İddia ərizəsində cavabdehin qeydiyyat ünvanı ünvan 1i reyestr qeydinin ləğvi ilə əlaqədar olduğundan iddia cavabdehin rəsmi qeydiyyatda olduğu yerin məhkəməsinə təqdim edilməlidir. Lakin iddia ərizəsi aidiyyət qaydalarına riayət edilmədən məhkəməyə təqdim edilmişdir. Hakim qeyd edir ki, cavabdehin qeydiyyat ünvanının aid olduğu yer Səbail rayonu deyil, Şamaxı rayonuna aiddir. AR MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Hakim digər tərəfdən qeyd edir ki, iddiaçıların iddia ərizəsində istinad etdiyi kimi cavabdehin mübahisəli daşınmaz əmlak üzərində hüquqlarının mövcud olmaması qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilibsə və bu halı nəzərə almadan reyestrdə cavabdehin adına müvafiq qeydiyyat aparılıbsa həmin qeydin ləğv edilməsi ilə bağlı ilkin olaraq həmin qeydi aparmış orqana müraciət olunmalıdır. Reyestrdə qeydin düzgün aparılmaması və onun ləğvi ilə bağlı tələb isə inzibati hüquq münasibətləri ilə bağlı mübahisə olduğu üçün həmin tələbə ixtisaslaşdırılmış məhkəmə olan inzibati məhkəmədə baxılmalıdır. Beləliklə hakim hesab edir ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddia ərizəsinin məhkəmə icraatı mümkün deyil və bu səbəbdən geri qaytarılmalıdır. AR MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Şərh olunanlara əsasən və AR MPM-nin 149,263-264-cü maddələrini rəhbər tutaraq hakim… QƏRARA ALDİ: İddiaçılar İddiaçı2, İddiaçı1 və qeyrilərinin Cavabdeh qarşı çıxarışın ləğv edilməsi barədə iddia ərizəsinin icraata qəbulundan qərardadın əsaslandırıcı hissəsində göstərilənlərə əsasən imtina edilsin və iddia ərizəsi geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Qeyd: Şikayət elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-1508/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1508/2024
03.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver