Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1520/2021 19.05.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı Qədirova (İsayeva) Məlahət Hümmət qızının Cavabdeh Vaqif oğluna qarşı müəlliflik hüququnun müdafiəsi tələbinə dair iddia ərizəsinin mümkünlüyü məsələsinə baxaraq…… MÜƏYYƏN ETDİ: İddiaçı Qədirova (İsayeva) Məlahət Hümmət qızı Cavabdeh Vaqif oğluna qarşı müəlliflik hüququnun müdafiəsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hakim iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. AR MPM-nin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiaçı tərəfindən verilmiş iddia ərizəsində cavabdehin ünvanı ünvan 1östərilmişdir. “Elektron Məhkəmə” vasitəsi ilə əldə edilmiş məlumatdan görünür ki, cavabdeh Göyçay rayonu, Hüngütlü kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. AR MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Prosessual qanunvericiliyin bu tələblərinə əsasən iddia ərizəsi cavabdehin rəsmi qeydə alındığı yerinə məhkəməsinə verilir. AR MPM-nin 36-cı madəsinə əsasən iddiaçının seçim aidiyyətinə görə verilən tələblərin siyahısı göstərilmişdir. Hakim qeyd edir ki, iddiaçı tərəfindən verilmiş tələb seçim aidiyyətinə görə AR MPM-nin 36-cı maddəsində nəzərdə tutulmuş tələblər sırasına daxil olmadığı üçün, iddiaçı hazırki tələblə cavabdehin yaşadığı yer üzrə məhkəməyə müraciət edə bilməz. İdidaçı bu tələblə cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə, yəni Göyçay rayon Məhkəməsinə müraciət etməlidir. Bu səbəbdən hakim hesab edir ki, iddia ərizəsi aidiyyət qaydalarına uyğun olmayaraq Səbail rayon Məhkəməsinə verildiyindən, onun məhkəmə icraatı mümkün deyil. AR MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Beləliklə hakim hesab edir ki, iddia ərizəsi aidiyyət qaydalarının pozulması verildiyindən geri qaytarılmalıdır . Şərh olunanlara əsasən və AR MPM-nin 152.1.1-ci maddəsini rəhbər tutaraq hakim… QƏRARA ALDİ: İddiaçı Qədirova (İsayeva) Məlahət Hümmət qızının Cavabdeh Vaqif oğluna qarşı müəlliflik hüququnun müdafiəsi tələbinə dair iddia ərizəsi ərazi üzrə Səbail rayon Məhkəməsində baxılmalı olmadığından iddiaçıya geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti üzrə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-1520/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1520/2021
19.05.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver