Məhkəmə qərarları › İş №2(009)-1525/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1525/2021

19.05.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1525/2021 19.05.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi X5, İddiaçı X1 – Cavabdeh Publik Hüquqi şəxsə qarşı “inzibati qərarın ləğv edilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: İddiaçı X4 – Cavabdeh Publik Hüquqi şəxsə qarşı “inzibati qərarın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Sanitar Epidemiologiya Mərkəzinin işçiləri tərəfindən 07 aprel 2021-ci ildə tərtib olunmuş inzibati tənbeh vermə haqqında MN ******* saylı, 21 aprel 2021-ci il tarixli qərarın ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Aşağıda göstərilənlərə əsasən hesab edir ki, ərizə iddianın yolverilməzliyinə görə qəbul edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2 və 153.2.1-ci maddələrinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Qeyd edir ki, “iş məhkəmədə baxılmalı deyildirsə” müddəası özündə, mülki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda (yaxud məhkəmədən öncə başqa orqanda) baxılmalı olmasını, eləcə də iş məhkəməyə aid olsa da, mülki işlər üzrə icraat qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati, inzibati xətalara dair işlər üzrə icraat və ya icra icraatı) baxılmalı olmasını ehtiva edir. Görüdüyü kimi, iddiaçı X1 – Cavabdeh Publik Hüquqi şəxsə qarşı “inzibati qərarın ləğv edilməsi” ilə bağlı məhkəməyə müraciət etmişdir. Qeyd edir ki, “inzibati qərarın ləğv edilməsi” ilə bağlı mübahisəyə (şikayətə) baxılması qaydası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müddəaları ilə tənzimləndiyinə görə, hazırkı mübahisəyə inzibati xətalar haqqında işlərə baxılması qaydasında baxılmalıdır. Belə olan halda, iddiaçının “inzibati qərarın ləğv edilməsi” tələbinə dair iddiasına mülki işlər üzrə icraat qaydasında baxılmalı olmadığından, tələbin yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə hesab edir ki, iddiaçı X1 – Cavabdeh Publik Hüquqi şəxsə qarşı “inzibati qərarın ləğv edilməsi” tələbinə dair iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər X3 qaytarılmalı və iddiaçı X3 inzibati xəta haqqında qərardan inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılması üçün məhkəməyə şikayət vermək hüquqlarının olduğu izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 232, 261-264, 267-268ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı X1 – Cavabdeh Publik Hüquqi şəxsə qarşı “inzibati qərarın ləğv edilməsi” tələbinə dair iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər X3 qaytarılsın. İddiaçıya izah edilsin ki, inzibati xəta haqqında qərardan inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılması üçün məhkəməyə şikayət vermək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar