Məhkəmə qərarları › İş №2(009)-1537/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1537/2025

14.08.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1537/2025 14.08.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı, Cavabdeh, X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsi, ev 3, 1 saylı mənzilinə istifadə hüququna xitam verilməsi, cavabdehin əmlaklarının mənzildən çıxarılması və 100 manat məbləğində ödədiyi dövlət rüsumunun cavabdehdən tutularaq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsində 3 saylı evdə yerləşən 1 saylı mənzili hər bir tərəfə ½ paylı olmaqla İddiaçı və Cavabdeh arasında müəyyənləşdirilmişdir. Lakin həmin mülkiyyətdə yalnız, Cavabdeh istifadəsində olmuş və onu həmin evdən istifadə etməyinə imkan verilməmişdir. Ona görə o, Bakı şəhəri Səbail rayon məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin (hakim Şahin Abdullayev) e-2(009)-49/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə “Bakı şəhəri Səbail rayonu, Buxta küçəsində 3 saylı evdə yerləşən 1 saylı mənzil açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması və satış pulu ümumi paylı mülkiyyətin mülkiyyətçiləri olan İddiaçı və Cavabdeh arasında onların paylarına (½ pay) münasib olaraq bölüşdürülməsi” qət edilmişdir. Həmin qətnamə ilə göstərilən mənzilin qiymətləndirilməsi keçirilmişdir. Belə ki, Bakı şəhərində yerləşən "xxxx" MMC tərəfindən Bakı şəhəri Səbail rayonu, Buxta küçəsi 3 saylı evin 1 saylı mənzilin 25500 manata qiymətləndirilməsi barədə xx.xx.2023-cü il tarixdə 0243/23 N:li Ekspertiza Rəy verilmiş və həmin Rəyə əsasən "X3 Mərkəzi" MMC tərəfindən N: 05/01 saylı xx.xx.2023-cü il tarixli Protokolla hərrac keçirilmişdir. Lakin o, evin real qiymətləndirilməsindən və hərracın keçirilməsindən narazı olduğu üçün Bakı şəhəri Suraxanı rayon məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-419/2024-cü il tarixli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə mənzilin ilkin qiymətləndirilməsi ləğv edilmiş, Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsi 3 saylı evin 1 saylı mənzilinin açıq hərracda satılmasına dair cavabdeh “X3 Mərkəzi” MMC tərəfindən xx.xx.2023-cü il tarixili "Açıq hərracın nəticələri haqqında" Protokolu etibarsız edilmiş, "X3 Mərkəzi" MMC ilə və Cavabdeh arasında xx.xx.2023-cü il tarixildə bağlanmış "Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə" Müqavilə etibarsız hesab edilmişdir və mənzilin yeni qiyməti 37350 manat müəyyən edilmişdir. Həmçinin, Cavabdeh adına aparılmış reyestr qeydinin və onun əsasında verilmiş reyestr nömrəsi **********08-05101-093007, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi xx.xx.2023-cü il çıxarış ləğv edilmişdir və Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsi 3 saylı evin 1 saylı mənzili yenidən açıq hərracda satılsın və satış zamanı ilkin hərrac qiyməti 37350 (otuz yeddi min üç yüz əlli manat) müəyyən edilmişdir. Bakı şəhəri Səbail rayonu, Buxta küçəsi 3 saylı evin 1 saylı mənzili yenidən açıq hərracda satılması və satış zamanı ilkin hərrac qiyməti 37350 (otuz yeddi min üç yüz əlli manat) müəyyən edilməklə xx.xx.2024-cü il tarixində icra vərəqəsi verilmişdir. Qeyd edir ki, o, iş üzrə tələbkar olmuş və Azərbaycan Respublikası İcra Haqqında Qanunun 53.1-ci maddəsinə əsasən “Üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunmasını əsas götürülərək” mübahisə predmeti Bakı şəhəri Səbail rayonu, Buxta küçəsi 3 saylı evin 1 saylı mənzilinin hərracda satılmasından əvvəl mənzilin alınması ona təklif olunmuşdur. Bakı şəhəri Səbail rayonu, Buxta küçəsi 3 saylı evin 1 saylı mənzilinin 37350 (otuz yeddi min üç yüz əlli) manat məbləğində qiymətləndirilməsi və həmin mənzilin ½ hissənin onun olmasını nəzərə alınmaqla, o, digər ½ hissəni, yəni 18675 (on səkkiz min altı yüz yetmiş beş) manat Bakı şəhəri Səbail Rayon İcra Şöbəsinin təqdim etdiyi Bank Hesabına (Rekvizitlərinə) köçürmüş və ona görə mənzilin onun xüsusi mülkiyyətimə keçirilməsi üçün Reyestr Xidmətinə müraciət edilmşdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi Şəxs tərəfindən Daşınmaz əmlakın Reyestr nömrəsi -**********08-05101-093007, Qeydiyyat nömrəsi - ********** , xx.xx.2025-ci il tarixində Bakı şəhəri Səbail rayonu, Buxta küçəsi 3 saylı evin 1 saylı mənzilinin tam mülkiyyət hüququ ilə onun mülkiyyətimdə olması barədə çıxarış verilmişdir. Mən bir neçə dəfə cəhd edərək onun xüsusi mülkiyyətində olan evin boşaldılmasını tələb etməyinin nəticəsi olmamışdır. Qeyd edir ki, hazırda yaşadığı və mülkiyyət kimi ona məxsus olan mənzili o, öz puluyla almışdır. Bu isə o deməkdir ki, həmin mənzil mülkiyyət hüququ ilə ona məxsusdur. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsi, ev 3, 1 saylı mənzilinə istifadə hüququna xitam verilməsi, cavabdehin özünün və onun ailə üzvlərinin və cavabdehin əmlaklarının mənzildən çıxarılması və 100 manat məbləğində ödədiyi dövlət rüsumunun cavabdehdən tutularaq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, cavabdeh hazırda həmin mənzildə yaşayır, lakin evin vəziyyəti daxildən bərbaddır. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, başqa məhkəmə mübahisəsi nəticəsində iddiaçı 30 il bibi (xala) ilə birlikdə yaşayıb, ona baxıb, bu səbəbdən həmin mənzili əldə edib. Hazırda isə iddiaçı onun mənzilini əldə edib onu evdən çıxarmaq istəyir. İddiaçı 30 il mənzillə maraqlanmayıb. O, digər məhkəmə mübahisəsində iştirak etmiş, qətnamədən apellyasiya şikayəti vermiş, sonra hərrac keçirilmiş, o, evi almış, çünki iddiaçı həmin hərraca gəlməmişdir. İddiaçı tərəfdən pulun ödənilməsi barədə ona məlumat verilməyib. İddiaçının öz evi var, lakin onun başqa yaşayış yeri yoxdur. Həmin pul məbləğini o da iddiaçıya verə bilər. İddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, onların izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: -Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)-49/2023 saylı qətnaməsindən görünür ki, iddianın qismən təmin edilməsi, Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsində 3 saylı evdə yerləşən 1 saylı mənzili açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması və satış pulu ümumi paylı mülkiyyətin mülkiyyətçiləri olan İddiaçı və Cavabdeh arasında onların paylarına (1/2 pay) münasib olaraq bərabər bölüşdürülməsi, İddiaçı Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsində 3 saylı evdə yerləşən 1 saylı mənzilə köçürülməsi, Cavabdeh dövlət nəfinə keçirilmiş ekspertiza xərci – 50 (əlli) manat məbləğində pul tutulması, iddia tələblərinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. -Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(010)-419/2024 saylı qətnaməsindən görünür ki, iddianın qismən təmin edilməsi, hazırki iş üzrə mübahisə obyekti olan Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsi, 3 saylı evin 1 saylı mənzilinin açıq hərracda satılmasına dair cavabdeh "X2 Mərkəzi” MMC-nin xx.xx.2023-cü il tarixli "Açıq hərracın nəticələri haqqında" Protokolunun etibarsız hesab edilməsi, Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsi, 3 saylı evin 1 saylı mənzilinə dair cavabdehlər "X2 Mərkəzi" MMC və Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə bağlanmış "Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə" Müqavilənin etibarsız hesab edilməsi, etibarsız hesab edilmiş sənədlər əsasında Cavabdeh adına aparılmış reyestr qeydinin və onun əsasında verilmiş reyestr nömrəsi **********08-05101-093007, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi xx.xx.2023-cü il olan Çıxarışın ləğv edilməsi, Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsi, 3 saylı evin 1 saylı mənzili yenidən açıq hərrracda satılması və satış zamanı ilkin hərrac qiyməti 37350 (otuz yeddi min üç yüz əlli) manat müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlər "X2 Mərkəzi" MMC və Cavabdeh müştərək qaydada tutularaq İddiaçı ödənilməsi, iş üzrə keçirilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının dəyəri olan 100 manat pul vəsaitinin cavabdehlər "X2 Mərkəzi" MMC və Cavabdeh müştərək qaydada tutularaq AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. -30 aprel 2025-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı tərəfindən Səbail rayon İcra şöbəsinin hesabına 18675 manat ödənilmişdir. -Səbail rayon İcra şöbəsinin 23 may 2025-ci il tarixli qərarından görünür ki, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-419/2024-048 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin və Səbail rayon məhkəməsinin 8(009)-10/2025 saylı 24.0.1.2025-ci il tarixli qərardadının icrası ilə bağlı Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsi, 3 saylı evin 1 saylı mənzilin qiymətləndirilmiş 37350 manat məbləğin yarısını 18675 manat ödəyərək ½ hissəsinin tələbkar İddiaçı adına rəsmiləşdirilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. -AR DİN-nin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. -Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin çıxarışından görünür ki, İddiaçı ünvan 1 ünvanına mülkiyyət hüququ 03 iyun 2025ci il tarixində qeydiyyata alınmışdır. Əsaslandırıcı hissə: İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətindədir. Həmçinin müəyyən edilmişdir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)-49/2023 saylı qətnaməsi ilə Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsində 3 saylı evdə yerləşən 1 saylı mənzili açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması və satış pulu ümumi paylı mülkiyyətin mülkiyyətçiləri olan İddiaçı və Cavabdeh arasında onların paylarına (1/2 pay) münasib olaraq bərabər bölüşdürülməsi, İddiaçı Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsində 3 saylı evdə yerləşən 1 saylı mənzilə köçürülməsi, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(010)-419/2024 saylı qətnaməsi ilə Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsi, 3 saylı evin 1 saylı mənzilinin açıq hərracda satılmasına dair cavabdeh "X2 Mərkəzi” MMC-nin xx.xx.2023-cü il tarixli "Açıq hərracın nəticələri haqqında" Protokolunun etibarsız hesab edilməsi, Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsi, 3 saylı evin 1 saylı mənzilinə dair cavabdehlər "X2 Mərkəzi" MMC və Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə bağlanmış "Hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə" Müqavilənin etibarsız hesab edilməsi, etibarsız hesab edilmiş sənədlər əsasında Cavabdeh adına aparılmış reyestr qeydinin və onun əsasında verilmiş reyestr nömrəsi **********08- 05101-093007, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi xx.xx.2023-cü il olan Çıxarışın ləğv edilməsi, Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsi, 3 saylı evin 1 saylı mənzili yenidən açıq hərrracda satılması və satış zamanı ilkin hərrac qiyməti 37350 (otuz yeddi min üç yüz əlli) manat müəyyən edilməsi qət edilmişdir. 30 aprel 2025-ci il tarixli ödəniş tapşırığı ilə İddiaçı tərəfindən Səbail rayon İcra şöbəsinin hesabına 18675 manat ödənilmiş, Səbail rayon İcra şöbəsinin 23 may 2025-ci il tarixli qərarı ilə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-419/2024-048 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin və Səbail rayon məhkəməsinin 8(009)-10/2025 saylı 24.0.1.2025-ci il tarixli qərardadının icrası ilə bağlı Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsi, 3 saylı evin 1 saylı mənzilin qiymətləndirilmiş 37350 manat məbləğin yarısını 18675 manat ödəyərək ½ hissəsinin tələbkar İddiaçı adına rəsmiləşdirilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin çıxarışından görünür ki, İddiaçı ünvan 1 ünvanına mülkiyyət hüququ 03 iyun 2025-ci il tarixində qeydiyyata alınmışdır. Hazırda cavabdeh iddiaçıya məxsus mənzildə yaşayır, iddiaçı isə həmin mənzildə yaşamır. İddiaçı mülkiyyətində olan mənzildən cavabdehin çıxarılmasını xahiş edir. Cavabdeh isə iddiaya etiraz edərək başqa yaşayış yerinin olmadığını, həmin pul məbləğini iddiaçıya verə biləcəyinə istinad edərək iddianın rədd olunmalı olduğunu bildirir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -152.1-ci maddəsinə əsasən mülkiyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. -152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. -157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum edilmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə qeyd edir ki, işin müəyyən edilmiş hallarından da görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətindədir. Məhkəmə hesab edir ki, cavabdehin ünvan 1 ünvanda yerləşən mənzildən çıxmaması mülkiyyətçi olan İddiaçı mülkiyyət hüququnu pozur. Belə ki, iddiaçı tam şəkildə mülkiyyət hüquqlarından istifadə edə bilməyərək, onun bu hüquqdan istifadə imkanı cavabdeh tərəfindən məhdudlaşdırılır. Qeyd edilən işin faktiki hallarına və yuxarıda sadlanan ölkədaxili və beynəlxalq hüquq normalarının mövcud mülki mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, iddiaçı özünə məxsus mənzildən cavabdehin çıxarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə iddianın cavabdehin ailə üzvlərinin mənzildən çıxarılması hissəsini əsaslı hesab etmir. Belə ki, müəyyən edilmişdir ki, cavavbdeh subay olmaqla həmin mənzildə tək yaşayır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı mülkiyyətində olan ünvan 1-dən istifadə hüququna xitam verilməli, Cavabdeh və ona məxsus əşyalar İddiaçı mülkiyyətində olan ünvan 1-dən çıxarılmalı, iddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun 70 (yetmiş) manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilməli, dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı mülkiyyətində olan ünvan 1-dən istifadə hüququna xitam verilsin. Cavabdeh və ona məxsus əşyalar İddiaçı mülkiyyətində olan ünvan 1-dən çıxarılsın. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun 70 (yetmiş) manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar