Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1563/2022 06.09.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyeva Leyla Mirfazil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh xx.xx.1990-cı il təvəllüdlü Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Puşkin küçəsi, ev 10, mənzil 21 (ünvan 2 olan istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Puşkin küçəsi, ev 10, mənzil 21 (ünvan 1 ünvanında yerləşən mənzil onun xüsusi mülkiyyətindədir. (RX seriyalı, ******* nömrəli Çıxarış) Bakı şəhəri. Səbail rayonu. Puşkin küçəsi., ev 10. mənzil 21 (ünvan 2 ünvanında yerləşən mənzili AN-1 seriyalı, ******* nömrəli Daşınmaz Əmlakın alğı-satqı müqaviləsi əsasında satın almışdır. Hal-hazırda sözügedən mənzildə hazırkı iddia ərizəsi üzrə cavabdeh şəxs qismində cəlb edilmiş xx.xx.1990-cı il təvəllüdlü Cavabdeh qeydiyyatdadır. Lakin, Cavabdeh həmin ünvanda yerləşən mənzildə qeydiyyatda olsa da, təxminən 8 (səkkiz) ildən çoxdur ki, həmin ünvanda yaşamır. Rusiya Federasiyasında ona məlum olmayan ünvanda yaşayır, bu isə onun mənzil üzərində olan sahiblik, istifadə və sərəncam vermək hüquqlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırır. Bundan başqa, cavabdehin onun Bakı şəhəri, Səbail rayonu, Puşkin küçəsi, ev 10, mənzil 21 (ünvan 2 ünvanında yerləşən mənzilində pasport qeydiyyatında qalması onun üçün bir sıra əlavə problemlər yaradır ki, bu da yol verilməzdir. Cavabdehin onun mənzilində qeydiyyatdadır ki, bu da onun əmlak üzərindəki mülkiyyət hüququnu (sahiblik, istifadə və sərəncam vermək) əhəmiyyətli dərəcədə pozur. Bunun nəticəsində, mənzil və kommunal xidmətlər haqqını artıq məbləğdə ödəməyə məcburdur. Nəticədə, bu onun maddi vəziyyətinə mənfi təsir edir. AN-1 seriyalı, ******* nömrəli Daşınmaz Əmlakın alğı-satqı müqaviləsinin 13-cü bəndinə əsasən, satıcı alğı-satqı müqaviləsi notariat qaydasında təsdiq edildiyi tarixdə xx.xx.2015-ci il tarixinədək qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh sonuncu qeydiyyatda olduğu ünvandan məhkəmə iclasına çağırılmış, lakin həmin ünvanın olduğu ərazi üzrə 4 saylı MKİS tərəfindən cavabdehlərin göstərilən mənzildə qeydiyyatda olmalarına baxmayaraq, həmin ünvanda yaşamadıqlarına dair arayış verilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin məlum olan sonuncu qeydiyyatda olduğu yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeyd yazılmış arayış məhkəməyə təqdim edildiyindən, Azərbaycan Respublikası MPM-in 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxıla bilər. Məhkəmə, iş materiallarını araşdıraraq belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan 2 saylı Bakı “ASAN xidmət” mərkəzində rəsmiləşdirilmiş xx.xx.2015-ci il tarixli, AN-İ-0507865 saylı alğı-satqı müqaviləsindən görünür ki, satıcı X1 Bakı şəhəri, Səbail rayonu, Puşkin küçəsi, ev 10, mənzil 21 (Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsi 86,M2, mənzil 3) İddiaçı satmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* nömrəli çıxarışından görünür ki, həmin mənzil xx.xx.2015-ci il tarixdə xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınmışdır. İş materiallarında olan DİN yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışından görünür ki, cavabdeh xx.xx.1990-cı il təvəllüdlü Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Puşkin küçəsi, ev 10, mənzil 21 (Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsi 86,M2, mənzil 3) qeydiyyatdadır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 2 saylı Bakı “ASAN xidmət” mərkəzində rəsmiləşdirilmiş əmlakın alğı-satqı müqaviləsinə əsasən X1 özünə məxsus Bakı şəhəri, Səbail rayonu, Puşkin küçəsi, ev 10, mənzil 21 (Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsi 86,M2, mənzil 3) İddiaçı satmış, Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən Çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Puşkin küçəsi, ev 10, mənzil 21 (Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsi 86,M2, mənzil 3) xüsusi mülkiyyət hüququ üzrə xx.xx.2015ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. Həmçinin DİN-nin yaşayış yeri üzrə qeydiyyat haqqında arayışına əsasən müəyyən edilmişdir ki, xx.xx.1990-cı il təvəllüdlü Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Puşkin küçəsi, ev 10, mənzil 21 (Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsi 86,M2, mənzil 3) qeydiyyatdadır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, cavabdeh iddiaçının ailə üzvü deyil, hər hansı qohumluq əlaqəsi yoxdur və cavabdehin həmin ünvanda yerləşən mənzildə yaşaması halı müəyyən edilməmişdir. Bu hal iddiaçı tərəfin izahatı ilə yanaşı məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla da öz təsdiqini tapmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. (MM-152.5) Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. (MM157.4) Azərbaycan Respublikasının MM-nin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”. Mülkiyyət hüququ Azərbaycan Respublikasında mülkiyyətçinin hüquqi baxımdan təsbit olunmuş geniş səlahiyyətləri (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək) olması ilə yanaşı, həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə hesab edir ki, Bakı şəhəri, Səbail rayonu, Puşkin küçəsi, ev 10, mənzil 21 (Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsi 86,M2, mənzil 3) İddiaçı adına reyestrdə qeydə alındığı üçün, iddiaçı mülkiyyətçi kimi həmin əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir, habelə hüquqlarını həyata keçirmə istəyi cavabdehə münasibətdə qanunidir. Cavabdeh isə keçmiş mülkiyyətçilər, eləcə də mülkiyyətçilərin ailə üzvü olmaqla hazırda həmin mənzilə dair hər hansı mülkiyyət, sahiblik və ya istifadə hüquqları müəyyən edilməmişdir. Odur ki, iddiaçının mülkiyyətində olan mənzilə dair hüquqları cavabdeh tərəfindən hər hansı şəkildə məhdudlaşdırıla bilməz. İddiaçının cavabdehin onun mülkiyyətində olan mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsinə dair tələbi qanuni və əsaslıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə görə, şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsassən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 14.2, 77.1, 88 və 217.4cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.1990-cı il təvəllüdlü Cavabdeh İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Puşkin küçəsi, ev 10, mənzil 21 (ünvan 3 ünvanında yerləşən mənzilə olan yaşayış sahəsinə istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamə Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Puşkin küçəsi, ev 10, mənzil 21 (ünvan 3-dən qeydiyyatdan çıxarılması üçün əsasdır. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №2(009)-1563/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1563/2022
06.09.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver