Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1563/2023 21.08.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı Cavabdeh iştirakları ilə,, İddiaçı - Cavabdeh qarşı “borc” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Təsviri hissə: İddiaçı - Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı xeyrinə 660 (altı yüz altmış) manat məbləğində pulun və dövlət rüsumu olaraq ödədiyi 30 (otuz) manat pulun alınıb iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri: İddiaçı xx.xx.2023-cü il tarixində əvvəlcədən tanıdığım və yaxın rəfiqəm olan hazırki iddia ərizəsi üzrə cavabdeh şəxs qismində cəlb edilmiş Cavabdeh 660 (altı yüz altmış) manat məbləğində pulu borc olaraq vermişəm. Bildirmək istəyirəm ki, hazırki iddia ərizəsi üzrə cavabdeh şəxs qismində cəlb edilmiş Cavabdeh qeyd olunan borc məbləğini 1 il ərzində 2023-cü ilin may ayına qədər mənə qaytaracağını bildirmişdir. Lakin cavabdeh şəxs götürdüyü 660 (altı yüz altmış) manat məbləğində borc pulu bu günə qədər mənə qaytarmamışdır. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edib, əlavə olaraq bildirmişdir ki, o, borcun ödənilməsini ona görə gözləmişdir ki, dəfələrlə gedib pulu istəyəndə ona cavabdeh bildirib ki gözləsin, ödəyəcək. Münasibətləri pis olmayıb, insanlıq edib gözləyib. Çətinlikləri var idi. Bir il sonra ona bildirdi ki, ona borcu yoxdur. Bu səbəbdən məhkəməyə müraciət etmişdir, hissə-hissə ödəsə idi, məhkəməyə müraciət etməzdi. İddiaçı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Etirazın dəlilləri: Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, O, həqiqətən tanışı İddiaçı Sabit qızından 2022-ci ilin mart ayında borc pul almışdır. Aralarında olan yazılı və şifahi razılaşmaya görə cəmi 660 manat ödəməyi öhdəsinə götürmüş və həqiqətən qəbzdə razılaşdıqları müqavilə şərtinə əməl edərək hər ay iddiaçı Yasəmənə bir il ərzində 55 manat pul ödəmişdir. Buna görə şahidləri var və pul ödəməyinə dair öhdəliyini yerinə yetirdikdən sonra elə bu yaxınlarda cırıb tullamışdır. Söhbət əsnasında Yasəmənə demişdir ki, razılaşmalara görə bir il ərzində ödədi və ödədiyi barədə qol çəkdiyi bütün qəbzləri cırıb tullamışdır. Səhvi ondan ibarət olub ki, gərək ondan da tələb edərdi ki, gətirib onda olan ödəniş qəbzlərini də məhv etsinlər. Bir il ərzində aralarında ödənişlə bağlı heç bir mübahisə və münaqişə olmamışdır. Vaxtlı-vaxtında ödədiyi üçün ondan razılıq da etmişdir hər dəfəsində. Bu barədə votsap yazışmaları da var və əgər lazım gələrsə çıxarılıb məhkəmə işinə əlavə etmək mümkündür. Təəssüf ki, o ona ödəniş qəbzlərini cırıb atdığını bildirmişdir. Yalnız bundan sonra o da arxayın olaraq ona qarşı məhkəmədə iddia qaldırıb. Əgər o pul ödəmirdisə bu günə kimi 1 il 4 ay müddətində bir dəfə olsun niyə ona bildiriş və xəbərdarlıq göndərməyib. Axı o borc aldığı ay növbəti ayından ödəyəcəyi barədə razılaşması var. Pulu ödədiyi barədə yazılı qəbzdən başqa onunla votsap yazışmaları olub. Şahidləri var və həmin şahidləri məhkəmə prosesinə dəvət edəcək. İddiaçı ali təhsilli müəllimədir. Orta məktəbdə dərs deyir. Amma utanmazutanmaz yalanla məşğuldur. Faizlə pul verib hamının evini yıxır. O bütün bu sübutlarını məhkəmə prosesində fakt olaraq ortaya qoyacaq. Onu yalan yandırır ödədiyi halda ödəmədiyini deyir. Borcun alınması və geri qaytarılması barədə razılaşmaları hər ay ödənilməklə 1 il müddətində qüvvədə olub. Qüvvədə olduğu müddətdə ödənişləri vaxtlıvaxtında ödəmişdir. Hər ikisi yazıb imzalamışdır. Müddət bitdikdən sonra o ödəniş qəbzlərini-kitabçanı cırıb atmışdır. O isə müddət bitib 4 ay sonra məhkəməyə verib. Onların razılaşması 1 il qüvvədə olub. Verməmişdisə niyə tələb etmirdi? Deyək ki, 2022-ci ilin aprelində o ödəməliydi ödəməmişdir, may gəldi, iyun gəldi, iyul gəldi, növbəti ilin martı gəldi. Deyək ki, ödəməmişdir niyə tələb etmirdi, niyə şikayət etmirdi. Axı onların razılaşması üçün müddət qoyulmuşdu. Qeyd olunanları nəzərə alaraq xahiş etmişdir ki, İddiaçı iddia tələbi rədd edilsin. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, cavabdehi tanıyır, onun iş yoldaşıdır. Cavabdeh telefonunu işdə masa üzərinə qoyur həmişə və o, gələn zəngləri görür. İddiaçı görməyib, amma gələn zənglərdən ona məlum olmuşdur ki, 600 manat borc alıb cavabdeh. Bir dəfə işdə olanda cavabdehə zəng gəlmiş o, ona özünün evdə olmadığını, amma qızının evdə olduğunu, pulu götürə biləcəyini demişdir. Kimə borcu olduğunu bilmir, amma bir nəfərə borcu olduğunu qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, cavabdehin bacısıdır. Bacısının ayağı əzildiyi üçün ona baxmağa gedirdi. O zaman bilmişdir ki, bacısının borcu vardır. Hətta bir dəftərə borcu qaytaranda qeyd edib imza edirlər. İddiaçını tanımır amma bacısının uşaq üçün borc pul götürüdüyünü bilir, onun yanında pul verilməyib. Məhkəmə iddiaçının, cavabdehin və şahidlərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş yazılı öhdəlikdən görünür ki, 19 mart 2022-ci il tarixində Cavabdeh İddiaçı 660 (altı yüz altmış) manat borc almış və hər ay 50 manat ödəməklə 1 il müddətində qaytarmağı öhdəsinə götürmüşdür. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı xx.xx.2022-ci il tarixində əvvəlcədən tanıdığı Cavabdeh 660 (altı yüz altmış) manat məbləğində pulu borc olaraq vermiş, Cavabdeh qeyd olunan borc məbləğini 1 il müddətində iddiaçıya qaytaracağına dair qəbz imzalamışdır. Lakin, cavabdeh şəxs götürdüyü 660 (altı yüz altmış) manat məbləğində borc pulu bu günə qədər iddiaçıya qaytarmamışdır. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd olunan maddi hüquq normalarına və işin hallarına əsaslanaraq məhkəmə hesab edir ki, cavabdeh yerinə yetirməli olduğu öhdəliyini icra etmədiyi üçün, yəni onun tərəfindən yazılmış və imzalanmış öhdəliyə əsasən qaytarmalı olduğu borcu qaytarmadığı üçün, 660 (altı yüz altmış) manat pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Cavabdeh borcu qaytarmasını göstərsə də, bununla bağlı hər hansı bir sübut növü məhkəməyə təqdim etməmişdir. Şahid ifadələrinə qiymət verərək məhkəmə qeyd edir ki, şahidlərin ifadələri qeyri müəyyən olmaqla cavabdehin borcunun ödənilməsini təsdiq etmirlər. Odur ki, məhkəmə şahid ifadələrini mötəbət sübut kimi qiymətləndirmir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia tələbi isə tam təmin olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya qaytarılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 660 (altı yüz altmış) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat pul tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 660 (altı yüz altmış) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-1563/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1563/2023
21.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver