Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1570/2021 16.07.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, iddiaçı X5 İttifaqı Respublika Komitəsinin etibarnamə üzrə nümayəndə və vəkili Vəkil, Cavabdeh direktoru Nümayəndə iştirakı ilə İddiaçı X5 İttifaqı Respublika Komitəsinin Cavabdehnə qarşı X5 İttifaqı Respublika Komitəsinin adının istifadə edilməsinə qadağan qoyulması, cavabdeh tərəfindən verilən diplomların və sertifikatların qeyri-qanuni və etibarsız hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X5 İttifaqı Respublika Komitəsi Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən X5 İttifaqı Respublika Komitəsinin adının istifadə edilməsinə qadağan qoyulması, cavabdeh tərəfindən verilən diplomların və sertifikatların qeyri-qanuni və etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X5 İttifaqının Respublika Komitəsinin 22 may 2009-cu il tarixli, 44 saylı protokoluna müvafiq olaraq Cavabdeh X5 İttifaqı Respublika Komitəsinin balansından çıxarılaraq ləğv edilmişdir və möhür, ştampın məhv edilməsi üçün "Qızıl Şərq" Mətbəəsinə göndərilmişdir. Belə ki, 2009-cu ildə yoxlama zamanı müəyyən edilmişdir ki, Cavabdeh bir neçə istiqamətlər üzrə kurslar təşkil edərək müvafiq diplomlar verir: tibb bacısı, qadın bərbəri, kosmetoloq, stomatologiya, kompyuter proqramları və s. Bununla yanaşı, mədəniyyət sahəsi üzrə dərnəklər, xor, rəqs və s. istiqamətlərdə heç bir iş görülmür. Məhz bu səbəbdən X8rın balansdan çıxarılaraq, ləğv edilmişdir. 12 mart 2021-ci il tarixdə Azərbaycan Respublika Xarici İşlər Nazirliyindən onlara daxil olan məktubda qeyd olunur ki, Cavabdeh bir sıra vətəndaşlara diplomlar verir və həmin diplomlarda X5 İttifaqının Respublika Komitəsinin adı qeyd olunur. X14 Nazirliyindən aldıqları məktubdan sonra onlara məlum oldu ki, Cavabdeh fəaliyyət göstərir və verilən diplomlarda X5 İttifaqının Respublika Komitəsinin adı qeyd olunur. Hesab edir ki, bu fəaliyyət qanunsuzdur, verilən diplomlar saxtadır və Cavabdeh qanunsuz fəaliyyəti onların adına xələl gətirir. Ona görə də iddianın təmin edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçının nümayəndə və vəkili Vəkil iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və iddiada göstərilənlərə uyğun izahat verdi. Məhkəmə iclasında Cavabdeh direktoru Nümayəndə iddianı qəbul etməyərək bildirdi ki, o, 2017-ci ilin iyul ayının 16-dan Cavabdehnə direktor vəzifəsinə təyin olunmuşdur. Təyin olunduğu vaxtdan Cavabdeh müxtəlif sahələr üzrə kurslar təşkil etmiş, kursu bitirmiş tələbələr diplom və sertifikatlarla mükafatlandırılmışdır. İddiaçı X5 İttifaqı Respublika Komitəsinin 22.05.2009-cu il tarixli, 44 saylı protokolundan xəbərdar deyil. Sözügedən iclasda iştirak etməmiş və iştirak etməyi üçün xəbərdarlıq məktubu rəsmi şəkildə ona göndərilməmişdir. Buna görə də, iddia tələbi tamamilə əsassız olduğu üçün rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə işə baxıb, tərəflərin izahatlarını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək hesab edir ki, iddia tələbi əsaslıdır və aşağıdakılara görə təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Mədəniyyət İşçiləri X2 Respublika Komitəsinin Rəyasət Heyətinin 22 may 2009-cu il tarixli 44 №-li Protokolundan görünür ki, Mədəniyyət İşçiləri X2 Respublika Komitəsinin Rəyasət Heyəti Cavabdeh 01.01.2010-cu il tarixdən Mədəniyyət İşçiləri X2 Respublika Komitəsinin balansından çıxarılaraq ləğv edilməsini qərara almışdır. Qeyd olunan protokoldan görünür ki, Cavabdeh 29 dekabr 2004-cü ildə Bakı şəhəri Vergilər Departamentinin 1 saylı filialında qeydiyyatdan keçərək, ona ********** saylı vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verilmişdir. Cavabdeh özünün hesablaşma hesabına, möhür və ştampına malikdir. Yoxlama zamanı müəyyən edilmişdir ki, Cavabdeh bir neçə istiqamətlər üzrə kurslar təşkil edir: tibb bacısı, qadın bərbəri, kosmetoloq, stomatologiya, kompyuter proqramları və s. Bununla yanaşı, mədəniyyət sahəsi üzrə dərnəklər, xor, rəqs və s. istiqamətlərdə heç bir iş görülmür. Komitəsinin Rəyasət Heyəti hesab etmişdir ki, Cavabdeh tərəfindən göstərilən fəaliyyət növləri yalnız xidmət xarakteri daşıyırsa, Cavabdeh Mədəniyyət İşçiləri X2 Respublika Komitəsinin balansından çıxaraq ləğv edilməsi daha məqsədə uyğundur. İş materiallarında olan Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına ünvanlanmış 4/15-3879/15/21 saylı, 12.03.2021-ci il tarixli məktubdan görünür ki, rəsmi sənədlərin xarici ölkələrdə tanınması məqsədi ilə təsdiq olunması prosedurunu sadələşdirmək üçün Azərbaycan Respublikası 5 mart 2004-cü il tarixli, 595-İİQ nömrəli Qanunu ilə 1961-ci il oktyabrın 5-də Haaqa şəhərində mzalanmış “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya”ya qoşulmuşdur. Azərbaycan Respublikası Prezidentinin 10 dekabr 2004-cü il tarixli, 544 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən məhkəmələrin, prokurorluq və ədliyyə orqanlarının verdiyi, o cümlədən Azərbaycan Respublikasının ərazisində nəzarət qaydasında təsdiq olunan və vətəndaşlıq vəziyyətinin dövlət qeydiyyatına dair sənədlər üzrə səlahiyyətli orqan qismində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, digər sənədlər üzrə isə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi müəyyən edilmişdir. “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya”nın, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Kollegiyasının 3/02-19 nömrəli, 14 fevral 2019-cu il tarixli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən rəsmi sənədlərə şəhadətnamənin (apostilin) verilməsi Qaydaları”nın müvafiq maddələrinin tələblərinə əsasən, rəsmi sənəddəki imzanın həqiqiliyini, sənədi imzalamış şəxsin hansı qisimdə çıxış etdiyini və həmin sənədə vurulmuş möhürün həqiqiliyini təsdiq etmək məqsədilə Mədəniyyət İşçiləri X2 Azərbaycan Respublika Komitəsi Mədəniyyət İşçıləri Evi tərəfindən vətəndaş X6 təqdim olunmuş № 8703 və № 3435 nömrəli diplomları (surətləri əlavə olunur) imzalamış səlahiyyətli səxslərin ad və soyadları, habelə hansı qisimdə çıxış etdikləri, o cümlədən müvafiq dovlət orqanı tərəfindən həmin qurumun dövlət qeydiyyatına alınması ilə bağlı verilən sənədlər barədə məlumatları xidməti zərurətlə əlaqədar olaraq mümkün qısa vaxt ərzində Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinə təqdim edilməsi məqsədilə göstəriş verilməsi xahiş olunmuşdur. İş materiallarında olan Azərbaycan Mədəniyyət İşçiləri X2 Respublika Komitəsinin Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinə ünvanlanmış 28 saylı, 15.03.2021-ci il tarixli məktubdan görünür ki, X5 İttifaqı Respublika Komitəsi məlumat üçün bildirir ki, MİMHİ Respublika Komitəsinin 2009-cu il 22 may 44 №-li protokoluna müvafiq olaraq Cavabdeh MİMHİ Respublika Komitəsinin balansında çıxarılaraq ləğv edilmişdir və dairəvi möhürü və künclü ştampı məhv edilməsi üçün «Qızıl Şərq» Mətbəəsinə göndərilmişdir. Bununla əlaqədar bütün sənədlər 2009-cu ildə Arxivə təhvil verilmişdir. Mövcud vəziyyətlə əlaqədar bildirir ki, Cavabdeh tərəfindən verilmiş saxta diplomlarda AHİK-in və X7 Həmkarlar İttifaqı Respublika Komitəsinin adının qeyri-qanuni göstərilməsi ilə bağlı onlar tərəfindən hüquq-mühafizə orqanlarına müvafiq müraciət ediləcəkdir. İş materialalırnda olan Cavabdeh tərəfindən X4 adına verilmiş 25.07.2017-ci il tarixli 3435 №-li “Etetik və X1 Diplomu”ndan görünür ki, X10 2017-ci il 15 fevral tarixdə «Kosmetologiya» kursuna daxil olmuş və 2017-ci il 24 iyul tarixində «Kosmetologiya» kursunu bitirmişdir. Qeyd olunan diplomdan görünür ki, həmin sənəd Azərbaycan Mədəniyyət İşçiləri X2 adından verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Mülki Məcəllənin 43.5-ci maddəsinə əsasən hüquqi şəxslər fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olan (kommersiya hüquqi şəxsləri) və ya əsas məqsədi mənfəət götürməkdən ibarət olmayan və götürülən mənfəəti iştirakçıları arasında bölüşdürməyən (qeyri-kommersiya hüquqi şəxsləri), habelə ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan (publik hüquqi şəxslər) qurumlar ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 59.1-ci maddəsinə əsasən hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir. Həmin Məcəllənin 44.1-ci maddəsinə əsasən hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir. Mülki Məcəllənin 559-cu maddəsinə əsasən hüquqi şəxsin (borclunun və ya kreditorun) ləğvinin qeydə alındığı andan onun öhdəliklərinə xitam verilir. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən edilmişdir ki, Cavabdeh müstəqil hüquqi şəxs kimi Azərbaycan Mədəniyyət işçiləri X2 Respublika Komitəsinin balansında olmuş və onun özünün hesablaşma hesabı, möhür və ştampı mövcud olmuşdur. Cavabdeh iddiaçı Azərbaycan Mədəniyyət İşçiləri X2 Respublika Komitəsinin Rəyasət Heyətinin 44 saylı, 22.05.2009-cu i il tarixli qərarı balansdan çıxarılaraq ləğv edilmiş, hüquqi şəxsin möhür, ştampı isə məhv edilmişdir. Məhkəmə iclasında eləcə də müəyyən edilmişdir ki, Cavabdeh ləğv edilsə də və hüquqi şəxs kimi onun fəaliyyətinə xitam verilsə də, həmin hüquqi şəxs kurslar təşkil edərək müxtəlif ixtisaslar üzrə kursların bitirməsinə dair diplomlar verir və həmin diplomların başlığında Azərbaycan Mədəniyyət İşçiləri X2 Respublika Komitəsi qeyd olunur. Məhkəmə qeyd edir ki, Cavabdeh hüquqi şəxs kimi ləğv edildiyi üçün, onun Azərbaycan Mədəniyyət İşçiləri X2 Respublika Komitəsinin tərkibində olan hüquqi şəxs kimi hər hansı şəxsə diplom vermək hüququ və səlahiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə hüququna malikdirlər. Beləliklə, iş üzrə sübutlara məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilməsi üçün qanuni əsaslar mövcuddur. Bu qənaətə gələrkən məhkəmə, tədqiq olunmuş sübutlara əsasən gəldiyi daxili inamını da rəhbər tutaraq həm də onu nəzərə alır ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh iərəfindən iddiaçı X5 İttifaqı Respublika Komitəsinin adından istifadə edilməsinə qadağa qoyulsun, Cavabdeh tərəfindən iddiaçı X5 İttifaqı Respublika komitəsinin adından istifadə edilməklə verilən diplom və sertifikatlar qeyri-qanuni və etibarsız hesab edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-1570/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1570/2021
16.07.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver