Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1576/2025 21.06.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı cavabdeh Səbail rayon İcra şöbəsinə qarşı icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi və icra işinə xitam verilməsi tələbinə dair iddia ərizəsinə baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Səbail rayon İcra şöbəsinə qarşı icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi və icra işinə xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə Səbail rayon Məhkəməsinə müraciət etmişdir. Hakim ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi aşağıdakı əsasa görə sənədlərlə birlikdə geri qaytarılmalıdır. AR MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini geri qaytarır. İddiaçı tərəfindən irəli sürülmüş tələblərdən görünür ki, icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi və icra işinə xitam verilməsi ilə bağlıdır. “İcra haqqında” AR Qanununun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Hakim qeyd edir ki, icra məmuru tərəfindən qəbul edilmiş qərarın yoxlanılması, mülki işin davamı olaraq icra sənədinin icrası ilə əlaqədar icra məmurunun hərəkət, yaxud hərəkətsizliyi ilə bağlı məsələyə qətnamənin icrası qaydasında baxılır(bu kateqoriyada olan işlər məhkəmədə 8 kodu ilə açılır). Yəni icra məmurunun hərəkət və hərəkətsizliyindən şikayət AR MPM-nin 231-ci maddəsinə əsasən baxılır, ona iddia icraatı qaydasında (həmin kateqoriyadan olan işlərə 2 kodu verilir) baxılmasına yol verilmir. Hakim digər tərəfdən qeyd edir ki, “İcra Haqqında” AR Qanunun tələblərinə əsasən icra sənədi üzrə icraata xitam verilməsi barədə qərar qəbul etmə icra məmurunun səlahiyyətinə aiddir(mad. 20). Tərəf yalnız belə qərarın qəbul edilməməsi ilə bağlı icra məmurunun hərəkətlərini mübahisələndirə bilər. Başqa sözlə iddiaçının ikinci tələbi (icraata xitam verilməsi barədə) barədə qərar qəbul etmək məhkəmə səlahiyyətinə aid deyil. Bu səbəbdən hakim hesab edir ki, qaldırılan tələbə iddia icraatı qaydasında baxılması yolverilməz olduğundan hazırki iddia ərizəsinin məhkəmə icraatı qeyri-mümkündür və iddia ərizəsi sənədlərlə birlikdə geri qaytarılmalıdır. AR MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Şərh olunanlara əsasən və AR MPM-nin 151.1, 152.1.1-ci maddəsi rəhbər tutaraq hakim… QƏRARA ALDİ: İddiaçı cavabdeh Səbail rayon İcra şöbəsinə qarşı icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi və icra işinə xitam verilməsi tələbinə dair iddia ərizəsi qərardadın əsaslandırıcı hissəsində göstərilənlərə əsasən iddiaçıya geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Qeyd: Şikayət elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-1576/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1576/2025
21.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver