Məhkəmə qərarları › İş №2(009)-1579/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1579/2022

26.08.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1579/2022 26.08.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X4 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi İddiaçının nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı - cavabdeh X1 qarşı «pul tələbi» barədə iddiası üzrə mülki işə Bakı şəhərində 26 avqust 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - cavabdeh X1 qarşı «pul tələbi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1,400 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, cavabdeh ilə 2020-ci ilin aprel ayında sosial şəbəkə vasitəsi ilə tanış olmuş və bir müddət sonra yaxın münasibətləri yaranmışdır. Səmimi münasibətdən istifadə edərək 2020-ci ilin oktyabr ayında Cavabdeh iddiaçıya məxsus olan ümumi dəyəri 3750 manat olan qızıl-zinət əşyalarının bəzilərini zərgərdə təmir etdirmək, digər qismini isə qiymətləndirmək məqsədi ilə iddiaçıdan almış, lakin pula ehtiyacı olduğu üçün iddiaçıdan xəbərsiz lombarda girov qoyub pul götürmüş və həmin pulu şəxsi ehtiyacı üçün istifadə etmişdir. Bir müddət sonra iddiaçı qızılları tələb etdikdə cavabdeh bildirdi ki, qızılları lombarda girov qoyub pul götürmüş və həmin pulu lombarda geri qaytardıqdan sonra qızılları alıb ona qaytaracaqdır. Dediyi müddətdə iddiaçıya məxsus olan qızılları qaytarmadığına görə məcbur olub Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi-vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıdakılara görə təmin edilməlidir. İş materiallarında olan: xx.xx.2021-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarın surətindən görünür ki, Cavabdeh izahatında bildirmişdir ki, 2020-ci ilin oktyabr ayında Elvira ona etibar edib atasından yadigar qalan qızıl zinət əşyalarını ona vermişdir ki, o, həmin qızılları qiymətləndirmə üçün qızıl mağazasına aparsın. O, isə pula ehtiyacı olduğu üçün həmin qızılları Q.Qarayev metrostansiyası yaxınlığında yerləşən Lombard kredit adlanan lombarda vermişdir. Həmin qızılların müqabilində 2,500 manat pul almışdır. Elvira ondan həmin qızılları soruşduqda isə o, artıq qızılları lombarda girov verdiyindən sonra ona bildirmişdir ki, pula ehtiyacı olduğundan ona məxsus qızılları lombarda qoymuşdur. O, Elviraya onun qızıllarını yaxın günlərdə girovdan çıxarıb qaytaracağına söz vermişdir. Sonuncu dəfə o, Elviraya söz vermişdir ki, onun qızıllarını mart ayının 10-na qədər lombarddan çıxarıb qaytaracaqdır. Buna baxmayaraq o, Elviraya verdiyi sözə əməl etməmiş və hazırda Elviraya məxsus qızılların lombardda girov olduğunu bildirmişdir. O, ümumilikdə Elviranın 3025 manat pulunu öz xərclərini qarşılamaq üçün xərcləmişdir. Araşdırma zamanı Ramazanov X2 Elvira Qara qızına dəymiş 3750 manat maddi ziyandan 2350 manat pulu sonuncuya ödəmişdir. Mülki Məcəllənin: 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Qanunvericiliyin bu tələblərindən göründüyü kimi varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda da məhrum olmuş şəxs verdiyini geri tələb edə bilər. Hazırkı mübahisədən görünür ki, cavabdeh iddiaçının ona olan etibarından sui-istifadə edərək iddiaçıya məxsus olan qızıl-zinət əşyalarını girov qoyaraq pul əldə etmiş, həmin pulu öz şəxsi xərcləri üçün istifadə etmiş və bunun nəticəsində cavabdeh varlanmışdır. Qanuni əsas dedikdə elə əsas nəzərdə tutulur ki, məhrum olan şəxs hər hansı öhdəlik və ya müqavilə olmadan başqa şəxsə əmlak verir və bununla da həmin şəxsi zənginləşdirir. İşə əlavə edilmiş sənədlərdən görünür ki, məhkəmə xərcləri iddiaçı tərəfindən iddianın qaldırılması üçün ödənilmiş 35 manat dövlət rüsumundan ibarətdir. Məhkəmə hesab edir ki, iddianın qaldırılması üçün ödənilmiş 35 AZN dövlət rüsumu iddia tələbi təmin olunduğundan cavabdehə aid edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 222-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 1,400 manat məbləğində pul vəsaiti və iddianın qaldırılması üçün ödənilmiş 35 AZN dövlət rüsumunun əvəzi olmaqla ümumilikdə 1,435 manat məbləğində pul vəsaiti Cavabdeh alınıb İddiaçı ödənilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar