Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1599/2025 16.10.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, Cavabdehin nümayəndəsi R.E.Əzimzadənin iştirakı ilə İddiaçı cavabdeh ”Azərpoçt” MMC-yə qarşı informasiya sorğularına cavab verilməməsinin qanunsuz hesab edilməsi və həmin sorğulara cavab verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh ”Azərpoçt” MMC-yə qarşı informasiya sorğularına cavab verilməməsinin qanunsuz hesab edilməsi və həmin sorğulara cavab verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, hüquqşünasdır, uzun illərdir ki, Avropa İnsan Hüquqları Konvensiyasının (bundan sonra Avropa Konvensiyası və ya Konvensiya adlandırılacaq) pozuntusu ilə bağlı şikayətlərin Avropa İnsan Hüquqları Məhkəməsinə (bundan sonra AİHM və yaxud da Məhkəmə adlandırılacaq) göndərilməsi və nümayəndə kimi ərizəçiləri həmin Məhkəmədə təmsil etməklə məşğuldur. xx.xx.2025-ci ildə AİHM-in Fransa Respublikasının Strasburq şəhərində yerləşən ünvanına (Council of Europe 1 avenue de l'Europe, 67075 Strasbourg Cedex, FRANCE) EE005139545AZ nömrəli beynəlxalq poçt göndərişini (BPG) cavabdeh "xxxx" MMC-nin filial müəssisəsi olan "xxxx" Rabitə Müəssisəsinin (bundan sonra "xxxx" RM adlandırılcaq) EMS sürətli poçt xidməti vasitəsi ilə Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi 72, Şəbəkə 1-dən yola salmışdır. BPG 3 ayrı-ayrı şəxsin Konvensiya ilə qorunan hüquqlarının pozuntusundan fərdi şikayətlərindən ibarət olub. Şəbəkə 1-in icraçı əməkdaşı X1 göndərişin uzağı 7 iş gününə ünvana çatacağını ona bildirmişdir. Ancaq sonradan göndəriş ünvana çatdırılmamışdır. Bu, ona xx.xx.2025-ci ildə günorta saatlarında cavabdehin filialı olan "xxxx" RM ilə əlaqə saxladıqda məlum olmuşdur. Son illər Azərbaycandan AİHM-ə göndərilən şikayətlərin "xxxx" MMC və onun filialları və bütün ölkəni əhatə edən şöbələri tərəfindən məqsədli şəkildə itirilməsi ilə bağlı müxtəlif iddialar səslənir. Həmin iddialarla bağlı daha ətraflı bu linklərdə baxın. Cavabdeh müəssisə bu iddialara ya ətraflı aydınlıq gətirmir, yaxud da ümumiyyətlə hər hansı cavab vermir. Bu səbəbdən də o, problemi ətraflı araşdırmaq və Məhkəməyə göndərilən şikayətlərin ünvanına çatmamasının səbəblərinə aydınlıq gətirmək və beləcə bu mövzuda ictimai müzakirələrə töhfə vermək məqsədi ilə ötən müddətdə Cavabdeh MMC-yə 5 (beş) informasiya sorğusu göndərmişdir. xx.xx.2025-ci ildə göndərdiyi sorğu onun xx.xx.2025-ci ildə EE005139545AZ saylı BPG-ni ünvana çatdırmalı olan "xxxx" RM barədə olub. Sorğuda məqsəd cavabdeh müəssisənin filial müəssisəsi olan “Azərekspresspoçt" RM-ə dair məlumatları əldə etmək olub. Sorğunun məzmunu belə olub: "xxxx" RM-in saytında yerləşdirilmiş məlumatlardan məlum olur ki, həmin müəssisə "xxxx" İstehsalat Birliyi (indiki "xxxx" MMC) tərəfindən təsis edilib. Azərbaycan Respublikası Rabitə Nazirliyinin 108 №-li xx.xx.1997-ci il tarixli əmri ilə yaradılıb, 1997-ci ilin 19 sentyabr tarixində isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatından (identifikasiya kodu 3066394) keçirilib və 1998-ci ilin 9 yanvar tarixində fəaliyyətə başlayıb. Hazırda Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin lisenziyası əsasında sürətli poçt rabitəsi xidmətləri (EMS - Express Mail Service) göstərir. Link: https://azems.az/ffbb about Ancaq müəssisənin fəaliyyəti haqqında saytın sözügedən bölümündə onun müstəqil şəkildə mülki hüquqlar əldə edib-etməməsi, öhdəliklərinə görə, özünün yaxud təsisçisinin məsuliyyət daşıyıb-daşımaması və eləcə də fəaliyyətini tənzimləyən hüquqi sənədlərin məzmunu barədə hər hansı məlumat verilmir. Sizdən xahiş edirəm ki, "xxxx" RM-in təsisçisi kimi müəssisənin fəaliyyətini tənzimləyən hüquqi sənədlərin ("xxxx" İstehsalat Birliyi (indiki "xxxx" MMC) tərəfindən "xxxx" RM-in təsis sənədləri, "xxxx" RM-in yaradılması haqqında Azərbaycan Respublikası Rabitə Nazirliyinin 108 №-li xx.xx.1997-ci il tarixli əmri; Nizamnamə və s.) surəti əlavə edilməklə bu suallara ətraflı cavab verəsiniz". xx.xx.2025-ci ildə cavabdeh müəssisəyə daha bir informasiya sorğusu göndərmişdir. Bu sorğunun məzmunu isə aşağıdakı kimi olub: "2014-2024-cü illərdə və 2025-ci ilin ilk 4 ayında "xxxx" MMC poçt filialları və bütün ölkəni əhatə edən poçt şöbələri ilə neçə beynəlxalq göndəriş qəbul edib və həmin göndərişlərin neçəsi təyinat ölkəsi üzrə ünvana çatdırılıb, neçəsi isə itirilib? (Məlumatların ölkələr və illər üzrə təsnifləşdirilərək təqdim edilməsi xahiş edilir, çatdırılma və itirilmə faizlə də təqdim edilə bilər); Göndərişlər hansı milli poçt operatorunun səhlənkarlığı üzündən itirilib? İtirilmiş göndərişlər üçün göndəricilərə ümumilikdə nə qədər təzminat ödənilib? 2014-2024-cü illərdə və 2025-ci ilin ilk 4 ayında Fransanın Strasburq şəhərində yerləşən AİHM-ə çatdırılmaq üçün "xxxx" MMC poçt filialları və bütün ölkəni əhatə edən poçt şöbələri ilə neçə beynəlxalq göndəriş qəbul edib? Həmin göndərişlərin neçəsi adıçəkilən Məhkəmənin ünvanına çatdırılıb, neçəsi isə itirilib? Göndərişlər hansı milli poçt operatorunun səhlənkarlığı üzündən itirilib? İtirilmiş göndərişlər üçün göndəricilərə ümumilikdə nə qədər təzminat ödənilib?". Hər iki sorğuya qanunla nəzərdə tutulmuş 7 iş günü müddətində cavab verilmədiyindən, xx.xx.2025-ci ildə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana) sorğuların cavablandırılmasını təmin etmək üçün şikayətlə müraciət etmişdir. Yalnız bundan sonra xx.xx.2025-ci ildə "xxxx" MMC-nin hər iki sorğuya cavabı nəzərdə tutan məktubunu almışdır. Məktubda cavabdeh müəssisə "Kommersiya sirri haqqında" Azərbaycan Respublikası Qanunun 2-ci maddəsinə istinad edib, hüquqi şəxsin idarəedilməsi ilə əlaqədar məlumatların kommersiya sirri hesab edildiyini, buna görə də "xxxx" RMin hüquqi sənədlərinin təqdim edilməsinin mümkün olmadığını qeyd edib. İkinci sorğuda tələb edilən məlumatların isə bilavasitə cəmiyyətin fəaliyyəti ilə bağlı olduğunu, kommersiya sirri hesab edildiyini, ona görə də həmin məlumatların üçüncü şəxslərə təqdim olunmasının kommersiya sirri rejiminin tələblərinə zidd olduğundan mümkün hesab edilmədiyini vurğulayıb. İmtina məktubu cavabdeh müəssisənin İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən İsi Mustafayev tərəfindən xx.xx.2025-ci ildə imzalanıb. Bundan başqa, xx.xx.2025-ci ildə cavabdehə daha 2 müstəqil informasiya sorğusu təqdim etmişdir. Həmin sorğuların məzmunu isə belə olub: Sayca üçüncü sorğunun məzmunu: "Mənim xx.xx.2025-ci ildə Bakı şəhəri Üzeyir Hacıbəyli küçəsi 72, Şəbəkə 1-dən Fransanın Strasburq şəhərinin Council of Europe1 avenue de l'Europe, 67075 Strasbourg Cedex, FRANCE ünvanına göndərdiyim EE005139545AZ saylı BPG-nin BPMM-dən BPMY-ə yola düşəcək daşıyıcının səlahiyyətli nümayəndəsinə verilməsini tənzimləyən daxili təhvil qaiməsi (f 16 qaiməsi) nə vaxt və neçə poçt işçisi (ad, soyad, ata adı və vəzifəsi göstərilməklə) tərəfindən tərtib edilib? fl6 qaiməsinin surətinin təqdim edilməsi xahiş edilir. EE005139545AZsaylı BPG BPMY-nə nə vaxt və saat neçədə çatdırılıb? BPMY-nə çatdırılmış EE005139545AZ saylı BPG nə vaxt və saat neçədə poçt rabitəsinin milli operatorunun səlahiyyətli nümayəndəsi (ad, soyad, ata adı və vəzifəsi göstərilməklə) tərəfindən gömrük nəzarətinə təqdim edilib? EE005139545AZ saylı BPG-nə gömrük nəzarəti nə vaxt və saat neçədə keçirilib və nəzarətin həyata keçirilməsində iştirak edən poçt işçiləri kimlər olub (ad, soyad, ata adı və vəzifəsi göstərilməklə)? EE005139545AZ saylı BPG poçt operatorunun səlahiyyətli nümayəndəsinə nə vaxt və saat neçədə təhvil verilib və həmin səlahiyyətli nümayəndənin adı, soyadı, ata adı və vəzifəsi nə olub?" Dördüncü informasiya sorğusunun məzmunu: "2020-2024-cü illərdə və 2025-ci ilin ilk 4 ayında rəhbərlik etdiyiniz MMC-nin filal müəssisəsi olan "xxxx" RM çatdırılmaq üçün neçə beynəlxalq poçt göndərişi qəbul edib və həmin göndərişlərin neçəsi ünvana çatdırılıb, neçəsi isə itirilib? (Məlumatların ölkələr və illər (2020, 2021, 2022, 2023, 2024 və 2025-ci ilin ilk 4 ayı) üzrə təsnifləşdirilərək təqdim edilməsi xahiş edilir, çatdırılma və itirilmə faizlə də göstərilə bilər); Göndərişlərin itirilməsi hansı milli poçt operatorunun səhlənkarlığı üzündən baş verib? İtirilmiş göndərişlər üçün göndəricilərə ümumilikdə nə qədər təzminat ödənilib? 2020-2024-cü illərdə və 2025-ci ilin ilk 4 ayında Fransanın Strasburq şəhərində yerləşən AİHM-ə çatdırılmaq üçün rəhbərlik etdiyiniz MMC-nin filial müəssisəsi olan "xxxx" RM neçə beynəlxalq poçt göndərişi qəbul edib? Həmin göndərişlərin neçəsi ünvana çatdırılıb, neçəsi isə itirilib? Göndərişlər hansı milli poçt operatorunun səhlənkarlığı üzündən itirilib? İtirilmiş göndərişlər üçün göndəricilərə ümumilikdə nə qədər təzminat ödənilib?". Son iki sorğu xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixdə "xxxx" RM-ə göndərilib, ancaq filial müəssisə həmin sorğulara xx.xx.2025-ci il və xx.xx.2025-cil tarixli cavablarında bildirib ki, "xxxx" RM "xxxx" MMC-nin filialıdır. Bu səbəbdən, sorğunuzda qeyd olunan məlumatların əldə olunması üçün Cavabdehnə müraciət edilməlidir". xx.xx.2025-ci ildə cavabdehə növbəti informasiya sorğusu təqdim etmişdir. Sayca beşinci olan bu sorğunun məzmunu isə aşağıdakı kimidir: "xxxx" MMC-nin saytında yer almış məlumatlardan məlum olur ki, daha əvvəl "xxxx" Dövlət Müəssisəsi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət Azərbaycan Respublikası Rabitə Nazirliyinin "Poçt rabitəsi sahəsində islahatların davamı və strukturun təkmilləşdirilməsi haqqında" xx.xx.1999-cu il tarixli 151 saylı əmri ilə yaradılıb. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin 31 avqust 2009-cu il tarixli 145 saylı əmri ilə isə "xxxx" DM-in təşkilati-hüquqi forması dəyişdirilərək "xxxx" MMC-yə çevrilib. "xxxx" MMC-nin Nizamnaməsi Ədliyyə Nazirliyi tərəfindən 15 sentyabr 2009- cu il tarixində təsdiq edilib və Vergilər Nazirliyinin Bakı Şəhər Vergilər Departamentinin X3 Dövlət Qeydiyyatı İdarəsində ********** nömrəsi ilə dövlət qeydiyyatına alınıb. Ancaq "xxxx" MMC-nin saytında nazirliyin 23 sentyabr 1999-cu il tarixli 151 və 31 avqust 2009-cu il tarixli 145 saylı əmrlərinin mətni yerləşdirilməyib. Həmin əmrlər Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin saytında və ümumiyyətlə internet informasiya resurslarında mövcud deyil. O cümlədən MMC-nin Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə münasibətlərinin hüquqi xarakteri və məzmunu barədə də hər hansı məlumata rast gəlmək mümkün deyil. Odur ki, Azərbaycan Respublikası Rabitə Nazirliyinin "Poçt rabitəsi sahəsində islahatların davamı və strukturun təkmilləşdirilməsi haqqında" 23 sentyabr 1999cu il tarixli 151 saylı və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin 31 avqust 2009-cu il tarixli 145 saylı əmrlərinin surəti əlavə edilməklə, "xxxx" MMC-nin Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə münasibətlərinin hüquqi xarakteri və məzmunu barədə ətraflı məlumatı mənə göndərməyiniz xahiş edilir". Cavabdeh müəssisə son üç sorğuya qanunla nəzərdə tutulmuş müddətdə ümumiyyətlə hər hansı bir cavab verməyib. xx.xx.2025-ci ildə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana) informasiya sahibi olan "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli sorğuların cavablandırılmasını təmin etməklə bağlı şikayət göndərsə də, Ombudsman Allahın "xxxx"unu da sorğulara cavab verməyə, başqa sözlə, şikayəti təmin etməyə gücsüz olub. Aşağıdakılara əsasən "xxxx" MMC-nin informasiya sorğularına cavab verməməsi qanunsuz hesab edilməli və onun tərəfindən informasiya sorğularına cavab verilməsinə dair qətnamə qəbul edilməlidir. Əvvəla, cavabdehin sorğu edilən məlumatları verməkdən imtina etməsi üçün heç bir maddi qanuni əsasları yoxdur. Birinci iki sorğuda tələb edilən məlumatlar kommersiya sirrinə aid məlumatlar deyil. Cavabdeh müəssisə hər iki sorğuya “Kommersiya sirri haqqında” Qanunun 2-ci maddəsinə istinadən imtina cavabı verib. Onun birinci 2 sorğuda istədiyi məlumatlar "xxxx" RM-nin fəaliyyətini tənzimləyən hüquqi sənədlərin surəti əlavə edilməklə, müstəqil şəkildə mülki hüquqlar əldə edib-etməməsi, öhdəliklərinə görə özünün yaxud təsisçisinin məsuliyyət daşıyıb-daşımaması,fəaliyyətini tənzimləyən hüquqi sənədlərin məzmunu barədə məlumatın verilməsi və beynəlxalq poçt göndərişlərinin ünvana çatdırılma və itirilmə faizi və s. barədə olub. Yəni, göründüyü kimi bu məlumatlar ("xxxx" RM-in təsis sənədləri, nazirliyi əmri və Nizamnamə) kommersiya sirrinə aid məlumatlar deyil. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin https://www.e-taxes.gov.az/ portalının Kommersiya qurumlarının dövlət reyestri məlumatlarının verilməsi bölümündə cavabdeh müəssisənin VÖEN və yaxud da adını daxil etdikdə ona dair kommersiya məlumatları hesab edilən bir sıra məlumatları istənilən şəxs əldə edə bilər. Məsələn, Cavabdeh MMC-nin Nizamnamə kapitalı 73357719 manatdır, qanuni təmsilçisi X5r, dövlət qeydiyyatına alındığı tarix xx.xx.2004-cü ildir, aktiv vergi ödəyicisidir, borcu 0 manatdır, bir neçə dəfə barəsində vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət tədbirləri görülüb (2011-ci il üzrə vergi hesabatını və ya ona əvəz edən arayışı vaxtında təqdim etməməyə görə 1 hal üzrə 40.00 manat, 2017-ci il üzrə 2 hal üzrə 80.000 manat, 2018-ci il üzrə 1 hal üzrə 40.00 manat, 2019-cu il üzrə 3 hal üzrə 120.00 manat, 2020-ci il üzrə 3 hal üzrə 120.00 manat və 2023-cü il üzrə 40.000 manat maliyyə sanksiyası tətbiq edilib) və s. Cavabdeh müəssisə barədə belə, yəni kommersiya sirri hesab edilən bir sıra məlumatlar istənilən şəxs üçün əlçatan olduğu halda, standart təsis sənədləri, publik olmalı və X9 Reyestrinə daxil edilib çap edilməli olan nazirliyin əmrinin kommersiya sirri hesab edilməsi arqumenti ciddi təsir bağışlamır. Üstəlik, hətta nəzəri baxımdan həmin məlumatların kommersiya sirrinə aid məlumatlar olduğunu ehtimal etsək belə, açıqlanmasının, sahibinin qanuni maraqlarına hansı növ ziyan vura biləcəyi də məlum deyil. Digər tərəfdən isə sorğuda həmin sənədlərin surətinin göndərilməsi mütləq şərt kimi qeyd edilməyib, "xxxx" RM-in fəaliyyətini tənzimləyən hüquqi sənədlərin məzmunu barədə məlumatın verilməsi kontekstində əlavə məlumatlar qismində istənilib. Cavabdeh isə filial müəssisəsinin fəaliyyətini tənzimləyən sənədlərin surətini əlavə etməsə də, onların məzmunu barədə də hər hansı məlumat verməyib. xx.xx.2025-ci il tarixli informasiya sorğusunda tələb edilən informasiya isə ümumiləşdirilmiş statistik məlumatlardır və bu məlumatların verilməsindən imtina qanunsuzdur. İkincisi, hər 5 sorğuda tələb edilən məlumatlar informasiya sahibinin informasiyanı açıqlamaq vəzifəsinə aid olan məlumatlardır. "İnformasiya əldə etmək haqqında" Qanunun 29.1-ci maddəsinə əsasən informasiya sahibi cəmiyyətin maraqlarını daha asan və daha operativ şəkildə təmin etmək, çoxsaylı informasiya sorğularını azaltmaq məqsədi ilə malik olduğu, ictimai vəzifələrin yerinə yetirilməsi nəticəsində yaradılmış, yaxud əldə olunmuş aşağıdakı informasiyaları açıqlamalıdır: 29.1.1. ümumiləşdirilmiş statistik məlumatlar, o cümlədən cinayətlərin və inzibati xətaların ümumiləşdirilmiş statistikası; 29.1.3. dövlət orqanlarının struktur bölmələri haqqında əsasnamələr; 29.1.15. dövlət orqanlarının və bələdiyyələrin əmr, sərəncam və qərarları - əmr, sərəncam və qərarlar qüvvəyə mindiyi gündən. Həm "xxxx" MMC, həm də "xxxx" RM Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə aid qurumdurta. Bu, hər iki müəssisənin adından da görünür. Yəni, "İnformasiya əldə etmək haqqında" Qanunun 29-cu maddəsinin istinad edilən bəndləri cavabdeh müəssisəyə aid hesab edilir. Başqa sözlə, sorğu ilə tələb edilən bu məlumatları informasiya sahibi sorğusuz da açıqlamaq öhdəliyi daşıyır. Həm RM-in, həm də MMC-nin təsisi ilə bağlı Nazirliyin əmrləri "Normativ hüquqi aktlar haqqında" Qanunun 80-ci maddəsinə əsasən dərc edilməli olsa da, qanunvericiliyin tələbi pozularaq, edilməyib. Yeri gəlmişkən, sonuncu - 5-ci informasiya sorğusunda tələb edilən məlumatları Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən əldə etmək də mümkün olmayıb. Nazirliyin Elektron ünvan elektron poçtuna ona məxsus olan yalchin.imanovffigmail.com ünvanından 4 iyun 2025-ci ildə günorta saat 12:34 göndərdiyi informasiya sorğusuna bu vaxtadək hər hansı bir cavab verilməyib. Beləliklə, informasiya sorğularına imtina verilməsi qanunsuzdur, çünki verilməsi istənilən məlumatlar kommersiya sirrinə aid məlumatlar deyil, məlumatların kommersiya sirrinə aid edilməsinin meyarlarına cavab vermir. Bundan başqa, istənilən məlumatlar kommersiya dəyərinə malik deyil, həmin məlumatın məxfiliyinin qorunması məqsədilə sahibi tərəfindən hüquqi, təşkilati, texniki və digər tədbirlərin həyata keçirilməsini tələb etmir və bu məlumatların sərbəst əldə olunması qanuni əsaslarla məhdudlaşdırılmayıb. Buna görə də cavabdehin imtinası və ümumiyyətlə hər hansı cavab verməməsi "İnformasiya ildə etmək haqqında" Qanunun 21-ci maddəsinin tələblərinə ziddir. İnformasiyaları almaq və yaymaq ifadə azadlığının öndə gələn şərtləridir. Çünki mövzuya aid uyğun və dəqiq faktları bilmədən heç kim yaxşı əsaslandırılmış rəy formalaşdıra və onun üzərində qala bilməz. Cavabdeh qurum sorğularda verilməsi istənilən məlumatları təqdim etməməklə məlumat almaq hüququnu əngəlləyib. Sorğuda cavab verilməsini tələb etdiyi məlumatlar ictimai maraq doğuran məlumatlardır və cəmiyyətin bu məlumatı bilmək haqqının olduğu şübhəsizdir. Cavabdeh qurumun informasiya sorğularına cavab verməməsi onu bu məlumatları almaq və yaymaq, cəmiyyətin isə bu məlumatı bilmək haqqına müdaxilədir. Tələb etdiyi məlumatların əldə edilməsinə icazə verilməməsi Konvensiyanın 10-cu maddəsində nəzərdə tutulmuş ictimai maraq kəsb edən məlumatları əldə etmək hüququmu pozur. Onun cavabını istədiyi informasiyalarla bağlı məlumat toplamaq azadlığına müdaxilə qanunla nəzərdə tutulmayıb, hər hansı legitim məqsəd güdmür və demokratik cəmiyyətdə zəruri deyil. İnfromasiya sorğularının məqsədi və onun roluna dair bildirmək istəyir ki, məqsəd AİHM-ə göndərilən şikayətlərin itmə səbəblərini araşdırıb, bu məsələyə aydınlıq gətirmək olub. Cavabdehə sonuncu-04 iyun 2025-ci il tarixli informasiya sorğumda da bu niyyətimi açıq şəkildə qeyd etmişdir. Hüquqşünas kimi ona sorğularda tələb edilən məlumatların verilməməsi öz funksiyasını yerinə yetirməsini və AİHM-ə göndərilən şikayətlərin Azərbaycanda yeganə milli poçt operatoru olan cavabdeh tərəfindən uzun illərdir ki itirilməsi ilə bağlı cəmiyyətdə gedən ictimai müzakirələrə töhfə verməsini mümkünsüz edib. Məlumatın xarakterinə gəldikdə, Məhkəmə bir daha qeyd edir ki, əldə etmək üçün müraciət edilən məlumat ictimai maraq sınağına cavab verməlidir. İctimai maraq o dərəcədə cəmiyyətə təsir edən, qanuni olaraq onlarla maraqlana biləcək, onun diqqətini cəlb edən və ya əhəmiyyətli dərəcədə narahat edən, xüsusən də vətəndaşların rifahına və ya cəmiyyətin həyatına təsir edən məsələlərə aiddir. Bu, həm də əhəmiyyətli mübahisələrə səbəb ola bilən, mühüm sosial məsələyə aid olan və ya ictimaiyyətin məlumatlandırılmaqda maraqlı olacağı problemi ehtiva edən məsələlərə də aiddir. Bundan əlavə, ictimai maraq predmetini təşkil edə biləcək şeylər hər bir işin şəraitindən asılıdır (bax: Magyar Helsinki Bizottsäg, yuxarıda göstərilən qərar, § 162, əlavə istinadlarla).Cavabdeh müəssisəyə əldə edilməsi ilə bağlı sorğu verilən informasiyalar ictimai maraq testinə cavab verirdi. Təxminən 10 ilə yaxındır ki, Azərbaycandan AİHM-ə göndərilən şikayətlərin itirilməsi ilə bağlı mütəmadi iddialar səslənir, ancaq cavabdeh müəssisə bu iddialara ya cavab vermir, yaxud da hər hansı ağlabatan izahat gətirmir. Onun Strasburq Məhkəməsinə göndərdiyi bir sıra şikayələrin də bundan əvvəli ünvana çatdırılmayıb. Məsələn, xx.xx.2016-cı ildə müvəkkilinin Konvensiyanın bir sıra maddələri ilə təminat verilən hüquqlarının pozuntusu ilə bağlı şikayətin yer aldığı RR005305185AZ saylı sifarişli məktubu AİHM-yə göndərsə də, 2 ay keçməsinə baxmayaraq şikayət ünvana çatmayıb. xx.xx.2016-cı ildə bununla bağlı "xxxx" MMC-yə müraciət etmişdir və MMC-nin 24 noyabr 2016-cı il tarixli məktubu ilə RR005305185AZ saylı sifarişli məktubun Bakı Poçt Daşıma Mərkəzində itirildiyi bildirilib və bu zaman hər hansı bir izahat verilməyib. xx.xx.2017-ci il tarixdə ********* saylı mədaxil qəbzi ilə isə digər bir ərizəçinin Konvensiyanın bir sıra maddələri ilə bağlı şikayətinin yer aldığı RR006127720AZ saylı poçt göndərişini AİHM-ə göndərmişdir. Ancaq göndəriş yenə ünvana çatmadığından xx.xx.2017-ci ildə cavabdeh müəssisəyə sorğu ilə müraciət etmişdir. "xxxx" MMCnin həmin vaxt baş direktor vəzifəsini müvvəqqəti icra edən Sübhan Kazımov xx.xx.2017- ci il tarixli, KNŞ-12-03/587 saylı cavab məktubu ilə yenə hər hansı bir izahat verilmədən göndərişin Bakı Poçt Mərkəzində naməlum şəraitdə itdiyini bildirib. Digər vəkillərlə bağlı da kifayət qədər belə oxşar faktlar baş verib və hazırda da baş verməkdədir. Ona görə də bu mövzu vaxtaşırı ictimai müzakirələrə səbəb olur. Cavabdehin dövlət qurumunun - Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kommersiya müəssisəsi olması, beynəlxalq poçt göndərişlərinin Azərbaycandan göndərilməsində yaranan ciddi problemlərin hansısa yüsək səviyyəli qeyri-rəsmi göstərişlərlə qəsdən həyata keçirildiyi barədə ciddi və indiyədək təkzibedilməyən mülahizələrin ortaya çıxmasına rəvac verib. Tələb edilən informasiyalar mühüm ictimai mövzuya aid olan və ya ictimaiyyətin məlumatlandırılmaqda maraqlı olacağı problemi ehtiva edən məsələlərə aiddir. Əldə etmək istədiyi məlumatlar açıq məlumatlar idi. Sorğu verilən informasiyalar onun hüquqşünas kimi peşəkar vəzifələrini yerinə yetirməsi üçün alət rolunu oynayırdı və tələb edilən məlumatlar əlçatan informasiyalar idi. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh MMC-nin xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli, xx.xx.20225-ci il tarixli və xx.xx.2025-ci il tarixli informasiya sorğularına (cəmi 5 sorğu) cavab verməməsinin qanunsuz hesab edilməsi və həmin sorğulara cavab verməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı məhkəmə iclasına gəlməmişdir. Lakin iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi X7 iddia tələbini qəbul etməyərək və iddiaya dair yazılı etirazı məhkəməyə təqdim edərək izahatında göstərmişdir ki, iddiaçının təqdim etdiyi xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli informasiya sorğularına qanunla müəyyən olunmuş qaydada “Azərpoçt" MMC tərəfindən xx.xx.2025-ci il tarixli məktubla cavab verilmişdir. Həmin məktubda iddiaçının sorğu etdiyi məsələlərə aydınlıq gətirilmiş, "xxxx" Rabitə Müəssisəsinin fəaliyyəti və Cavabdeh MMC ilə hüquqi baxımdan əlaqəsi barədə ətraflı məlumat təqdim edilmişdir. İddiaçı özünün xx.xx.2025-ci il tarixli sorğusunda 2014-2024-cü illərdə və 2025-ci ilin ilk 4 ayında “Azərpoçt" MMC-nin poçt filialları və poçt şöbələri tərəfindən qəbul edilərək çatdırılan beynəlxalq poçt göndərişlərinin statistikası ilə bağlı, habelə çatdırılması mümkün olmayan bağlamalara görə ödənilən kompensasiya məbləğinin statistikası ilə bağlı məlumatın əldə olunması ilə əlaqədar müraciət etmişdir, iddiaçı özünün iddia ərizəsində adıçəkilən sorğularda tələb edilən məlumatların ümumiləşdirilmiş statistik məlumatlar olduğunu və informasiya sahibi tərəfindən açıqlanmalı olduğunu qeyd etmişdir. İddiaçı tərəfindən sorğu vasitəsilə tələb olunan məlumatlar “Rəsmi statistika haqqında" Azərbaycan Respublikası Qanununda anlayışı verilmiş “məxfi statistik məlumatların anlayışına uyğun gəlir. Həmin Qanunun 1-ci maddəsində qeyd olunmuşdur ki, məxfi statistik məlumatlar - rəsmi statistika materiallarının istehsalı üçün toplanan və birbaşa və ya dolayı yolla statistik vahidlərin tanınmasına və ilkin məlumatların aşkar olunmasına imkan verən məlumatlardır. Deməli, həmin məxfi statistik məlumatlar yalnız rəsmi statistik məlumatın istehsalı üçün müvafiq icra hakimiyyəti orqanına təqdim oluna bilər. Həmin müvafiq icra hakimiyyəti orqanı da Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi haqqında Əsasnamə”nin 8.7 və 8.11 -ci maddəsi ilə də aydın olduğu kimi Dövlət Statistika Komitəsi hesab olunur. Həmçinin “Rəsmi statistika haqqında” Azərbaycan Respublikası qanununun 7-ci maddəsinə əsasən, dövlət statistika orqanlarına öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı Azərbaycan Respublikasının icra hakimiyyəti orqanlarından, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi şəxslərdən (onların nümayəndəlik və filiallarından), Azərbaycan Respublikasının hüdudlarından kənarda yerləşən Azərbaycan Respublikasının hüquqi şəxslərindən və Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən xarici hüquqi şəxslərin nümayəndəliklərindən, filiallarından, həmçinin Azərbaycan Respublikasının vətəndaşlarından və fiziki şəxslərdən haqqı ödənilmədən, qanunvericilik aktlarına uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada, həcmdə və müddətlərdə dolğun və etibarlı statistik məlumatları almaq hüququ verilir. Qanunda verilmiş anlayışlar bir daha da sübut edir ki, həmin məlumatların yalnız rəsmi statistika sahəsində fəaliyyət göstərən müvafiq icra hakimiyyəti orqanına təqdim olunması və həmin orqan tərəfindən açıqlanması mümkündür. Bundan əlavə, adıçəkilən sorğular üzrə bəzi informasiyaların təqdim edilməməsinin digər səbəbi isə tələb olunan məlumatların dairəsinin və həcminin kifayət qədər geniş olmasıdır, “informasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununun 21-ci maddəsinə əsasən sorğu edilən informasiyanın həcmi iri olduğundan, sorğunun icrası informasiya sahibinin üzərinə qoyulmuş ictimai vəzifələrin yerinə yetirilməsinə ciddi maneə yaradırsa və ya əsassız böyük məsrəflərə səbəb olursa informasiya sahibi sorğunun icrasından imtina edə bilər. Aydın məsələdir ki, 10 ildən çox periodu əhatə edən məlumatların işlənərək hazırlanması çox uzun vaxt tələb edən prosesdir, bu səbəbdən sorğunun icrası praktiki baxımdan da ictimai vəzifələrin yerinə yetirilməsinə ciddi maneələr yaradır. Bu səbəbdən Cavabdeh MMC tərəfindən sorğu edilən məlumatların verilməsindən qanuni və əsaslı olaraq imtina edilmişdir. Yuxarıda qeyd olunan səbəblərdən, həmçinin sorğu edilən məlumatların Cavabdeh MMC-nin fəaliyyəti ilə sıx bağlı olması və işgüzar nüfuzuna zərər vura bilən məlumatlar olması səbəbindən, sorğu edilən məlumatların iddiaçıya təqdim edilməsinin qeyri-mümkünlüyü xx.xx.2025-ci il tarixli cavab məktubunda iddiaçıya bildirilmişdir. Sadalanan hallardan əlavə, İddiaçı xx.xx.2025-ci il tarixli müraciətində də "Azərpoçt” MMC-nin filialı hesab olunan "xxxx" Rabitə müəssisəsi tərəfindən 2014-2024-cü illərdə və 2025-ci ilin ilk 4 ayında qəbul edilərək çatdırılan beynəlxalq poçt göndərişlərinin statistikası ilə bağlı, habelə çatdırılması mümkün olmayan bağlamalara görə ödənilən kompensasiya məbləğinin statistikası ilə bağlı məlumatın əldə olunması ilə əlaqədar müraciət etmişdir. Vurğulamaq istəyirlər ki, bu sorğuda tələb edilən məlumatlar da mahiyyət etibarilə xx.xx.2025-ci il tarixli sorğu ilə oxşardır, bu səbəbdən, həmin sorğunun da icrası yuxarıda qeyd olunan səbəblərdən mümkün olmamışdır. İddiaçının “Azərpoçt" MMC-yə ünvanlandığı xx.xx.2025-ci il tarixli sorğuya və xx.xx.2025-ci il tarixli, EE005139545AZ izləmə kodlu poçt göndərişi ilə əlaqədar tələb olunan məlumatlarla bağlı sorğuya aidiyyəti üzrə Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixli məktubla cavab verilmiş, cavabda iddiaçıya "xxxx" Rabitə Müəssisəsinin əməkdaşları tərəfindən müvafiq araşdırma aparılaraq aidiyyəti üzrə əsaslandırılmış izahat, habelə müvafiq təsdiqedici sənədlərin təqdim edildiyi qeyd edilmişdir. Qeyd etmək lazımdır ki, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respüblikasının Qanununun 21-ci maddəsinə əsasən, sorğuçuya artıq belə bir informasiya verilibsə və sorğuda informasiyanı təkrar əldə etmək zərurəti əsaslandırılmayıbsa, informasiya sahibi sorğunun icrasından imtina edə bilər. Məhz qeyd edilən səbəblərdən dolayı iddiaçının sorğusunun icrasından qanunvericiliyə əsasən imtina edilmişdir. Qeyd edilənlərlə yanaşı bildirmək istəyirlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 1 avqust tarixli, 372 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təbii inhisar subyektlərinin Siyahısı”na əsasən, Cavabdeh MMC təbii inhisar subyekti hesab olunur. “İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən, təbii inhisar subyektləri də informasiya sahiblərinə bərabər tutulurlar.Lakin adıçəkilən qanunun 9-cu maddəsi təbii inhisar subyektlərinin informasiya sahibi kimi fəaliyyətini məhdudlaşdırır, belə ki, qeyd olunan müəssisələr yalnız istehsalını (satışını) həyata keçirdikləri məhsulların siyahısı, məhsullar üzrə qiymətlərin siyahısı, müştərilər tərəfindən məhsulların əldə edilməsi üçün tələb olunan şərtlər, müqavilənin forması və bağlanılması qaydası,müştərilər tərəfindən şikayətlərin edilməsi qaydasına aid informasiyalar üzrə informasiya sahibi hesab olunur. İddia ərizəsinin məzmunundan, həmçinin ona qoşma kimi əlavə edilən sənədlərin məzmunundan açıq-aşkar məlum olur ki, iddiaçının sorğu etdiyi məlumatlar “İnformasiya əldə etmək haqqında” Qanuna əsasən təbii inhisar subyektlərinin açıqlamalı olduğu məlumatlar dairəsinə daxil deyil. Göstərilənləri nəzərə alaraq cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə cavabdehin nümayəndəsinin izahatını, dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. İş üzrə İddiaçı tərəfindən "xxxx" Rabitə Müəssisəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli informasiya sorğusunun surətindən görünür ki, “"xxxx" RM-in saytında yerləşdirilmiş məlumatlardan məlum olur ki, həmin müəssisə "xxxx" İstehsalat Birliyi (indiki "xxxx" MMC) tərəfindən təsis edilib. Azərbaycan Respublikası Rabitə Nazirliyinin 108 №-li xx.xx.1997-ci il tarixli əmri ilə yaradılıb, 1997ci ilin 19 sentyabr tarixində isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatından (identifikasiya kodu 3066394) keçirilib və 1998-ci ilin 9 yanvar tarixində fəaliyyətə başlayıb. Hazırda Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin lisenziyası əsasında sürətli poçt rabitəsi xidmətləri (EMS - Express Mail Service) göstərir. Link: https://azems.az/ffbb about Ancaq müəssisənin fəaliyyəti haqqında saytın sözügedən bölümündə onun müstəqil şəkildə mülki hüquqlar əldə edib-etməməsi, öhdəliklərinə görə, özünün yaxud təsisçisinin məsuliyyət daşıyıb-daşımaması və eləcə də fəaliyyətini tənzimləyən hüquqi sənədlərin məzmunu barədə hər hansı məlumat verilmir. Sizdən xahiş edirəm ki, "xxxx" RM-in təsisçisi kimi müəssisənin fəaliyyətini tənzimləyən hüquqi sənədlərin ("xxxx" İstehsalat Birliyi (indiki "xxxx" MMC) tərəfindən "xxxx" RM-in təsis sənədləri, "xxxx" RM-in yaradılması haqqında Azərbaycan Respublikası Rabitə Nazirliyinin 108 №-li xx.xx.1997-ci il tarixli əmri; Nizamnamə və s.) surəti əlavə edilməklə bu suallara ətraflı cavab verəsiniz”. Əlavə olaraq qeyd etməyi zəruri hesab edir ki, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən informasiya sorğusu ən qısa müddətdə, lakin 7 iş günündən gec olmayaraq icra edilir. Sözügedən Qanunun 13.1 və 13.1.2-ci maddələrinə əsasən sorğuçu informasiya sorğusunu aşağıdakı üsulla təqdim edir: sorğunu şəxsən təqdim etmək və ya informasiya sahibinə poçt, telefaks, yaxud elektron poçtla göndərmək yolu ilə yazılır. Ona görə də sorğu yalnız elektron poçtla təqdim edilir. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 13.1 və 13.1.2-ci maddələrinə əsasən sorğunun elektron poçtla göndərmək yolu ilə yazılı təqdim edilməsi kifayət etsə də, informasiya sorğusu kağız versiyada da ünvanına göndəriləcək. İş üzrə İddiaçı tərəfindən "xxxx" X2 rəisi Rüfət Məmmədova ünvanlanmış xx.xx.2025-ci il tarixli informasiya sorğusunun surətindən görünür ki, “1.Mənim xx.xx.2025-ci ildə Bakı şəhəri Üzeyir Hacıbəyli küçəsi 72, Şəbəkə 1-dən Fransanın Strasburq şəhərinin Council of Europe 1 avenue de l'Europe, 67075 Strasbourg Cedex, FRANCE ünvanına göndərdiyim EE005139545AZ saylı BPG-nin BPMM-dən BPMY-ə yola düşəcək daşıyıcının səlahiyyətli nümayəndəsinə verilməsini tənzimləyən daxili təhvil qaiməsi (f 16 qaiməsi) nə vaxt və neçə poçt işçisi (ad, soyad, ata adı və vəzifəsi göstərilməklə) tərəfindən tərtib edilib? fl6 qaiməsinin surətinin təqdim edilməsi xahiş edilir. 2.EE005139545AZsaylı BPG BPMY-nə nə vaxt və saat neçədə çatdırılıb? BPMY-nə çatdırılmış EE005139545AZ saylı BPG nə vaxt və saat neçədə poçt rabitəsinin milli operatorunun səlahiyyətli nümayəndəsi (ad, soyad, ata adı və vəzifəsi göstərilməklə) tərəfindən gömrük nəzarətinə təqdim edilib? 3.EE005139545AZ saylı BPG-nə gömrük nəzarəti nə vaxt və saat neçədə keçirilib və nəzarətin həyata keçirilməsində iştirak edən poçt işçiləri kimlər olub (ad, soyad, ata adı və vəzifəsi göstərilməklə)? 4.EE005139545AZ saylı BPG poçt operatorunun səlahiyyətli nümayəndəsinə nə vaxt və saat neçədə təhvil verilib və həmin səlahiyyətli nümayəndənin adı, soyadı, ata adı və vəzifəsi nə olub?”. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən informasiya sorğusu ən qısa müddətdə, lakin 7 iş günündən gec olmayaraq icra edilir. Sözügedən Qanunun 13.1 və 13.1.2-ci maddələrinə əsasən sorğuçu informasiya sorğusunu aşağıdakı üsulla təqdim edir: sorğunu şəxsən təqdim etmək və ya informasiya sahibinə poçt, telefaks, yaxud elektron poçtla göndərmək yolu ilə yazılır. Ona görə də sorğu yalnız elektron poçtla təqdim edilir. Adıçəkilən Qanunun 27-1-ci maddəsinə əsasən sorğuçu sorğunun icrasından imtina edilməsi, yaxud lazımınca icra olunmaması barədə məhkəməyə və ya Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinə (ombudsmana) şikayət etmək hüququna malikdir. İş üzrə İddiaçı tərəfindən Cavabdeh MMC-nin İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən X6 ünvanlanmış xx.xx.2025-ci il tarixli informasiya sorğusunun surətindən görünür ki, "xxxx" Rabitə Müəssisəsinin saytında yerləşdirilmiş məlumatlardan məlum olur, həmin müəssisə Cavabdeh İstehsalat Birliyi (indiki Cavabdeh) tərəfindən təsis edilib. Azərbaycan Respublikası Rabitə Nazirliyinin 108 No-li xx.xx.1997-ci il tarixli əmri ilə yaradılıb, 1997-ci ilin 19 sentyabr tarixində isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatından (identifikasiya kodu 3066394) keçirilib və 1998-ci ilin 9 yanvar tarixində fəaliyyətə başlayıb. Hazırda Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin lisenziyası əsasında sürətli poçt rabitəsi xidmətləri (EMS-Express Mail Service) göstərir. Link: https://azems.az/#bb about. Ancaq müəssisənin fəaliyyəti haqqında saytın sözügedən bölümündə onun müstəqil şəkildə mülki hüquqlar əldə edib-etməməsi, öhdəliklərinə görə, özünün yaxud təsisçisinin məsuliyyət daşıyıbdaşımaması və eləcə də fəaliyyətini tənzimləyən hüquq sənədlərin məzmunu barədə hər hansı məlumat verilmir. Sizdən xahiş edirəm ki, "xxxx" Rabitə Müəssisəsinin təsisçisi kimi Müəssisəsinin fəaliyyətini tənzimləyən hüquqi sənədlərin (Cavabdeh İstehsalat Birliyi (indiki Cavabdeh) tərəfindən "xxxx" Rabitə Müəssisəsinin təsis sənədləri, "xxxx" Rabitə Müəssisəsinin yaradılması haqqında Azərbaycan Respublikası Rabitə Nazirliyinin 1008 No-li xx.xx.1997-ci il tarixli əmri; Nizamnamə və s) surəti əlavə edilməklə bu suallara ətraflı cavab verəsiniz”. Əlavə olaraq qeyd etməyi zəruri hesab edir ki, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən informasiya sorğusu ən qısa müddətdə, lakin 7 iş günündən gec olmayaraq icra edilir. Sözügedən Qanunun 13.1 və 13.1.2-ci maddələrinə əsasən sorğuçu informasiya sorğusunu aşağıdakı üsulla təqdim edir: sorğunu şəxsən təqdim etmək və ya informasiya sahibinə poçt, telefaks, yaxud elektron poçtla göndərmək yolu ilə yazılır. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 13.1 və 13.1.2-ci maddələrinə əsasən sorğunun elektron poçtla göndərmək yolu ilə yazılı təqdim edilməsi kifayət etsə də, informasiya sorğusu kağız versiyada da ünvanına göndərilir. İş üzrə İddiaçı tərəfindən "xxxx" X2 rəisi Rüfət Məmmədova ünvanlanmış xx.xx.2025-ci il tarixli informasiya sorğusunun surətindən görünür ki, “"2020-2024-cü illərdə və 2025-ci ilin ilk 4 ayında rəhbərlik etdiyiniz MMC-nin filal müəssisəsi olan "xxxx" RM çatdırılmaq üçün neçə beynəlxalq poçt göndərişi qəbul edib və həmin göndərişlərin neçəsi ünvana çatdırılıb, neçəsi isə itirilib? (Məlumatların ölkələr və illər (2020, 2021, 2022, 2023, 2024 və 2025-ci ilin ilk 4 ayı) üzrə təsnifləşdirilərək təqdim edilməsi xahiş edilir, çatdırılma və itirilmə faizlə də göstərilə bilər); Göndərişlərin itirilməsi hansı milli poçt operatorunun səhlənkarlığı üzündən baş verib? İtirilmiş göndərişlər üçün göndəricilərə ümumilikdə nə qədər təzminat ödənilib? 2020-2024-cü illərdə və 2025-ci ilin ilk 4 ayında Fransanın Strasburq şəhərində yerləşən AİHM-ə çatdırılmaq üçün rəhbərlik etdiyiniz MMC-nin filial müəssisəsi olan "xxxx" RM neçə beynəlxalq poçt göndərişi qəbul edib? Həmin göndərişlərin neçəsi ünvana çatdırılıb, neçəsi isə itirilib? Göndərişlər hansı milli poçt operatorunun səhlənkarlığı üzündən itirilib? İtirilmiş göndərişlər üçün göndəricilərə ümumilikdə nə qədər təzminat ödənilib?”. Əlavə olaraq qeyd etməyi zəruri hesab edir ki, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən informasiya sorğusu ən qısa müddətdə, lakin 7 iş günündən gec olmayaraq icra edilir. Sözügedən Qanunun 13.1 və 13.1.2-ci maddələrinə əsasən sorğuçu informasiya sorğusunu aşağıdakı üsulla təqdim edir: sorğunu şəxsən təqdim etmək və ya informasiya sahibinə poçt, telefaks, yaxud elektron poçtla göndərmək yolu ilə yazılır. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 13.1 və 13.1.2-ci maddələrinə əsasən sorğunun elektron poçtla göndərmək yolu ilə yazılı təqdim edilməsi kifayət etsə də, informasiya sorğusu kağız versiyada da ünvanına göndərilir. Adıçəkilən Qanunun 27-1-ci maddəsinə əsasən sorğuçu sorğunun icrasından imtina edilməsi, yaxud lazımınca icra olunmaması barədə məhkəməyə və ya Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinə (ombudsmana) şikayət etmək hüququna malikdir. İş üzrə İddiaçı tərəfindən Cavabdeh MMC-nin İdarə heyətinin sədri vəzifəsini m.i.e.X6 ünvanlanmış xx.xx.2025-ci il tarixli informasiya sorğusunun surətindən görünür ki, “"2014-2024-cü illərdə və 2025-ci ilin ilk 4 ayında "xxxx" MMC poçt filialları və bütün ölkəni əhatə edən poçt şöbələri ilə neçə beynəlxalq göndəriş qəbul edib və həmin göndərişlərin neçəsi təyinat ölkəsi üzrə ünvana çatdırılıb, neçəsi isə itirilib? (Məlumatların ölkələr və illər üzrə təsnifləşdirilərək təqdim edilməsi xahiş edilir, çatdırılma və itirilmə faizlə də təqdim edilə bilər); Göndərişlər hansı milli poçt operatorunun səhlənkarlığı üzündən itirilib? İtirilmiş göndərişlər üçün göndəricilərə ümumilikdə nə qədər təzminat ödənilib? 2014-2024-cü illərdə və 2025-ci ilin ilk 4 ayında Fransanın Strasburq şəhərində yerləşən AİHM-ə çatdırılmaq üçün "xxxx" MMC poçt filialları və bütün ölkəni əhatə edən poçt şöbələri ilə neçə beynəlxalq göndəriş qəbul edib? Həmin göndərişlərin neçəsi adıçəkilən Məhkəmənin ünvanına çatdırılıb, neçəsi isə itirilib? Göndərişlər hansı milli poçt operatorunun səhlənkarlığı üzündən itirilib? İtirilmiş göndərişlər üçün göndəricilərə ümumilikdə nə qədər təzminat ödənilib?". Əlavə olaraq qeyd etməyi zəruri hesab edir ki, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən informasiya sorğusu ən qısa müddətdə, lakin 7 iş günündən gec olmayaraq icra edilir. Sözügedən Qanunun 13.1 və 13.1.2-ci maddələrinə əsasən sorğuçu informasiya sorğusunu aşağıdakı üsulla təqdim edir: sorğunu şəxsən təqdim etmək və ya informasiya sahibinə poçt, telefaks, yaxud elektron poçtla göndərmək yolu ilə yazılır. Adıçəkilən Qanunun 27-1-ci maddəsinə əsasən sorğuçu sorğunun icrasından imtina edilməsi, yaxud lazımınca icra olunmaması barədə məhkəməyə və ya Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinə (ombudsmana) şikayət etmək hüququna malikdir. İş üzrə İddiaçı tərəfindən Cavabdeh MMC-nin İdarə heyətinin sədri vəzifəsini m.i.e.X6 ünvanlanmış xx.xx.2025-ci il tarixli informasiya sorğusunun surətindən görünür ki, “Mənim xx.xx.2025-ci ildə Bakı şəhəri Üzeyir Hacıbəyli küçəsi 72, Şəbəkə 1-dən Fransanın Strasburq şəhərinin Council of Europe1 avenue de l'Europe, 67075 Strasbourg Cedex, FRANCE ünvanına göndərdiyim EE005139545AZ saylı BPG-nin BPMM-dən BPMY-ə yola düşəcək daşıyıcının səlahiyyətli nümayəndəsinə verilməsini tənzimləyən daxili təhvil qaiməsi (f 16 qaiməsi) nə vaxt və neçə poçt işçisi (ad, soyad, ata adı və vəzifəsi göstərilməklə) tərəfindən tərtib edilib? fl6 qaiməsinin surətinin təqdim edilməsi xahiş edilir. EE005139545AZsaylı BPG BPMY-nə nə vaxt və saat neçədə çatdırılıb? BPMY-nə çatdırılmış EE005139545AZ saylı BPG nə vaxt və saat neçədə poçt rabitəsinin milli operatorunun səlahiyyətli nümayəndəsi (ad, soyad, ata adı və vəzifəsi göstərilməklə) tərəfindən gömrük nəzarətinə təqdim edilib? EE005139545AZ saylı BPG-nə gömrük nəzarəti nə vaxt və saat neçədə keçirilib və nəzarətin həyata keçirilməsində iştirak edən poçt işçiləri kimlər olub (ad, soyad, ata adı və vəzifəsi göstərilməklə)? EE005139545AZ saylı BPG poçt operatorunun səlahiyyətli nümayəndəsinə nə vaxt və saat neçədə təhvil verilib və həmin səlahiyyətli nümayəndənin adı, soyadı, ata adı və vəzifəsi nə olub?" Əlavə olaraq qeyd etməyi zəruri hesab edir ki, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən informasiya sorğusu ən qısa müddətdə, lakin 7 iş günündən gec olmayaraq icra edilir. Sözügedən Qanunun 13.1 və 13.1.2-ci maddələrinə əsasən sorğuçu informasiya sorğusunu aşağıdakı üsulla təqdim edir: sorğunu şəxsən təqdim etmək və ya informasiya sahibinə poçt, telefaks, yaxud elektron poçtla göndərmək yolu ilə yazılır. Cavabdeh MMC-yə elektron poçtla elektron məktub göndərmək mümkün olmadığından, MMC-nin saytındakı bu link http://www.azerpost.az/az/elaqe-menu/elaqe-ucun işlək olmadığından sorğu fiziki poçtla ünvanına göndərilir. Məlumat üçün xatırladır ki, “İnformasiya əldə etmək haqqında” Qanunun 27-1ci maddəsinə əsasən sorğuçu sorğunun icrasından imtina edilməsi, yaxud lazımınca icra olunmaması barədə məhkəməyə və ya Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinə (ombudsmana) şikayət etmək hüququna malikdir. Qeyd: Bu sorğu xx.xx.2025-ci ildə "xxxx" X4 göndərilib, ancaq həmin müəssisə xx.xx.2025-ci il tarixli cavabında bildirib ki, “xx.xx.2025-ci il tarixli informasiya sorğunuza cavab olaraq bildiririk ki, "xxxx" Rabitə Müəssisəsi Cavabdeh filialıdır. Bu səbəbdən sorğunuzda qeyd olunan məlumatların əldə olunması üçün Cavabdehnə müraciət edilməlidir”. Odur ki, sorğu cavablandırılması üçün Cavabdeh MMC-yə göndərilir. İş üzrə İddiaçı tərəfindən Cavabdeh MMC-nin İdarə heyətinin sədri vəzifəsini m.i.e.X6 ünvanlanmış xx.xx.2025-ci il tarixli informasiya sorğusunun surətindən görünür ki, “2020-2024-cü illərdə və 2025-ci ilin ilk 4 ayında rəhbərlik etdiyiniz MMC-nin filal müəssisəsi olan "xxxx" RM çatdırılmaq üçün neçə beynəlxalq poçt göndərişi qəbul edib və həmin göndərişlərin neçəsi ünvana çatdırılıb, neçəsi isə itirilib? (Məlumatların ölkələr və illər (2020, 2021, 2022, 2023, 2024 və 2025-ci ilin ilk 4 ayı) üzrə təsnifləşdirilərək təqdim edilməsi xahiş edilir, çatdırılma və itirilmə faizlə də göstərilə bilər); Göndərişlərin itirilməsi hansı milli poçt operatorunun səhlənkarlığı üzündən baş verib? İtirilmiş göndərişlər üçün göndəricilərə ümumilikdə nə qədər təzminat ödənilib? 2020-2024cü illərdə və 2025-ci ilin ilk 4 ayında Fransanın Strasburq şəhərində yerləşən AİHM-ə çatdırılmaq üçün rəhbərlik etdiyiniz MMC-nin filial müəssisəsi olan "xxxx" RM neçə beynəlxalq poçt göndərişi qəbul edib? Həmin göndərişlərin neçəsi ünvana çatdırılıb, neçəsi isə itirilib? Göndərişlər hansı milli poçt operatorunun səhlənkarlığı üzündən itirilib? İtirilmiş göndərişlər üçün göndəricilərə ümumilikdə nə qədər təzminat ödənilib?" Əlavə olaraq qeyd etməyi zəruri hesab edir ki, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən informasiya sorğusu ən qısa müddətdə, lakin 7 iş günündən gec olmayaraq icra edilir. Sözügedən Qanunun 13.1 və 13.1.2-ci maddələrinə əsasən sorğuçu informasiya sorğusunu aşağıdakı üsulla təqdim edir: sorğunu şəxsən təqdim etmək və ya informasiya sahibinə poçt, telefaks, yaxud elektron poçtla göndərmək yolu ilə yazılır. Cavabdeh MMC-yə elektron poçtla elektron məktub göndərmək mümkün olmadığından, MMC-nin saytındakı bu link http://www.azerpost.az/az/elaqe-menu/elaqeucun işlək olmadığından sorğu fiziki poçtla ünvanına göndərilir. Məlumat üçün xatırladır ki, “İnformasiya əldə etmək haqqında” Qanunun 27-1-ci maddəsinə əsasən sorğuçu sorğunun icrasından imtina edilməsi, yaxud lazımınca icra olunmaması barədə məhkəməyə və ya Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinə (ombudsmana) şikayət etmək hüququna malikdir. Qeyd: Bu sorğu xx.xx.2025-ci ildə "xxxx" X4 göndərilib, ancaq həmin müəssisə xx.xx.2025-ci il tarixli cavabında bildirib ki, “xx.xx.2025-ci il tarixli informasiya sorğunuza cavab olaraq bildiririk ki, "xxxx" Rabitə Müəssisəsi Cavabdeh filialıdır. Bu səbəbdən sorğunuzda qeyd olunan məlumatların əldə olunması üçün Cavabdehnə müraciət edilməlidir”. Odur ki, sorğu cavablandırılması üçün Cavabdeh MMC-yə göndərilir. İş üzrə İddiaçı tərəfindən Cavabdeh MMC-nin İdarə heyətinin sədri vəzifəsini m.i.e.X6 ünvanlanmış xx.xx.2025-ci il tarixli informasiya sorğusunun surətindən görünür ki, o, hüquqşünasdır,müştəriləri Avropa İnsan Hüquqları Məhkəməsində (AİHM) təmsil edir. Hazırda Azərbaycan Respublikasından adıçəkilən Məhkəməyə göndərilən şikayətlərin ünvana çatdırılması istiqamətində yerli poçt xidmətlərində yaranmış mövcud problemlərin səbəblərini araşdırmaqla məşğuldur. Mediada gələn məlumatlar şikayətlərin ölkədə poçt xidmətləri göstərən yeganə milli poçt operatoru olan Cavabdeh MMC tərəfindən itirildiyini iddia edir. Həmin məlumatların bəzilərinin linki ilə tanış ola bilərlər. Azərbaycan Respublikası Konstitusiyasının 50 və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddələrinə əsasən aşağıdakı informasiyaların ona təqdim edilməsini təmin etməsini xahiş edir: “”Azərpoçt” MMC-nin saytında yer almış məlumatlardan məlum olur ki, daha əvvəl "xxxx" Dövlət Müəssisəsi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət Azərbaycan Respublikası Rabitə Nazirliyinin "Poçt rabitəsi sahəsində islahatların davamı və strukturun təkmilləşdirilməsi haqqında" xx.xx.1999-cu il tarixli 151 saylı əmri ilə yaradılıb. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin 31 avqust 2009-cu il tarixli 145 saylı əmri ilə isə "xxxx" DM-in təşkilati-hüquqi forması dəyişdirilərək "xxxx" MMC-yə çevrilib. "xxxx" MMC-nin Nizamnaməsi Ədliyyə Nazirliyi tərəfindən 15 sentyabr 2009- cu il tarixində təsdiq edilib və Vergilər Nazirliyinin Bakı Şəhər Vergilər Departamentinin X3 Dövlət Qeydiyyatı İdarəsində ********** nömrəsi ilə dövlət qeydiyyatına alınıb. Ancaq "xxxx" MMC-nin saytında nazirliyin 23 sentyabr 1999cu il tarixli 151 və 31 avqust 2009-cu il tarixli 145 saylı əmrlərinin mətni yerləşdirilməyib. Həmin əmrlər Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin saytında və ümumiyyətlə internet informasiya resurslarında mövcud deyil. O cümlədən MMC-nin Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə münasibətlərinin hüquqi xarakteri və məzmunu barədə də hər hansı məlumata rast gəlmək mümkün deyil. Odur ki, Azərbaycan Respublikası Rabitə Nazirliyinin "Poçt rabitəsi sahəsində islahatların davamı və strukturun təkmilləşdirilməsi haqqında" 23 sentyabr 1999-cu il tarixli 151 saylı və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin 31 avqust 2009-cu il tarixli 145 saylı əmrlərinin surəti əlavə edilməklə, "xxxx" MMC-nin Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə münasibətlərinin hüquqi xarakteri və məzmunu barədə ətraflı məlumatı mənə göndərməyiniz xahiş edilir". Sözügedən Sözügedən məlumatlar Azərbaycan Respublikasından AİHM-ə göndərilən şikayətlərin ünvana çatdırılması istiqamətində yaranmış problemlərin səbəblərinin araşdırılması və bu mövzuda gedən ictimai müzakirələrə töhfə verilməsi üçün çox mühümdür. Əlavə olaraq qeyd etməyi zəruri hesab edir ki, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən informasiya sorğusu ən qısa müddətdə, lakin 7 iş günündən gec olmayaraq icra edilir. Sözügedən Qanunun 13.1 və 13.1.2-ci maddələrinə əsasən sorğuçu informasiya sorğusunu aşağıdakı üsulla təqdim edir: sorğunu şəxsən təqdim etmək və ya informasiya sahibinə poçt, telefaks, yaxud elektron poçtla göndərmək yolu ilə yazılır. Adıçəkilən Qanunun 27-1-ci maddəsinə əsasən sorğuçu sorğunun icrasından imtina edilməsi, yaxud lazımınca icra olunmaması barədə məhkəməyə və ya Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinə (ombudsmana) şikayət etmək hüququna malikdir. Qeyd: Bu sorğu xx.xx.2025-ci ildə "xxxx" X4 göndərilib, ancaq həmin müəssisə xx.xx.2025-ci il tarixli cavabında bildirib ki, “xx.xx.2025-ci il tarixli informasiya sorğunuza cavab olaraq bildiririk ki, "xxxx" Rabitə Müəssisəsi Cavabdeh filialıdır. Bu səbəbdən sorğunuzda qeyd olunan məlumatların əldə olunması üçün Cavabdehnə müraciət edilməlidir”. Odur ki, sorğu cavablandırılması üçün Cavabdeh MMC-yə göndərilir. İş üzrə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Cavabdeh MMC-nin "xxxx" Rabitə Müəssisəsinin rəisi Rüfət Məmmədov tərəfindən sorğuçu İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubun surətindən görünür ki, xx.xx.2025-ci il tarixli informasiya sorğusuna cavab olaraq bildirirlər ki, "xxxx" Rabitə Müəssisəsi Cavabdeh filialıdır. Bu səbəbdən sorğusunda qeyd olunan hüquqi sənədlər və müvafiq məlumatların əldə olunması üçün Cavabdehnə müraciət edilməlidir. İş üzrə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Cavabdeh MMC-nin "xxxx" Rabitə Müəssisəsinin rəisi Rüfət Məmmədov tərəfindən sorğuçu İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubun surətindən görünür ki, xx.xx.2025-ci il tarixli informasiya sorğusuna cavab olaraq bildirirlər ki, "xxxx" Rabitə Müəssisəsi Cavabdeh filialıdır. Bu səbəbdən sorğusunda qeyd olunan hüquqi sənədlər və müvafiq məlumatların əldə olunması üçün Cavabdehnə müraciət edilməlidir. İş üzrə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Cavabdeh MMC-nin "xxxx" Rabitə Müəssisəsinin rəisi Rüfət Məmmədov tərəfindən sorğuçu İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubun surətindən görünür ki, xx.xx.2025-ci il tarixli informasiya sorğusuna cavab olaraq bildirirlər ki, "xxxx" Rabitə Müəssisəsi Cavabdeh filialıdır. Bu səbəbdən sorğusunda qeyd olunan hüquqi sənədlər və müvafiq məlumatların əldə olunması üçün Cavabdehnə müraciət edilməlidir. İş üzrə Cavabdeh MMC-nin İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən İsi Mustafayev tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubun surətindən görünür ki, İddiaçı Cavabdeh MMC-yə ünvanlanmış "xxxx" Rabitə Müəssisəsinin fəaliyyətini tənzimləyən hüquqi sənədlərin məzmunu ilə bağlı informasiyanın, habelə təsis sənədlərinin və digər sənədlərin surətlərinin əldə olunması barədə, xx.xx.2025-ci il tarixli müraciətinə və 2020-2024-cü illərdə, həmçinin 2025-ci ilin ilk 4 ayında Cavabdeh MMC tərəfindən qəbul edilərək çatdırılan beynəlxalq poçt göndərişlərinin statistikası ilə bağlı məlumatın əldə olunması ilə əlaqədar xx.xx.2025-ci il tarixli müraciətinə Cavabdeh MMC tərəfindən aidiyyəti üzrə baxılmışdır. Müraciətinə cavab olaraq aşağıdakı məlumatları nəzərinə çatdırırlar: "xxxx" Rabitə Müəssisəsi Cəmiyyətin filialı olmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 53-cü maddəsinə uyğun olaraq onun funksiyalarının hamısını və ya bir hissəsini, o cümlədən nümayəndəlik funksiyalarını həyata keçirən ayrıca bölməsidir. Həmçinin qeyd etmək lazımdır ki, qanunvericiliyə əsasən, filiallar hüquqi şəxs deyildirlər və Cəmiyyətin idarəetmə strukturuna daxil olmaqla hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. “Kommersiya Sirri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən hüquqi şəxsin idarəedilməsi ilə əlaqədar məlumatlar kommersiya sirri hesab olunduğundan, "xxxx" Rabitə Müəssisəsinin hüquqi sənədlərinin İddiaçı təqdim edilməsi mümkün deyil. Yuxarıda qeyd edilənlərlə yanaşı, xx.xx.2025-ci il tarixli müraciətinə cavab olaraq bildirirlər ki, müvafiq müraciət üzrə sorğu predmeti olan məlumatlar bilavasitə Cəmiyyətin fəaliyyəti ilə bağlıdır və məzmun etibarılə kommersiya sirri hesab edilir. Belə ki, “Kommersiya Sirri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, kommersiya sirri - hüquqi və fiziki şəxslərin istehsal, texnoloji, idarəetmə, maliyyə və başqa fəaliyyəti ilə bağlı, sahibinin razılığı olmadan açıqlanması, onların qanuni maraqlarına ziyan vura bilə məlumatlar hesab edilir. Yuxarıda qeyd olunanları nəzərə alaraq İddiaçı tərəfindən Cəmiyyətə ünvanlanmış xx.xx.2025-ci il tarixli müraciət çərçivəsində sorğu edilən məlumatların üçüncü şəxslərə təqdim olunması kommersiya sirri rejiminin tələblərinə zidd olduğundan, mümkün hesab edilmir. İş üzrə Azərbaycan Respublikası Rəqəmsal, İnkişaf və Nəqliyyat Nazirliyinin Cavabdeh MMC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubun surətindən görünür ki, İddiaçı Cavabdeh MMC-yə xx.xx.2025-ci il tarixdə ünvanlandığı iki sorğu və xx.xx.2025-ci il tarixli müraciəti Cavabdeh MMC tərəfindən müvafiq qaydada araşdırılmış və qeyd olunan müraciətlərə aidiyyəti üzrə baxılmışdır. Müraciətə cavab olaraq aşağıdakı məlumatları nəzərinə çatdırırlar: xx.xx.2025-ci il tarixli müraciətə müvafiq olaraq bildirirlər ki, adıçəkilən sorğuda tələb olunan məlumatlara dair cavab Cəmiyyət tərəfindən xx.xx.2025-ci il tarixli məktub vasitəsilə İddiaçı təqdim edilmiş, sorğuda qeyd olunan məsələlərə aid ətraflı izahat verilmiş və müvafiq məlumatlar təqdim olunmuşdur. Məlumat üçün bildirmək istəyirlər ki, “informasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən İnformasiya sahibi aşağıdakı sorğuçuya artıq belə bir informasiya verilibsə və sorğuda informasiyanı təkrar əldə etmək zərurəti əsaslandırılmayıbsa, sorğunun icrasından imtina edə bilər. Bu baxımdan, qeyd olunan müraciət üzrə eyni informasiya təkrar tələb olunduğundan və sorğuda həmin məlumatın yenidən təqdim olunmasının hüquqi və ya faktiki əsaslandırılması göstərilmədiyindən, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq sorğunun icrası mümkün hesab edilməmişdir. Əlavə olaraq xx.xx.2025-ci il tarixli, 2020-2024-cü illərdə, həmçinin 2025-ci ilin ilk 4 ayında "xxxx" Rabitə Müəssisəsi tərəfindən qəbul edilərək çatdırılan beynəlxalq poçt göndərişlərinin statistikası ilə bağlı məlumatın əldə olunması ilə əlaqədar sorğuya istinadən qeyd edirlər ki, müvafiq müraciət üzrə sorğu predmeti olan məlumatlar bilavasitə Cəmiyyətin fəaliyyəti ilə bağlıdır və məzmun etibarılə kommersiya sirri hesab edilir. Belə ki, “Kommersiya sirri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, kommersiya sirri – hüquqi və fiziki şəxslərin istehsal, texnoloji, idarəetmə, maliyyə və başqa fəaliyyəti ilə bağlı, sahibinin razılığı olmadan açıqlanması, onların qanuni maraqlarına ziyan vura bilən məlumatlar hesab edilir. Son olaraq bildirilir ki, xx.xx.2025-ci il tarixli EE005139545AZ izləmə kodlu poçt göndərişi ilə bağlı müraciətdə tələb olunan məlumatlarla bağlı "xxxx" Rabitə Müəssisəsinin əməkdaşları tərəfindən mvafiq araşdırma aparılaraq aidiyyəti üzrə əsaslandırılmış izahat, habelə müvafiq təsdiqedici sənədlər İddiaçı təqdim edilmişdir. Bununla yanaşı, sorğuda tələb olunan digər informasiyaların “Kommersiya siri haqqında” Azərbaycan Respublikası Qanununda təsdiq olunmuş “kommersiya sirri” kateqoriyasına aid olması səbəbindən, bu xarakterli xidməti məlumatların açıqlaması qeyri-mümkündür. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsinə əsasən İ bəndinə əsasən hər kəsin qanuni yolla istədiyi məlumatı axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır. «İnformasiya əldə etmək haqqında» Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında informasiyanın əldə olunması azaddır. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən informasiya sahibinə müraciət edən hər kəs: 2.3.1. sorğu edilən informasiyanın informasiya sahibində olub-olmadığını öyrənmək, bu informasiya olmadıqda onu əldə etmək üçün yardımçı məlumatlar almaq; 2.3.2. informasiya sahibi sorğu edilən informasiyaya malik olduqda onu sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə əldə etmək hüququna malikdir. Qanunun 3.0.1-ci maddəsinə əsasən informasiya – yaranma tarixindən, təqdimat formasından və təsnifatından asılı olmayaraq istənilən fəaliyyət nəticəsində yaradılan, yaxud əldə olunan faktlar, rəylər, bilgilər, xəbərlər və ya digər xarakterli məlumatlar; 3.0.6-cü maddəsinə əsasən informasiya sorğusu – informasiya əldə etmək üçün yazılı və ya şifahi müraciət hesab edilir. Həmin Qanunun 16.1-ci maddəsinə əsasən informasiya sahibi sorğuda tələb olunan informasiyanı aşağıdakı üsullarla icra edir: 16.1.1. elektron informasiya daşıyıcısında yazmaqla və ya sorğuda göstərilən elektron poçt ünvanı üzrə göndərməklə; 16.1.2. sənədin surətini və ya sənəddən çıxarışı sorğuçuya bilavasitə təqdim etməklə və ya onun poçt ünvanına göndərməklə; 16.1.3. telefaksla; 16.1.4. şifahi formada; 16.1.5. informasiya ilə tanış olmaq üçün ayrılmış yerə girməyə icazə verməklə; 16.1.6. informasiya daşıyıcısının növünü nəzərə almaqla başqa üsullarla. Qanunun 22.4-cü maddəsinə əsasən informasiyanın rəsmi təsdiq edilərək verilməsi sorğuçunun hüquq və azadlıqlarının həyata keçirilməsi və ya vəzifəsinin icrası üçün tələb olunursa, informasiya sahibi həmin informasiyanı, o cümlədən açıqlanmıı informasiyanı rəsmi təsdiqlə birlikdə verməlidir. «İnformasiya əldə etmək haqqında» Qanunun 27.1-ci maddəsinə əsasən 27.1.1. informasiya sorğuçuya bu Qanunla nəzərdə tutulmuş formada və üsulla təqdim edildikdə; 27.1.2. informasiya sorğusu aidiyyəti üzrə göndərildikdə və sorğuçuya bu barədə məlumat verildikdə; 27.1.3. açıqlanmış informasiya ilə tanış olma imkanları sorğuçuya izah edildikdə; 27.1.4. informasiya sorğusunun icrasından imtina barədə sorğuçuya əsaslandırılmış cavab verildikdə informasiya sorğusu icra olunmuş sayılır. Qanunun 29.1-ci maddəsinə əsasən informasiya sahibi cəmiyyətin maraqlarını daha asan və daha operativ şəkildə təmin etmək, çoxsaylı informasiya sorğularını azaltmaq məqsədi ilə malik olduğu, ictimai vəzifələrin yerinə yetirilməsi nəticəsində yaradılmış, yaxud əldə olunmuş digəriləri ilə yanaşı aşağıdakı informasiyaları açıqlamalıdır: 29.1.3. dövlət orqanlarının struktur bölmələri haqqında əsasnamələr; 29.1.4. dövlət orqanlarının və bələdiyyələrin fəaliyyətləri ilə bağlı hazırlanmış təlimatlar; 29.1.10. normativ hüquqi aktların layihələri – razılaşdırmaya və ya təsdiq olunmağa göndərildiyi andan; 29.1.11. normativ hüquqi aktlar – qüvvəyə mindiyi gündən; Həmin Qanunun 30-cu maddəsinə əsasən bu Qanunun 29.1-ci maddəsində göstərilən ictimai informasiyalar İnternet informasiya ehtiyatlarında açıqlanmalıdır. Bu Qanunun 29.1-ci maddəsində göstərilən ictimai informasiyalar həmçinin: 30.2.1. mediada; 30.2.2. rəsmi nəşrlərdə; 30.2.3. kitabxanalarda, ictimai informasiya mərkəzlərində, kütləvi istifadənin mümkün olduğu digər yerlərdə sənədlərlə tanış olmaq üçün şərait yaradılması yolu ilə; 30.2.4. qanunvericilikdə nəzərdə tutulan başqa üsullarla açıqlana bilər. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh MMC-yə xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli informasiya sorğusu ünvanlayaraq, "xxxx" Rabitə Müəssisəsinin fəaliyyətini tənzimləyən hüquqi sənədlərin məzmunu ilə bağlı informasiyanın, habelə təsis sənədlərinin və digər sənədlərin surətlərinin əldə olunması barədə, 2020-2024-cü illərdə, həmçinin 2025-ci ilin ilk 4 ayında Cavabdeh MMC tərəfindən qəbul edilərək çatdırılan beynəlxalq poçt göndərişlərinin statistikası ilə bağlı məlumatın əldə olunmasını xahiş etmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, cavabdeh təşkilatı tərəfindən xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli məktublarla həmin informasiya sorğularına cavab verilmişdir. Məhkəmə qeyd edir ki, «İnformasiya əldə etmək haqqında» Azərbaycan Respublikasının Qanununun 22.4-cü maddəsinə əsasən informasiya sahibi tərəfindən informasiyanı rəsmi təsdiqlə verilməsi yalnız bir halda, yəni həmin informasiyanın rəsmi təsdiq edilərək verilməsi sorğuçunun hüquq və azadlıqlarının həyata keçirilməsi və ya vəzifəsinin icrası üçün tələb olunursa verilməsi nəzərdə tutulmuşdur. İnformasiya sorğuları ilə əlaqədar məhkəmə qeyd edir ki, iddiaçıya verilən cavablar tam olduğundan, məhkəmə Cavabdeh MMC-yə iddiaçı tərəfindən ünvanlanmış sorğulara cavabı icra edilmiş hesab edir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu üzrə qiymət verərək hesab edir ki, iddiaçının informasiya sorğularına cavabdeh tərəfindən qanunvericiliyin tələbinə uyğun olaraq cavab verildiyindən hazırki iddia əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-cı maddələrini rəhbər tutub məhkəmə… QƏT ETDİ: İddiaçı cavabdeh ”Azərpoçt” MMC-yə qarşı Cavabdeh MMC-nin xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli informasiya sorğularına (cəmi 5 sorğu) cavab verməməsinin qanunsuz hesab edilməsi və həmin sorğulara cavab verməsi barədə iddia tələbi əsassız olduğu üçün təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-1599/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1599/2025
16.10.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver