Məhkəmə qərarları › İş №2(009)-16/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-16/2023

10.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-16/2023 10.01.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Rufullayeva Rövşanə Elşən qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə1, cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinin vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı “dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki işə Səbail Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Ə.Cavad küçəsi 3 saylı 2 mərtəbəli binanın yarımzirzəmisində yerləşən 169.3 kv.m qeyri-yaşayış sahəsinin sökülməsi, məhv edilməsi nəticəsində İddiaçı dəymiş real zərərin əvəzi olaraq 1.269.750 (bir milyon, iki yüz altmış doqquz min, yeddi yüz əlli) manat, əldən çıxmış faydaya görə 384000 (üç yüz səksən dörd min) manat, mənəvi zərərin əvəzi olaraq 10.000 (on min) manat, ümumilikdə 1.663.750 (bir milyon altı yüz altmış üç min yeddi yüz əlli) manat pulun cavabdeh "xxxx" MTK-dan tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Səbail rayonu, Y.İbrahimli küçəsi 3 saylı 2 mərtəbəli binanın yarımzirzəmisində yerləşən 169.3 kv.m qeyri-yaşayış sahəsinin sökülməsi, məhv edilməsi nəticəsində İddiaçı dəymiş real zərərin əvəzi olaraq - 1.269.750 (bir milyon, iki yüz altmış doqquz min, yeddi yüz əlli) manat, əldən çıxmış faydaya görə 384000 (üç yüz səksən dörd min) manat, mənəvi zərərin əvəzi olaraq 10.000 (on min) manat, ümumilikdə 1.663.750 (bir milyon altı yüz altmış üç min yeddi yüz əlli) manat pulun cavabdeh "xxxx" MTK-dan tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Səbail rayonu, Y.İbrahimli küçəsi 3 saylı 2 mərtəbəli binanın yarımzirzəmisində yerləşən 169.3 kv.m qeyri-yaşayış sahəsinin əvəzinə eyni ölçüdə və eyni keyfiyyətdə başqa qeyri-yaşayış sahəsinin verilməsi və ya dəymiş real zərərin əvəzi olaraq - 1.269.750 (bir milyon, iki yüz altmış doqquz min, yeddi yüz əlli) manat, əldən çıxmış faydaya görə 384000 (üç yüz səksən dörd min) manat, mənəvi zərərin əvəzi olaraq 10.000 (on min) manat, ümumilikdə 1.663.750 (bir milyon altı yüz altmış üç min yeddi yüz əlli) manat pulun cavabdeh "xxxx" MTK-dan tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, ünvan 7 saylı 2 mərtəbəli binanın yarımzizəmisində yerləşən 169.3 kv.m qeyri-yaşayış sahəsini Bakı şəhəri 41 saylı Dövlət Notariat Kontorunda təsdiq olunmuş X1 qızı ilə İddiaçı arasında bağlanılmış 24 yanvar 2004-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən əldə etmişdir. Alğı-satqı müqaviləsi əsasında əldə etdiyi yarımzirzəmiyə görə alğı-satqı müqaviləsindən də göründüyü kimi X1 qızına 247.000.000 manat pulu bütünlüklə ödəmişdir. Qeyd olunan alğı-atqı müqaviləsi əsasında ünvan 7 saylı 2 mərtəbəli binanın yarımzizəmisində yerləşən 169.3 kv.m qeyriyaşayış sahəsinə dair İddiaçı Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən 002030 saylı, xx.xx.2004-cü il tarixli mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir. O, ailəsi ilə birlikdə Naxçıvan MR-da yaşayır. Bu əmlakı ailəsinin maddi təminatını təmin etmək ücün almışdır. Əmlakı əldə edən vaxtdan onu icarəyə vermişdir. 2004-ci ilin ortalarında cavabdeh "xxxx" MMC (İndi "xxxx" Mənzil Tikinti Kooperativi) ona məxsus olan qeyriyaşayış sahəsinin-yarımzirzəminin yerləşmiş olduğu 2 mərtəbəli binanın sökülərək onun yerində çoxmərtəbəli yaşayış binası tikiləcəyini bildirdi. Həmin vaxt "xxxx" MMC-nin icracı direktoru X2 çağırışı ilə Bakıya gəlmişdir. X9 ona məxsus olan qeyri-yaşayış sahəsinin yerləşdiyi 2 mətrtəbəli binanın sökülməsi və yeni tikiləcək çoxmərtəbəli yaşayış binasının aşağı mərtəbələrindən ona sökülən qeyri-yaşayış sahəsinin əvəzi olaraq daha geniş ölçüdə qeyri-yaşayış sahəsi verilməsi barədə onunla müqavilə bağladı (həmin müqavilənin surətini ona vermədi). Bildirdi ki, köhnə bina 2005-ci ildə sökülərək yeni tikiləcək, bina 2007-2008-ci illərdə təhvil veriləcəkdir. O da inanaraq yeni əmlakının ona təhvil verilməsini gözləmişdir. ünvan 7 saylı 2 mərtəbəli binanın yarımzizəmisində yerləşən 169.3 kv.m qeyri-yaşayış sahəsi aşağıda göstərilən sərəncamlar əsasında "xxxx" MMC tərəfindən sökülərək yerində hündürmərtəbəli yaşayış və ofis binası tikilmişdir. Cavabdeh "xxxx" MTK Bakı şəhər İcra Hakimiyyəti Başçısının 122 saylı, xx.xx.2004-cü il tarixli Səncamının müddəalarını yerinə yetirməyərək ərazidə yerləşən ona məxsus qeyri-yaşayış tikilisinin sökülməsi və bununla bağlı olaraq yeni sahə verilməsi və ya kompensasiya verilməsini təmin etməmişdir. Cavabdeh "xxxx" MTK vəkil sorğusuna öz cavab məktubunda bildirmişdir ki, "xxxx" MTK ilə İddiaçı arasında heç bir müqavilə və ya razılaşma olmamışdır. Göründüyü kimi, ona məxsus olan qeyri-yaşayış sahəsi cavabdeh "xxxx" MMC, indiki "xxxx" MTK tərəfindən sökülmüş, məhv edilmiş və buna görə də iddiaçının, yəni onun cavabdeh "xxxx" MTK-dan qeyri-yaşayış sahəsinin sökülməsi ilə bağlı kompensasiya tələb etmək hüququ yaranmışdır. Real zərərlə bağlı bildirir ki, qeyd olunan ərazidə istər yeni, istərsə də köhnə yarımzirzəmilərin-qeyri-yaşayış sahələrinin bir kv.metrinin qiyməti 7500 manatdan az deyil. Tikilinin sahəsi 169.3 kv.m olduğunu nəzərə alaraq, belə halda cavabdeh ona (169,3 x 7500= 1.269.750 manat) 1.269.750 manat real zərərin əvəzini ödəməlidr. Bundan əlavə cavabdeh əmlakını 2005-cü ildə məhv etməklə həm də, onu adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərdən də (əldən çıxmış fayda) məhrum etmişdir. Belə ki, o, ailəsi ilə birlikdə Naxçıvan MR-da yaşayır. Bu əmlakı da ailəsinin dolanışığı üçün almışdır. Əmlakı əldə edən kimi onu icarəyə vermişdir. Bu keçən 16 il ərzində də icarəyə verərək faydalana bilərdi. Nəzərə alaraq ki, Bakı şəhəri, Səbail rayonu Ə.Cavad küçəsində yerləşən, hər bir şəraiti olan qeyri-yaşayış sahəsini 2000 manata icarəyə versə idi, 192 ay (16 il xl2 ay=192 ay) x 2000 manat=384000 manat edər ki, cavabdehin hüquqa zidd və qanunsuz hərəkətləri nəticəsində o, bu faydadan da məhrum olmuşdur. Ona görə də cavabdeh 384000 manat əldən çıxmış faydanı da ona ödəməlidir. Cavabdeh-nın bu 16 il ərzində qeyd olunan qanunsuz hərəkət və hərəkətsizliyi onun və ailəsinin şüurunda mənfi psixi reaksiyaya səbəb olmuş, o və ailəsi bu illər ərzində mənəvi sartsıntılar keçirmişlər ki, bu mənəvi zərərin əvəzi olaraq cavabdehdən 10000 (on min) manat mənəvi zərərin əvəzinin ödənilməsini tələb edir. Beləliklə, Cavabdeh ona vurmuş olduğu real zərərə görə-qeyri yaşayış sahəsinin məhv edilməsinə görə hər kv.m 7500 manat olmaqla 1 269 750 manat, əldən çıxmış faydaya görə hər ayı 2000 manat olmaqla, 192 aya (16 il xl2 ay=192 ay) 384000 manat, mənəvi zərərə görə 10000 manat kompensasiya ödəməlidir. Cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativi xx.xx.2022-ci il tarixdə etiraz ərizəsi verərək bildirmişdir ki, İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Ə.Cavad küçəsi 3 saylı 2 mərtəbəli binanın yarımzirzəmisində yerləşən 169,3 kv.m qeyri-yaşayış sahəsinin (Bakı şəhəri, Səbail rayonu, Y.İbrahimli küçəsi 3 saylı 2 mərtəbəli binanın yarımzirzəmisində yerləşən 169.3 kv.m qeyri-yaşayış sahəsi) sökülməsi, məhv edilməsi nəticəsində mülkiyyətçiyə İddiaçı dəymiş real zərərin əvəzi olaraq - 1.269.750 (bir milyon, iki yüz altmış doqquz min, yeddi yüz əlli) manat, əldən çıxmış faydaya görə 384000 (üç yüz səksən dörd min) manat, mənəvi zərərin əvəzi olaraq 10.000 (on min) manat, ümumilikdə 1.663.750 (bir milyon altı yüz altmış üç min yeddi yüz əlli) manat pulun cavabdeh "xxxx" MTK-dan tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia tələbi tamamilə əsassızdır və buna görə də məhkəmə tərəfindən iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmalıdır. Belə ki, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2002-ci il tarixli 179 saylı sərəncamına əsasən ünvan 1 ünvanda altımərtəbəli yaşayış binasının tikintisinə icazə verilmişdir. Bakı şəhəri İcra Hakimiyyətinin Başcısının xx.xx.2002-ci il tarixli, 179 saylı sərəncamında dəyişiklik edilməsi haqqında xx.xx.2004-cü il tarixli, 122 saylı sərəncamına əsasən Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının xx.xx.2002-ci il tarixli, 179 saylı sərəncamı ilə ünvan 1 ünvanında X18 yaşayış binasının tikintisi üçün təhkim olunmuş 280 kv.m torpaq sahəsinin təsisçisi mərhumun varisi olan "xxxx" MMC-yə alğı-satqı qaydasında əldə edilmiş əlavə mənzillərin tutduğu torpaq sahəsi nəzərə alınmaqla 0,1666 ha torpaq sahəsi icarə əsasında həmin cəmiyyətin istifadəsinə verilməsi qərara alınmışdır. Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının xx.xx.2004-cü il tarixli, 122 saylı sərəncamında dəyişiklik edilməsi haqqında xx.xx.2004-cü il tarixli, 147 saylı sərəncamına əsasən Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının xx.xx.2004-cü il tarixli, 122 saylı sərəncamında “0,1666 ha” ifadəsi “0.2604 ha” kimi oxunması qərara alınmışdır. "xxxx" MMC-yə ayrılan tikinti sahəsində yaşayış və qeyri-yaşayış sahələri olan şəxslərlə həmin vaxt sahələrin alınmasına dair müqavilə yalnız mübahisə olduğu zaman bağlanmışdır. İddiaçının qardaşı X3 iddiaçının adından təqdim etdiyi etibarnamə əsasında mübahisələndirilən qeyri-yaşayış sahəsinin dəyəri 50.000 ABŞ dolları ona ödənilmişdir. İddiaçı cavabdeh qismində "xxxx" MTK-ya, X10, X6 və X19 qarşı müqavilələrin etibarsız hesab edilməsi və sair tələblərinə dair iddia tələbi üzrə məhkəmə iclasında X13 tərəfindən təsdiq edilmişdir. Eyni zamanda həmin məhkəmə zamanı İddiaçı qardaşı Abazər Mahmudova etibarnamə verdiyini təsdiq etmişdir. Qeyd edilənlər Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-584/2021 saylı iş üzrə və Bakı Apellyasiya məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-8176/2021 saylı qətnamələri ilə təsdiq edilir. Həmin qətnamə ilə İddiaçı iddiası təmin edilməmiş, Apellyasiya instansiya məhkəməsinin qətnaməsi ilə isə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qeyd edilənlər onu deməyə tam əsas verir ki, İddiaçı iddia tələbi tamamilə əsassızdır. Belə ki, qeyri- yaşayış sahəsinin dəyəri onun verdiyi etibarnamə əsasında qardaşı Abazər Mahmudova ödənilmişdir. "xxxx" MTK tərəfindən ona heç bir maddi və mənəvi zərər vurulmamışdır. Həmçinin iddiaçı mübahisələndirdiyi qeyri-yaşayış sahəsini 2004-cü ildə 247.000.000 manata (hazırki ekvivalentlə 49 400 manat) aldığını göstərsə də, əsassız olaraq 1 kv.m 7500 manat olmaqla 1 269 750 manat pul tələb etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı bildirmişdir ki, 2008-ci ildə həmin yer satılan zaman ona zəng edib soruşdular ki, obyekti istəyirsən, ya pulu, o isə obyekti istədiyini bildirmişdir. 2004-cü ildə Abazərə etibarnamə vermişdir ki, oranı kirayə versin. 2005-ci ildə bura söküləcək deyə müqavilə bağladı. 2007-ci ildə söküləcəyini demişdir. 2007-ci ildə gəlib Mamed adlı şəxsdən xəbər alanda bildirmişdir ki imkansızlıqdan yubanıb. 2008-ci ildə o gələ bilməmişdir. Abazər zəng edib bildirdi ki, təhvil verirlər. O da Abazərə verməsini demişdir, çünki ona etibarnamə vermişdir. Lakin ona pul verməmişlər. Həmin yerin onun mülkü olmasını təsdiq edən məhkəmə qərarları var. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 bildirmişdir ki, iddia tələbi tamamilə əsaslıdır. Bununla bağlı kifayət qədər sübutlar vardır. 2004-cü il tarixli alğı-satqı müqaviləsi var. Notariat Kontorunda Ozakçadan almışdır. Bununla bağlı şəhadətnamə vardır. İddiaçının X10 qarşı qeyri-yaşayış sahəsindən çıxarılma tələbi təmin edilmişdir və həmin qərar qüvvədədir. Bundan sonra Səbail rayon icra şöbəsi qərarın icrası ilə məşğul olmuşdur. İcra edən zaman "xxxx" MTK-ya müraciət edir ki, yeri ona göstərsin. Lakin ona cavab verilməmişdir. İcra şöbəsi qətnamənin icrası ilə bağlı aidiyyatı orqanlara müraciət etmişdir. M.Mehrac həmin mübahisəli sahə ilə bağlı alğısatqı müqaviləsinin, çıxarışın, mülkiyyət hüququna dair qeydiyyatın ləğv edilməsinə dair iddia qaldırmışdır. İddiası birinci instansiya məhkəməsi tərəfindən qismən təmin edilmiş, lakin yuxarı instansiyalar tərəfindən rədd edilmişdir. Nəticə olaraq M.İsgəndərin adına olan çıxarış qüvvədədir. Mehracın qardaşları deyir ki, həmin sahəni İsgəndərin adına alıb pulu özləri veriblər. Abazər isə deyir ki, oranı Mehracla ikisi indiyə qədər birlikdə işdədirlər. Sonra isə İsgəndər Binəqədi Rayon Məhkəməsində iddia qaldırmışdır ki, qardaşları, "xxxx" MTK onu aldadıb, yerini verməmişdir. "xxxx" MTK həmin qeyri-yaşayış sahəsini söküb, onun yerinə İsgəndərə vermək əvəzinə qardaşlarına vermişdir. "xxxx" MTK-nın sədri isə deyir ki, həmin yerin sökülməsinə görə də Abazərə 50.000 ABŞ dolları vermişdir. Lakin İsgəndərə heç bir pul verilməmişdir. "xxxx" MTK-nın İsgəndərə pulu verməsi ilə bağlı heç bir sübutu yoxdur. Həmin əmlakın dəyərləndirilməsi ilə bağlı ekspert rəyləri mövcuddur. Həmin yer "xxxx" MTK-ya satılmışdır. Rayonda ata mülkü ilə bağlı olaraq aralarında mübahisə yarandığından qardaşları tərəfindən İsgəndərə verilməli olan sahə verilməmişdir. 2015-ci ildə İsgəndər görür ki, ona verilməli olan sahə verilmir, artıq iddia qaldırır ki, həmin sahə boşaldılsın. Həmin iddia təmin edilmiş və qüvvədə qalmışdır. Əgər Abazər deyən kimi yer Meracın idisə, niyə deyir ki, pulu İsgəndərə verib. Həmin şəxsin qeyd etdiyi ifadələr yalandır. Qanunun tələbinə əsasən söküntü aparılanda əvəzinə kompensasiya verilməsi və ya hər hansı yerin verilməsi ilə bağlı sənəd olmalıdır. Bugünkü gündə isə belə bir sənəd yoxdur. Hesab edir ki, iddia tələbinin təmin edilməsi üçün kifayət qədər sübutlar təqdim etmişlər. Odur ki, iddianın təmin edlməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış cavabdeh "xxxx" MTK-nın vəkili Nümayəndə2 bildirmişdir ki, iddianı qəbul etmirlər. İddia ərizəsində göstərirlər ki, etibarnamə verməmişlər, əmlakın satılmasından xəbərləri yoxdur. İsgəndər özü təsdiq etdi ki, həqiqətən 2004-cü ildə etibarnamə vermiş, 2008-ci ildə həmin sahənin satılmasına razılıq vermişdir. Binəqədi Rayon Məhkəməsində də Abazər izahat vermiş və bildirmişdir ki, qardaşı ona etibarnamə vermiş və 50.000 dollara oranı satmışdır. İddiaçının subyektiv hüququ yoxdur. O, bu məsələ ilə bağlı qardaşına qarşı iddia qaldıra bilər. "xxxx" MTK-ya qarşı iddiası əsassızdır. "xxxx" MTK nə lazımdırsa onu edib. Bu gün də etibarnamə mövcud olan halda belə iddia düzgün deyildir. Bununla bağlı Konstitusiya Məhkəməsinin qərarı da vardır. Abazər özü təsdiq etdi ki, 50.000 dolları almışdır. Binəqədi rayon Məhkəməsinin qətnaməsi ilə də bu hal təsdiq edilmişdir. Məhkəmə iclasında iştirak edən şahid X13 bildirmişdir ki, bu işin üstündın 15 ildir vaxt keçmişdir. Qardaşı İsgəndər ona ümumi etibarnamə vermişdir. Həmin sahəni sökəndə İsgəndərə zəng edib soruşmuşdur ki, həmin sahəni sökürlər və 50.000 dollar pul verirlər. O da razı oldu. Həmin pula özünə maşın aldı, özünü əməliyyat etdirdi. 50.000 dollar pulu əl ilə almışdır. Bacıları da hamısı bilir. "xxxx" MTK–ya həmin sahəni verən zaman çox pul istəsələr də, onlar 50.000 ABŞ dolları vermişlər. Həmin obyekt İsgəndərin adında olub, alan zaman pulunu da özü vermişdir. Nə qədər pul verməyi yadında qalmamışdır. Mehrac alan yer isə başqa sahədir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 41 saylı DNK-nın, 4Ə-24 reyestr nömrəli, xx.xx.2004cü il tarixdə rəsmiləşdirilmiş notariat işinin surətindən görünür ki, alğı-satqı müqaviləsinə əsasən Zaverova Özakça M.Ə (Məhsəti Əmiryusif qızı) Bakı şəhəri, Səbail rayonu, Y.İbrahimli küçəsi 3 saylı 2 mərtəbəli binanın yarımzirzəmisində yerləşən 169.3 kv.m qeyriyaşayış sahəsini İddiaçı 247.000.000 satmışdır. İş materiallarında olan ƏMDK DƏDRX 1 saylı ünvan 3 ünvanladığı xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, 41 saylı DNK-nın, 4Ə-24 reyestr nömrəli, xx.xx.2004-cü il tarixli alğı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Səbail rayonu, Y.İbrahimli küçəsi 3 saylı 2 mərtəbəli binanın yarımzirzəmisində yerləşən 169.3 kv.m qeyri-yaşayış sahəsinə dair İddiaçı adına xx.xx.2004 tarixli 002030 saylı şəhadətnamə vermişdir. İş materiallarında olan Binəqədi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)- 584/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı "xxxx" MTK-ya, X7, X6 və X16 qarşı ünvan 4 ünvanında hündürmərtəbəli binanın A blokunun 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 395,0 kv.m olan qeyri-yaşayış sahəsinə (yeni ünvanla ünvan 5na) dair "xxxx" MTK ilə X17 arasında bağlanmış xx.xx.2012-ci il tarixli alğı-satqı müqaviləsinin, X14 ilə X22 arasında Bakı şəhəri, Ə.Cavad küçəsi 3 saylı, yeni qaydalarla ünvan 5na yerləşən, ümumi sahəsi 395,0 kv.m olan qeyri-yaşayış sahəsinə dair Bakı şəhəri 14 saylı Notariat Ofisində bağlanılmış xx.xx.2020-ci il tarixli, AN-İ № ******* saylı alğı-satqı müqaviləsinin etibarsız hesab olunmasına, həmin ünvana dair X15 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin verdiyi qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2020-ci il olan çıxarışın ləğv olunmasına, Bakı şəhəri, Ə.Cavad küçəsi, 3 saylı yeni qaydalarla ünvan 5na dair İddiaçı ilə alğı-satqı müqaviləsi bağlanması öhdəliyinin "xxxx" MTK-nın üzərinə qoyulmasına, "xxxx" MTK-ya, X7 və X6 Bakı şəhəri Ə.Cavad küçəsi 3 saylı, yeni qaydalarla ünvan 5nda yerləşən, ümumi sahəsi 395 kv.m olan qeyri-yaşayış sahəsinin İddiaçı təhvil verilməsinin həvalə edilməsinə dair iddia ərizəsi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)- 8176/2021 saylı qətnaməsi ilə Binəqədi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-584/2021 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)-2952/2019 saylı qərarından görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim N.Bağırov) xx.xx.2018-ci il tarixli, 2(009)- 96/2018 nömrəli qətnaməsi ilə iddiaçı X4 cavabdehlər İddiaçı, X5 və Bakı şəhəri 41 saylı notariat kontoruna qarşı “alğı-satqı müqaviləsinin, mülkiyyət hüququna dair qeydiyyatın və çıxarışın etibarsız hesab edilməsi, müqavilənin onunla bağlanmış hesab edilməsi” tələbinə dair iddiası qismən təmin edilərək, ünvan 7 ünvanda yerləşən 169.3 kv.m qeyri-yaşayış sahəsinin alğı-satqısına dair cavabdehlər İddiaçı ilə X12 arasında xx.xx.2004-cü il tarixdə Bakı şəhəri 41 saylı Dövlət Notariat Kontorunda bağlanmış alğı-satqı müqaviləsinin, həmin alğı-satqı müqaviləsi əsasında ünvan 8 ünvanda yerləşən 169.3 kv.m qeyri-yaşayış sahəsinin İddiaçı adına aparılmış qeydiyyat və bu qeydiyyata dair dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi, ünvan 7 ünvanda yerləşən 169.3 kv.m qeyri-yaşayış sahəsinin alğı-satqı müqaviləsinin iddiaçı X14 ilə X12 arasında bağlanmış hesab edilməsi, hazırki qətnamənin iddiaçı X4 ünvan 7 ünvanda yerləşən 169.3 kv.m qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsas olması, iddia tələbinin “mənəvi zərərin əvəzinin ödənilməsi” hissəsində təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər E.Nəbiyev, R.Qurbanov, A.İmanov) xx.xx.2018-ci il tarixli, 2(103)-10900/2018 nömrəli qətnaməsi ilə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilərək, hazırki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)-2952/2019 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər E.Nəbiyev, R.Qurbanov, A.İmanov) xx.xx.2018-ci il tarixli, 2(103)-10900/2018 nömrəli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyətinin Başcısının xx.xx.2002-ci il tarixli, 179 saylı sərəncamında dəyişiklik edilməsi haqqında xx.xx.2004-cü il tarixli, 122 saylı sərəncamına əsasən Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının xx.xx.2002-ci il tarixli, 179 saylı sərəncamı ilə ünvan 1 ünvanında X18 yaşayış binasının tikintisi üçün təhkim olunmuş 280 kv.m torpaq sahəsinin təsisçisi mərhumun varisi olan "xxxx" MMC-yə alğı-satqı 0,1666 ha torpaq sahəsi icarə əsasında həmin cəmiyyətin istifadəsinə verilməsi qərara alınmışdır. Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının xx.xx.2004-cü il tarixli, 122 saylı sərəncamında dəyişiklik edilməsi haqqında xx.xx.2004-cü il tarixli, 147 saylı sərəncamına əsasən Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının xx.xx.2004-cü il tarixli, 122 saylı sərəncamında 0,1666 ha ifadəsi 0.2604 ha kimi oxunması qərara alınmışdır. İş materiallarında olan "xxxx" MTK-nın cavab məktubunun surətindən görünür ki, "xxxx" MTK ilə İddiaçı arasında heç bir müqavilə və ya razılaşma olmamışdır. İş materiallarında olan Səbail rayon mənzil Kommunal Təsərrüfat Birliyinin 17 avqust 2021-ci il tarixli, Dax-183 nömrəli məktubunun surətindən görünür ki, Ə.Cavad küçəsi 3 saylı ünvanda yerləşən 2 mərtəbəli ibina sökülərək yerində hündürmərtəbəli yaşayış binası illər öncə (16 il bundan əvvəl) "xxxx" MTK tərəfindən aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsinin xx.xx.2022-ci il tarixli, **********082600 nömrəli məktubundan görünür ki, xx.xx.2021-ci ildə dövlət qeydiyyatına alınmış "xxxx" MTK-nın ləğv olunması barədə məlumat aşkar edilməmişdir. İş materiallarında olan "xxxx" MMC-nin 21 aprel 2022-ci il tarixli, ƏEM/A 46-297/22 saylı ekspert rəyindən görünür ki, ünvan 7 ünvanda yerləşən 169.3 kv.m qeyri-yaşayış sahəsi olan yarımzirzəminin (hazırda sökülmüş) hazırki dövrə olan orta bazar qiyməti 849000 AZN təşkil edir. ünvan 7 ünvanda yerləşən 169.3 kv.m qeyri-yaşayış sahəsi olan yarımzirzəminin (hazırda sökülmüş) 2005-ci il tarixə olan orta bazar qiyməti 254000 AZN təşkil edir. İş materiallarında olan “X21” MMC-nin 08 iyun 2022-ci il tarixli, 036/LBC nömrəli məktubunun surətindən görünür ki, ünvan 7 ünvanda yerləşən 169.3 kv.m qeyri-yaşayış sahəsi olan yarımzirzəminin (hazırda sökülmüş) hazırki dövrə olan orta bazar qiyməti 280.500 AZN təşkil edir. ünvan 7 ünvanda yerləşən 169.3 kv.m qeyri-yaşayış sahəsi olan yarımzirzəminin (hazırda sökülmüş) 2005-ci il tarixə olan orta bazar qiyməti 85.000 AZN təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16 noyabr 2022-ci il tarixli, 10/4434-9/4821 nömrəli ekspert rəyinə əsasən iddiaçı X7 məxsus ünvan 7 ünvanda yerləşən 169.3 kv.m qeyri-yaşayış sahəsinin söküldüyü dövrə, yəni 2005-ci il tarixə dair internet saytı, təklif olunan qiymətləri, sövdələşmə qiymətləri ilə bağlı olaraq hər bir seçilmiş analoq üzrə məlumatlar və eləcə də, qeyd olunan tarixdə daşınmaz əmlakın qiymətləndirilməsinə dair tədqiqat aparılmadığını və bununla əlaqədar baza məlumatları olmadığından, qeyri-yaşayış sahəsinin söküldüyü dövrə olan bazar qiymətini müəyyən etmək mümkün olmadı. ünvan 7 saylı 2 mərtəbəli binanın yarımzirzəmisində yerləşən 169.3 kv.m qeyri-yaşayış sahəsinin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 604570,3 manat (3571x169.3) məbləğində müəyyən olunur. Məhkəmə iclasında müəyyən edilmişdir ki: 41 saylı DNK-nın, 4Ə-24 reyestr nömrəli, xx.xx.2004-cü il tarixdə rəsmiləşdirilmiş notariat işinin surətindən görünür ki, alğı-satqı müqaviləsinə əsasən Zaverova Özakça M.Ə (Məhsəti Əmiryusif qızı) Bakı şəhəri, Səbail rayonu, Y.İbrahimli küçəsi 3 saylı 2 mərtəbəli binanın yarımzirzəmisində yerləşən 169.3 kv.m qeyri-yaşayış sahəsini İddiaçı 247.000.000 satmışdır. ƏMDK DƏDRX 1 saylı ünvan 3 ünvanladığı xx.xx.2020-ci il tarixli məktubuna əsasən 41 saylı DNK-nın, 4Ə-24 reyestr nömrəli, xx.xx.2004-cü il tarixli alğısatqı müqaviləsinə əsasən Bakı şəhəri, Səbail rayonu, Y.İbrahimli küçəsi, 3 saylı 2 mərtəbəli binanın yarımzirzəmisində yerləşən 169.3 kv.m qeyri-yaşayış sahəsinə dair İddiaçı adına xx.xx.2004 tarixli 002030 saylı şəhadətnamə vermişdir. Bakı şəhəri İcra Hakimiyyətinin Başcısının xx.xx.2002-ci il tarixli, 179 saylı sərəncamında dəyişiklik edilməsi haqqında xx.xx.2004-cü il tarixli, 122 saylı sərəncamına əsasən Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının xx.xx.2002-ci il tarixli, 179 saylı sərəncamı ilə ünvan 1 ünvanında X18 yaşayış binasının tikintisi üçün təhkim olunmuş 280 kv.m torpaq sahəsinin təsisçisi mərhumun varisi olan "xxxx" MMC-yə alğı-satqı 0,1666 ha torpaq sahəsi icarə əsasında həmin cəmiyyətin istifadəsinə verilməsi qərara alınmışdır. Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının xx.xx.2004-cü il tarixli, 122 saylı sərəncamında dəyişiklik edilməsi haqqında xx.xx.2004-cü il tarixli, 147 saylı sərəncamına əsasən Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının xx.xx.2004-cü il tarixli, 122 saylı sərəncamında 0,1666 ha ifadəsi 0.2604 ha kimi oxunması qərara alınmışdır. "xxxx" MTK-nın cavab məktubunun surətindən görünür ki, "xxxx" MTK ilə İddiaçı arasında heç bir müqavilə və ya razılaşma olmamışdır. Səbail rayon mənzil Kommunal Təsərrüfat Birliyinin 17 avqust 2021-ci il tarixli, Dax- 183 nömrəli məktubunun surətindən görünür ki, Ə.Cavad küçəsi 3 saylı ünvanda yerləşən 2 mərtəbəli bina sökülərək yerində hündürmərtəbəli yaşayış binası illər öncə (16 il bundan əvvəl) "xxxx" MTK tərəfindən aparılmışdır. Azərbaycan Respublikasının tərəfdar olduğu «Mülki və siyasi hüquqlar haqqında» Bəynəlxalq Paktın 14-cü maddəsinə əsasən mülkiyyət hüququ əsas və mühüm insan hüquqlarından biri hesab edilir. «İnsan Hüquqlarının və X11 haqqında» Konvensiyaya dair 1 nömrəli Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn umumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. «İnsan hüquqları haqqında» BMT-nin Ümumi Bəyənnaməsinin 18-ci maddəsində göstərilir ki, hər kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. Bundan əlavə, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının müddəaları və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq, o cümlədən, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin həmin hüquqların təmininə yönəlmiş qərarlarının icrası qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının vəzifəsidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəllənin 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2 -ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə qeyd edir ki, araşdırma zamanı ekspert rəylərində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edildiyindən, həmin rəylər hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilən Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Azərbaycan Respublikası MPM-nin 82-ci maddəsində sübut etməkdən azad edən əsaslar nəzədə tutulmuşdur. Həmin Məcəllənin 82.3-cü maddəsinə qeyd edilir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə qeyd edir ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-584/2021 saylı qətnaməsində İddiaçı izahatında qeyri-yaşayış sahəsinin sökülməsi əvəzində 50.000 ABŞ dollarının ona verilmədiyi qeyd edilmişdir. Məhkəmə iclasında cavabdeh tərəfindən 50000 ABŞ dollarının X6 hansı əsaslarla ödənilməsini və həmin məbləğin ödənildiyini təsdiq edən heç bir sübut təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı mülkiyyətində olmuş qeyri-yaşayış sahəsinin sökülməsi nəticəsində dəymiş zərərin əvəzinin "xxxx" MTK-dan tutulmasını tələb etməkdə haqlı olmuşdur. Məhkəmə həmçinin hesab edir ki, "xxxx" MTK tutulacaq məbləğ iddiaçının özünün izahatında qeyd etdiyi 50.000 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, əldən çıxmış faydaya görə hər ayı 2000 manat olmaqla, 384000 manat manat məbləğində ziyan dəyməsi qeyd edilsə də, bu barədə hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyindən tələb bu hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli Qərarında qeyd edilir ki, “mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. ” “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 noyabr 2008-ci il tarixli Qərarının 2-ci bəndində göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Məhkəmə hesab edir ki, ona məxsus olan qeyri-yaşayış sahəsinin heç bir kompensasiya verilmədən sökülməsinin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya, yəni mənəvi sarsıntı keçirməsinə səbəb olması normal insan psixologiyası çərçivəsində əyani sübuta ehtiyacı olmayan həqiqətdir. Bu baxımdan məhkəmə hesab edir ki, mənəvi zərərin əvəzinin ödənilməsi barədə İddiaçı iddiası qismən əsaslıdır. Məhkəmə hesab edir ki, mənəvi zərərin əvəzi kimi 10.000 manat pulun cavabdeh "xxxx" MTK-dan iddiaçının xeyrinə tutulması barədə tələb kifayət qədər əsaslandırılmamışdır və mənəvi zərərin əvəzinin ödənilməsindən çox İddiaçı cavabdeh MTK-nın hesabına varlanmasına xidmət edir. Mülki hüquq pozuntusunun xarakterini, habelə iddiaçının keçirdiyi mənəvi sarsıntının xarakteri və dərəcəsini, eləcə də pozuntunun baş verməsində cavabdehin təqsirini və əmlak vəziyyətini nəzərə alaraq, məhkəmə hesab edir ki, mənəvi zərərin əvəzi kimi 5000 manat pulun cavabdeh "xxxx" MTK-dan İddiaçı xeyrinə tutulması vurulmuş mənəvi zərərin ədalətli və ağlabatan əvəzi kimi qiymətləndirilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107.2-ci maddəsinə əsasən,məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 20 (iyirmi) manatı cavabdeh "xxxx" MTK-dan tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə, həmçinin hesab edir ki, "xxxx" MMC tərəfindən keçirilmiş qiymətləndirmə işinin dəyərinin qiymətləndirici tərəfindən 500 manat müəyyən edilməsi heç bir sübut və ya dəlillə əsaslandırılmamışdır. Belə ki, qiymətləndirici bu məbləğin hansı xərclər əsasında (qiymətləndiricinin daşınmaz əmlakın yerləşdiyi yerə getməsi, bununlaə bağlı xərclərin olması, əlavə tədqiqatın aparılması və s.) formalaşması ilə bağlı heç bir sübut təqdim etməmişdir. Bundan başqa, mövcud məhkəmə praktikasında oxşar işlər üzrə həyata keçirilən daşınmaz əmlakın qiymətləndirilməsi xərci görülmüş işlərin həcmindən və mürəkkəbliyindən asılı olaraq 200-400 manat civarında müəyyən edilir. Bu səbəbdən "xxxx" MMC tərəfindən həyata keçirilmiş daşınmaz əmlakın qiymətləndirilməsi ilə bağlı xərcin 500 manat müəyyən edilməsi şişirdilmiş və işin həqiqi hallarını əks etdirməyən, habelə mövcud məhkəmə praktikasına uyğun olmayan məbləğ hesab olunmalı və azaldılaraq 200 manat həddində müəyyən olunmalıdır. Həmçinin, hazırkı iş üzrə iddia tələbi qismən təmin edildiyindən, qeyd edilən məhkəmə xərcinin 100 (bir yüz) manatı İddiaçı, 100 (bir yüz) manatı cavabdeh "xxxx" MTK-dan tutulub qiymətləndirici müəssisəyə ödənilməlidir. Həmçinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 50 (əlli) manatın 25 (iyirmi beş) manatı İddiaçı, 25 (iyirmi beş) manatı "xxxx" MTK-dan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN**********; AZ34CTRE********************, X8, KOD210005; VÖEN**********; Müxbir hesab Az41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülməlidir. Məhkəmə həmçinin qeyd edir ki, cavabdehdən tutulann 50000 ABŞ dolları pul məbləği xarici valyuta ilə göstərildiyindən, tutulacaq məbləğ ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Qeyri-yaşayış sahəsinin sökülməsi nəticəsində mülkiyyətçiyə dəymiş real zərərin əvəzi olaraq 50000 ABŞ dollar (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və mənəvi zərərin əvəzi olaraq 5000 manat "xxxx" MTK-dan tutularaq İddiaçı ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 20 (iyirmi) manatı cavabdeh "xxxx" MTK-dan tutularaq İddiaçı ödənilsin. "xxxx" MMC tərəfindən aparılmış əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 200 (iki yüz) manatın 100 (biy yüz) manatı İddiaçı, 100 (bir yüz) manatı "xxxx" MTKdan tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN: **********, Hesab N AZN: AZ30GUNA********************; Bank: GUNAY BANK ASC, VÖEN:**********, Müxbir hesab: AZ25NABZ********************; KOD: 505594; SWİFT: GUNAAZ22) köçürülsün. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 50 (əlli) manatın 25 (iyirmi beş) manatı İddiaçı, 25 (iyirmi beş) manatı "xxxx" MTK-dan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN**********; AZ34CTRE********************, X8, KOD210005; VÖEN**********; Müxbir hesab Az41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar