Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-160/2022 17.01.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyeva Leyla Mirfazil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" MMC-yə ödədiyi 2511 manat pulun və ödədiyi 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, keçmiş həyat yoldaşı olmuş X3 qarşı Binəqədi rayon Məhkəməsində iddia qaldıraraq birgə nikah dövründə əldə olunmuş avtomobillərin açıq hərracda satılması və əldə olunan vəsaitin bölünməsini istəmişdir. Binəqədi rayon Məhkəməsinin 01 avqust 2017-ci il tarixli qətnaməsi ilə iddia təmin olunmuş, həmçinin “Toyota LC 200” markalı 10BC 006 dövlət qeydiyyat nişanlı avtomobilin satışının İpoteka haqqında Azərbaycan Respublikası Qanunun 30.1-ci maddəsinə uyğun həyata keçirilməsi qət edilmişdir. Qətnamənin icrası ilə bağlı sifarişçi Binəqədi rayon İcra və Probasiya Şöbəsi "xxxx" MMC-yə sifariş vermiş və “Toyota LC 200” markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilə dair 14.08.2019-cu ildə hərrac keçirilmiş və satış qiyməti 50.220 manat müəyyən edilmişdi. O "xxxx" MMC- tərəfindən 14 avqust 2019-cu il tarixdə keçirilməsi nəzərdə tutulmuş hərracda iştirak etmək üçün 08.09.2019-cu il tarixdə "xxxx" MMC-yə 2.511 manat pul ödəmişdir və bu barədə ona kassa mədaxil orderinin qəbzi verilmişdir. "xxxx" MMC tərəfindən “Toyota LC 200” markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı hərrac keçirilmiş, X3 bildirişlər göndərilsə də o, hərracda iştirak etməmiş və sonunda “Toyota LC 200” markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobil 52.000-manata iddiaçıya təklif olunmuş və o avtomobili almışdır. Bununla bağlı "xxxx" MMC-də 14 avqust 2019-cu il tarixli Y-217 hərracın yekunları barədə protokol tərtib olunmuşdur. X2 rayon Məhkəməsində Binəqədi rayon İcra və Probasiya Şöbəsinə və Əmlak X1rşı iddia qaldıraraq, Binəqədi rayon İcra və Probasiya Şöbəsinin qərarına və sifarişinə əsasən birgə nigah dövründə əldə edilmiş “Toyota LC 200” markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobil barəsində "xxxx" MMC tərəfindən aparılmış 14 avqust 2019-cu il tarixli Y-217 nömrəli hərracın yekunkları barədə protokolun etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini istəmişdir. Binəqədi rayon Məhkəməsinin 09.10.2020-ci il tarixli 2 (001)-929/2020 saylı qətnaməsi ilə iddiaçının iddia tələbi təmin edilmiş, "xxxx" MMC tərəfindən “Toyota LC 200” markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilin satılması məqsədilə keçirilən hərracın nəticələrinə təsir göstərən nöqsanlara yol verildiyindən hərracın nəticələri haqqında 14 avqust 2019-cu il tarixli Y-217 nömrəli hərracın yekunları barədə protokol etibarsız hesab edilmişdir. Binəqədi rayon Məhkəməsinin 09.10.2020-ci il tarixli 2 (001)-929/2020 saylı qətnaməsindən müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayət versə də Bakı Apellyasiya Məhkəməsinin 05.03.2021-ci il tarixli 2(103)-1688/2021-saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmişdir. Hərracın nəticələri haqqında 14 avqust 2019-cu il tarixli Y-217 nömrəli hərracın yekunları barədə protokol etibarsız hesab edildiyindən o dəfələrlə "xxxx" MMC-yə müraciət edərək hərracda iştirak etmək üçün 08.09.2019-cu il tarixdə "xxxx" MMC-yə ödədiyi 2.511 manat pulun ona geri qaytarılmasını tələb etsə də onlar bundan imtina etmişdilər. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını, cavabdeh "xxxx" MMC-yə ödədiyi 2.511 manat, dövlət rüsumu kimi ödədiyi 30 manat, cəmi 2541-manat pulun cavabdehdən tutularaq ona geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan 08 avqust 2019-cu il tarixli, №074537 saylı kassa mədaxil orderinin qəbzindən görünür ki, iddiaçı "xxxx" MMC-yə 2.511 manat pul ödəmişdir. İş materiallarında olan Binəqədi rayon Məhkəməsinin 09.10.2020-ci il tarixli, 2(001)- 929/2020 saylı qətnaməsindən görünür ki, "xxxx" MMC tərəfindən “Toyota LC 200” markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilin satılması məqsədilə keçirilən hərracın nəticələri haqqında 14 avqust 2019-cu il tarixli Y-217 nömrəli hərracın yekunları barədə protokol etibarsız hesab edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 05.03.2021-ci il tarixli 2(103)- 1688/2021-saylı qətnaməsindən görünür ki, iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Binəqədi rayon Məhkəməsinin 09.10.2020-ci il tarixli, №2(001)-929/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan dövlət rüsumunun odənilməsi barədə №813630101 qəbzdən görünür ki, iddiaçı 30 manat rüsum odəmişdir. İş materiallarında olan dövlət rüsumunun odənilməsi barədə №826745413 qəbzdən görünür ki, iddiaçı 16 manat rüsum odəmişdir. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, İddiaçı hərracda iştirak etmək üçün 08.09.2019-cu il tarixdə "xxxx" MMC-yə 2.511 manat pul ödəmiş və sonunda “Toyota LC 200” markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobil 52.000-manata iddiaçıya təklif olunmuş və o avtomobili almışdır. Lakin, Binəqədi rayon Məhkəməsinin 09.10.2020-ci il tarixli 2 (001)-929/2020 saylı qətnaməsi ilə "xxxx" MMC tərəfindən “Toyota LC 200” markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilin satılması məqsədilə keçirilən hərracın nəticələrinə təsir göstərən nöqsanlara yol verildiyindən hərracın nəticələri haqqında 14 avqust 2019-cu il tarixli Y-217 nömrəli hərracın yekunları barədə protokol etibarsız hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Məhkəmə hesab edir ki, etibarsız hesab edilən alğı-satqı müqaviləsinə müvafiq ödənilən pulun qaytarılmaması iddiaçının Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun pozulmasına səbəb olmuşdur. Məhkəmə həmçinin hesab edir ki, “Toyota LC 200” markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilə dair alğı-satqı müqaviləsi Binəqədi rayon Məhkəməsinin 09.10.2020-ci il tarixli 2 (001)-929/2020 saylı qətnaməsi ilə etibarsız hesab edilməklə tərəflərin hüquqi statusı ilkin vəziyyətə qaytarılması təkcə onun əqd üzrə xərclərin ödənilməsi ilə məhdudlaşmamalıdır. Belə ki, Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 27 oktyabr 2004-cü il tarixli qərarında da öz əksini tapmışdır. Əqdin bağlanması anında ona mane olan hər hansı hallar gələcəkdə müəyyən olunarsa vicdanlı alıcının əmlak hüquqlarının pozulmasına səbəb olmamalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin olunduğu üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən irəli sürülmüş tələb əsaslı olması öz təsdiqini tapdığından həmin tələb təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 2511 manat (iki min beş yüz on bir manat) pul və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 46 manat (qırx altı manat) dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №2(009)-160/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-160/2022
17.01.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver