Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1610/2023 09.08.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X5 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi İddiaçı vəkili X1 və Cavabdeh Oktay qızının və onun nümayəndəsi-vəkili X3 iştirakları ilə, İddiaçı - Cavabdeh Oktay qızına qarşı “paylı mülkiyyətdə istifadə qaydalarının müəyyən edilməsi” barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh Oktay qızına qarşı “paylı mülkiyyətdə istifadə qaydalarının müəyyən edilməsi” barədə məhkəməyə müraciət edərək, müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı vəkili X2 bildirmişdir ki, iddiaçı ölkə xaricindədir və iddiaçının xalası qızı olduğunu bildirən şəxs ona yaxınlaşaraq, iddiaçının vəkili olmasını xahiş etmiş, o isə bunu qəbul etmişdir. Lakin o, iddiaçını görməmiş və şəxsən onunla danışmamışdır. İddia ərizəsinin iddiaçı tərəfindən imzalanması haqqında məlumatı yoxdur. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh Oktay qızı və onun vəkili-nümayəndəsi bildirmişlər ki, onlarda olan məlumata əsasən, iddiaçı ölkə xaricindədir və iddia ərizəsi onun tərəfindən imzalanmamışdır. İddia ərizəsinin iddiaçı tərəfindən imzalanmadığını, buna görə də mülki işin AR MPM-nin 259.0.3-cü maddəsinə əsasən baxılmamış saxlanılmasını xahiş etdilər. Azərbaycan Respublikası MPM-nin 259.0.3-cü maddəsinə əsasən, ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda iddia ərizəsi baxılmamış saxlanır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddiaçı məhkəmə iclasında iştirak etmədiyindən və ərizənin onun tərəfindən imzalandığını təsdiq etmək iddiaçının iştirakı olmadan mümkün olmadığından, ərizə baxılmamış saxlanmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh Oktay qızına qarşı “paylı mülkiyyətdə istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki iş baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ
Məhkəmə qərarları › İş №2(009)-1610/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1610/2023
09.08.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver