Məhkəmə qərarları › İş №2(009)-1635/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1635/2024

30.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1635/2024 30.09.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Seyidli İlkin Ramin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5960 manat və dövlət rüsumu kimi tərəfindən ödənilmiş 80 manat məbləğində pul vəsaitlərinin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, o özü müəllimədir, məktəbdə işləyir. Eyni zamanda Faberlicdən müəyyən məhsullar vurub satır. Cavabdeh onun tanışıdır. O ondan müəyyən kasmetoloji və bir çox məhsullar sifariş etmişdir. Həmin məhsulları müxtəlif vaxtlarda müxtəlif şəraitlərdə sifariş edərək ondan aldı, lakin pulunu vermədi. Hər dəfə yalan vədlər verərək ödənişi edəcəyi deyib yubatdı. Beləliklə, cavabdeh ondan cəmi 6160 manatlıq müxtəlif məshullar almış, lakin pulunu qaytarmamışdır. Bu günə kimi müəyyən Whatsapp yazışmaları var ki, borclu orda da ona borcunu maaş alıb atacaq, hələ maaş almamışdır və bu ay həll edəcək və s. bu kimi vədlər verərək borcu ödəməkdən yayınmışdır. Ona olan borcun bir qismini yəni hissə-hissə cəmi 200 manat məbləğdə pul vəsaitini ona ödəmişdir. Bu günə 5960 manat borcu qalmışdır. Hazırda borcdan bir manat da olsun belə ödəniş etməmişdir. Hazırda məbləğin qalıq qalan, yəni 5960 manat hissəsini isə ödəməkdən yayınır. Belə olan halda artıq ərizə ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmədən Cavabdeh 5960 manat və dövlət rüsumu kimi tərəfindən ödənilmiş 80 manat məbləğində pul vəsaitlərinin alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ərizəsini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri, Tiblisi prospekti “Velotrek” ticarət mərkəzində (20 yanvar metrosunun yaxınlığında) giriş №1, blok-3007 ünvanda “Foberlik firmasında” işləyir və həmin firmanın kosmetoloji və bir çox məsullarının satışı ilə məşğul olur. Qeyd edir ki, iş üzrə Cavabdeh ondan müxtəlif vaxtlarda “Faberlik firmasına” aid kosmetoloji və ətriyyat məsullarını nisyə götürmüş və bir hissəsini ödədikdən sonra, yenidən əlavə məhsullar götürmüşdür. İş üzrə Cavabdeh onu inandırdıqdan sonra o ona aşağıdakı vaxtlarda nisyə mal vermiş və Cavabdeh nisyə götürdüyü kosmetoloji və ətriyyat məsullarının dəyəri, ümumilikdə 5960 manat məbləğində borcu qalmışdır. Bunlar aşağıdakılardır: xx.xx.2023-cü ildə -sifariş № 4***-*******68 üzrə - 339,31 manat, xx.xx.2023-cü ildə -sifariş № 0***-*******86 üzrə - 380,90 manat, xx.xx.2023-cü ildə-sifariş № 0***-*******51 üzrə - 666,79 manat, xx.xx.2023-cü ildə-sifariş № 3***-*******23 üzrə -108,73 manat, xx.xx.2023-cü ildəsifariş № 7***-*******07 üzrə -525,87 manat, xx.xx.2023-cü ildə -sifariş № 5***-*******02 üzrə - 720,75 manat, xx.xx.2023-cü ildə -sifariş № 1***-*******68 üzrə - 720,75 manat, xx.xx.2023-cü ildə-sifariş № 0***-*******63 üzrə - 656,46 manat, xx.xx.2023-cü ildə-sifariş № 6***-*******66 üzrə - 650,91 manat, xx.xx.2023-cü ildə-sifariş № 2***-*******95 üzrə -536,36 manat, xx.xx.2023-cü ildə-sifariş № 3***-*******11 üzrə - 775,94 manat. Yuxarıda göstərilənlərə əsasən Cavabdeh 6082,77 (altı min səksən iki manat, 77 qəpik) manat əsas borc pulun və 1200 (bir min iki yüz) manat əldən çıxmış gəlirlə (fayda) birlikdə cəmi 7282,77 (yeddi min iki yüz səksən iki manat, 77qəpik) manat pulun və dövlət rüsumu kimi tərəfimdən ödənilmiş 80 manat məbləğində pul vəsaitinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizəsini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında İddiaçı iddia tələblərini müdafiə edərək iddia ərizəsində qeyd olunanlara uyğun izahat vermiş və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işə baxb, iddiaçının izahatını dinləyib, təqdim edilmiş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakılara görə iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1975-ci ildə ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Whatsapp yazışmalarından görünür ki, cavabdeh iddiaçıya borclu olduğunu etiraf etmiş, lakin “maaş hələ almamışam, alım atacam”, “Salam hələ almamışam görüm qız atmalıdı nə atsa atacam”, “Yazmışam atsın, atacam izləyirəm” və s. sözlərlə borcunu ödəməkdən yayınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1, 445.2-ci maddələrinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, iddiaçı “Faberlik firmasında” işləyir və həmin firmanın kosmetoloji və bir çox məsullarının satışı ilə məşğul olur. Cavabdeh iddiaçıdan müxtəlif vaxtlarda “Faberlik firmasına” aid kosmetoloji və ətriyyat məsullarını nisyə götürmüş və bir hissəsini ödədikdən sonra, yenidən əlavə məhsullar götürmüşdür. Cavabdeh iddiaçını inandırdıqdan sonra sonuncu ona müxtəlif vaxtlarda nisyə mal vermiş və Cavabdeh nisyə götürdüyü kosmetoloji və ətriyyat məsullarının dəyəri olan ümumilikdə 6082,77 manat məbləğində borcu qalmışdır ki, cavabdeh müxtəlif bəhanələrlə borcunu ödəməkdən imtina edir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh borc öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyi üçün iddiaçının ona qarşı ödənilməmiş 6082,77 (altı min səksən iki manat yetmiş yeddi qəpik) manat tələbi əsaslıdır və təmin edilməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, iddia tələbi 1200 manat əldən çıxmış faydanın cavabdehdən onun xeyrinə tutulması hissəsində təmin edilməməlidir. Əldən çıxmış faydanın tutulması qaydası və şərtləri Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2-ci maddələrinin qaydaları ilə tənzimlənir ki, həmin qaydalara əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, qanunun yuxarıda qeyd olunan normalarının mənasına görə əldən çıxmış fayda əsaslandırılmış sübutlarla təsdiq olunmalıdır. Bundan əlavə, əldən çıxmış faydanın ölçüsü, şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər nəzərə alınmaqla müəyyən olunmalıdır. Lakin iddiaçı əldən çıxmış fayda ilə bağlı əsaslandırılmış sübutlarıı məhkəməyə təqdim etməmişdir. Ona görə də, həmin tələb hissəsində iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 6082,77 (altı min səksən iki manat yetmiş yeddi qəpik) manat əsas borc və ödənilmiş 80 (səksən) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qalan hissədə iddia tələbi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar