Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1642/2022 13.07.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlu İddiaçı cavabdeh “X3 Komleksi” şirkətinə qarşı söküntü işlərinin dayandırılması və kompensasiya tələbinə dair iddia ərizəsinə baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “X3 Komleksi” şirkətinə qarşı söküntü işlərinin dayandırılması və kompensasiya tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hakim iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi aşağıdakı əsasalara görə geri qaytarılmalıdır. Belə ki, idddaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o cavabdeh tərəfindən aparılan söküntü işlərinin dayandırılmasını və vurulmuş ziyana görə cavabdehdən kompensasiya tutulmasını xahiş etmişdir. AR MPM-nin 149.2.3-cü mddəsinə əsasən iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Hakim qeyd edir ki, iddiaçı iddia ərizəsində tələbini kifayət qədər aydın ifadə etməmişdir. Belə ki, iddiaçının tələbindən biri cavabdehdən ona vurulmuş ziyana görə kompensasiya ödənilməsi haqqında qətnamə qəbul edilməsi olsa da, həmin kompensasiya məbləğinin hansı həddə tələb edilməsi “xahiş etdim” hissəsində göstərilməmişdir. Yəni iddiaçının həmin tələbi konkret deyildir. AR MPM-nin 149.3-cü maddəsinə əsasən iddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. İddiaçının digər tələbi cavabdeh tərəfindən aparaılan söküntünün dayandırılması ilə bağlıdır. Hakim qeyd edir ki, verilən tələblərə görə dövlət rüsumunun məbləği qiymətləndirilən və qiymətləndirilməyən iddia ərizələrinə görə müəyyən edilir. Belə ki, “Dövlət rüsumu haqqında” AR Qanunun tələblərinə əsasən qiymətləndirilməyən iddia ərizələrinə görə dövlət rüsumun məbləği 100 manat həddində, qiymətləndirilən iddia ərizələrinə görə isə qaldırılan tələbin məbləğinə uyğun olaraq müəyyən edilir. İddiaçı tərəfindən qiymətləndirilən tələb kimi vurulmuş ziyana görə kompensasiya məbləği konkret tələbdə qeyd edilmədiyindən həmin tələbə görə dövlət rüsumunun hansı məbləğdə ödənilməsini müəyyən etmək mümkün deyil. Hakim izah edir ki, iddiaçı tərəfindən konkret dəymiş ziyanın məbləği tələbdə qeyd edilməli, həmin tələbə müvafiq ödənilməli olan dövlət rüsumunun məbləği 100 manat həddini aşdığı təqdirdə, həmin həddə , 100 manat həddini aşmadığı təqdirdə 100 manat məbləğində dövlət rüsumu ödəməlidir. İddiaçı tərıfindın ərizəyə əlavə edilmiş sənəddən belə məlum olur ki, onun tərfindən 55 manat məbləğində dövlət rüsumu ödənilmişdir. AR MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Beləliklə hakim hesab edir ki, iddia ərizəsində tələblərindən biri konkret olmadığından və iddiaçı tərəfindən ödənilən dövlət rüsumu qaldırılan tələbə uyğun olmadığından iddia ərizəsinin məhkəmə icraatı mümkün deyil və bu səbəbdən iddia ərizəsi sənədlərlə birlikdə geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və AR MPM-nin 149-152-ci maddələrini rəhbər tutaraq hakim… QƏRARA ALDİ: İddiaçı cavabdeh “X3 Komleksi” şirkətinə qarşı söküntü işlərinin dayandırılması və kompensasiya tələbinə dair iddia ərizəsi sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Qeyd: Şikayət elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-1642/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1642/2022
13.07.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver