Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1645/2020 30.07.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Səbail Rayon Məhkəməsinin hakimi Süleymanova Şəhla Ənvər qızı, İddiaçı cavabdehlər Bakı şəhər İcra Hakimiyyətinə və Səbail rayon Polis İdarəsinin 8ci Polis Bölməsinə qarşı “cavabdehlərin hərəkətlərinin qanunsuz hesab edilməsi, sərbəst toplaşmaq hüququnun təmin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması və mənəvi zərərin əvəzi olaraq 20.000 manat pul tutulması” barədə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Bakı şəhər İcra Hakimiyyətinə və Səbail rayon Polis İdarəsinin 8ci Polis Bölməsinə qarşı “cavabdehlərin hərəkətlərinin qanunsuz hesab edilməsi, sərbəst toplaşmaq hüququnun təmin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması və mənəvi zərərin əvəzi olaraq 20.000 manat pul tutulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ərizəsi və ona əlavə edilmiş sənədlər nəzərdən keçirilərək hesab edilir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 136 saylı qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»na əsasən Bakı şəhəri İcra Hakimiyyəti və Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsi inzibati orqandır. Cavabdehlər Bakı şəhəri İcra Hakimiyyəti və Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsi inzibati orqan olduğundan, məhkəmə hesab edir ki, həmin cavabdehlərə qarşı qaldırılan iddiaya mülki prosessual qanunvericiliyin «tələbləri» qaydasında deyil, inzibati prosessual qanunvericiliyin tələbləri qaydasında baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci , 2.2.5-ci və 36.2ci maddələri ilə təsbit edilmiş mübahisələndirmə, müəyyən etmə və ya tanınma haqqında iddia növünə aiddir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 4 saylı Qərarının 15.4-cü bəndinə əsasən, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, Mülki Prosessual Məcəllənin 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. MPM 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152 və 153-cü maddəsinə əsasən, QƏRARA ALDİM: İddiaçı cavabdehlər Bakı şəhər İcra Hakimiyyətinə və Səbail rayon Polis İdarəsinin 8ci Polis Bölməsinə qarşı “cavabdehlərin hərəkətlərinin qanunsuz hesab edilməsi, sərbəst toplaşmaq hüququnun təmin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması və mənəvi zərərin əvəzi olaraq 20.000 manat pul tutulması” barədə iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilsin. İddiaçıya aidiyyəti üzrə İnzibati məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə iddiaçıya rəsmi qaydada verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim: Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №2(009)-1645/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1645/2020
30.07.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver