Məhkəmə qərarları › İş №2(009)-1646/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1646/2021

25.08.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1646/2021 25.08.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, Cavabdeh2 BOKT ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı – cavabdehlər Cavabdeh2 BOKT ASC-yə, Bakı şəhəri Xəzər Rayon İcra və Probasiya şöbəsinə və "xxxx" MMC-yə qarşı “hərracın nəticələri haqqında yekun protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı – cavabdehlər Cavabdeh2 BOKT ASC-yə, Bakı şəhəri Xəzər Rayon İcra və Probasiya şöbəsinə və "xxxx" MMC-yə qarşı “hərracın nəticələri haqqında yekun protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ipoteka predmeti olan ona məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Mikayıl Müşfiq küçəsində 0.010735 ha torpaq sahəsində yerləşən - 55.7 kv.m yaşayış, 130.19 kv.m yardımçı, 185.89 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli 3 otaqlı 36 saylı fərdi yaşayış evinin açıq hərracdan satılmasına dair hərracın nəticələri haqqında 10 iyul 2018-ci il tarixli, Y-714 saylı yekun protokolun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 05 dekabr 2017-ci il tarixli, 2(003)-300/2017 nömrəli qətnaməsinə əsasən iddiaçı Cavabdeh2 BOKT ASC-nin cavabdehlər kimi ona, X10, X3 və X8 qarşı borcun, bu borcun əvəzinin ipoteka predmetinə yönəldilməsi və xərclərin əvəzinin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, ondan Cavabdeh2 BOKT ASC-nin xeyrinə 02 iyun 2015-ci il tarixli 022/15/PBN saylı kredit müqaviləsi üzrə 76491.00 ABŞ dolları əsas, 8958.79 ABŞ dolları faiz, 1000 ABŞ dolları dəbbə pulu, cəmi 86449.79 ABŞ dollarının icra vaxtı manata olan məzənnəsi ilə və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması, ipoteka predmeti Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Mikayıl Müşfiq küçəsində 0.010735 ha torpaq sahəsində yerləşən İddiaçı mülkiyyətindəki 55.7 kv.m yaşayış, 130.19 kv.m yardımçı, 185.89 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli 3 otaqlı 36 saylı fərdi yaşayış evi və onun tərkibindəki Liter İ: 32.8 kv.m sahədən ibarət talvar, Liter İİ: 50.8 kv.m sahədən ibarət tövlə, Liter İİİ; 13.7 kv.m sahədən ibarət sanitar qovşağı, Liter İV: 12.0 kv.m sahədən ibarət təsərrüfat otağı, Liter V: 20.0 kv.m sahədən ibarət hasar və Liter Vİ, Vİİ dəmir darvazalar olmaqla, cəmi 129.3 kv.m sahədən ibarət həyətyanı tikiliyə və qurğulara yönəldilməsi, fərdi yaşayış evinin və onun tərkibindəki həyətyanı tikilinin və qurğuların ilkin satış qiyməti ilə 75.000 manat müəyyən edilməsi, həmin əmlakın açıq hərracda satılaraq əldə edilən pul vəsaiti hesabına tələb edilən borcun ödənilməsi, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Mikayıl Müşfiq küçəsində 0.010735 ha torpaq sahəsində yerləşən onun mülkiyyətində olan 55.7 kv.m yaşayış, 130.19 kv.m yardımçı, 185.89 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli 3 otaqlı 36 saylı fərdi yaşayış evindən orada yaşayan onun, X9, X2 və X6 çıxarılması, fərdi yaşayış evinin və onun tərkibindəki həyətyanı tikili və qurğuların boşaldılması, iddia tələbinin hüquqi yardıma görə ödənilmiş xərcin (zərərin) əvəzi üzrə 1000 manatın tutulmasına dair hissədə rədd edilməsi, cavabdeh kimi ondan ekspertiza tədqiqatının dəyəri hesabına 50 manatın tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Həmin qətnamənin icrası Bakı şəhəri Xəzər Rayon İcra və Probasiya şöbəsinə həvalə edilmişdir. Yaxın günlərdə Cavabdeh1nə dəvət olunduqda ona məlum olmuşdur ki, mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Mikayıl Müşfiq küçəsində 0,010735 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı 36 saylı fərdi yaşayış evi hərraca çıxarılmış və Cavabdeh2 BOKT ASC tərəfindən alınmışdır. Bundan sonra o, ərizə ilə Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsinə ərizə ilə müraciət edərək müvafiq sənədləri almışdır. Həmin sənədlərdən görünür ki, Bakı şəhəri Xəzər Rayon İcra və Probasiya şöbəsinin sifariş məktubuna əsasən ona məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Mikayıl Müşfiq küçəsində 0.010735 ha torpaq sahəsində yerləşən - 55.7 kv.m yaşayış, 130.19 kv.m yardımçı, 185.89 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli 3 otaqlı 36 saylı fərdi yaşayış evi 10 iyul 2018-ci il tarixdə açıq hərracdan satışa çıxarılmış və hərracın nəticələri haqqında yekun protokola əsasən alıcı Cavabdeh2 BOKT ASC-yə satılmışdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.5-ci maddəsinə əsasən əmlakın ilkin satış qiyməti 15%, 43.7ci maddəsinə əsasən 25% enmişdir. Əmlakın son satış qiyməti 47.813 (qırx yeddi min səkkiz yüz on üç) manat olmuşdur. Hesab edir ki, 10 iyul 2018-ci il tarixli hərracın nəticələri haqqında yekun protokol tamamilə qanunsuz və əsassızdır. Belə ki, fərdi yaşayış evinin mülkiyyətçisi, yəni ipoteka qoyan olduğu halda, keçirilən hərrac barədə hərracın təşkilatçısı tərəfindən ona bildiriş göndərilməmiş və heç bir məlumat verilməmiş, hərracda iştirak etmək hüququndan məhrum edilmişdir. Hesab edir ki, hərrac qanunvericiliyin tələbləri pozulmaqla keçirildiyindən, hərracın nəticələri haqqında yekun protokulun etibarsız hesab edilməsi zəruridir. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş İddiaçı nümayəndəsi və vəkili X13 iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, iddia tələbi barədə ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 BOKT ASC-nin nümayəndəsi X5 izahatında göstərmişdir ki, hazırda mübahisə predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Mikayıl Müşfiq küçəsində 0.010735 ha torpaq sahəsində yerləşən - 55.7 kv.m yaşayış, 130.19 kv.m yardımçı, 185.89 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli 3 otaqlı 36 saylı fərdi yaşayış evi ipoteka predmeti olduğundan hərraca çıxarılmış və hərrac zamanı 10 iyul 2018-ci il tarixdə Y-714 saylı hərracın nəticələri haqqında yekun protokol əsasında Cavabdeh2 BOKT ASC tərəfindən alınmışdır. Hərrac keçirilən zaman heç bir qanun pozuntusuna yol verilməmiş, iddiaçının hərracın keçirilməsindən məlumatı olmuşdur. Odur ki, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili X13 məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdehlər Bakı şəhəri Xəzər Rayon İcra və Probasiya şöbəsi və "xxxx" MMC məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə həmin cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmənin sorğusuna əsasən təqdim olunmuş icra işinin təsdiq olunmuş surətindən görünür ki: - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 05.12.2017-ci il tarixli 2(003)-300/2017 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı Cavabdeh2 BOKT ASC-nin xeyrinə 02 iyun 2015-ci il tarixli 022/15/PBN saylı kredit müqaviləsi üzrə 76491 ABŞ dolları əsas, 8958.79 ABŞ dolları faiz, 1000 ABŞ dolları dəbbə pulu, cəmi 86449.79 ABŞ dolları icra vaxtı manata olan məzənnə ilə və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması, ipoteka predmeti Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Mikayıl Müşfiq küçəsində 0.010735 ha torpaq sahəsində yerləşən İddiaçı mülkiyyətindəki 55.7 kv.m yaşayış, 130.19 kv.m yardımçı, 185.89 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli 3 otaqlı 36 saylı fərdi yaşayış evi və onun tərkibindəki Liter İ: 32.8 kv.m sahədən ibarət talvar, Liter İİ: 50.8 kv.m sahədən ibarət tövlə, Liter İİİ: 13.7 kv.m sahədən ibarət sanitar qovşağı, Liter İV: 12.0 kv.m sahədən ibarət təsərrüfat otağı, Liter V: 20.0 kv.m sahədən ibarət hasar və Liter Vİ, Vİİ dəmir darvazalar olmaqla, cəmi 129.3 kv.m sahədən ibarət həyətyanı tikili və qurğulara yönəldilməsi, fərdi yaşayış evi və onun tərkibindəki həyətyanı tikili və qurğuların ilkin satış qiyməti ilə 75000 manat müəyyən edilməsi, həmin əmlak açıq hərracda satılaraq əldə edilən pul vəsaiti hesabına tələb edilən borcun ödənilməsi, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Mikayıl Müşfiq küçəsində 0.010735 ha torpaq sahəsində yerləşən İddiaçı mülkiyyətindəki 55.7 kv.m yaşayış, 130.19 kv.m yardımçı, 185.89 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli 3 otaqlı 36 saylı fərdi yaşayış evindən orada yaşayan İddiaçı, X14, X7 və X6 çıxarılmaları, fərdi yaşayış evi və onun tərkibindəki həyətyanı tikili və qurğular boşaldılması, iddia tələbi hüquqi yardıma görə ödənilmiş xərcin (zərərin) əvəzi üzrə 1000 manatın tutulmasına dair hissədə rədd edilməsi və cavabdeh İddiaçı ekspertiza tədqiqatının dəyəri hesabına 50 manatın tutularaq, X4 ödənilməsi qət edilmişdir. - Bakı şəhəri Xəzər rayon İcra və Probasiya Şöbəsi tərəfindən "xxxx" MMC-yə ünvanlanmış 21/5A nömrəli, 16.03.2018-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Mikayıl Müşfiq küçəsində 0.010735 ha torpaq sahəsində yerləşən İddiaçı mülkiyyətindəki 55.7 kv.m yaşayış, 130.19 kv.m yardımçı, 185.89 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli 3 otaqlı 36 saylı fərdi yaşayış evinə dair hərracın keçirilməsi və onlara məlumat verilməsi xahiş olunmuşdur. - "xxxx" MMC əmlakın ilkin satış qiymətini və hərracın keçirilmə yerini və vaxtını göstərməklə 06.04.2018-ci il, 20.04.2018-ci il və 11.05.2018-ci il tarixli məktublar İddiaçı ünvanlanmışdır. - "xxxx" MMC-nin Hərracın nəticələri haqqında 10.07.2018-ci il tarixli, Y-714 saylı yekun Protokolun surətindən görünür ki, ünvan 4.2017-ci il tarixli icra vərəqəsi və Bakı şəhəri Xəzər rayon İcra və Probasiya Şöbəsinin 21/5A nömrəli, 16.03.2018-ci il tarixli sifariş məktubu əsasında İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Mikayıl Müşfiq küçəsində 0.010735 ha torpaq sahəsində yerləşən İddiaçı mülkiyyətindəki 55.7 kv.m yaşayış, 130.19 kv.m yardımçı, 185.89 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli 3 otaqlı 36 saylı fərdi yaşayış evi 75000 (yetmiş beş min) manat ilkin satış qiyməti ilə hərraca çıxarılmış, “İpoteka haqqında” Qanunun 43.5 və 43.7-ci maddələrinə əsasən ilkin satış qiymətindən əvvəlcə 15%, sonradan isə daha 25% endirməklə, təkrar hərracda "xxxx" MMC-nin 10.07.2018-ci il tarixli, Y-714 saylı hərracın nəticələri haqqında yekun Protokolu əsasında bağlanmış əmlakın alqı-satqısı barədə Müqaviləyə uyğun olaraq, qiyməti – 47813 (qırx yeddi min səkkiz yüz on üç) manata ipoteka saxlayan Cavabdeh2 BOKT ASC-yə satılmışdır. - İddiaçı tərəfindən Bakı şəhəri Xəzər rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış 09.02.2021-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Mikayıl Müşfiq küçəsində 0,010735 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı 36 saylı fərdi yaşayış evinin açıq hərracdan satışa çıxarılıb-çıxarılmaması əgər çıxarılıbsa hansı tarixdə hərraca çıxarılması və hərracın nəticələri barədə məlumat verilməsini xahiş etmişdir. - Bakı şəhəri Xəzər rayon İcra və X12 Cabir Famil oğluna ünvanlanmış 09.02.2021-ci il tarixli, 1888/21F nömrəli cavab məktubundan görünür ki, ünvan 4.2017-ci il tarixli icra vərəqəsinin icrası ilə bağlı ona məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Mikayıl Müşfiq küçəsi 36 saylı fərdi yaşayış evinin açıq hərracda satılması üçün 16.03.2018-ci il tarixdə "xxxx" MMC-yə göndərilmişdir. 06.04.2018-ci il, 20.04.2018-ci il və 11.05.2018-ci il tarixlərdə fərdi yaşayış evinin satılması üçün açıq hərraca çıxarılmışdır. Y- 714 saylı, 10.07.2018-ci il tarixli protokola əsasən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Mikayıl Müşfiq küçəsi 36 saylı fərdi yaşayış evi 47813 (qırx yeddi min səkkiz yüz on üç) manata Cavabdeh2 BOKT ASC tərəfindən alınmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 05.12.2017-ci il tarixli, 2(003)-300/2017 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı Cavabdeh2 BOKT ASC-nin xeyrinə 02 iyun 2015-ci il tarixli 022/15/PBN saylı kredit müqaviləsi üzrə 76491 ABŞ dolları əsas, 8958.79 ABŞ dolları faiz, 1000 ABŞ dolları dəbbə pulu, cəmi 86449.79 ABŞ dolları icra vaxtı manata olan məzənnə ilə və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması, ipoteka predmeti Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Mikayıl Müşfiq küçəsində 0.010735 ha torpaq sahəsində yerləşən İddiaçı mülkiyyətindəki 55.7 kv.m yaşayış, 130.19 kv.m yardımçı, 185.89 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli 3 otaqlı 36 saylı fərdi yaşayış evi və onun tərkibindəki Liter İ: 32.8 kv.m sahədən ibarət talvar, Liter İİ: 50.8 kv.m sahədən ibarət tövlə, Liter İİİ: 13.7 kv.m sahədən ibarət sanitar qovşağı, Liter İV: 12.0 kv.m sahədən ibarət təsərrüfat otağı, Liter V: 20.0 kv.m sahədən ibarət hasar və Liter Vİ, Vİİ dəmir darvazalar olmaqla, cəmi 129.3 kv.m sahədən ibarət həyətyanı tikili və qurğulara yönəldilməsi, fərdi yaşayış evi və onun tərkibindəki həyətyanı tikili və qurğuların ilkin satış qiyməti ilə 75000 manat müəyyən edilməsi, həmin əmlak açıq hərracda satılaraq əldə edilən pul vəsaiti hesabına tələb edilən borcun ödənilməsi, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Mikayıl Müşfiq küçəsində 0.010735 ha torpaq sahəsində yerləşən İddiaçı mülkiyyətindəki 55.7 kv.m yaşayış, 130.19 kv.m yardımçı, 185.89 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli 3 otaqlı 36 saylı fərdi yaşayış evindən orada yaşayan İddiaçı, X14, X7 və X6 çıxarılmaları, fərdi yaşayış evi və onun tərkibindəki həyətyanı tikili və qurğular boşaldılması, iddia tələbi hüquqi yardıma görə ödənilmiş xərcin (zərərin) əvəzi üzrə 1000 manatın tutulmasına dair hissədə rədd edilməsi və cavabdeh İddiaçı ekspertiza tədqiqatının dəyəri hesabına 50 manatın tutularaq, X4 ödənilməsi qət edilmiş, qətnamə qanuni qüvvəsini aldığından icra olunması üçün Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, icra şöbəsi tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilərək, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Mikayıl Müşfiq küçəsində 0.010735 ha torpaq sahəsində yerləşən İddiaçı mülkiyyətindəki 55.7 kv.m yaşayış, 130.19 kv.m yardımçı, 185.89 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli 3 otaqlı 36 saylı fərdi yaşayış evinə dair hərracın keçirilməsi üçün "xxxx" MMC-yə məktub ünvanlanmış, "xxxx" MMC əmlakın ilkin satış qiymətini və hərracın keçirilmə yerini və vaxtını göstərməklə 06.04.2018-ci il, 20.04.2018-ci il və 11.05.2018-ci il tarixdə poçt vasitəsilə iş üzrə tərəflərə o cümlədən İddiaçı yaşadığı ünvana bildirişlər göndərmiş, ünvan 4.2017-ci il tarixli icra vərəqəsi və Bakı şəhəri Xəzər rayon İcra və Probasiya Şöbəsinin 21/5A nömrəli, 16.03.2018-ci il tarixli sifariş məktubu əsasında İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Mikayıl Müşfiq küçəsində 0.010735 ha torpaq sahəsində yerləşən İddiaçı mülkiyyətindəki 55.7 kv.m yaşayış, 130.19 kv.m yardımçı, 185.89 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli 3 otaqlı 36 saylı fərdi yaşayış evi 75000 (yetmiş beş min) manat ilkin satış qiyməti ilə hərraca çıxarılmış, “İpoteka haqqında” Qanunun 43.5 və 43.7ci maddələrinə əsasən ilkin satış qiymətindən əvvəlcə 15%, sonradan isə daha 25% endirməklə, təkrar hərracda "xxxx" MMC-nin 10.07.2018-ci il tarixli, Y-714 saylı hərracın nəticələri haqqında yekun Protokolu əsasında bağlanmış əmlakın alqı-satqısı barədə Müqaviləyə uyğun olaraq, qiyməti – 47813 (qırx yeddi min səkkiz yüz on üç) manata ipoteka saxlayan Cavabdeh2 BOKT ASC-yə satılmışdır. İddia ərizəsindən və iddiaçının izahatından görünür ki, iddiaçı iddia tələbinin əsası kimi "xxxx" MMC tərəfindən keçirilmiş hərracların tarixi, vaxtı, keçirilmə yeri, forması və predmeti barədə hərrac təşkilatı tərəfindən ipoteka qoyan İddiaçı bildirişlər təqdim edilməməklə ona məlumat verilməməsi və bununla da onun xəbəri olmadan əmlakının “İpoteka haqqında” Qanunun tələbləri pozulmaqla keçirilmiş hərrac vasitəsilə özgəninkiləşdirilməsi hallarına əsaslanmışdır. Məhkəmə qeyd edir ki, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun: - 36.1-ci maddəsinə əsasən ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır - 39.2-ci maddəsinə əsasən ipoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir. - 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. - 41.3-cü maddəsinə əsasən Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. - 41.5-ci maddəsinə əsasən hərrac açıq auksion formasında keçirilir. - 42.1-ci maddəsinə əsasən Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir - 42.3-cü maddəsinə əsasən istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir. - 46.1-ci maddəsinə görə ipoteka predmetinin açıq bazarda və ya hərracda satışına (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya hərracın nəticələri üzrə protokol imzalananadək), yaxud bu Qanunun tələblərinə uyğun olaraq onun ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək) əsas öhdəlik üzrə borclu və (və ya) ipoteka qoyan, yaxud hər hansı üçüncü şəxs ipoteka saxlayanın əsas öhdəlik üzrə bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə əsasən, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 (otuz) gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Həmin Qanunun 44-cü maddəsinin tələbinə görə bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Mülki Məcəllənin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikası Mülki Məcəllənin 416.1-cı maddəsinin tələbinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. (MM-416.2) Göründüyü kimi, qanunverici hərracın keçirilməsinə dair bildirişin tərəflərə göndərilməsini (həm də müəyyən müddət daxilində göndərilməsini) müəyyən etməklə, onsuz da ipoteka qoymaqla, məhrumiyyətə məruz qalmış borcluya (ipoteka qoyana) müəyyən müddət verməklə, məhz onun özü tərəfindən ipoteka predmetinin alınmasına şərait yaradır. Hərracın təşkilatçısı tərəfindən qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əməl edilməməsi (bildirişin göndərilməməsi və ya lazımi qaydada göndərilməməsi) ipoteka qoyanı qanunvericilik tərəfindən ona verilmiş bu imkandan mərhum edərək, bu normanı əhəmiyyətsiz edir. Məhkəmə, iş materiallarında olan cavabdeh "xxxx" MMC tərəfindən iş üzrə tərəflərə, o cümlədən borclu İddiaçı ünvanlanmış 06.04.2018-ci il, 20.04.2018-ci il və 11.05.2018-ci il tarixli hərracın keçirilmə vaxtı və yeri barədə bildirişlərə qiymət verərək hesab edir ki, qeyd olunan iddiaçıya bildirişlərin göndərilməsini və hərracın keçirilmə vaxtı və yeri barədə bildirişlərin iddiaçıya çatdırılmasını və ya digər formada təqdim edilməsini təsdiq edən sübutlar hərracı keçirən cavabdeh təşkilat tərəfindən, eləcə də digər cavabdehlər tərəfindən iddiaçının hərracın keçirilmə vaxtı və yeri barədə məlumatı olmasını təsdiq edən hər hansı sübut növü məhkəməyə təqdim edilməmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. (MPM 76.2) Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə xüsusilə vurğulayır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iddiaçının ipoteka predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Mikayıl Müşfiq küçəsində 0.010735 ha torpaq sahəsində yerləşən 55.7 kv.m yaşayış, 130.19 kv.m yardımçı, 185.89 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli 3 otaqlı 36 saylı fərdi yaşayış evinin satılması ilə əlaqədar keçirilmiş hərracın keçirilmə vaxtı barədə məlumatlı olması halının məhkəmə araşdırması zamanı müəyyən edilmədiyini nəzərə alaraq İddiaçı bununla bağlı dəlillərini əsaslı sayır və belə qənaətə gəlir ki, ipoteka predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Mikayıl Müşfiq küçəsində 0.010735 ha torpaq sahəsində yerləşən 55.7 kv.m yaşayış, 130.19 kv.m yardımçı, 185.89 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli 3 otaqlı 36 saylı fərdi yaşayış evinin satılması ilə əlaqədar keçirilmiş hərrac zamanı “İpoteka haqqında” Qanunla müəyyən edilmiş qaydalar cavabdeh "xxxx" MMC tərəfindən əhəmiyyətli dərəcədə pozulduğundan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416.1 və 416.2-ci maddələrinin tələblərinə uyğun olaraq keçirilmədiyindən "xxxx" MMC-nin Hərracın nəticələri haqqında 10.07.2018-ci il tarixli, Y- 714 saylı yekun Protokolu etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, ipoteka predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Mikayıl Müşfiq küçəsində 0.010735 ha torpaq sahəsində yerləşən 55.7 kv.m yaşayış, 130.19 kv.m yardımçı, 185.89 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli 3 otaqlı 36 saylı fərdi yaşayış evinin satılması ilə əlaqədar keçirilmiş 10.07.2018-ci il tarixli, Y-714 saylı hərracın nəticələri haqqında yekun Protokol etibarsız hesab edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İpoteka predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Mikayıl Müşfiq küçəsində 0.010735 ha torpaq sahəsində yerləşən 55.7 kv.m yaşayış, 130.19 kv.m yardımçı, 185.89 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli 3 otaqlı 36 saylı fərdi yaşayış evinin satılması ilə əlaqədar keçirilmiş 10.07.2018-ci il tarixli, Y-714 saylı hərracın nəticələri haqqında yekun Protokol etibarsız hesab edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 05.12.2017-ci il tarixli, 2(003)-300/2017 saylı icra vərəqəsi üzrə icra hərəkətləri davam etdirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar