Məhkəmə qərarları › İş №2(009)-1651/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1651/2021

13.08.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1651/2021 13.08.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X2, Cavabdeh BOKT "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh BOKT "xxxx" MMC-yə (Azərbaycan Respublikası Maraqlı şəxs kimi qeyd edilən) qarşı “hüquq müəyyənedici sənədlərin qaytarılması” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh BOKT "xxxx" MMC-yə (Azərbaycan Respublikası Maraqlı şəxs kimi qeyd edilən) qarşı “hüquq müəyyənedici sənədlərin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh BOKT "xxxx" MMC-dən ünvan 1 ünvanına (keçmiş M. F.Axundov küçəsi, dalan 5, ev 7) aid hüquq müəyyənedici sənədlərin (çıxarış, texniki pasport) ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2008-ci ildə Rüstəmov Əhləddin Ağakişi oğlu BOKT "xxxx" MMC-nin Cəlilabad filialı ilə bağladığı kredit müqaviləsi üzrə onunla həmin təşkilat arasında ipoteka müqaviləsi bağlanmış və o, özünə məxsus ünvan 2 ünvanda yerləşən (hazırkı M. İbrahimov dalan 5, ev 7) şəxsi evini və həyətini kredit təşkilatına ipotekaya qoymuşdur. Sonradan cavabdeh Ə.Rüstəmov kredit təşkilatının borcunu ödəmədiyindən təşkilat məhkəməyə müraciət etmişdir. Biləsuvar Rayon Məhkəməsinin 11 avqust 2010-cu il tarixli qətnaməsi ilə BOKT "xxxx" MMC-nin Cəlilabad rayon filialının iddiası qismən təmin edilmiş və təşkilatla Ə.Rüstəmov arasındakı kredit müqaviləsinə xitam verilmişdir. Daha sonra məhkəmə qətnaməsinə əsasən tələb ipoteka predmeti olan onun evinə yönəldilmişdir. Məhkəmə qətnaməsi icra şöbəsinə verildikdən sonra onun evinin hərracda satışı ilə əlaqədar hərrac keçirilmişdir. Belə ki, 8 dəfə hərrac keçirildikdən sonra ipoteka qoyduğu evini nə alan olmuş, nə də ki, BOKT "xxxx" MMC-nin Cəlilabad filialı qanunun tələbinə görə evini almamışdır. 16 noyabr 2016-cı itdə Biləsuvar rayon İcra şöbəsitnin icra məmuru X.Şahbazov icra işinin icraatına xitam verərək icra işini məhkəməyə qaytarmışdır. Belə ki, artıq axırıncı baş tutmamış hərracdan 9 ildən çox müddət keçmiş və BOKT "xxxx" MMC hərracda ipotekaya qoyduğu evi qəbul etməmişdir. Hesab edir ki, qanunun tələbinə görə artıq ipotekaya xitam verilmişdir. Lakin bu günə kimi evinin hüquq müəyyənedici sənədləri (qeydiyyat vəsiqəsi,texniki pasport) cavabdeh təşkilatdadır. O, dəfələrlə evinin sənədlərini cavabdeh təşkilatdan tələb etsə də, həmin sənədləri ona verməmişlər. Hesab edir ki, evimin çıxarış vəsiqəsi və texniki pasportu (hüquqi sənədləri) cavabdeh təşkilat qanunsuz olaraq özündə saxlayır. Odur ki, həmin sənədlər məcburi qaydada cavabdeh təşkilatdan alınıb ona verilməlidir. Məhkəmə baxışı dövründə iddiaçı Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək onunla cavabdeh "xxxx" Bank Olmayan Kredit Təşkilatı arasında 28 dekabr 2008ci il tarixində bağlanmış ipoteka müqaviləsinə xitam verilməsi, cavabdeh "xxxx" Bank Olmayan Kredit Təşkilatından Biləsuvar şəhəri, M.İbrahimov küçəsi, dalan 5, ev 7 (keçmiş M.F.Axundov küçəsi, dalan 5, ev 7) aid hüquq müəyyənedici sənədlərin (çıxarış, texniki pasport) ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı dövründə iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsində göstərilən “ipoteka müqaviləsinə xitam verilməsi” sözlərinin “ipotekaya xitam verilməsi” sözləri kimi oxunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi və vəkili X5 iddia ərizəsinin və iddia tələbinin dəqiqləşdiriləsinə dair ərizənin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etmişlər və təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak etmiş cavabdeh BOKT "xxxx" MMC-nin nümayəndəsi X4 iddianı qəbul etməyərək Biləsuvar Rayon Məhkəməsinin 11.08.2010-cu il tarixli, 2(022)- 268/10 saylı qətnaməsi ilə müəyyən olunmuş borc məbləğinin Rüstəmov Əhləddin Ağakişi oğlu tərəfindən ödənilmədiyindən ipoteka müqaviləsinə xitam verilməsi barədə iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - BOKT "xxxx" MMC ilə Rüstəmov Əhləddin Ağakişi oğlu arasında bağlanmış 26.12.2008-ci il tarixli, CA Bil 26578/08 saylı kredit müqaviləsindən görünür ki, BOKT "xxxx" MMC Rüstəmov Əhləddin Ağakişi oğluna 24 ay müddətinə qaytarmaq şərtilə 20.000 manat məbləğində kredit vermişdir. - Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Biləsuvar şəhəri, X8 küçəsində mülkiyyətində olan 0.07002 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 58.2 kv.m yaşayış, 46.7 kv.m köməkçi sahədən ibarət 7 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 47 nömrəli vərəqində qevdiyyata alınmışdır. - BOKT "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 29.12.2008-ci il tarixli, CA Bil 26578/08 saylı ipoteka müqaviləsindən görünür ki, Əzizov X3 şəhəri, M.İbrahimov küçəsi, dalan 5 ev 7 ünvanında (keçmiş M. F.Axundov küçəsi, dalan 5, ev 7) yerləşən yaşayış evini BOKT "xxxx" MMC qarşısında ipoteka ilə yüklü etmişdir. - Biləsuvar Rayon Məhkəməsinin 11.08.2010-cu il tarixli, 2(022)-268/10 saylı qətnaməsinin surətindən görünür ki, cavabdeh Rüstəmov Əhləddin Ağakişi oğlu ilə BOKT "xxxx" MMC arasında 26 dekabr 2008-ci il tarixdə bağlanmış CA Bil 26578/08 saylı kredit müqaviləsinə xitam verilməsi, 26.12.2008-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış kreditin əsas məbləği olan 10496 (on min dörd yüz doxsan altı) manat, əsas məbləğə hesablanmış faiz borcu 717 (yeddi yüz on yeddi) manat, hər gecikdirilmiş günə görə cərimə 1949 (bir min doqquz yüz qırx doqquz) manat, cəmi 13162 (on üç min yüz altmış iki) manat məbləğində borc ipotekaya qoyulmuş Biləsuvar şəhəri, M.F.Axundov küçəsi 7 ünvanında yerləşən və İddiaçı tam mülkiyyət hüququ üzrə məxsus olan evə yönəldilərək hərrac yolu ilə satılması və ipoteka ilə yüklü edilmiş evin hərracda ilkin satış qiymətinin 30000 (otuz min) manat müəyyənləşdirilməsi, hərrac yolu ilə satışdan əldə edilən pul məbləğinin cavabdehin BOKT "xxxx" MMC-yə olan ümumi borcunun ödənilməsinə kifayət etmədikdə cavabdeh Rüstəmov Əhləddin Ağakişi oğlunun əmlakı hesabına ödənilməsi, qətnamə çıxarılan günə hesablanmış faiz və cərimələr, həmçinin qanunvericiliyə müvafiq olaraq çəkilmiş xərclər, o cümlədən ipoteka predmetinə tutma yönəlməsi barədə notarial qaydada razılaşma üçün ƏMDK yanında DƏDRX-nin hesabına köçürülmüş 10 (on) manat, iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 20 manat dövlət rüsumu cavabdeh Rüstəmov Əhləddin Ağakişi oğlundan tutularaq BOKT "xxxx" MMC-nin xeyrinə ödənilməsi, iddia tələbinin 26.12.2008-ci ii tarixdə bağlanmış CA Bil 26578/08 saylı ipoteka müqaviləsi üzrə ipotekaya qoyulmuş ünvan 3 ünvanında yerləşən evdə qeydiyyatda olanlar və yaşayanlar bir ay müddətində evdən çıxarılması və həmin evin boşaldılması hissəsi əsassız olduğundan rədd edilməsi, iddia tələbinin əldən çıxmış faydaya görə 1399 (bir min üç yüz doxsan doqquz) manat pulun cavabdeh Rüstəmov Əhləddin Ağakişi oğlundan tutulması hissəsi əsassız olduğundan rədd edilməsi qət edilmişdir. - Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-105/2011 saylı, 10 fevral 2011-ci il tarixli qətnaməsi ilə Biləsuvar Rayon Məhkəməsinin 11.08.2010-cu il tarixli, 2(022)-268/10 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1897/2011 saylı, 29 iyun 2011ci il tarixli qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-105/2011 saylı, 10 fevral 2011-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC tərəfindən BOKT "xxxx" MMC-yə, Rüstəmov Əhləddin Ağakişi oğluna və İddiaçı ünvanladığı 14.11.2011-ci il tarixli, 01/3184 saylı bildirişdən görünür ki, kreditin (borcun) təminatı qismində ipoteka predmetinə tələbin yönəldilməsinə dair Biləsuvar rayon Məhkəməsinin 2(022)-268/2010 saylı, «11» avqust 2010-cu il tarixli icra vərəqəsi üzrə ipoteka qoyulan İddiaçı mülkiyyətində olan Biləsuvar şəhəri, M.F.Axundov küçəsində yerləşən 7 saylı fərdi yaşayış evinə tutma yönəldilməli və hərracda satılmalıdır. Məlumat üçün: hərracın keçirilmə vaxtı, tarixi - 12 dekabr 2011-ci il saat 10:00-13:00 və 14:00- 17:00, hərracın keçirilmə yeri - Bakı şəhəri, N.Nərimanov küçəsi 7 «a» (1-ci mərtəbədə), hərracın forması - açıq auksion forması, hərracın keçirilmə qaydası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.5-ci maddəsinin (ilkin satış qiymətindən 70% müqabilində satışın təşkili), Azərbaycan Respublikası Mülki Məcəlləsinin 298.2-ci maddəsinə və «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinə müvafiq olaraq, ilkin satış qiyməti - 30.000 (otuz min) manat, hərracda iştirak üçün 5% miqdarında behin məbləği - 1500 (bir min beş yüz) manat, ödənilmə müddəti və qaydası iştrak üçün beh 5 (beş) gün müddətində ödənilməsi, iştirak hüququnun əldə edilməsi üçün tələb olunan sənədlər - fiziki şəxs üçün - şəxsiyyət vəsiqəsi, hüquqi şəxs üçün – hüquqi şəxslərin dövlət reyestrindən çıxarış və səlahiyyəti təsdiq edən sənədlər, behin köçürülməsini təsdiq edən ödəmə sənədinin surəti, alış qiymətinin ödənilməsi müddəti və qaydası, alış qiymətinin hərracın keçirildiyi tarixdən 7 təqvim gününədək ödənilməsi qeyd edilmişdir. - Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC tərəfindən BOKT "xxxx" MMC-yə, Rüstəmov Əhləddin Ağakişi oğluna və İddiaçı ünvanladığı 19.12.2011-ci il tarixli 01/3602 saylı bildirişdən görünür ki, kreditin (borcun) təminatı qismində ipoteka predmetinə tələbin yönəldilməsinə dair Biləsuvar rayon Məhkəməsinin 2(022)-268/2010 saylı, «11» avqust 2010-cu il tarixli icra vərəqəsi üzrə ipoteka qoyulan İddiaçı mülkiyyətində olan Biləsuvar şəhəri, M.F.Axundov küçəsində yerləşən 7 saylı fərdi yaşayış evinə tutma yönəldilməli və hərracda satılmalıdır. Məlumat üçün: hərracın keçirilmə vaxtı, tarixi - 27 dekabr 2011-ci il saat 10:00-13:00 və 14:00- 17:00, hərracın keçirilmə yeri - Bakı şəhəri, N.Nərimanov küçəsi 7 «a» (1-ci mərtəbədə), Hərracın forması - açıq auksion forması, hərracın keçirilmə qaydası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.5-ci maddəsinin (ilkin satış qiymətindən 70% müqabilində satışın təşkili), Azərbaycan Respublikası Mülki Məcəlləsinin 298.2-ci maddəsinə və «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinə müvafiq olaraq, ilkin satış qiyməti – 25500 (iyirmi beş min beş yüz) manat, hərracda iştirak üçün 5% miqdarında behin məbləği – 1275 (min iki yüz yetmiş beş) manat, ödənilmə müddəti və qaydası - iştrak üçün beli 5 (beş) gün müddətində ödənilməsi, iştirak hüququnun əldə edilməsi üçün tələb olunan sənədlər - fiziki şəxs üçün - şəxsiyyət vəsiqəsi, hüquqi şəxs üçün – hüquqi şəxslərin dövlət reyestrindən çıxarış və səlahiyyəti təsdiq edən sənədlər, behin köçürülməsini təsdiq edən ödəmə sənədinin surəti, alış qiymətinin ödənilməsi müddəti və qaydası, alış qiyməti hərracın keçirildiyi tarixdən 7 təqvim gününədək ödənilməsi qeyd edilmişdir. - Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC tərəfindən BOKT "xxxx" MMC-yə ünvanlanmış 27.12.2010-cu il tarixli 01/2510 saylı təklifdən görünür ki, Biləsuvar rayon İcra Bölməsinin 392/2010 saylı 27.09.2010-cu il tarixli sifariş məktubuna əsasən İddiaçı məxsus ipoteka ilə yüklənmiş ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evi təklif daxil olan tarixdən «İpoteka Haqqında» Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən əgər həmin əmlak satılmazsa 30 təqvim günü ərzində qeyd olunan əmlakı təkrar hərracdakı ilkin satış qiymətindən 25% aşağı qiymətlə, yəni 19125 (on doqquz min yüz iyirmi beş) manat olmaqla ala bilərsiniz. Nəzərə alınsın ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567, 597.1 və 298.2-ci maddələrinə uyğun olaraq ipoteka saxlayan alıcı qismində çıxış etdiyi üçün hərrac təşkilatına xidmət haqqı ödəməlidir. Həmin müddət ərzində alıcılar tərəfindən təklif olarsa Sizin rəsmi iştirakınızla hərrac keçirilə bilər. Əks təqdirdə ipoteka predmetini əldə etməməyinizə görə ipotekaya xitam verilir. Qeyd olunanlara rəsmi münasibət bildirmədiyiniz və ya keçirilən hərraca gəlmədiyiniz təqdirdə Azərbayçan Respublikası MM-nin 415-ci maddəsinin müvafiq müddəaları əsasında hərrac keçiriləcəkdir. - Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC tərəfindən BOKT "xxxx" MMC-yə ünvanlanmış 05.01.2012-ci il tarixli 01/29 saylı təklifdən görünür ki, Biləsuvar rayon İcra Qrupunun 501 saylı, 14.10.2011-ci il sifariş məktubuna əsasən İddiaçı məxsus ipoteka ilə yüklənmiş Biləsuvar şəhəri, M.F.Axundov küçəsində yerləşən 7 saylı fərdi yaşayış evini təklif daxil olan tarixdən «İpoteka Haqqında» Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən əgər həmin əmlak satılmazsa 30 təqvim günü ərzində qeyd olunan əmlakı təkrar hərracdakı ilkin satış qiymətindən 25% aşağı qiymətlə, yəni 19125 (on doqquz min yüz iyirmi beş) manat olmaqla ala bilərsiniz. Nəzərə alınsın ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567 597.1 və 298.2-ci maddələrinə uyğun olaraq ipoteka saxlayan alıcı qismində çıxış etdiyi üçün hərrac təşkilatına xidmət haqqı ödəməlidir. Təklif sizə daxil olan tarixdən 30 gün müddət ərzində təklifə yazılı surətdə ipoteka predmetinin hərrac vasitəsi ilə əldə etmək üçün keçiriləcək hərrac tarixini müəyyənləşdirib rəsmi məlumat verilməlidir. Tərəfinizdən təklifə görə göndərilən cavaba əməl olunmadığı halda ipotekanı əldə etmək istəyindən imtina və işin icra müddəti başa çatdığı üçün sənədlər sifarişçiyə qaytarılacaqdır. Nəzərə alın ki, hərracın yekunlaşdırılması müddətində ipoteka predmetini əldə etməməyinizə görə ipotekaya xitam verilir. Həmin müddət ərzində alıcılar tərəfindən təklif olarsa Sizə hərracın keçirilməsi barədə məlumat veriləcəkdir. Qeyd olunanlara rəsmi münasibət bildirmədiyiniz və ya keçirilən hərraca gəlmədiyiniz təqdirdə Azərbaycan Respublikası MM-nin 415-ci maddəsinin, “İpoteka haqqında” qanunun müvafiq müddəaları əsasında hərracın keçirilməsi yekunlaşacaqdır. İcra məmuru ona daxil olan təklifə görə mövcud qanunvericliyə əsasən icra hərəkətləri edəcəkdir. Məhkəmənin qəbul etdiyi qərarın icrasının sona çatdırılması icra məmuruna aid olduğu üçün ipoteka predmetinin nəticəsi haqqında onlara müraciət olunmalıdır. - Biləsuvar Rayon İcra şöbəsinin 16.11.2016-cı il tarixli qərarına əsasən, borclu Rüstəmov Əhləddin Ağakişi oğlunun barəsində olan icra sənədi “İcra haqqında” Qanunun 53-cü maddəsinə əsasən sonuncu hərrac keçirildiyindən və alıcı olmadığından, həmçinin tələbkar təşkilat tərəfindən əmlak qəbul edilmədiyindən icra sənədinin icrası mümkün olmadığına görə Biləsuvar Rayon Məhkəməsinə qaytarılmışdır. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, BOKT "xxxx" MMC ilə Rüstəmov Əhləddin Ağakişi oğlu arasında bağlanmış 26.12.2008-ci il tarixli, CA Bil 26578/08 saylı kredit müqaviləsinə əsasən, BOKT "xxxx" MMC Rüstəmov Əhləddin Ağakişi oğluna 24 ay müddətinə qaytarmaq şərtilə 20.000 manat məbləğində kredit vermiş, həmin kredit müqaviləsinin təminatı kimi BOKT "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 29.12.2008ci il tarixli, CA Bil 26578/08 saylı ipoteka müqaviləsi bağlanmış və Əzizov X3 şəhəri, M.İbrahimov küçəsi, dalan 5 ev 7 ünvanında (keçmiş M. F.Axundov küçəsi, dalan 5, ev 7) yerləşən yaşayış evini BOKT "xxxx" MMC qarşısında ipoteka ilə yüklü etmiş, daha sonra Rüstəmov Əhləddin Ağakişi oğlu kredit müqaviləsi üzrə tələblərini yerinə yetirmədiyindən BOKT "xxxx" MMC Biləsuvar Rayon Məhkəməsinə iddia tələbi ilə müraciət etmiş və məhkəmənin 11.08.2010-cu il tarixli, 2(022)-268/10 saylı qətnaməsi ilə cavabdeh Rüstəmov Əhləddin Ağakişi oğlu ilə BOKT "xxxx" MMC arasında 26 dekabr 2008-ci il tarixdə bağlanmış CA Bil 26578/08 saylı kredit müqaviləsinə xitam verilməsi, 26.12.2008ci il tarixli kredit müqaviləsi üzrə yaranmış kreditin əsas məbləği olan 10496 (on min dörd yiiz doxan altı) manat, əsas məbləğə hesablanmış faiz borcu 717 yeddi yüz on yeddi) manat, hər gecikdirilmiş günə görə cərimə 1949 (bir min doqquz yüz qırx doqquz) manat, cəmi 13162 (on üç min yüz altmış iki) manat məbləğində borcun ipotekaya qoyulmuş ünvan 6 ünvanında verləşən və İddiaçı tam mülkiyyət hüququ üzrə məxsus olan evə yönəldilərək hərrac yolu ilə satılması və ipoteka ilə yüklü edilmiş evin hərracda ilkin satış qiymətinin 30000 (otuz min) manat müəyyənləşdirilməsi qət edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-105/2011 saylı, 10 fevral 2011-ci il tarixli qətnaməsi ilə Biləsuvar Rayon Məhkəməsinin 11.08.2010-cu il tarixli, 2(022)-268/10 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 1897/2011 saylı, 29 iyun 2011-ci il tarixli qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-105/2011 saylı, 10 fevral 2011-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Daha sonra məhkəmə qətnaməsi icra olunması üçün Biləsuvar Rayon İcra şöbəsinə yönəldilmiş və İcra şöbəsi hərracın keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-yə müraciət etmiş, "xxxx" MMC də ipoteka qoyulan İddiaçı mülkiyyətində olan Biləsuvar şəhəri, M.F.Axundov küçəsində yerləşən 7 saylı fərdi yaşayış evinə tutma yönəldilməsi və hərracda satılması ilə bağlı 14.11.2011 və 19.12.2011-ci il tarixlərdə bildirişlər ünvanlamışdır. Lakin qeyd edilən tarixlərdə hərrac baş tutmamış və "xxxx" MMC tərəfindən BOKT "xxxx" MMC-yə 05.01.2012-ci il tarixdə təklif göndərərək Biləsuvar rayon İcra Qrupunun 501 saylı, 14.10.2011-ci il sifariş məktubuna əsasən İddiaçı məxsus ipoteka ilə yüklənmiş Biləsuvar şəhəri, M.F.Axundov küçəsində yerləşən 7 saylı fərdi yaşayış evini təklif daxil olan tarixdən «İpoteka Haqqında» Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən əgər həmin əmlak satılmazsa 30 təqvim günü ərzində qeyd olunan əmlakı təkrar hərracdakı ilkin satış qiymətindən 25% aşağı qiymətlə, yəni 19125 (on doqquz min yüz iyirmi beş) manat olmaqla ala biləcəyi bildirilmiş, lakin BOKT "xxxx" MMC qeyd edilən müddətdə yaşayış sahəsini almamış və Biləsuvar Rayon İcra şöbəsi 16.11.2016-cı il tarixli qərarla borclu Rüstəmov Əhləddin Ağakişi oğlunun barəsində olan icra sənədini “İcra haqqında” Qanunun 53-cü maddəsinə əsasən Biləsuvar Rayon Məhkəməsinə qaytarılmışdır. Həmin qərardan görünür ki, icra sənədinin icrası ilə əlaqədar 02 sentyabr 2010-cu il tarixdə icraata başlama haqqında qərar qəbul edilərək icraata başlanılmış və tərəflərə göndərilmiş, hərracın keçirilməsi ilə bağlı sifarişlə "xxxx" MMC-yə müraciət olunmuş və "xxxx" MMC tərəfindən İddiaçı məxsus M.F.Axundov küçəsi ev 7 nömrəli fərdi yaşayış evi qanunvericiliyə əsasən hərraca çıxarılmış və icra müddəti bitdiyindən sənədlər İcra Şöbəsinə qaytarılmışdır. Belə ki, sonuncu hərrac keçirildiyindən və alıcı olmadığından, həmçinin tələbkar təşkilat tərəfindən əmlak qəbul edilmədiyindən icra sənədinin icrası mümkün olmamışdır. Hazırda iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək müvafiq icra sənədi üzrə hərrac keçirildiyindən və alıcı olmadığından, həmçinin tələbkar təşkilat tərəfindən əmlak qəbul edilmədiyindən, Biləsuvar Rayon İcra şöbəsinin 16.11.2016-cı il tarixli qərarı ilə “İcra haqqında” Qanunun 53-cü maddəsinə əsasən Biləsuvar Rayon Məhkəməsinə qaytarıldığından onunla cavabdeh "xxxx" Bank Olmayan Kredit Təşkilatı arasında 28 dekabr 2008-ci il tarixində bağlanmış ipotekaya xitam verilməsi, cavabdeh "xxxx" Bank Olmayan Kredit Təşkilatından Biləsuvar şəhəri, M.İbrahimov küçəsi, dalan 5, ev 7 (keçmiş M.F.Axundov küçəsi, dalan 5, ev 7) aid hüquq müəyyənedici sənədlərin (çıxarış, texniki pasport) ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə əsasən, ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair 28 oktyabr 2014-cü il tarixli Qərarında göstərmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. Həmin Qanunun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər.” Həmin Qərarda daha sonra qeyd olunmuşdur ki, ipoteka saxlayan tərəfindən ipoteka predmetini almaq imkanından vaxtında istifadə edilməməsi, ipoteka qoyan üçün mühüm olan ipotekaya xitam verilməsi imkanından istifadə etmək hüququnu yaradır. İşin müəyyən edilmiş hallarından da göründüyü kimi, Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC tərəfindən BOKT "xxxx" MMC-yə ünvanlanmış 05.01.2012-ci il tarixli 01/29 saylı təkliflə, Biləsuvar rayon İcra Qrupunun 501 saylı, 14.10.2011-ci il sifariş məktubuna əsasən İddiaçı məxsus ipoteka ilə yüklənmiş Biləsuvar şəhəri, M.F.Axundov küçəsində yerləşən 7 saylı fərdi yaşayış evini təklif daxil olan tarixdən «İpoteka Haqqında» Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən əgər həmin əmlak satılmazsa 30 təqvim günü ərzində qeyd olunan əmlakı təkrar hərracdakı ilkin satış qiymətindən 25% aşağı qiymətlə, yəni 19125 (on doqquz min yüz iyirmi beş) manat olmaqla ala biləcəyini bildirmiş, eləcə də həmin təklif məktubu ilə daxil olan tarixdən 30 gün müddət ərzində təklifə yazılı surətdə ipoteka predmetinin hərrac vasitəsi ilə əldə etmək üçün keçiriləcək hərrac tarixini müəyyənləşdirib rəsmi məlumat verilməli olmasını, təklifə görə göndərilən cavaba əməl olunmadığı halda ipotekanı əldə etmək istəyindən imtina və işin icra müddəti başa çatdığı üçün sənədlərin sifarişçiyə qaytarılacağı da izah edilmişdir. Buna baxmayaraq ipoteka saxlayan ipoteka predmetini 30 gün müddətində almayaraq ipoteka predmetini almaq imkanından vaxtında istifadə etməmişdir. Tələbkar təşkilat tərəfindən əmlak qəbul edilmədiyindən hərrac təşkilatı tərəfindən sənədlər icra şöbəsinə qaytarılmış və icra məmuru tərəfindən sonuncu hərrac keçirildiyindən və alıcı olmadığından, həmçinin tələbkar təşkilat tərəfindən əmlak qəbul edilmədiyindən icra sənədinin icrası mümkün hesab edilməyərək məhkəməyə qaytarılmışdır. Məhkəmə, qanunvericiliyin tələbini, həmçinin Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC tərəfindən BOKT "xxxx" MMC-yə ünvanlanmış 05.01.2012-ci il tarixli 01/29 saylı təkliflə, Biləsuvar rayon İcra Qrupunun 501 saylı, 14.10.2011-ci il sifariş məktubuna əsasən İddiaçı məxsus ipoteka ilə yüklənmiş Biləsuvar şəhəri, M.F.Axundov küçəsində yerləşən 7 saylı fərdi yaşayış evini təklif daxil olan tarixdən «İpoteka Haqqında» Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən əgər həmin əmlak satılmazsa 30 təqvim günü ərzində qeyd olunan əmlakı təkrar hərracdakı ilkin satış qiymətindən 25% aşağı qiymətlə, yəni 19125 (on doqquz min yüz iyirmi beş) manat olmaqla ala biləcəyini bildirməsini, eləcə də həmin təklif məktubu ilə daxil olan tarixdən 30 gün müddət ərzində təklifə yazılı surətdə ipoteka predmetinin hərrac vasitəsi ilə əldə etmək üçün keçiriləcək hərrac tarixini müəyyənləşdirib rəsmi məlumat verilməli olmasını, təklifə görə göndərilən cavaba əməl olunmadığı halda ipotekanı əldə etmək istəyindən imtina və işin icra müddəti başa çatdığı üçün sənədlərin sifarişçiyə qaytarılacağının da izah edilməsinə baxmayaraq ipoteka saxlayanın ipoteka predmetini 30 gün müddətində almayaraq ipoteka predmetini almaq imkanından vaxtında istifadə etməməsini nəzərə alaraq, iddiaçının ipotekaya xitam verilməsi ilə bağlı dəlillərini əsaslı hesab edir və belə qənaətə gəlir ki, iddiaçı ilə cavabdeh "xxxx" Bank Olmayan Kredit Təşkilatı arasında 28 dekabr 2008-ci il tarixində bağlanmış müqavilə əsasında mövcud olan ipotekaya xitam verilməlidir. Belə ki, ipoteka saxlayan ipoteka predmetini almaq imkanından vaxtında, yəni 30 gün müddətində istifadə etmədiyi halda, ipoteka predmetinin ipoteka ilə yüklü olaraq qalması mülkiyyətçinin onun həmin əmlaka Azərbaycan Respublikası qanunvericiliyi, habelə tərəfdar çıxdığı beynəlxalq müqavilələri ilə müəyyən olunmuş mülkiyyət hüquqlarını da pozmuş olur. Məhkəmə vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının tərəfdar olduğu «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MM-in 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Məhkəmə iddia tələbinin “hüquq müəyyən edici sənədlərin qaytarılması” hissəsi ilə bağlı qeyd edir ki, hazırki qətnamə ilə ipotekaya xitam verilməsi nəticəsinə gəlindiyindən ipoteka predmeti olan əmlaka dair sənədlər də cavabdeh tərəfindən iddiaçıya qaytarılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı ilə cavabdeh "xxxx" Bank Olmayan Kredit Təşkilatı arasında 28 dekabr 2008-ci il tarixində bağlanmış müqavilə əsasında mövcud olan ipotekaya xitam verilməli, cavabdeh "xxxx" Bank Olmayan Kredit Təşkilatından Biləsuvar şəhəri, M.İbrahimov küçəsi, dalan 5, ev 7 (keçmiş M.F.Axundov küçəsi, dalan 5, ev 7) aid hüquq müəyyənedici sənədlər (çıxarış, texniki pasport) iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə cavabdeh "xxxx" Bank Olmayan Kredit Təşkilatı arasında 28 dekabr 2008ci il tarixində bağlanmış müqavilə əsasında mövcud olan ipotekaya xitam verilsin, cavabdeh "xxxx" Bank Olmayan Kredit Təşkilatından Biləsuvar şəhəri, M.İbrahimov küçəsi, dalan 5, ev 7 (keçmiş M.F.Axundov küçəsi, dalan 5, ev 7) aid hüquq müəyyənedici sənədlər (çıxarış, texniki pasport) iddiaçıya qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar